İzahlı lüğət

BOĞAZLAMAQ (ID - 4709)

f 1. Boğazından yapışmaq (tutmaq, yaxalamaq). Vəznəli kişi qorodovoylara qışqırdı, tez məhkumu boğazladılar. Mir Cəlal.
Boğazını kəsmək, boğazını üzmək, boğmaq. Tülkü toyuğu boğazladı.

BOĞAZLANMAQ (ID - 4710)

məch. 1. Boğazından tutulmaq, yaxalanmaq. [Şeyda:] Bu gün Yusiflə Musanın boğazlandığını görüb də qoyun sürüsü kimi kənardan seyr edirsiniz. H.Cavid.
Boğazı kəsilmək, boğazı üzülmək, boğulmaq.

BOĞAZLAŞMA (ID - 4711)

“Boğazlaşmaq”dan f.is.

BOĞAZLAŞMAQ (ID - 4712)

qarş. Bir-birinin boğazından yapışmaq, dalaşmaq.

BOĞAZLI (ID - 4713)

sif. Boğazı olan. Boğazlı qab. Boğazlı şüşə. Boğazlı çəkmə. Boğazlı qaloş.

BOĞAZLIQ1 (ID - 4714)

is. 1. Boğaza sarman şal və ya boğaza keçirilən qadın zinəti.
Paltarın boyun tərəfı. Onun köynəyinin ancaq boğazlığı salamat qalmışdı. S.Rəhimov. Gəldiyev əlini boğazlığına atdı, düzəltdi. Mir Cəlal.
Çəkmə boğazına...

BOĞAZLIQ2 (ID - 4715)

is. Qarınında balası olma, hamiləlik. Qarabağ madyanlarında boğazlıq dövrü.

BOĞÇA (ID - 4716)

is. İçinə dəyişək, parça və s. qoyulub bükülmüş bağlama (böyük yaylıq). [Atam anama dedi:] Hərgah getmək istəyirsənsə, dur ayağa, boğçanı aç, mənim paltarlarımdan bir dəst gey, gedək. H.Sarabski. Səriyyə xala geri qayıtdı,...

BOĞÇALAMA (ID - 4717)

“Boğçalamaq”dan f.is.

BOĞÇALAMAQ (ID - 4718)

f Boğçaya bükmək, boğça şəklində bağlamaq.

BOĞÇALANMA (ID - 4719)

“Boğçalanmaq”dan f.is.

BOĞÇALANMAQ (ID - 4720)

məch. Boğça şəklində bağlanmaq, boğçaya qoyulub bağlanmaq.
□□ Paltarı bogçalanmaq - ölmək. Qızılgül axçalandı; Dərmədim axçalandı; Sənə kimlər qarğadı; Paltarın boğçalandı. (Bayatı).

BOĞDURMA (ID - 4721)

“Boğdurmaq”dan f.is.

BOĞDURMAQ (ID - 4722)

“Boğmaq”dan icb. [Hacı Səməd xan:] Həyasızın birisi, deyəsən, bizim Təbrizdə adam boğdurmaqdan başqa bir işimiz yox imiş. M.S.Ordubadi. [Xan:] Bu Əbdilqədir.. Şəkiyə hücum edib, qardaşı oğlu Hüseyn xanı boğdurub, yerində...

BOĞMA (ID - 4723)

is. 1. “Boğmaq”dan f.is.
Yoluxma boğaz xəstəliyi (xalq arasında difteritin adı). Boğma çıxarmaq (boğma xəstəliyinə tutulmaq).
məc. dan. Yemək, xörək, çörək mənasında (niftət, hiddət və acıqla deyilir). [Fatma xanım:]...

BOĞMACA (ID - 4724)

is. bax boğma 2-ci mənada.

BOĞMAQ (ID - 4725)

f 1. Boğazı sıxmaqla nəfəs yolunu, nəfəsini kəsmək. Boğazından yapışıb boğmaq. Boyunduruq öküzün boynunu boğur. - [Bayram:] Yüyürdüm yanına, gördüm ki, bir ayı bir adamı boğur, tüfəng atıb ayını vurdum, yaraladım. M.F.Axundzadə....

BOĞMALAMA (ID - 4726)

“Boğmalamaq”dan f.is.

BOĞMALAMAQ (ID - 4727)

f. 1. Yavaşca, yüngülvari boğmaq, sıxışdırmaq.
dan. Qarğış etmək, nifrin etmək, qarğımaq.
vulq. Yedirtmək, bir şey vermək. (yeməyə).
// vulq. Yemək, udmaq, içəri ötürmək. Bu da sözdürmü, qazandıqlarımız parələri;...

BOĞMALANMA (ID - 4728)

“Boğmalanmaq”danfis.

BOĞMALANMAQ (ID - 4729)

f. vulq. Tez-tez və acgözlüklə yemək.

BOĞMALIQ (ID - 4730)

is. vulq. Yemək, xörək (niftət və acıqla deyilir). Əlbəttə, Talıb xana cüzi bir boğmalıq vermək, bu var-yoxun hamısını verməkdən çox-çox asan idi. S.Rəhimov.

BOĞUCU (ID - 4731)

sif. 1. Tənəffüsü çətinləşdirən, boğan. Boğucu tüstü. Boğucu hava. - Kərimbəy qapını açanda, ağır və boğucu isti hava onu vurdu. Mir Cəlal.
2. Nəfəs yollarını zəhərləyən. Boğucu qaz.

BOĞUCULUQ (ID - 4732)

is. Boğucu şeyin xassəsi.

BOĞUQ (ID - 4733)

sif. 1. Boğulmuş. Boğuq barama (qurdları boğulmuş barama). Ağzı boğuq çuval (ağzı iplə boğulmuş çuval).
2. Aydın olmayan, aydın eşidilməyən, ahəngdar olmayan; tutqun, zəif. Dünyanı görməyirsən ki... deyən, rəfiqini boğazında...

BOĞUQLUQ (ID - 4734)

is. Boğuq şeyin halı. Səsin boğuqluğu.

BOĞULMA (ID - 4735)

“Boğulmaq”dan fis.

BOĞULMAQ (ID - 4736)

f. 1. Hava azlığından nəfəsi çətinləşmək, nəfəs ala bilməmək. İstidən boğulmaq. Bu otağın havası yoxdur, adam boğulur. Dağa qalxdıqca boğulurdum.
Nəfəs ala bilməmək nəticəsində ölmək (tüstüdən, boğucu qazdan və...

BOĞULMUŞ (ID - 4737)

f.sif. 1. Boğulub öldürülmüş. Qafqazlının boğulmuş meyiti küçəyə atılmışdı. M.S.Ordubadi.
Havasızlıqdan, yaxud tüstüdən, qazdan ölmüş.
Suda qərq olmuş. Çayda boğulmuş adam.
Ciğato çayı minlərlə .. boğulmuş...

BOĞULTU (ID - 4738)

is. Boğulan adamın, yaxud heyvanın çıxardığı səs. Xırıltı, boğultu və ayaq səsləri ağır bir çarpışma getdiyini bildirirdi. M.İbrahimov.

BOĞUNUQ (ID - 4739)

bax boguq. Mən bir oğrunun boğunuq və yavaş səsinə bənzəyən bir səs eşitdim. M.S.Ordubadi.

BOĞUŞDURMA (ID - 4740)

“Boğuşdurmaq”dan f.is.

BOĞUŞDURMAQ (ID - 4741)

icb. Bir-biri ilə dalaşdırmaq, savaşdırmaq, vuruşdurmaq. [Avam camaat] Bakının ətraf kəndlərindən məşhur cins qoyun itlərini küçüklüyündən Bakıya gətirib il yarım, iki il bəsləməyə başlar və boğuşdurmaq üçün hazırlaşdırardılar....

BOĞUŞMA (ID - 4742)

1. “Boğuşmaq”dan f.is.
2. is. Savaşma, dalaşma, çeynəşmə; dava, mübahisə, qovğa. [Kazım:] Bu xanların boğuşması qurtarmır ki, biz də bir gözümüzü açaq, dünyanın işığına baxaq. Çəmənzəminli.

BOĞUŞMAQ (ID - 4743)

qarş. 1. Bir-birini qapmaq. İtlər boğuşurlar. - İt itlə boğuşdu, yolçuya fürsət düşdü. (Ata. sözü).
2. Dalaşmaq, savaşmaq, vuruşmaq, dava etmək. Küçədə uşaqlar boğuşurdular. - Ayı bir müddət onlar ilə boğuşandan sonra,...

BOKS (ID - 4744)

[ing.] idm. Əllərə xüsusi əlcəklər geyilərək müəyyən üsul və qayda ilə icra edilən yumruq döyüşündən ibarət idman növü.

BOKSÇU (ID - 4745)

is. idm. Boksla məşğul olan idmançı.

BOKSİT (ID - 4746)

[fr.] Alüminium hasil edilən əsas filiz.

BOKSYOR (ID - 4747)

[ing.] bax boksçu.

BOL (ID - 4748)

sif. Çoxlu, son dərəcə çox, həddən artıq. Bol meyvə. Bol məhsul. Çayda bol su var. Bol süd verən inək. - Sentyabr ayı Bakıda əncirin, üzümün bol olan ayıdır. S.Rəhman. İndi babalarımızın “ilan mələyən ” dedikləri çöllərə...

BOLERO (ID - 4749)

[isp.] mus. 1. İspan milli rəqslərindən birinin adı.
2. Bu rəqs tempində bəstələnmiş musiqi əsəri.

BOLQAR (ID - 4750)

is. Şərqi Slavyan xalqlarından biri və bu xalqa mənsub adam.

BOLQARCA (ID - 4751)

zərf və sif. Bolqar dilində. Bolqarca danışmaq. Bolqarca-rusca lüğət.

BOLLANMA (ID - 4752)

“Bollanmaq”dan f.is.

BOLLANMAQ (ID - 4753)

f. Bol olmaq, xeyli çoxalmaq, artmaq. Bazarda ət və tərəvəz bollanmışdır. Çayın suyu bollanmışdır.

BOLLAŞDIRILMA (ID - 4754)

“Bollaşdırılmaq”dan f.is.

BOLLAŞDIRILMAQ (ID - 4755)

məch. Bol edilmək, çoxaldılmaq, miqdarı daha da artırılmaq.

BOLLAŞDIRMA (ID - 4756)

“Bollaşdırmaq”dan fis.

BOLLAŞDIRMAQ (ID - 4757)

f. Bol etmək, çoxaltmaq, miqdarmı daha da artırmaq. Məhsulu bollaşdırmaq.

BOLLAŞMA (ID - 4758)

“Bollaşmaq”dan f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed