İzahlı lüğət

BIÇAQLAMA (ID - 4059)

“Bıçaqlamaq”dan f.is.

BIÇAQLAMAQ (ID - 4060)

f. Bıçaqla yaralamaq, bıçaqla vurmaq. Axırda yoldaşlarından birini bıçaqlayıb yaralamağının üstündə Əmiraslanı məktəbdən xaric etdilər. S.S.Axundov.

BIÇAQLANMA (ID - 4061)

“Bıçaqlanmaq”dan f.is.

BIÇAQLANMAQ (ID - 4062)

məch. Bıçaqla yaralanmaq, bıçaqla vurulmaq.

BIÇAQLAŞMA (ID - 4063)

“Bıçaqlaşmaq”dan f.is.

BIÇAQLAŞMAQ (ID - 4064)

qarş. Dalaşaraq birbirini bıçaqla vurmaq.

BIÇAQLI (ID - 4065)

sif. Bıçağı olan, kəsici hissəsi olan. Bıçaqlı alətlər.

BIÇQI (ID - 4066)

BIÇQIÇI (ID - 4067)

is. Bıçqı ilə ağac və s. kəsən (adam); mişarçı.

BIÇQILAMA (ID - 4068)

“Bıçqılamaq”dan f.is.

BIÇQILAMAQ (ID - 4069)

f. Bıçqı ilə kəsmək, mişarlamaq.

BIÇQILANMA (ID - 4070)

“Bıçqılanmaq”dan f.is.

BIÇQILANMAQ (ID - 4071)

f. Bıçqı (mişar) ilə kəsilmək, mişarlanmaq.

BIĞ (ID - 4072)

is. 1. Kişilərin üst dodaqlarının üstündə qırxılmamış saxlanan tük topası. Gələn oğlanın nazik, qara bığları .. geriyə daranmış uzun saçlarına qısılmış balaca qulaqları vardı. M.Hüseyn. Cuma əsgərlərdən birinin sallaq...

BIĞCIQ (ID - 4073)

is. 1. zool. Cücülərdə başın ön tərəfindən irəliyə doğru uzanan buğumlu və çox zaman tükə oxşayan hiss orqanı.
2. bot. Bitkilərin yarpaqlarında və saplaqlarında sapşəkilli törəmələr.

BIĞIBƏY (ID - 4074)

is. dan. zar. İri və səliqəli bığları olan adam. [Çayçı] ..uzaqlaşmaq istəyəndə Veys “dayan-dayan!” deyib, əyilərək podnosun boşalmış yerinə işarə edib soruşdu: - Oradakı bığıbəy kimdir? Ə.Əbülhəsən.

BIĞIBURMA (ID - 4075)

sif. Gənc, yetişmiş, yekə, boylu-buxunlu. [Ağa Mərdan:] Bəs o yaxşıdır ki, baldızın tamam dövləti aparıb bir bığıburma oğlana yedirə! M.F.Axundzadə. Qapıda bizdən başqa dörd-beş çoban da xidmət edirdi, hamısı yeniyetmə,...

BIĞIQIRXIQ (ID - 4076)

is. və sif. dan. 1. Bığlarını qırxdırmış.
2. Keçmişdə mövhumatçıların və mürtəcelərin artistlərə verdiyi təhqirli ad. Hüseyn dərin bir ah çəkib həzin səslə dedi: “ ..Bilirsinizmi, mirzə, mənim əqrəbam mənə nə...

BIĞLANMA (ID - 4077)

“Bığlanmaq”dan fis.

BIĞLANMAQ (ID - 4078)

f Bığı çıxmaq.

BIĞLI (ID - 4079)

sif. Bığları olan. Bığlı kişi.

BIĞLICA (ID - 4080)

is. bot. Taxıllar qrupuna mənsub birillik ot bitki.

BIĞLI-SAQQALLI (ID - 4081)

sif. Bığ və saqqal qoymuş; yaşlı, yekə. İndi Nəcmi də bu bığlısaqqallı kursantları yaxşıca təsəvvür edirdi. Ə.Əbülhəsən.

BIĞSIZ (ID - 4082)

sif Bığı olmayan. Bığı çıxmamış kişi.

BIĞYAĞI (ID - 4083)

is. dan. 1. Keçmişdə bığı yağlamaq üçün xüsusi yağlı maddə.
2. dan. zar. Cüzi rüşvət. Bığyağı vermək.
Kəndlilər əvvəlcə Əbdüləzəlin qapısında dayanıb, onunla haqq-hesab etməli idilər. Yəni ona “bığyağı...

BIQDIRICI (ID - 4084)

sif Bezikdirici, usandırıcı, cansıxıcı, təngə gətirən. İlk həyatın yeni həyatverici günəşi, özünün ilıq və munis şüasını ətrafa saçmaqla, qışın bıqdırıcı və soyuq havasına qələbə çalmaqda idi. S.Hüseyn.

BIQDIRICILIQ (ID - 4085)

is. Bıqdırıcı şeyin halı; usandırıcılıq.

BIQDIRMA (ID - 4086)

“Bıqdırmaq”dan fis.

BIQDIRMAQ (ID - 4087)

f Bezikdirmək, usandırmaq, təngə gətirmək. [Tamara:] Siz romanlarla danışırsınız. Məni də roman bıqdırıbdır. S.Rəhimov.

BIQMA (ID - 4088)

“Bıqmaq”dan f.is.

BIQMAQ (ID - 4089)

f Bezikmək, usanmaq, təngə gəlmək. Daş yonmaqdan artıq bıqmışdım, başqa işə girmək istəyirdim. H.Sarabski.

BILİNA (ID - 4090)

is. [rus.] Rus xalq ədəbiyyatında folklor janrı, dastan.

BITRAQ (ID - 4091)

is. bot. Çox sıx bitən alaq, bitki. Bu il fındıqlar bıtraq kimi bir məhsul gətirmişdi. S.Rəhimov.

BITRAQLIQ (ID - 4092)

is. Çoxlu bıtraq bitmiş yer.

BIY (ID - 4093)

nida. Təəccüb, heyrət, narazılıq, təəssüf bildirir (bəzən təkrar şəklində işlənir). [Şahbaz bəy:] Bıy, Şərəfnisə, necə uşaq-uşaq danışırsan? M.F.Axundzadə. [Kişi:] Bıy, buna bax ey, niyə tanımırsan? Mən sənin həmşəhərlinəm...

BİABIR (ID - 4094)

sif. [fars.] Abırsız.
□ Biabır etmək (eləmək, eyləmək) - abırdan salmaq, rüsvay etmək, adını ləkələmək. [Kərim:] [Süleyman bəy] mənim bacımı biabır eləyib, mən də onun qarnını balıq qarnı kimi cırıb, bağırsaqlarını...

BİABIRCASINA (ID - 4095)

zərf 1. Abırsızca, utanmaz bir surətdə. Biabırcasına danışmaq.
Çox pis, utanılacaq bir surətdə, rüsvayçılığa səbəb olacaq bir tərzdə. Biabırcasına geridə qalmaq.

BİABIRÇI (ID - 4096)

sif. Rüsvayedici, eyib gətirən, adbatıran, utanılacaq. Biabırçı hərəkət.
Evdə qulaqtutan, biabırçı bir marçıltı qopdu. Mir Cəlal.

BİABIRÇILIQ (ID - 4097)

is. Rüsvayçılıq, rəzalət, utanılacaq hal. Bu nə biabırçılıqdır? - [Nazlı xanım:] İndi, Nəcəf bəy, sən də bizim biabırçılığımıza razı olma! Ə.Haqverdiyev. Sübhanverdizadə Kosanın burnunu görərək, əli ilə onu içəriyə...

BİAHƏNG (ID - 4098)

[fars.] bax ahəngsiz. Gahi bir nəğmə kimi biahəng; Gahi bir lövhə kimi rəngarəng. A.Səhhət.

BİAR (ID - 4099)

[fars. bi... və ər. ar] bax arsız. Biar adam. - Daşə çəkmiş xalq üçün Fərhad Şirin surətin; Ərz qılmış xalqa məhbubun, əcəb biar imiş! Füzuli. Gözəl olan gərək biar olmasın. Q.Zakir. Aslan .. Həsənin biar qumarbazın biri...

BİARAM (ID - 4100)

[fars.] bax aramsız. Keçdi üç ay, hələ ondan nə kağız var, nə pəyam; Gözləyir ailəsi kənddə onu biaram. A.Şaiq.

BİARLIQ (ID - 4101)

bax arsızlıq.

BİATLON (ID - 4102)

is. [yun.] idm. 20 km məsafədə tüfəngdən atəş açmaqla icra edilən xizək yarışı.

BİBAK (ID - 4103)

sif. [fars.] Qorxusuz, qorxmaz, heç bir şeydən ehtiyat etməyən. Nisbətim vermə Məcnunə; Bir aşiqi-bibakəm mən. Q.Zakir. Gün batmışdı, Hacı qayət xişmnak; Qayalardan aşıb gedirdi bibak. A.Səhhət.

BİBƏHRƏ (ID - 4104)

[fars.] bax bəhrəsiz. [Məşədi Oruc:] ..Bəlkə ağanın fəzilətinin kəraməti və mərhəmətindən mənim həmşəhərlilərim bibəhrə qalmasınlar. C.Məmmədquluzadə.
Bilmirəm mən nə yazım, bəlkə bəyənsin bu müdir; Nə ki zəhmət...

BİBƏR (ID - 4105)

is. Dadı acı, uzunsov tərəvəz bitkisi; istiot. Göy bibər. Qırmızı bibər.

BİBƏRLİ (ID - 4106)

sif. İçində bibər olan, bibər qatılmış; istiotlu.

BİBİ (ID - 4107)

is. Övlad üçün atanın bacısı.

BİBİGƏLİNİ (ID - 4108)

is. Atanın bacısının gəlini (oğlunun arvadı).

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed