İzahlı lüğət

BÖLÜŞMƏ (ID - 5009)

“Bölüşmək”dən f.is.

BÖLÜŞMƏK (ID - 5010)

qarş. Bir şeyi öz aralarında bölmək, təqsim etmək, paylaşdırmaq, yaxud bir şeydən bir hissə özünə götürüb, qalanını başqasına və ya başqalarına vermək. Qaraca qız çox rəhmdil və səxavətli qız idi. Hər nə əlinə düşsə...

BÖRK (ID - 5011)

is. Papaq, baş geyimi. Mollanın börkünü çalıb oğru; Yüyürüb qaçdı bir bağa doğru. M.Ə.Sabir. [Xudayar bəy:] Kişi börkünü başına nədən ötrü qoyur? Ondan ötrü qoyur ki, ona kişi desinlər. C.Məmmədquluzadə.
□ Börkünü...

BÖRKÇÜ (ID - 5012)

is. Papaqçı. Börkçünün börkü olmaz, kürkçünün kürkü. (Ata. sözü).

BÖRKQAPAN (ID - 5013)

is. Keçmişdə papaqla oynanılan bir oyun adı; papaqaldıqaç.

BÖRKLÜ (ID - 5014)

sif. Papaqlı, başında börk olan.

BÖVL (ID - 5015)

is. [ər.] köhn. Sidik.
□ Bövl etmək
işəmək. Ağacın altında, suyun qırağında bövl etməkyaxşı deyil. C.Məmmədquluzadə.

BÖYƏ (ID - 5016)

is. zool. Hörümçəyəoxşar zəhərli cücü.

BÖYƏLƏK (ID - 5017)

is. zool. Heyvanların qanı və bitkilərin şirəsi ilə dolanan iri çibin.

BÖYƏLƏKÇİ (ID - 5018)

is. məh. Hiyləbaz, araqızışdıran. [Həzrətqulu:] Nə vaxtacan bu Həsən kişi xalqın başına böyələkçi olacaq? Ə.Haqverdiyev.

BÖYƏLƏKLƏNDİRMƏK (ID - 5019)

f. məh. Acıqlandırmaq, qızışdırmaq.

BÖYƏLƏKLƏNMƏK (ID - 5020)

f. məh. 1. Böyələk sancmasından qaçmaq, şıllaq atmaq (heyvanlar haqqında) .
məc. Acıqlanmaq, dalaşmaq istəmək.

BÖYƏMƏK (ID - 5021)

f məh. Suyu gölləndirmək üçün arxm, çayın qabağını kəsmək.

BÖYƏNMƏK (ID - 5022)

f məh. Yığılıb qalmaq; qabağı kəsilmək, qabağı bağlanmaq.

BÖYLƏ (ID - 5023)

köhn. b ax belə. İnsan da olurmu böylə incə; Ey şux, məgər ki, huri-eynsən? Heyran xanım. Hacı Saleh qızı böylə camal sahibi görüb, oğlu Əsgərə təklif etdi ki, Züleyxanı alsın. C.Cabbarlı. Dedim, igid ömrü böylə bitirməz......

BÖYRƏK (ID - 5024)

is. anat. İnsan və heyvanlarda: sidik ifraz edən bədən üzvü. Böyrək xəstəliyi. Sağ böyrək.

BÖYRƏKCİK (ID - 5025)

is. Kiçik böyrək.

BÖYRƏKLİ (ID - 5026)

sif. məh. Qoçaq, ürəkli.

BÖYRƏKÜSTÜ (ID - 5027)

sif. anat. Böyrəklərin üstündə yerləşən. Böyrəküstü vəzilər.

BÖYÜCÜK (ID - 5028)

sif. Çox böyük, olduqca böyük. ..Qanbur bir ixtiyar əlində böyücük bir büt yonur. H.Cavid.
// Bir qədər böyük.

BÖYÜDÜCÜ (ID - 5029)

sif. xüs. Böyük göstərən, iri göstərən. Böyüdücü şüşə. Böyüdücü cihaz.

BÖYÜDÜLMƏ (ID - 5030)

“Böyüdülmək”dən f.is.

BÖYÜDÜLMƏK (ID - 5031)

məch. 1. Böyük hala salınmaq. Şəkil 4 dəfə böyüdülmüşdür.
Tərbiyələndirilmək, (bəslənib) yetişdirilmək.
Vəzifəsi artırılmaq, yüksəldilmək.

BÖYÜDÜLMÜŞ (ID - 5032)

fsif 1. Böyük hala salınmış, iriləşdirilmiş. Böyüdülmüş şəkil. Mikroskop altında böyüdülmüş mikrob.
2. Şişirdilmiş. Böyüdülmüş məsələ.

BÖYÜK (ID - 5033)

sif. 1. Kəmiyyətcə, ölçücə yekə, iri (kiçik ziddi). Böyük daş. Böyük şəhər. Böyük ev. - Ağarza yoldan kənara çəkilib, böyük və soyuq bir daş üstündə oturdu. Mir Cəlal. \Göyərçin:] İsmayılzadə deyir ki, bu il böyükbir...

BÖYÜKCƏ (ID - 5034)

sif. Çox böyük, yaxud bir qədər böyük. Qısaboylu, böyükcə burunlu, çuxura düşmüş gözlü bu adamın .. boz saçları boynunun ardına tökülmüşdü. H.Nəzərli.

BÖYÜK-KİÇİK (ID - 5035)

is. 1. Yaşlarından asılı olmayaraq hamı. \Sarxan] daima lətifələrlə danışar, böyük-kiçiyə baxmadan zarafat eləməyi sevərdi. M.İbrahimov. Böyük-kiçik hamı çıxır. Ə.Əbülhəsən.
// Bəzən “böyüklükiçikli” şəklində...

BÖYÜKLƏNMƏK (ID - 5036)

BÖYÜKLÜK (ID - 5037)

“Böyük”dən (1, 2, 5, 6 və 8-ci mənalarda) mücər. 'Evin böyüklüyü. Dalğanın böyüklüyü. Dənizin böyüklüyü. Meşənin böyüklüyü. - Xalqın böyüklüyü onun sayı ilə təyin edilmir, bəlkə tarixdəki müsbət rolu...

BÖYÜKRAQ (ID - 5038)

müq.dər. köhn. Bir qədər böyük.

BÖYÜKSÜZ (ID - 5039)

sif. Başçısız, böyüyü, baxıcısı olmayan; hamisiz. Böyüksüz evdə xeyirbərəkət olmaz. (Ata. sözü).

BÖYÜKSÜZLÜK (ID - 5040)

is. Baxıcısızlıq, hamisizlik.

BÖYÜKYANA (ID - 5041)

zərf Böyük-böyük, yekə-yekə, lovğa-lovğa. [Hikmət İsfahani] aramla və böyükyana danışmağa başladı. M.İbrahimov.

BÖYÜKYAŞLI (ID - 5042)

sif. Yaşca o birilərindən böyük olan. Böyükyaşlı uşaqlar.
// İs. mənasında. Böyükyaşlılar arasında keçirilən ümumittifaq yarışları.

BÖYÜMƏ (ID - 5043)

“Böyümək”dən f.is.

BÖYÜMƏK (ID - 5044)

f 1. Həcmcə və ya miqdarca artmaq, genişlənmək. Şiş böyümüşdür. Mikroskop altında mikrob yüz dəfə böyümüşdür. Sürülər xeyli böyümüşdür. - Al rənglər getdikcə artır, böyüyür, bir məşəl, bir azadlıq günəşi kimi...

BÖYÜR (ID - 5045)

is. 1. Bədənin çiynindən ombaya qədər olan sağ və sol tərəfi. Böyrü əzilmək. Böyrü üstə uzanmaq. - Namərd güllə yazıq uşağın sol böyründən dəyib, kürəyindən çıxmışdı. S.S.Axundov. Uşaq yumaq kimi bükülüb, böyrü...

BÖYÜRAĞRISI (ID - 5046)

is. dan. Əlavə qayğı, əngəl, narahatlıq, narahatedici şey.
□ Böyürağrısı olmaq - narahat etmək, əngəl olmaq.

BÖYÜRMƏ (ID - 5047)

“Böyürmək”dən f.is. Atların kişnəməsi, qoyun-quzunun mələşməsi, inək və camışların böyürməsi .. bir uğultu təşkil edir.. Çəmənzəminli.

BÖYÜRMƏK (ID - 5048)

f 1. Bağırmaq (öküz, inək, camış, dana haqqında).
2. Qışqırmaq, pis səslə bağırmaq. Böyürmə, insan kimi çığır.

BÖYÜRTKƏN (ID - 5049)

is. Tutabənzər meyvəsi olan yabanı kol bitki. [Cəmil] böyürtkən kolları, çalı-çəpərlər arasından keçib kəndin yaşıl ağacları arasında gözdən itdi. Mir Cəlal.
// Bu bitkinin meyvəsi. Yay fəslində ərik, gavalı, böyürtkən...

BÖYÜRTKƏNLİK (ID - 5050)

is. Böyürtkən kolları bitən yer. Dəmirov üzünü böyürtkənliyə tutub, Fətəlinin başını sığalladı. S.Rəhimov.

BÖYÜRTMƏ (ID - 5051)

“Böyürtmək”dən f.is.

BÖYÜRTMƏK (ID - 5052)

icb. Böyürməsinə səbəb olmaq, qışqırtmaq, bağırtmaq.

BÖYÜRTÜ (ID - 5053)

BÖYÜRÜŞMƏ (ID - 5054)

“Böyürüşmək”dən f.is.

BÖYÜRÜŞMƏK (ID - 5055)

qarş. Bir yerdə, ağız-ağıza verib böyürmək.

BÖYÜTDÜRMƏK (ID - 5056)

icb. Başqa şəxs vasitəsi ilə böyütmək. Şəklini fotoqrafiyada böyütdürmək.

BÖYÜTMƏ (ID - 5057)

“Böyütmək”dən f.is.

BÖYÜTMƏK (ID - 5058)

f. 1. Böyük eləmək, iriləşdirmək; genişləndirmək. Şəkli böyütmək. Otaqların arasını açıb böyütmək. Bağın sahəsini böyütmək. - Əhməd elə fikir eləyirdi ki, .. özü qazandığı pulların köməyi ilə alverini böyüdəcək,...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed