İzahlı lüğət

BƏDXAH (ID - 3608)

sif [fars.] Başqasının pisliyini istəyən, heç kəsin yaxşılığını istəməyən; qərəzkar (xeyirxah ziddi). Bədxah adam. -Bəzən oxumuş rəfiqi-bədxah; Tədbirimi çaşdırıbmış, ey vah! M.Ə.Sabir. [Şah] zəng edənin mütləq bədxah...

BƏDXAHLIQ (ID - 3609)

is. Başqasının pisliyini, yamanlığını istəmə; qərəzkarlıq (xeyirxahlıq ziddi).

BƏDXASİYYƏT (ID - 3610)

sif. [fars. bəd və ər. xasiyyət] Pisxasiyyətli, pistəbiətli, xasiyyəti pis, yolagetməz, qılıqsız. Bədxasiyyət adam.
[Həkim:] Atların xasiyyətini gözüm elə alıbdır ki, heç bir bədxasiyyət at fikrimə gətirə bilməyirəm ki,...

BƏDXƏRC (ID - 3611)

BƏDXƏRCLİK (ID - 3612)

is. Pulunu səmərəsiz və mənasız yerə sərf etmə; xərcini bilməmə; israfçılıq.

BƏDXU (ID - 3613)

[fars.] köhn. bax bədxasiyyət.
Kimsə ol bədxuyə izhar edə bilməz halımı. Füzuli. Ol zalimi-bədxu, şuxü sitəmkar; Zakirin halından deyil xəbərdar. Q.Zakir. Nə qədər gər ola bu çərxi-cəfacudə bəla; Olmaz ol qədr ki, var ol...

BƏDİƏ (ID - 3614)

is. [ər.] Misli-bərabəri görünməmiş şey, diqqəti cəlb edən yeni icad olunmuş şey, nadir gözəl şey.

BƏDİHƏ (ID - 3615)

is. [ər.] 1. Fikirləşmədən, qabaqcadan hazırlaşmadan söylənilən söz, şeir.
// Hazırcavablıq.
2. Aşıq və bədihəçilərin hazırlamadan döşdən dedikləri mənzum parçalar.

BƏDİHƏÇİ (ID - 3616)

is. və sif. Bədihə deyən (b ax bədihə).

BƏDİHƏGU (ID - 3617)

is. [ər. bədihə və fars. gu] bax bədihəçi.

BƏDİHİ (ID - 3618)

sif. [ər.] köhn. Aşkar, bəlli, aydın. [Gülnisə:] Sonra Sara özü-özündən vərəmlənəcəyi bədihidir. C.Cabbarlı.

BƏDÜ (ID - 3619)

sif. [ər.] 1. Estetik zövqə, incəsənət tələblərinə cavab verən; gözəl, qəşəng, incə, estetik. Romanın bədii məziyyətləri. Bədii zövq. Bədii yaradıcılıq üsulu. Bədii tərtibat. Rolu bədii surətdə ifa etmək. - [Qətibə:]...

BƏDİİLİK (ID - 3620)

is. Gözəllik, qəşənglik, incəlik, estetiklik.

BƏDİMAN (ID - 3621)

sif. [fars. bəd. və ər. iman] Kafir, imansız, məzhəbsiz. Kafirə bax, gör nə bədimandı bu! Dur qaçaq, oğlum, başayaq qandı bu! M.Ə.Sabir.

BƏDİR (ID - 3622)

BƏDİRLƏNMƏ (ID - 3623)

“Bədirlənmək”dən f.is.

BƏDİRLƏNMƏK (ID - 3624)

f 1. Dolğunlaşmaq, tam dairə şəklində, on dörd gecəlik şəklə düşmək (Ay haqqında). Ay bədirlənmişdir.
2. məc. Ay kimi parlamaq, Ay kimi saf, təmiz, aydın olmaq (klassik ədəbiyyatda və xalq yaradıcılığında gözəlin surətinə...

BƏDİRLƏNMİŞ (ID - 3625)

fsif Tam dairə şəklinə düşmüş, dolğunlaşmış, on dörd gecəlik. 'Bədirlənmiş Ay qalxıb, göyün bir qatında durub, bu övzaya tamaşa edirdi. Ə.Haqverdiyev. Göydə parladıqca bədirlənmiş Ay; Gümüş zəncir kimi görünürdü...

BƏDİYƏ (ID - 3626)

is. dan. bax bədihə.

BƏDİYƏÇİ (ID - 3627)

is. dan. bax bədihəçi.

BƏDQƏDƏM (ID - 3628)

sif [fars. bəd və ər. qədəm] Ağırayaqlı, ağırayaq, qədəmi şükümsüz, ayağı düşməyən, gəlməsi guya uğursuzluğa səbəb olan.

BƏDQƏDƏMLİK (ID - 3629)

is. Ağırayaqlılıq, qədəmi şükümsüzlük.

BƏDQILIQ (ID - 3630)

sif. [fars.] Pisxasiyyət, adamlarla yola getməyən. Bədqılıq adam.

BƏDQILIQLIQ (ID - 3631)

is. Bədqılıq adamın xasiyyəti, yola getməzlik.

BƏDLƏKƏR (ID - 3632)

sif. Çirkin, eybəcər, kifir, pinti, natəmiz, yaraşıqsız.

BƏDLƏKƏRLİK (ID - 3633)

mücər. Çirkinlik, kifirlik, pintilik, eybəcərlik, natəmizlik, yaraşıqsızlıq.

BƏDLƏMƏK (ID - 3634)

f dan. Bəxti gətirməmək, işi pis gətirmək, uğursuzluğa düçar olmaq.

BƏDLİK (ID - 3635)

is. Pislik, yamanlıq; tərslik, nəhslik. [Novruzqulu] başmağını çıxarmaq üçün əyildikdə, işin bədliyindən bu biri ayağı da sürüşür. H.Sarabski.

BƏDLÖYÜN (ID - 3636)

sif. [fars. bəd. və ər. lövn] Əsil mənası “bədrəng” olub, canlı dildə “pis, yaramaz, ləyaqətsiz” mənasında işlənir. Tapdıq dünyanın ən bədlöyün .. adamı ..
şəklinə düşməyə razı olardı, əsir düşməyə yox!...

BƏDMƏST (ID - 3637)

sif. [fars.] köhn. Son dərəcə kefli, bərk kefli; sərxoşluqdan özünü itirib, nalayiq hərəkət edən. Bəli, doqquz ayın müddətində otuz doqquz nömrə məcmuə çıxartmışıq və bu otuz doqquz nömrənin içində yüz otuz doqquz çaxır...

BƏDMƏZAC (ID - 3638)

sif. [fars. bəd və ər. mizac] Pisxasiyyətli, ağırxasiyyətli, tündməzac, yolagetməz, qılıqsız, rəftarsız. Bədməzac adam.

BƏDMƏZACLIQ (ID - 3639)

is. Yolagetməzlik, qılıqsızlıq, rəftarsızlıq, pisxasiyyətlik; hər şeydən əsəbiləşmə, hirslənmə xasiyyəti. Xan özü çox xoşxasiyyət nəzərə gəlirdi ki, rəiyyətlərlə bunun arasında heç bir saxtalıq, bədməzaclıq mən...

BƏDMƏZHƏB (ID - 3640)

sif. [fars. bəd və ər. məzhəb] Heç bir dinə, məzhəbə inanmayan; dinsiz.

BƏDMÜŞK (ID - 3641)

is. [fars.] bot. Müşk ağacı, söyüd fəsiləsindən dekorativ ağac.
□ Bədmüşk arağı - bu ağacın çiçəyindən çəkilib, xalq təbabətində işlənən cövhər.

BƏDNAL (ID - 3642)

sif. [fars. bəd və ər. nəl] Özünü nallamağa qoymayan (at, qatır və s.). Bədnal at.

BƏDNAM (ID - 3643)

sif. [fars.] Pislikdə adı çıxmış, adı ləkəli, pis ad qazanmış; rüsvayçı, biabırçı. Çaqqal var ki, gödən çıxardar, qurdun adı bədnamdır. (Ata. sözü).
□ Bədnam etmək (eləmək) - rüsvay etmək, biabır etmək. Çün Nəsiminin...

BƏDNAMÇILIQ (ID - 3644)

dan. bax bədnamlıq. [Hamı:] Yox, belə iş ola bilməz; bu nə hərəkətdir, bu nə bədnamçılıqdır? Ü.Hacıbəyov.

BƏDNAMLIQ (ID - 3645)

is. Biabırçılıq, rüsvayçılıq.

BƏDNƏZƏR (ID - 3646)

is. [fars. bəd və ər. nəzər] Guya gözündə başqasına xətər yetirə biləcək qüvvə olan adam. Al-yaşıl geyinib durma qarşıda; Yayın bədnəzərdən, göz dəyər sənə. Qurbani. Tüklərindir ipək kimi parlaq; Bədnəzərdən vücudun...

BƏDNİYYƏT (ID - 3647)

sif. [fars. bəd və ər. niyyət] Niyyəti, qəsdi, fikri, arzusu pis olan. Gözəlin bəzisi bədniyyət olur; Qədrbilməz olur, bihürmət olur. Q.Zakir. [Teymur ağa:] Mənim atamın mərhəmətləri ona haram olsun ki, mənim haqqımda bu tövr...

BƏDÖV, BƏDÖY (ID - 3648)

is. Sağlam, qaçağan və köhlən at. Mən aşıq Alı dayı; Söz deyər Alı dayı; Könlü bədöv istəyən; Vaxtında alı dayı. (Bayatı). Qoyun bədöylər kişnəsin; Misri qılınclar işləsin. “Koroğlu”. Bədöyün qocası olsa da arıq;...

BƏDR (ID - 3649)

is. [ər.] On dörd gecəlik Ay, tam dairə şəklinə düşmüş Ay.
// Şairanə təşbehlərdə. Gün-gündən edib kamalı hasil; Ol mahi-növ oldu bədri-kamil. Füzuli. Sanasan buluddur ənvər üzünü; Bədr Ayıtək almış qucağa zülfün.M.P.Vaqif....

BƏDRƏFTAR (ID - 3650)

sif. [fars.] Rəftarı pis, bədqılıq, rəftarsız, yola getməyən, kobud (rəftarda). Bədrəftar adam.

BƏDRƏFTARLIQ (ID - 3651)

is. İnsanlarla keçinməmə, yola getməmə, rəftarsızlıq, bədqılıqlıq; kobudluq (rəftarda).

BƏDRƏĞBƏT (ID - 3652)

[fars. bəd və ər. rəğbət] Pis, rəğbətsiz, ikrah doğuran. Amma [Mirzə Süleyman bəy] adını dəyişmək istəyəndə rəhmətlik atasının bədrəğbət adı mane olurdu.
B.Talıblı.

BƏDRƏNC (ID - 3653)

is. [fars.] bot. Ətirli efir yağına malik bitki.

BƏDRƏNG (ID - 3654)

sif [fars.] 1. Xoşa gəlməyən rəngdə olan, pisrəngli, çirkinrəngli.
2. Çirkin, kifir. Cəfər kişi qarayanız, .. seyrək bığlı, olduqca bədrəng bir adam idi. Ə.Vəliyev.

BƏDSİFƏT (ID - 3655)

is. [fars. bəd və ər. sifət]
Görünüşü, sir-sifəti çirkin, bədləkər. Bədsifət bir şeytan kürəkləyib onu cəhənnəmə tullamaq istəyirdi... “Kirpi”.
2. Sərt, qaşqabaqlı, üzügülməz.

BƏDŞƏKİL (ID - 3656)

sif. [fars. bəd və ər. şəkl] Pis görkəmli, çirkin, biçimsiz.

BƏDŞÜKÜM (ID - 3657)

sif. Uğursuzluq gətirən.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed