İzahlı lüğət

BƏXTİYAR (ID - 3708)

sif. və zərf [fars.] Xoşbəxt, bəxtli. Bəxtiyar adam. Bəxtiyar olmaq. Bəxtiyar yaşamaq. - Avqustun axırında bu bəxtiyar ailə ilə əlvida edərək Bakıya qayıtdım. S.S.Axundov. Aslan çox çalışqan olduğu üçün hər gün öz ruzisini...

BƏXTİYARLIQ (ID - 3709)

is. Xoşbəxtlik. Burnaşov Yekaterinanın .. Tiflisə qoşun göndərməkdə heç bir istila fikrində olmadığından, yalnız əhalinin asayiş və bəxtiyarlığını istədiyindən bəhs edib, əsil mətləbə keçdi. Çəmənzəminli. Bu müqəddəs...

BƏXTLİ (ID - 3710)

sif. Taleli, xoşbəxt, bəxtəvər; bəxti gətirən, istədiyinə nail olan. Bəxtli adam.

BƏXTSİZ (ID - 3711)

sif. Talesiz, bəxti gətirməyən, uğursuz, bədbəxt. “Bəxtsiz cavan ” (Ə.Haqverdiyevin pyesinin adı).

BƏXTSİZLİK (ID - 3712)

mücər. Talesizlik, uğursuzluq, bəxti gətirməyən adamın halı.

BƏXUR (ID - 3713)

[ər.] bax buxur.

BƏİSTİLAH (ID - 3714)

... [fars. be və ər. istilah] köhn. Adətən tərkiblərdə işlənir. ...dilində, ...dilincə, ...dilində desək, ...demişkən, ...deyildiyi kimi. Bir para müsəlman müəllimlərinin canına bir cin müsəllət olub ki, yoldaşları öz aralarında...

BƏKARƏT (ID - 3715)

is. [ər.] 1. Bakirəlik, qızlıq.
2. məc. Təmizlik, saflıq.

BƏKÇİ (ID - 3716)

sif. Qoruyucu, mühafizəçi, baxıcı, gözətçi, keşikçi. Ax, siz, a zəncir, a zəncirlərim! Siz də dəmir bəkçisiniz hər zaman. A.Səhhət. [Qorxmaz:] Qardaşlar, biz dustaq bəkçisini sarıyıb qaçacağıq. C.Cabbarlı. Baxın dövrənizə...

BƏKÇİLİK (ID - 3717)

is. Gözətçilik, keşikçilik.

BƏKLƏMƏ (ID - 3718)

“Bəkləmək”dən f.is.

BƏKLƏMƏK (ID - 3719)

f. 1. Mühafizə etmək, qorumaq, keşiyini çəkmək. Bizə çün qədr bulunmaz, çıxalım dünyadan; Müştəri yox, necə bir bəkləyəlim bazarı. Füzuli. Naşı ovçu bərə bəklər, əylənər; Marallar sayrışır yollara doğru. Qurbani....

BƏKMƏZ (ID - 3720)

is. Bəzi şirin meyvələrin suyundan çəkilən şirə; doşab. Üzüm bəkməzi. Əncir bəkməzi. Tut bəkməzi.

BƏKTAŞİ (ID - 3721)

is. və sif. XV əsrdə İranda meydana çıxıb, sonralar Yaxın Şərqdə yayılmış müsəlman dini təriqətlərindən birinin adı (bu təriqətin müəssisi olan Hacı Bektaş Vəlinin adından).
// məc. Qeydsiz, laübalı, xərabati adam....

BƏKTAŞİLİK (ID - 3722)

is. Bəktaşi təriqəti və bu təriqətə mənsubiyyət.

BƏQA (ID - 3723)

is. [ər.] klas. Baqilik, əbədilik, həmişəlik, ölməzlik. Seyyid, elə bildim ki, bəqa suyunu içdim; Ol lalərüxün qətlimə fərmanını görcək. S.Ə.Şirvani. Füzulinin əşar və kəlamının bəqasına ikinci səbəb onların elm və...

BƏQƏDRİ... (ID - 3724)

[ər.] köhn. Aşağıdakı tərkiblərdə işlənir: bəqədri-qüvvə - qüvvə çatdıqca, güc çatdıqca, imkan daxilində. [Biz] hər bir şairin məsləkini, üslubi-kəlamını və öz əsr və zəmanasının təqazasınca nə növi əsərlər...

BƏQƏRƏ1 (ID - 3725)

is. [ər.] Quran surələrindən ikincisinin adı.

BƏQƏRƏ2 (ID - 3726)

is. Keçmişdə quyudan su və neft çəkmək üçün işlədilən təkərəoxşar fırlanan qurğu. [Atabala:] Səhərdən axşama qədər atı bəqərəyə qoşub neft çəkirdim. A.Şaiq.

BƏQİYYƏ (ID - 3727)

is. [ər.] köhn. 1. Artıq qalan şey, qalıq.
Ard, geri, mabəd.
Məhv olmuş şeyin qalmış hissəsi, qalıqları. Dağılmış köhnə bir binanın bəqiyyəsi.

BƏLA (ID - 3728)

is. [ər.] 1. Uğursuzluq, bədbəxtlik, müsibət, fəlakət, afət. Ona bəla üz verdi. Bu nə bəladır ki, .. dağlar və daşlar da quraqlıqdan od tutub yanır. C.Məmmədquluzadə. ..Kiçik bir xata böyük bəlalar törədər. M.İbrahimov.
...

BƏLADİDƏ (ID - 3729)

sif [ər. bəla və fars. didə] köhn. Bəla görmüş, bəla çəkmiş, başına bəla gəlmiş; çoxlu bəla və müsibət görməklə təcrübə və sınaqdan çıxmış (adam). Torpaq qarışıb daşlara, evlər mütəlaşi; Xaki-siyəh ətfali-bəladidə...

BƏLAĞƏT (ID - 3730)

is. [ər.] Fikrini gözəl, aydın, düzgün və inandırıcı sözlərlə ifadə etmək qabiliyyəti; natiqlik istedadı. Onun danışığında bir bəlağət var. - Oğlanın qəzəlpərəst atası.. barmağını mənə tərəf uzadıb başladı bəlağətlə...

BƏLAĞƏTLİ (ID - 3731)

sif. 1. Fikrini gözəl, düzgün, aydın və inandırıcı sözlərlə ifadə edə bilən, natiqlik istedadına malik olan.
2. İnandırıcı, gözəl və aydın bir surətdə ifadə edilmiş (nitq, ifadə və s.).

BƏLAKEŞ (ID - 3732)

sif. [ər. bəla və fars. ...keş] b ax bəladidə. Hər yan dedilər ki, ey bəlakeş! Gül çağıdır, olmagil müşəvvəş! Füzuli.

BƏLALI (ID - 3733)

sif. 1. Əziyyətli; əzablı; iztirab və məşəqqətlə dolu. Bəlalı iş. - Kərəm kimi nə bəlalı başın var; Alvaz dağı, heç əskilməz dumanın. Aşıq Kərəm. Canlandı gözlərində bəlalı ağır illər. M.Rahim.
2. Müsibət və...

BƏLƏD (ID - 3734)

[ər.] 1. sifi Bir adam, iş və s. ilə yaxşı tanış olan: bilən, yetik. O bu yerlərə bələd adamdır. - [Gülbahar:] Dadaş, .. sən dediyin adamların heç birinə mən bələd deyiləm. C.Məmmədquluzadə.
□ Bələd olmaq - tanış olmaq,...

BƏLƏDÇİ (ID - 3735)

is. Yol göstərən; bir yerin, şəhərin və s.-nin yolunu, ətrafını yaxşı tanıyan adam. [Əmiraslan ağa:] Bələdçi olmasa qoşun bir şey edə bilməz. S.S.Axundov. Səfəri bələdçi aparmışdılar. Səfər axşam Kürü o taya keçib,...

BƏLƏDÇİLİK (ID - 3736)

is. Bələdçinin işi.
□ Bələdçilik etmək - qabağa düşüb yol göstərmək. [Qacar:] Yaxşı, qoşul bizə, bizimlə də get; Bu vəhşi dağlarda bələdçilik et! S.Vurğun. Səlim .. yağışa düşmüş bir şəhərliyə bələdçilik...

BƏLƏDİYYƏ (ID - 3737)

is. [ər.] Şəhər, rayon, kənd kimi yaşayış məntəqələrində abadlıq, təmizlik, kommunal və s. xidmətlərə baxan, üzvləri xalq tərəfindən seçilən idarə. Bələdiyyə rəisi. Bələdiyyə idarəsi.

BƏLƏDİYYƏLƏŞDİRİLMƏ (ID - 3738)

“Bələdiyyələşdirilmək”dən f.is.

BƏLƏDİYYƏLƏŞDİRİLMƏK (ID - 3739)

məch. Xarici şəxslərin əlindən alınıb, bələdiyyə və ya kənd idarəsi ixtiyarına verilmək.

BƏLƏDİYYƏLƏŞDİRİLMİŞ (ID - 3740)

fsif Bələdiyyə və ya kənd özünüidarə təşkilatı ixtiyarına verilmiş (bax bələdiyyələşdirilmək).

BƏLƏDİYYƏLƏŞDİRMƏ (ID - 3741)

“Bələdiyyələşdirmək”dən f.is.

BƏLƏDİYYƏLƏŞDİRMƏK (ID - 3742)

f Torpaq və mülkləri xüsusi şəxslərin əlindən alıb, bələdiyyə və ya kənd özünüidarə təşkilatı ixtiyarına vermək.

BƏLƏDİYYƏT (ID - 3743)

BƏLƏDLƏMƏ (ID - 3744)

“Bələdləmək”dən f.is.

BƏLƏDLƏMƏK (ID - 3745)

f 1. Bir yeri, yolu və s.-ni öyrənmək, tanış olmaq, nişanlamaq, gözaltı eləmək. Partizanlar düşmənin mövqelərini qabaqcadan bələdlədilər. - Lotubaşı ertədən yolu bələdləyib xəzinənin yarılmasını axşama qoydu. “Aşıq...

BƏLƏDLİK (ID - 3746)

is. Tanışlıq, aşnalıq; yetiklik. Bu işə bələdliyim yoxdur. - [Nəriman:] Döyüş işinə nəzəri cəhətdən o qədər bələdliyim yoxdur. Mir Cəlal.

BƏLƏK (ID - 3747)

is. 1. Körpə uşağı bələməyə məxsus sarğı, qundaq. Dürdanə xanım dad təpdi ki, mənim qızım hələ körpədir; nə bilim, bələkdən təzə çıxıb. Ə.Əbülhəsən. [Şair] içəri girib, Afaqın başı yanındakı kiçik bələyə...

BƏLƏKBAĞI (ID - 3748)

is. Uşağın bələyini bağlamağa məxsus bağ; qundaqbağı.

BƏLƏKLƏMƏ (ID - 3749)

“Bələkləmək”dən f.is.

BƏLƏKLƏMƏK (ID - 3750)

f 1. Bələyə bürünmək.
Bax bələmək.

BƏLƏKLƏNMƏK (ID - 3751)

bax bələnmək1.

BƏLƏKLİ (ID - 3752)

sif. Bələyə sarılmış, bələklənmiş, qundaqlanmış. [Salman] bələkli körpəni yavaşca hər iki əlinin üstünə götürdü. S.Rəhimov. Bələkli iki körpə baş-ayaq nənnidə yatırdı. M.İbrahimov.

BƏLƏKÜN (ID - 3753)

is. bot. Birillik ot bitki. Bələkün .. üzəri sıx tüklərlə örtülü bozumtulyaşıl rəngli birillik bitkidir. Qədirov.

BƏLƏMƏ (ID - 3754)

“Bələmək”dən f.is.

BƏLƏMƏK (ID - 3755)

f Körpəni sarğı ilə sarımaq, bələyə bükmək, qundaqlamaq. Sona sevə-sevə, oxşaya-oxşaya qızı Məryəmi bələyirdi. A.Şaiq.

BƏLƏN (ID - 3756)

is. məh. Dağ döşündə tala. 'Bələndən endim düzə; Su bağladım nərgizə. (Bayatı). ..Eyvaz Koroğluynan bərabər qoyunları hayladı, bələndən aşırdı. “Koroğlu”.

BƏLƏNMƏ (ID - 3757)

“Bələnmək”dən f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed