İzahlı lüğət

BUZOVLUQ (ID - 5410)

is. 1. Buzov saxlanan yer.
İnəyin balalığı.

BUZOVOTARAN (ID - 5411)

is. Dana-buzovu otarmaqla məşğul olan naxırçı.

BÜDCƏ (ID - 5412)

is. [fr.] Dövlətin və onun idarə və müəssisələrinin illik gəlir və çıxar cədvəli. Dövlət büdcəsi. Büdcə ili.
// Bir adamın müəyyən vaxt ərzindəki gəlir və çıxarı. Cəfər əmi aldığı maaşın azlığına baxmayaraq...

BÜDƏT (ID - 5413)

BÜDRƏK, BÜDRƏGƏN (ID - 5414)

sif. Tez-tez büdrəyən. Büdrəgən at. Büdrəgən dəvə.

BÜDRƏMƏ (ID - 5415)

“Büdrəmək”dənfis.

BÜDRƏMƏK (ID - 5416)

f 1. Yeriyərkən müvazinəti itirmək, yerişi pozulmaq. Hamı tökülürlər Araza, ortasında Hacı Qaranın atı büdrəyir. M.F.Axundzadə. Onlar bərk-bərk bir-birinin əlindən tutur, heyrətdən böyümüş gözləri ilə ayaqlarının altını...

BÜĞZ (ID - 5417)

is. [ər.] Kin, ədavət, acıq, niftət. İki aqil kəs eyləməz dəva; Eyləməz birbirinə büğz əsla. S.Ə.Şirvani. Büğzü ədavət daşını tullayıb; Bir-birinəyar olacaq, yoxsa yox. C.Cabbarlı.

BÜXL (ID - 5418)

is. [ər.] köhn. Paxıllıq, həsəd. [Laçın:] Cəmilin hərəkətləri olub yalan, büxl, şivə, müftəxorluq. N.Vəzirov. Həddən aşıb büxlü həsəd, şərarət; Yoldaş yoldaşına eylər xəyanət. Q.Zakir. Fətəli xanın tərəqqisi Qacarın,...

BÜXUR (ID - 5419)

BÜKDƏLƏMƏK (ID - 5420)

f məh. Bükülmək, qatlanmaq, qatlanmış şəklə salınmaq.

BÜKDƏRİLMƏK (ID - 5421)

məch. məh. 1. Qatlamaq, bükmək.
Bükülmüş bir şeyi təkrar bükmək.
İpi iki qat əyirmək.

BÜKDÜRMƏ (ID - 5422)

“Bükdürmək”dən f.is.

BÜKDÜRMƏK (ID - 5423)

icb. Bükük hala saldırmaq.

BÜKƏLƏMƏ (ID - 5424)

“Bükələmək”dən f.is.

BÜKƏLƏMƏK (ID - 5425)

f Lülə şəklində bükmək.

BÜKƏLƏNMƏK (ID - 5426)

məch. Lülə şəklində
bükülmək.

BÜKƏLƏNMİŞ (ID - 5427)

f.sif. Lülə şəklində bükülmüş. Mən əlimdə bükələnmiş qəzeti verdim. Mir Cəlal.

BÜKMƏ (ID - 5428)

is. 1. “Bükmək”dən f.is.
məh. İçərisinə şəkər, qoz, fındıq və ya badam ovuntusu tökülmüş düyü unu riştəsindən hazırlanan şimi.

BÜKMƏK (ID - 5429)

f 1. Müəyyən qaydada qatlamaq. Köynəyi bükmək. Kağızı bükmək. - O biri səkilərdə də usta bükən sayaq çoxluca paltarlar bükmüşdülər və üstlərinə də cürbəcürə papaqlar qoymuşdular. Çəmənzəminli.
// Örtmək. Qadın...

BÜKÜCÜ (ID - 5430)

1. sif. Bükən. Bükücü maşın.
is. Bir şeyi bükməklə məşğul olan işçi.

BÜKÜK (ID - 5431)

sif. 1. Bükülmüş, qatlanmış. Bükük bel. Bükük kağız.
İs. mənasında. Parça və kağız kimi şeylərin qatlı yerləri. Parçanı ütüləyib, büküklərini düzəltmək. Kağızı bükükdən kəsmək.
İs. mənasında. Bədən...

BÜKÜKLÜK (ID - 5432)

is. Bükülmüş, qatlanmış şeyin halı.

BÜKÜLMƏ (ID - 5433)

“Bükülmək”dən f.is.

BÜKÜLMƏK (ID - 5434)

f. 1. Qatlanmaq, əyilmək, bükük hala düşmək. Qəhrəman .. [Xavərin] dizlərinin büküldüyünü və qeyri-ixtiyari yerə oturduğunu gördü. M.İbrahimov. [Tamara:] Külək əsər, gül bükülər. S.Vurğun.
Əyilmək, ikiqat olmaq, belini...

BÜKÜLMƏZ, BÜKÜLMƏYƏN (ID - 5435)

sif. Bükülə bilməyən, qatlanmaz, əyilməz.
// məc. Sarsılmaz, qüvvətli, möhkəm. [Elxan:] Bükülməz qollarımı sənin ayaqlarına sərib ürəyimi açıram. C.Cabbarlı. Buna şahid, qocalsam da, bükülməyən qamətimdir! S.Vurğun....

BÜKÜLMÜŞ (ID - 5436)

f.sif. 1. Müəyyən qaydada qatlanmış. Bükülmüş xalça. Bükülmüş kağız.
Sarınmış. Torbanı boşaldanda içindən kağıza bükülmüş bir yumru şey çıxdı.. S.S.Axundov. [Gülnazın] çiyninin üstündən yorğana bükülmüş balaca...

BÜKÜLÜ (ID - 5437)

sif. 1. Bükülmüş, qatlanmış halda olan. Bükülü köynək. Bükülü paltar.
// Örtülmüş. Bükülü kitab.
Bir şeyə sarınmış. Bükülü qutu. Bükülü şeyləri aç. - Poçtalyon geri qayıdandan sonra İmran Əzizin otağına...

BÜKÜM (ID - 5438)

is. 1. Paltarın və s.-nin bükük yeri.
Bükmə üsulu, tərzi. Paltarlarının hamısını usta Ağabala topladı, dolma bükümü sayaq bir fitəyə büküb qoydu səkiyə. Çəmənzəminli.
Kağıza və s.-yə bükülmüş şey. Yunis çamadanı...

BÜKÜŞ (ID - 5439)

is. 1. Bükmə şəkli, bükmə tərzi, bükmə üsulu.
Bir şeyin qırışmış, bükülmüş yeri; qırış. Paltarın büküşü.

BÜKÜŞDÜRMƏ (ID - 5440)

“Büküşdürmək”dən f.is.

BÜKÜŞDÜRMƏK (ID - 5441)

f Əzib şaxmı sındırmaq, bükük-bükük eləmək, qırışdırmaq.

BÜKÜŞMƏ (ID - 5442)

“Büküşmək”dən f.is.

BÜKÜŞMƏK (ID - 5443)

f 1. Əzilib şaxı sınınaq, qırışmaq, büküş-büküş olmaq.
Pozulmaq, büzüşmək.

BÜLBÜL (ID - 5444)

is. [fars.] Qaratoyuq fəsiləsindən olan çox gözəl səsli quş. Bülbülün çəkdiyi dil bəlasıdır. (Ata. sözü). Uçur, qonur ağaclara bülbüllər; Əfşan-əfşan durmuş yaşıl sünbüllər. A.Səhhət.
□ Sarı bülbül
kanarya...

BÜLBÜLOTU (ID - 5445)

is. bot. Taxıllar qrupuna mənsub yem bitkisi.

BÜLƏND (ID - 5446)

[fars.] Uca, yüksək; adətən “asimanə (ərşə və s.) bülənd olmaq” şəklində işlənir - göyə qalxmaq, yüksəlmək, ucalmaq. [İsmayıl bəy:] Doğrudan, mahalda bədbihesablıq o qədər artıbdır ki, əhalinin naləsi asimanə bülənd...

BÜLƏNDPƏRVAZ (ID - 5447)

sif. [fars.] köhn. 1. Ucadan uçan.
2. məc. Alicənab, nəcib, yüksək. Hər ürək Aslanın mərhəmət, qeyrət və səxavətlə dolu olan ürəyi kimi büləndpərvaz ola bilməz. C.Cabbarlı.

BÜLLETEN (ID - 5448)

[fr.] 1. İctimai əhəmiyyəti olan hadisə haqqında qısa məlumat. Hava bülleteni.
Bəzi dövri məcmuələrin adı. Elmlər Akademiyasının bülleteni. Ali Təhsil Nazirliyinin bülleteni.
Seçki vərəqəsi. Səsvermə bülleteni.
Hər...

BÜLLUR (ID - 5449)

is. [ər. əsli yun.] 1. Şəffaf və parlaq daş.
□ Dağ bülluru - optikada və zərgərlikdə işlənən şəffaf rəngli mineral.
Xüsusi parlaqlığı və işığı sındırmaq qabiliyyəti olan əla şüşə növü. Büllur güzgü. Büllur...

BÜLLURİ (ID - 5450)

sif. [ər.] Büllur kimi saf, təmiz, ləkəsiz, parlaq.
// Şəffaf, dumduru.

BÜLLURİN (ID - 5451)

sif. [ər.] Büllurdan, büllurlu, büllur kimi. Nə rəva cani-büllurin yetə nazik ləbinə; Bərgi-güldən gərək olsun, gözəlim, cam sənə. S.Ə.Şirvani.

BÜLÖV (ID - 5452)

is. Bıçaq və başqa kəsərləri itiləmək üçün daş. [Hacı Nuru:] Sənin atan usta Rəhman dəllək ülgüc, bülöv ilə məqul dövlət qazandı. M.F.Axundzadə. \Cəmil] haradansa bülöv daşı tapıb gətirdi və bıçağının tiyəsini...

BÜLÖVLƏMƏ (ID - 5453)

“Bülövləmək”dən f.is.

BÜLÖVLƏMƏK (ID - 5454)

f. Bülöv daşma çəkib itiləmək. Bıçağı bülövləmək. Baltanı bülövləmək.

BÜLÖVLƏNMƏ (ID - 5455)

“Bülövlənmək”dən f.is.

BÜLÖVLƏNMƏK (ID - 5456)

məch. Bülöv daşma çəkilib itilənmək.

BÜLÖVLƏNMİŞ (ID - 5457)

f.sif. 1. Bülövə çəkilib itilənmiş; iti.
2. Bülöv kimi hamarlanmış, cilalanmış, sürüşkən. Bir az keçincə o yenə də torunu dəstələyib əlinə yığır. Bülövlənmiş çaylaq daşların üzəri ilə .. üzüaşağı burulğanlara...

BÜLÖVLƏTMƏ (ID - 5458)

“Bülövlətmək”dən f.is.

BÜLÖVLƏTMƏK (ID - 5459)

f. Bülövə çəkdirmək, bülövə çəkdirib itilətmək. Bıçağı bülövlətmək.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed