İzahlı lüğət

BƏDŞÜKÜMLÜK (ID - 3658)

is. Uğursuzluq, bədbəxtlik gətirmə.

BƏDTƏR (ID - 3659)

sif. [fars.] bax betər. [Heydər bəy:] Səni toysuz aparmaq mənə ölümdən bədtər görünür. M.F.Axundzadə. Rəqibi vəsldə yar ilə görmək xeyli bədtərdir. S.Ə.Şirvani. Tuf belə dövrana ki, bədtər olur; Seyri-fələk, dövri-zaman...

BƏDUĞUR (ID - 3660)

sif. və is. [fars.] Bəxti gətirməyən, uğursuz, şükümsüz. Bəduğur adam.
[Kəndlilərdən bəzisi] təki deyirdi, bu bəduğurların üzünü görməyim. Mir Cəlal.

BƏDZAT (ID - 3661)

sif. və is. [fars. bəd və ər. zat] Zatı pis, nacins, yaramaz, alçaq; hiyləgər, fitnəkar (bəzən söyüş mənasında işlənilir). [Mollabaşı:] Çünki o məlunların əxbarı əksər ovqat nəticə bağışlayır, amma özləri yalançı...

BƏDZATLIQ (ID - 3662)

is. Yaramazlıq, alçaqlıq, hiyləgərlik, fitnəkarlıq, nacinslik.

BƏHADİR (ID - 3663)

[fars.] bax bahadır.

BƏHADİRANƏ (ID - 3664)

zərf [fars.] İgidcəsinə, qəhrəmancasına, bahadırcasına.

BƏHAİ (ID - 3665)

is. [xüs. is.-dən] Bəhailiyə mənsub olan adam.

BƏHAİLİK (ID - 3666)

is. 1. XIX əsrin ortasında İranda əmələ gəlmiş kosmopolit bir məzhəb. (Babın şagirdlərindən biri olan Bəhaüllanın adından). [Seyid Əsədulla:] ..Siz bab və bəhailik aləmi barəsində uzun və uzadı mütaliə etməlisiniz. M.S.Ordubadi.
2....

BƏHANƏ (ID - 3667)

is. [fars.] 1. Bir iş üçün əsas ola bilən keyfiyyət, səbəb, dəlil. Mübahisə
üçün bəhanə axtarmaq. - Faş oldu nəsihətin cəhanə; Sən qoymadın ortada bəhanə. Füzuli. Fəxrəddin qapıya yanaşmaq üçün heç bir bəhanə əldə...

BƏHANƏÇİ (ID - 3668)

is. Hər şeyə bəhanə tapan adam. Bəhanəçiyə bəhanə əskik deyil. (Ata. sözü).

BƏHARİSTAN (ID - 3669)

is. [fars.] şair. Güllüçiçəkli, yaşıllıq yer. Dəbistan bir bəharistan, onun əzharı irfandır. M.Hadi.

BƏH-BƏH (ID - 3670)

BƏHCƏT (ID - 3671)

is. [ər.] 1. Gözəllik.
2. Şadlıq, sevinc, fərəh. Şairəm, təbim dəniz, şeiri-tərim dürdanədir; Bəhcətim, eyşim, sürurim, vəcdim əhraranədir. M.Ə.Sabir. Sürücünün şərqisində vətən səsi dinlənir; Gah ruhuma bəhcət verir,...

BƏHƏR (ID - 3672)

is. [fars.] 1. Meyvə, məhsul, bar, bəhrə. Bu ağacın bəhəri azdır. Bu il bəhər hədsizdir.
2. Xeyir, səmərə.

BƏHƏRHAL (ID - 3673)

zərf [fars. bəhər və ər. hal] köhn. Hər halda, hər necə olursa olsun, hər zaman, bütünlüklə, hər vaxt. [Vəzir:] Bəhərhal gərəkdir Şölə xanımı inandırmaq ki, Teymur ağa səndən güclü deyil... M.F.Axundzadə. Zənn edirəm...

BƏHƏRLİ (ID - 3674)

sif. Meyvə verən, məhsul verən, bar verən; meyvə gətirmiş.

BƏHƏRLİLİK (ID - 3675)

is. 1. Məhsulluluq.
2. Xeyirlilik, səmərəlilik.

BƏHƏRSİZ (ID - 3676)

sif. 1. Meyvəsiz, məhsulsuz, barsız; meyvə, məhsul verməyən, bar verməyən.
2. Xeyirsiz, səmərəsiz.

BƏHƏRSİZLİK (ID - 3677)

is. 1. Bəhər, meyvə, bar verməzlik, məhsulsuzluq.
2. Xeyirsizlik, səmərəsizlik.

BƏHR1 (ID - 3678)

BƏHR2 (ID - 3679)

is. [ər.] köhn. Dəniz, dərya. BəhriXəzər (Xəzər dənizi). - Yaşım suyu oldu varəvarə; Bir bəhr ki, yox ona kənarə. Füzuli.

BƏHR3 (ID - 3680)

[fars.] bax bəhər. Çəkmişik övladımızın fikrini; Ömrümüz olsa görərik bəhrini. M.Ə.Sabir.

BƏHRƏ1 (ID - 3681)

is. [fars.] tar. Keçmiş zamanlarda mülkədarların kəndlilərdən aldıqları natural vergi (məhsul). Tiflisdə “sirk” oyunu həmişə qışda başlanır, ondan ötrü ki, müsəlman bəyləri və mülkədarları özgə vaxt kəndlərdə rəiyyətdən...

BƏHRƏ2 (ID - 3682)

is. 1. Bax bəhər. ..Heydərqulu bəhrəni tamam alıb, Hacı Qara Dinməzə satıbdır... N.Vəzirov. [Alı] bir az əvvəl bostandan ilk bəhrə alaraq, iki araba qovun, qarpız dərib hazırlamışdı. A.Şaiq. Ostapenko arını saxlamağı, bəsləməyi,...

BƏHRƏLƏNMƏ (ID - 3683)

“Bəhrələnmək”dən f.is.

BƏHRƏLƏNMƏK (ID - 3684)

f. Fayda götürmək, səmərə götürmək; faydalanmaq, istifadə etmək.

BƏHRƏLİ (ID - 3685)

b a x bəhərli.

BƏHRƏSİZ (ID - 3686)

b a x bəhərsiz.

BƏHRƏSİZLİK (ID - 3687)

bax bəhərsizlik.

BƏHRƏYAB (ID - 3688)

sif. [fars.] köhn. Bəhrə götürən, fayda götürən, fayda aparan.
□ Bəhrəyab olmaq köhn. - faydalanmaq, istifadə etmək. [Hacı Kərim:] Cənab şair, bərfərz ki, bizim hər birimizdə bir təqsir var ki, sənətindən bəhrəhab olmur,...

BƏHRİ (ID - 3689)

sif. [ər.] köhn. Dənizə, gəmiçiliyə və ya hərbi donanmaya aid olan.

BƏHRİ-TƏVİL (ID - 3690)

is. [ər.] əd. 1. Əruz vəzninin bəhrlərindən biri.
2. Müəyyən vəznlərdə, lakin qəlibsiz deyilən və sonları qafiyəli olan cümlələr şəklində nəsr forması. Sabirin bəhri-təvilləri.

BƏHRİYYƏ (ID - 3691)

[ər.] Dənizə məxsus, dənizə aid.
□ Qüvveyi-bəhriyyə köhn. - bir dövlətin hərbi-dəniz qüvvələri, hərbi gəmiləri və s.

BƏHRİYYƏLİ, BƏHRİYYƏÇİ (ID - 3692)

köhn. bax dənizçi. Bəhriyyəçilərdən ibarət olan dəniz piyada batalyonu qəti hücumla düşməni .. təpədən vurub çıxardı. Ə.Əbülhəsən.

BƏHRİYYUN (ID - 3693)

top. [ər.] köhn. 1. Dənizdə, gəmidə işləyənlər.
2. Dəniz əsgərləri, hərbi-dəniz qüvvələri.

BƏHS (ID - 3694)

is. [ər.] 1. Bir şey haqqında ətraflı danışma, müzakirə etmə, fikir yeritmə.
// Söhbət, danışıq.
□ Bəhs etmək - danışmaq, söhbət etmək, fikir yeritmək. Biz bir neçə Badkubə müəllimləri.. ictimai məişətdən bəhs...

BƏHSƏBƏHS (ID - 3695)

1. zərf Bir-biri ilə yarışaraq, bir-biri ilə bəhsləşərək; bir-birinin acığına. Bəhsəbəhs etmək.
2. is. Yarış, yarışma. Burada sağlam yaradıcılıq yarışı, bu sözün yaxşı mənasında, bəhsəbəhs vardı. R.Rza.

BƏHSLƏŞMƏ (ID - 3696)

“Bəhsləşmək”dən f.is.; mübahisə.

BƏHSLƏŞMƏK (ID - 3697)

qarş. 1. Bir-biri ilə mübahisəyə girişmək, mübahisə etmək.
Yarışmaq, yarışa girişmək. Gəl bəhsləşək, görək hansımız bu işi tez qurtararıq.

BƏXİL (ID - 3698)

[ər.] bax paxıl.

BƏXİLLİK (ID - 3699)

bax paxıllıq.

BƏXŞ (ID - 3700)

[fars.] Bağışlayan, verən, səbəb olan (adətən tərkib şəklində işlənir).
□ Bəxş etmək - bağışlamaq, vermək. Səni mənə bəxş elədi zamana; Yaxşı olan nəsib olmaz yamana. M.V.Vidadi. Bir insanın həyatını təmin etmək,...

BƏXŞAYİŞ (ID - 3701)

[fars.] bax bəxşiş. İnsaniyyətin mizanı səxavətdir, bəxşayişdir. N.Vəzirov. [Molla:] Yox, əxəvi, bəxşayiş tümən-tümən, haqq-hesab dinar-dinar, - dedi. S.Rəhimov.

BƏXŞİŞ (ID - 3702)

is. [fars.] Bağışlanan şey, bağışlanmış şey; pay. Ağca xanım . . atasına yazdığı məktubun içində bir şahı iriliyində zərli bir kağız da qoymuşdu ki, bu da Qara köpəyə bəxşiş olsun. S.S.Axundov. [Mahmud:] Bəlkə mən özümü...

BƏXT (ID - 3703)

is. [fars.] 1. Tale, qismət. O zülf qarə qılıb bəxtimi məgər, Seyyid? Mənim əzəl də bu bəxti-qarəliyim var idi. S.Ə.Şirvani. Kişiyə hər şeydən qabaq bəxt lazımdır. Ə.Haqverdiyev. Mənim böyük düşmənim öz bəxtimdir. M.S.Ordubadi.
Müvəffəqiyyət,...

BƏXTƏBƏXT (ID - 3704)

sif. [fars.] Təsadüfi bəxt, müvəffəqiyyət ümidi ilə edilən, bəxti sınamaq üçün edilən. [Ələmdar:] “Bəxtəbəxt” deyə, ayırdığı qızılın hər komasını bir dəsmalına yığıb bağladı. S.Rəhimov.

BƏXTƏVƏR (ID - 3705)

sif. [fars.] Xoşbəxt, bəxtli, taleli. ..[Narmgül] indi bəxtəvər həyatın meyvələrini dadmışdı. Ə.Vəliyev.
□ Bəxtəvər etmək - xoşbəxt etmək. [Bayram:] Heç dərd eləmə, Allah qoysa ölməsəm, tezliklə səni bəxtəvər elərəm....

BƏXTƏVƏRLİK (ID - 3706)

is. Xoşbəxtlik.
// Çıx. halında: bəxtəvərlikdən - bikarçılıqdan, dərdsizlikdən. [Cavad:] Dərdim var, ay başına dönüm, sirrim var, mən bəxtəvərlikdən buraya gəlməmişəm. Mirzəyə ərizə yazdıracağam. B.Talıblı.

BƏXTİQARA (ID - 3707)

sif. (bəzən “bəxtiqarə” şəklində işlənir). Bütün ömrü boyu talesiz, qaragün, əziyyət və məşəqqətlə yaşayan; bədbəxt, talesiz. Bu qaragözlüləri bunca sevmişəm, Vahid! Nə yaxşı olmamışam bəxtiqarə, şükr olsun!...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed