İzahlı lüğət

BATAQLAŞMAQ (ID - 3258)

f Bataqlıq halına gəlmək, bataq olmaq.

BATAQLI (ID - 3259)

sif Palçıqlı, lehməli, zığlı. Bataqlı küçələr düzəlib, gecələr elektrik ilə işıqlanırdı. S.S.Axundov.

BATAQLIQ (ID - 3260)

is. Durğun su, lığ, lehmə, palçıq ilə örtülü yer; bataq çox olan yer. Küçənin ortası hər zaman bataqlıq və palçıq olurdu. S.Rəhman. [Nəbi kişi:] Bax, bura əlli hektardan artıq bir yerdir. İki il qabaq bataqlıqdan çıxarmışıq....

BATALIST (ID - 3261)

[fr.] Hərbi mövzuda şəkillər çəkən rəssam.

BATALYON (ID - 3262)

[fr.] Bir neçə rotadan (bölükdən) ibarət hərbi hissə. Batalyon komandiri. Tank batalyonu. - Komandanlığın əmrinə görə, bizim batalyon düşmənin məftil hasarını kəsməli və puç etməlidir. Ə.Vəliyev.

BATAREYA (ID - 3263)

[fr.] Bir neçə top və minaatandan ibarət taktik vahid. Tapdıq söhbətə .. minasaçan batareyasını susdurmağa necə getdiyindən başladı. Ə.Əbülhəsən.
Bu hissənin yerləşdiyi istehkam. Dəmirbeton özül üstündə qurulmuş batareya.
fiz....

BAT-BAT (ID - 3264)

is. bot. Bəngotu; pis qoxulu acı dadan ot bitki (xalq təbabətində işlədilir). Gödək saplaqlı yaşıl rəngli və yumurtayaoxşar zəhərli otların, məsələn, bat-batın çiçəyindən olan bal da zəhərli olur. H.Zərdabi. Bat-bat 0,5-1...

BATDAQ (ID - 3265)

bax bataq. Yağışlı bir gündü. Batdaq dizə çıxırdı. Mir Cəlal.

BATI (ID - 3266)

is. məh. Günbatan tərəf, qərb. Batı küləyi.

BATIQ (ID - 3267)

sif. 1. Çuxura düşmüş, dərinə düşmüş, çökmüş. Batıq ordlar. Batıq göz.
[Fərmanın] sinəsi batıq, sifəti saralıb, çiyinləri qalxıb. Ə.Haqverdiyev. [Rüstəm:] Qoy onun [Nübarm] o quyuya düşmüş batıq gözləri lap kəlləsinə...

BATIQLIQ (ID - 3268)

is. 1. Batıq, çökük, batmış şeyin halı.
2. Bulaşıq, bulaşmış şeyin halı.

BATIRILMA (ID - 3269)

“Batırılmaq”dan f.is.

BATIRILMAQ (ID - 3270)

“Batırmaq”dan məch.

BATIRMAQ (ID - 3271)

f. 1. Sancmaq, girdirmək, soxmaq, keçirmək, daxil etmək (ucu iti şeyi). İynə batırmaq. Sancaq batırmaq.
Qərq etmək, suyun dibinə çökdürmək, cumdurmaq. Qayığı az qala çevirib batırmışdı.
Məhv etmək, yox etmək, zay etmək,...

BATIŞ (ID - 3272)

is. Batma. [Vaqif:] Günəşin çıxışı ilə batışı gözəl olur, günorta yerində olanda ona heç baxan da olmur. Çəmənzəminli.

BATİL (ID - 3273)

sif. [ər.] köhn. 1. Yalan, əsilsiz, doğru olmayan, həqiqətə uyğun olmayan. Batil fikir.
// İs. mənasında. Madam ki, xalq elm səbəbi ilə haqq ilə batilə fərq verməyə qabil deyil, gündə bir şeyx .. çıxacaq, aləmə fitnə salacaq...

BATİN (ID - 3274)

is. [ər.] Daxil, iç, iç üz (zahir ziddi). Zahida, gəl soyunaq bir kərə paltarımızı; Çıxaraq zahirə batindəki əfkarımızı. M.Ə.Sabir. Batinin əksidir fəqət zahir. H.Cavid. Zahirən çox sadəlövh görünən bu qızın batində bu...

BATİNƏN (ID - 3275)

zərf [ər.] Daxilən, içdən, ürəkdən. Mən batinən çox məmnun qaldım və hətta haqqından savayı bir abbası da artıq verdim. C.Məmmədquluzadə. [Erkək Tükəzban] batinən ağıllı bir türk qadınıdır.
B.Talıblı.

BATİNİ (ID - 3276)

sif. [ər.] Daxili, iç (zahiri ziddi). Bu adamın zahiri quruluşu kimi, batini həyatının da çox maraqlı olduğunu onun [Əzim dayının] hər sözündən, hər hərəkətindən ^nlamaq olurdu. A.Şaiq.
// Mənəvi.

BATİST (ID - 3277)

[fr.] Nazik və bir qədər parlaq pambıq parça növü.

BATQI (ID - 3278)

is. 1. Zəlzələ nəticəsində yerdə və dağlarda əmələ gələn batıqlıq, çöküntü.
Alverdə və s.-də itki, ziyan, zərər.
Dənizdə və s.-də batmış gəmi və s.

BATQIN (ID - 3279)

sif. 1. Batmış, çökmüş, çökək,
çuxura düşmüş. Qubernator, adı çəkildiyindən batqın gözlərini bir çocuq sevinci ilə parıldadan Cəfər əmidən: - Siz necəsiniz? - [deyə soruşdu] H.Nəzərli.
// Çuxur, dərin yer.
Batıq,...

BATQINLIQ (ID - 3280)

is. Çökək və batmış şeyin halı; çökəklik, batıqlıq.
// Çuxurluq, dərinlik.

BATMA (ID - 3281)

“Batmaq”dan f.is.

BATMAQ (ID - 3282)

f 1. Şiş tərəfı ilə bir yerə sancılmaq, girmək, soxulmaq (ucu iti şeylər haqqında). Ayağıma mıx batdı. Barmağıma iynə batdı. - Tikan olub ayağa batınca, gül
ol yaxaya sancıl. (Ata. sözü).
// məc. Batan kimi, girən kimi...

BATMAN (ID - 3283)

is. Azərbaycanın müxtəlif yerlərində müxtəlif ağırlıqda (əsasən 20 girvənkə ağırlığında) olan köhnə çəki ölçüsü. [Hacı Kərim:] Bir misqal ondan bir batman misə vurur, xalis gümüş olur. M.F.Axundzadə. Əhli-xibrə qoydular...

BATMANLIQ (ID - 3284)

sif. Bir batman çəkisində olan; bir batman tutumunda olan; bir batman tutan. 'Batmanlıq yük. 'Batmanlıq qazan.
Üçüncü gün səhər açılan kimi, on batmanlıq daş atan mancanaqlar Siyahdəhən, 0al və Soniqan məntəqələrini...

BATMAN-TƏRƏZİ (ID - 3285)

is. 1. Ağır şeyləri çəkməyə məxsus böyük tərəzi; qapan.
2. Bax basqıncaq.

BATMIŞ (ID - 3286)

1. “Batmaq”dan fsif
2. is. Söyüş, qarğış, təhqir mənasında. [Sənəm:] Yəni batmış [Məşədi İbad] o qədər çirkindir ki, adam qorxa da bilər? Ü.Hacıbəyov.

BAVƏR (ID - 3287)

[fars.]: bavər etmək (qılmaq)
inanmaq. Məcnun ilə Leylini bərabər; Gər kim deyir isə, qılma bavər. Füzuli. Gürcüstanda onun [qızın] nəqlinə bavər etməyib belə fərz edirdilər ki, guya o qaçıbdır və istəyirdilər ki, onu geri...

BAY1 (ID - 3288)

sif qəd. Dövlətli, zəngin, varlı, bəy; böyük. Bay ilə yoxsul bənəm, yolçu ilə yol bənəm. Nəsimi. Ey xublar içində tələti-hüsn ilə bay olan! Xətayi. Budu xahişləri kim, baxmayıb ağü bozuna; Eyləyim həcv bayü gədavü xanı....

BAY2 (ID - 3289)

nida. Təəccüb, heyrət, çaşqmlıq və s. hissləri bildirir. Bay! Sən hara, bura hara! Bay! Bu kimdir? Bay, haçan gəlmisən?
Bir az suyu [gölməçədə] araşdırmışdıq ki, Məmmədağa səsləndi: - Bay, balıq əlimə dəydi. - Hanı,...

BAYAĞI (ID - 3290)

sif 1. Ən adi, ən sadə, çox bəsit; çeynənmiş. Bayağı fikir.
2. Qaba, şit, ləyaqətsiz. Bayağı zövq. Bayağı söz (ifadə).

BAYAĞILAŞDIRICI (ID - 3291)

is. Bir nəzəriyyəni, fikir və s.-ni təhrif olunacaq dərəcədə sadələşdirən, qabalaşdıran, bayağı şəkildə göstərən adam. Marksizmi bayağılaşdırıcılar.

BAYAĞILAŞDIRICILIQ (ID - 3292)

is. Bayağılaşdırma işi.

BAYAĞILAŞDIRILMA (ID - 3293)

“Bayağılaşdırılmaq”dan fis.

BAYAĞILAŞDIRILMAQ (ID - 3294)

məch. Təhrif olunacaq dərəcədə sadələşdirilmək, bəsitləşdirilmək, qabalaşdırılmaq; bayağı şəkildə göstərilmək. Müəllifin fikri bayağılaşdırılmışdır.

BAYAĞILAŞDIRILMIŞ (ID - 3295)

f.sif. Təhrif olunacaq dərəcədə sadələşdirilmiş, bəsitləşdirilmiş, qabalaşdırılmış; bayağı şəklə salmmış. Bayağılaşdırılmış nəzəriyyə.

BAYAĞILAŞDIRMA (ID - 3296)

”Bayağılaşdırmaq”dan f.is.

BAYAĞILAŞDIRMAQ (ID - 3297)

f. Təhrif olunacaq dərəcədə sadələşdirmək, bəsitləşdirmək; bayağı şəkildə göstərmək. Nəzəriyyəni bayağılaşdırmaq.

BAYAĞILAŞMA (ID - 3298)

“Bayağılaşmaq”danfis.

BAYAĞILAŞMAQ (ID - 3299)

f. Təhrif olunacaq dərəcədə sadələşmək, bəsitləşmək; bayağı şəklə düşmək.

BAYAĞILIQ (ID - 3300)

is. Bayağı şeyin halı. Fikrin, ifadənin bayağılığı.

BAYAQ (ID - 3301)

zərf Bir az bundan əvvəl, qabaqca. [Qaraca qız:] Mən bayaq çəpərin arasından güllü bağçaya baxırdım, sən də kitab oxuyurdun. S.S.Axundov. Əsəd sıçrayıb bir daşın dalında gizlənərək, bayaq gördüyü yerə baxmağa başladı....

BAYAQDAN (ID - 3302)

zərf (bəzən “bəri” sözü ilə bərabər). Bir az əvvəldən; çoxdan. Bayaqdan dayanıb səni gözləyirəm. - Bir səs gəlir uzaqdan; Mən dinlərəm bayaqdan. A.Səhhət. Bayaqdan bəri gözlərini yumub mürgüləyərək qulaq asan .. Hikmət...

BAYAQKI (ID - 3303)

sif. Bir az əvvəlki, bir az əvvəl olmuş. [Şahnisə xanım:] Tanrının qüdrətinə şükür! Bayaqkı tufan, indiki gözəlliyə bax! Çəmənzəminli. İzi də qalmamışdır, bayaqkı yorğunluğun. R.Rza. Sükutu Əziz pozub, Gülsabahın bayaqkı...

BAYAN (ID - 3304)

[rus.] Mürəkkəb quruluşlu böyük qarmona bənzər musiqi aləti. Bayan çalmaq. - Nəfəsli musiqi alətləri əsas etibarı ilə üç qrupa ayrılır: ..Klavişli musiqi alətləri (ərğənun, qarmon, fisqarmoniya, bayan, akkordeon və sairə)....

BAYANÇALAN, BAYANÇI (ID - 3305)

is. Bayan çalan çalğıçı.

BAYAT (ID - 3306)

sif. 1. Köhnəlmiş, təzəliyini itirmiş; köhnə, quru, soyuq. Bayat çörək. Bayat xörək. Bayat aş. - Hərdən arvadın əlacı kəsilib, gedib Ələsgər ağagildə qulluq edirdi və axşamlar uşaqlara çörək qurusundan, bayat bişmişlərdən...

BAYATI (ID - 3307)

is. 1. Azərbaycan xalq musiqisində həzin bir hava adı. Bayatı çəkmək (demək). - Külli Qarabağın abi-həyatı; Nərmü nazik bayatıdır, bayatı. M.V.Vidadi. [Novruzun] bayatıları Bahadırın dərdini daha da artırırdı. N.Nərimanov....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed