İzahlı lüğət

BAZARI (ID - 3358)

sif Bazarda satılmaq üçün hazırlanmış, adətən aşağı keyfiyyətli. Bazarı çəkmə. Bazarı palto.
// Ümumiyyətlə, keyfiyyətsiz, səliqəsiz, davamsız, qaba, ucuz, çox sadə (mal haqqında).

BAZARLAŞMA (ID - 3359)

“Bazarlaşmaq”dan fis.

BAZARLAŞMAQ (ID - 3360)

f 1. Alış-veriş zamanı qiymət üstündə danışaraq uzlaşmaq, sazişə gəlmək, qiymət kəsmək.
// məc. Mübarizə etmək, razı olmamaq, inad edərək şərtlər irəli sürmək.
Bazarlıq etmək.

BAZARLIQ (ID - 3361)

1. is. Bazardan alınmış şeylər.
Bazarlıq etmək - 1) bazardan ev üçün lazımi şeylər almaq. [Nəbi ağa:] Özün buyurmuşdun ki, məni tez oyat, axşama qonaqlarım var, gərək bazarlıq edəm. S.S.Axundov. Firəngiz bazarlıq edir, xörək...

BAZBURUD (ID - 3362)

is. [əsli fars. bad burut] dan.
Görkəm, boy-buxun, bədən quruluşu. [Qara xan:] Elə bazburudundan oxşayırsan; səni özümə ilxıçı edərəm. “Koroğlu” Yəhyənin dili gödək olacaq, “Nə bilim, - deyəcək, bazburuduna inandım...

BAZBURUDLU (ID - 3363)

sif. dan. Boylu-buxunlu, qədd-qamətli. Xəlil paşa belə bazburudlu oğlanları görüb mat qaldı. “Koroğlu”.

BAZEDOV (ID - 3364)

[xüs. is.-dən]: bazedov xəstəliyi tib. - qalxanvari vəzinin fəaliyyətinin pozulması nəticəsində törəyən xəstəlik.

BAZI1 (ID - 3365)

is. məh. 1. Xışın, cütün ulamadan kötüyə qədər olan hissəsi; qol.
İki zəmi, tarla arasında mərz; dikdir.
Halqa, dairə. Üzük bazısı.

BAZI2 (ID - 3366)

is. [fars.] dan. Oyun, kələk, hiylə, biclik.
□ Bazı gəlmək - kələk gəlmək, biclik işlətmək. [Şərəfnisə xanım:] Bəsdir, Allahı sevirsən, bu bazıları mənə az gəl!.. M.F.Axundzadə.

BAZI3 (ID - 3367)

is. Çöl, quru düzənlik, səhra.
...bazlıq. Bəzi sözlərin sonuna gətirilərək, mürəkkəb isim düzəldilir; məs.: kələkbazlıq, hiyləbazlıq, oyunbazlıq və s.

BAZİÇƏ (ID - 3368)

is. [fars.] Oyuncaq. Böylə-böylə sözlərin mən olmaram baziçəsi; Olsun, olsun, qoy çox olsun, böylə ləzzətli həyat! M.Ə.Sabir. Uşaqcıqlar kimi baziçələrə aldanaraq; Mütəsəlli olar, istər daha artıq yaşamaq. A.Səhhət. Əxtərlər,...

BAZİRGAN (ID - 3369)

is. [fars.] köhn. Tacir.

BAZİRGANBAŞI (ID - 3370)

is. köhn. Tacirbaşı.

BAZİS (ID - 3371)

is. [yun.] Müəyyən cəmiyyətin üstqurumunun real əsasmı təşkil edən ictimai istehsal münasibətlərinin məcmusu. Bazis və üstqurum.

BAZU (ID - 3372)

is. [fars.] Qolun çiyindən dirsəyə qədər olan hissəsi; qol. Ol gümüş biləklər, şümşad bazular; Yada düşər, işim ahü zar olur. M. Vaqif. Nə çapırsan bu qədər dağları sən, ey Fərhad; Tələbi-vəsl məgər qüvvətibazu ilədir....

BAZUBƏND (ID - 3373)

is. [fars.] 1. Qolbaq, bilərzik. Xədəmələr durar sağü solunda; Cavahir bazubənd iki qolunda. Nəbati. Bu halda şah, başında tac və əlində cavahirnişan toppuz, qolunda cavahir bazubəndlər .. taxta çıxıb oturdu. M.F.Axundzadə. Salıbsan...

BAZUÖNÜ (ID - 3374)

is. anat. Qolun dirsək oynağından biləyə qədər olan hissəsi.

BE (ID - 3375)

“B” hərfinin və bu hərflə işarə olunan səssizin adı.
// b ax bey.

BECA (ID - 3376)

BECƏRİLMƏ (ID - 3377)

“Becərilmək”dən icb.

BECƏRİLMƏK (ID - 3378)

məch. Yetişdirilmək, bəslənib yetişdirilmək.

BECƏRMƏ (ID - 3379)

“Becərmək”dən f.is. Becərmə işləri. - Xanpərinin də sahəsində becərmə gedir, pambıq seyrəlirdi. Ə.Vəliyev.

BECƏRMƏK (ID - 3380)

f. Xidmət edərək, bəsləyərək yetişdirmək. Bağ becərmək. - [Heydər bəy:] Qulaq as, gör mənə nə cavab verdi: Heydər bəy, cüt ək, bağ becər, alış-veriş elə. M.F.Axundzadə. Salman kişi Daşlıca ağzında bostan becərərdi....

BECƏRTMƏ (ID - 3381)

“Becərtmək”dən f.is.

BECƏRTMƏK (ID - 3382)

“Becərmək”dən icb.

BECİD (ID - 3383)

zərf dan. Tez, yeyin, sürətli, cəld. Tez ol, becid gəl.

BEÇÇƏ (ID - 3384)

BEÇƏ (ID - 3385)

is. [fars.] 1. Bala.
Çolpa, cavan xoruz. Siz sərv kimi sərkəş olub böylə boy atdız; İllik beçətək banlayaraq, xalqı oyatdız. M.Ə.Sabir. Dan atınca xoruz, beçələr banlar. A.Şaiq. Xalq ehtiyac içində əziyyət çəkdiyi zaman, Tərlan...

BEÇƏDAN (ID - 3386)

is. [fars.] Uşaqlıq, balalıq, ana qarnı.

BEÇƏXOR (ID - 3387)

is. [fars.] Qadınların uşaqlıqlarında əmələ gələn bir xəstəliyin xalq arasında adı.

BEÇƏLƏMƏ (ID - 3388)

f.is. Yeni əmələ gəlmiş ana arı və işçi arıların səbətdən çıxıb döl verməsi.

BEÇƏLƏMƏK (ID - 3389)

f 1. Beçə vermək, özündən yeni arı dəstəsi ayırmaq. Arılar yayda beçələmişdir.
2. Zoğ atmaq, zoğlanmaq, yeni zoğ vermək.

BEH (ID - 3390)

is. [ər.] Bütün təəhhüdün, ya sifarişin yerinə yetirilməsini təmin etmək üçün işi icra edən şəxsə qabaqca verilən pul. Beh almaq. Beh vermək. Behi qaytarmaq (sövdəni pozmaq, dəbbələmək). - Faytonçu Mürsələ, üç yoldaş...

BEHBAZAR (ID - 3391)

is. dan. Sözübütövlük, etibar, sövdə, vədədə doğruluq.

BEHBUD (ID - 3392)

is. Qalın tiyəli, qında gəzdirilən iri bıçaq (silah).

BEHBUDLAMA (ID - 3393)

“Behbudlamaq”dan f.is.

BEHBUDLAMAQ (ID - 3394)

f. Behbudla vurmaq, behbudla yaralamaq.

BEHBUDLANMAQ (ID - 3395)

məch. Behbudla vurulmaq, yaralanmaq.

BEHBUDLAŞMA (ID - 3396)

“Behbudlaşmaq”dan f.is.

BEHBUDLAŞMAQ (ID - 3397)

qarş. Bir-birini behbudla vurmaq, yaralamaq.

BEHİŞT (ID - 3398)

is. [fars.] 1. Dini etiqadlara görə, bu dünyada savab iş görmüş adamların axirətdə səadət içərisində yaşayacaqları yer; cənnət. [Xortdan:] Pərvərdigara, belə müqəddəs kişi cəhənnəmə düşəndə bəs behiştə kim göndəriləcək?...

BEHİŞTLİK (ID - 3399)

sif. və is. Dini nöqteyinəzərdən günahsız olduğu üçün behiştə layiq olan (ölən adama hörmət üçün deyilir).
Hacı, Allah atanı behiştlik eləsin. Ə.Haqverdiyev.

BEHLƏMƏ (ID - 3400)

“Behləmək”dən f.is.

BEHLƏMƏK (ID - 3401)

f Beh vermək.

BEHLƏŞMƏ (ID - 3402)

“Behləşmək”dən f.is.

BEHLƏŞMƏK (ID - 3403)

qarş. Beh verib şərtləşmək, razılaşmaq, sazişə girmək, uzlaşmaq. Novruzqulu .. karvansaraya gedib, arabanı danışıb behləşərdi. H.Sarabski.

BEHLİ (ID - 3404)

sif. Beh alınmış, behi verilmiş; satılmış.

BEHMAN (ID - 3405)

dan. Adətən filan-behman şəklində işlənir (bax filan-behman).

BEKON (ID - 3406)

is. [ing.] Hisə verilmiş və ya duzlanmış piysiz, cavan donuz əti.

BEL1 (ID - 3407)

is. 1. Bədənin ortası, qurşaq bağlanan yeri. İncə bel. Beli ağrımaq. Belinə qayış bağlamaq. Belə qədər suya girmək. - Bu süngünü onlar sağ tərəfdən bel qayışlarından asmışdılar. Ə.Əbülhəsən. Belində qəbzəli xəncər...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed