İzahlı lüğət

BÜZÜŞDÜRMƏ (ID - 5560)

“Büzüşdürmək”dən f.is.

BÜZÜŞDÜRMƏK (ID - 5561)

f 1. Büzük-büzük etmək, büzük hala salmaq, qırış-qırış etmək, əzmək. Köynəyi büzüşdürmək.
Büzüşməsinə səbəb olmaq. Sabah ertənin soyuğu [Xosrov və Mədədi] büzüşdürmüşdü. S.Rəhimov.
Ağzın, dilin selikli...

BÜZÜŞDÜRÜCÜ (ID - 5562)

sif. Ağzın, dilin selikli qişasını yığan, büzüşdürən. Zəy ağız büzüşdürücü maddədir.

BÜZÜŞDÜRÜCÜLÜK (ID - 5563)

is. Büzüşdürücü şeyin xassəsi.

BÜZÜŞDÜRÜLMƏ (ID - 5564)

“Büzüşdürülmək”dən f.is.

BÜZÜŞDÜRÜLMƏK (ID - 5565)

məch. Büzük hala salınmaq, qırış-qırış edilmək, əzişdirilmək.

BÜZÜŞMƏ (ID - 5566)

“Büzüşmək”dən f.is.

BÜZÜŞMƏK (ID - 5567)

f 1. Yığılmaq, yığışmaq, bürüşüb kiçilmək, quruyub yığılmaq, solmaq, pəjmürdə olmaq. [Məşədi Kazım ağanın] kirpikləri bir-birinə qarışıb, bütün vücudu ölüşgəmiş və əndamı quru alma kimi büzüşmüş(dü). M.S.Ordubadi.
Ütüsü...

BÜZÜŞMÜŞ (ID - 5568)

“Büzüşmək”dən f.sif. Mahmud əmi müəllimin arxasında durub, qocalıqdan büzüşmüş və qırışlar altında itmiş gözləri ilə hər tərəfə baxırdı. B.Talıblı.

BÜZÜŞÜKLÜK (ID - 5569)

is. Büzüşmüş şeyin halı.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed