İzahlı lüğət

BAŞISOYUQ (ID - 3208)

sif. Tapşırılan işə, vəzifəsinə soyuq baxan; səhlənkar, diqqətsiz, qeydsiz. Başısoyuq adam. - [Xosrov:] ..Aldığını və eşitdiyini düşünməyəcək, çaşqın, başısoyuq adamlardan deyiləm. A.Şaiq.

BAŞISOYUQLUQ (ID - 3209)

is. Öz işinə, vəzifəsinə soyuq baxma, səhlənkarlıq; diqqətsizlik, qeydsizlik. Başısoyuqluq etmək (göstərmək). Başısoyuqluğu nəticəsində işini vaxtında qurtara bilmədi. - [İmamyar:] Bu hələ özü də başısoyuqluqdur. C.Cabbarlı....

BAŞIYEKƏ (ID - 3210)

sif. Yekə-yekə danışan, dikbaş, danqaz, qaba.

BAŞIYUXARI (ID - 3211)

zərf Alçaqdan yüksəkliyə, aşağıdan yuxarıya doğru; bir yerin aşağı hissəsindən yuxarı, baş hissəsinə doğru. Dağa başıyuxarı çıxmaq. Başıyuxarı küçə ilə getmək. - Lado .. başıyuxarı Cəbrayılın evinə tərəf getməyə...

BAŞKƏSƏN (ID - 3212)

sif 1. Cəllad, insan qatili, xunxar; vəhşi, yırtıcı, dələduz. [Salman:] Mən o evyıxanları, o başkəsənləri deyirəm ki, sərhədləri, ölkələri, okeanları aşıb, quzğun kimi tökülüblər Koreyaya. Mir Cəlal.
2. məc. dan. İnsafsız,...

BAŞQA (ID - 3213)

1. sif Bu yox, digər, o biri, əvvəlkindən fərqli; qeyri, ayrı, sair, özgə. Başqa adam. Başqa iş. Başqa yer. Başqa aləm. Başqa cür. Başqa vaxt. Başqa sayaq.
Deyirlər özgə yerin əhli hüsni-zibadır; Bu şuxlərdə vəli başqa...

BAŞQA-BAŞQA (ID - 3214)

sif Bir-birinə bənzəməyən, oxşamayan, bir-birindən tamamilə fərqli; müxtəlif. Başqa-başqa fikirlər. Başqa-başqa zövqlər. Başqa-başqa məsələlər. Onlar başqa-başqa adamlardır. - [Qəhrəman:] Biz ki, başqa-başqa adamlar deyilik....

BAŞQALAŞDIRMA (ID - 3215)

“Başqalaşdırmaq” dan fis.

BAŞQALAŞDIRMAQ (ID - 3216)

f Başqa şəklə (hala, vəziyyətə) salmaq, tamamilə dəyişdirmək.

BAŞQALAŞMA (ID - 3217)

“Başqalaşmaq”dan fis.

BAŞQALAŞMAQ (ID - 3218)

f. Başqa vəziyyətə, şəklə, hala düşmək; başqa cür olmaq; tamamilə dəyişmək. İri, kələ-kötür ətəkləri qaratikan kolları ilə döşənmiş dağlar arasından yuxarı qalxdıqca təbiət və hava bütün başqalaşır. A.Şaiq. Bir...

BAŞQALAŞMIŞ (ID - 3219)

BAŞQALIQ (ID - 3220)

is. Başqa vəziyyətdə, başqa şəkildə olma; dəyişiklik. Hər şeydə bir başqalıq gördüm. - Bir gün bağda böyük hovuzun qarşısında oturmuşdum. Gəlib qalib qarşımdan keçirdiniz. Bu kərrə sizdə bir başqalıq vardı. S.Hüseyn....

BAŞQIRD (ID - 3221)

is. Başqırdıstan Respublikasında yaşayan türk dilli xalq və bu xalqa mənsub adam.

BAŞQIRDCA (ID - 3222)

zərf Başqırd dilində.

BAŞ-QULAQ (ID - 3223)

is. dan. Sir-sifət, görünüş, təhər-töhür; şəkil, qiyafə. Baş-qulağın düzəlməyib, çox da basıb guruldama; Dinmə, danışma, yat, bala! Sən deyən olmayıb hələ! M.Ə.Sabir.
□□ Baş-qulaq aparmaq, baş-qulağı dəng etmək...

BAŞLAMA (ID - 3224)

“Başlamaq”dan fis.

BAŞLAMAQ (ID - 3225)

f. 1. Bir işə girişmək, şüru etmək. İşə başlamaq. Müşavirəyə başlamaq. İnşaata başlamaq. Yeni zavod dünəndən işləməyə başlamışdır. - Elə ki, sabah oldu, Sona fars dilini oxumağa başladı. N.Nərimanov. Marallarım mövizə...

BAŞLANĞIC (ID - 3226)

is. 1. Bir işin, hadisənin ilk anı, əvvəli, ibtidası. Bu hələ işin başlanğıcıdır. Dərs ilinin başlanğıcı. - Bu hadisə bütün nəzmiyyə təşkilatının tərk-silah etdirilməsi üçün bir başlanğıc idi. M.S.Ordubadi. Xanlar buraya...

BAŞLANILMAQ (ID - 3227)

məch. Şüru edilmək, girişilmək. Müzakirələrə hələ başlanılmayıbdır. İnşaata yaxın günlərdə başlanılacaqdır.

BAŞLANIŞ (ID - 3228)

is. Bir işin, hadisənin əvvəli, ibtidası, başı; başlanma, başlanğıc. Tamaşanın başlanışı saat 8-dədir.

BAŞLANMA (ID - 3229)

“Başlanmaq”dan f.is.

BAŞLANMAQ (ID - 3230)

f 1. Meydana çıxmaq, törəmək; törəməyə, ortaya çıxmağa, əmələ gəlməyə başlamaq. Mübahisə başlandı. Əkin işləri başlandı. Vuruşma top atəşi ilə başlandı. Danışıqlar saat 8-də başlandı.
2. Bir şeyin çıxış...

BAŞLATMAQ (ID - 3231)

icb. Başlamağa, girişməyə məcbur etmək və ya tapşırmaq.

BAŞLI (ID - 3232)

sif. 1. Başı, təpəsi olan.
məc. dan. Ağıllı, zehinli, çox bilikli. Dünən [Abbasm] evinə gələn kim imişsə, başlı adam imiş, “içərilərdən” gəlmişmiş. Mir Cəlal.

BAŞLI-BAŞINA (ID - 3233)

zərf 1. Nəzarətsiz, baxımsız, himayəsiz. Başlı-başına qoymaq (buraxmaq). Başlı-başına qalmaq. - [Sərdar Rəşid:] Mən heç vaxt səni başlı-başına qoyub getmək istəməzdim. M.S.Ordubadi.
Öz bildiyi kimi, özbaşına, kefi istədiyi...

BAŞLI-BAŞINALIQ (ID - 3234)

is. Özbaşınalıq, hərkihərkilik, qanunsuzluq, nizamsızlıq. Başlıbaşınalıq etmək.

BAŞLICA (ID - 3235)

1. sif. Ən əsas, ən mühüm, ən ümdə. Başlıca səbəb. Başlıca məsələ. Başlıca işlər irəlidədir.
2. zərf Əsasən, ən ziyadə, ən çox, ən əvvəl. Onun başlıca məşğul olduğu iş - yazıçılıqdır.

BAŞLIQ1 (ID - 3236)

is. 1. Yağışdan, soyuqdan, küləkdən qorunmaq üçün başa geyilən örtü. ..Əhməd yazıb atasından özü üçün bir başlıq və bacısı üçün bir əlcək istəmişdi. S.S.Axundov. Əynində boz şinel, başında başlıq; Nəysə pıçıldayır...

BAŞLIQ2 (ID - 3237)

is. etnoqr. Köhnə məişətdə: ərə verilən qızın ata-anasına tədarük və cehiz düzəltmək üçün oğlan tərəfindən verilən mal, yolpulu. [Xacə:] Nə eybi var, razıyam, ancaq oğlun otuz kisə başlıq verməlidir.. “Aşıq Qərib”....

BAŞLIQALTI (ID - 3238)

is. köhn. Qadınların başlıq altından örtdükləri kiçik baş örtüsü.

BAŞLIQLI (ID - 3239)

sif. Başında başlıq olan, başlıq geymiş. Başı başlıqlı bir neçə adam da yenə maşının üstünə toplanmışdı. S.Rəhimov.
// Başlıqla bitişik olan paltar (plaş). Ploskov vücudunu başlıqlı, brezent plaşda gizlətmişdi. Mir...

BAŞLIQOTU (ID - 3240)

is. bot. Sarıçiçəkli çoxillik ot bitkisi.

BAŞMAQ (ID - 3241)

is. 1. köhn. Üzüörtülü, daban tərəfı və pəncənin yarısı açıq, nallı kişi və qadın ayaqqabısı. [Sona:] Xalçanı götürüb gəlirdim, başmağımın tayı ayağımdan sürüşüb çıxdı. M.F.Axundzadə. [Şeyx Şəban] yağış...

BAŞMAQÇI (ID - 3242)

is. Başmaq (ayaqqabı) tikən və ya satan adam; çəkməçi. Boyaqçıya, başmaqçıya, dərziyə; Havaxtadək olacağıq iki qat. Q.Zakir.

BAŞMAQÇILIQ (ID - 3243)

is. Başmaqçı (çəkməçi) sənəti, peşəsi. Başmaqçılıq etmək. - Arşak onlara öz bacardığı saatsazlıq, başmaqçılıq, zərgərlik sənətlərini öyrədirdi. M.S.Ordubadi.

BAŞMAQLI (ID - 3244)

sif Başmaq geymiş, ayaqlarında başmaq olan. Arvad, kişi, oğlan, qız; Gön çarıqlı, başmaqlı; Gedir qoruq-qaytaqsız; Gəlin, qızlar yaşmaqlı. A.Səhhət. Ortaboylu, arıq, başmaqlı bir kişi məsciddən çıxıb gəldi. Mir Cəlal.

BAŞMAQSEYRİ (ID - 3245)

is. Hava almaq və dincəlmək üçün olduğu yerdən bir qədər kənara çıxıb gəzmə; gəzinti. Başmaqseyrinə çıxmaq. - Bikar olan vaxtı görürdün ki, [Usta Ağabala] özünə bir neçə yoldaş tapıb şəhərdən çölə “başmaqseyrinə”...

BAŞSAĞLIĞI (ID - 3246)

is. Yaxın adamı ölmüş bir şəxsə, ya ailəyə təsəlli vermə, səbir vermə; təziyə.
□ Başsağlığı vermək - yaxın adamı ölmüş şəxsə təsəlliverici sözlər demək. Bax, buradanca dönək konsulgilə, ona ayaqüstü başsağlığı...

BAŞSINDIRAN (ID - 3247)

sif dan. Çox çətin, mürəkkəb, həlledilməz. Başsındıran məsələ.

BAŞSIZ (ID - 3248)

sif 1. Başı olmayan. Başsız bədən.
məc. Ağılsız, gic, axmaq.
// Çox huşsuz.
Böyüksüz, sahibsiz, yiyəsiz, baxıcısız, nəzarətsiz, başçısı olmayan. Başsız təsərrüfat. Başsız uşaq.
// Zərf mənasında. Başsız...

BAŞSIZ-AYAQSIZ (ID - 3249)

sif Rabitəsiz, məntiqsiz. Başsız-ayaqsız sözlər.

BAŞSIZLIQ (ID - 3250)

is. 1. Ağılsızlıq, giclik, düşüncəsizlik.
Sahibsizlik, yiyəsizlik, böyüksüzlük.
Qarışıqlıq, nizamsızlıq, hərc-mərclik.
// İtaətsizlik.

BAŞTAXTASI (ID - 3251)

is. Qəbrin baş tərəfındə qoyulan ağac nişangah.

BATAQ (ID - 3252)

is. 1. Lığ, lehmə, palçıq; lehməlik, palçıqlıq. Araba getmədi əsla qabağa; Deyəsən batmış idi bir batağa. A.Səhhət.
məc. Durğunluq, hərəkətsizlik, ətalət, təşəbbüssüzlük mənasında.

BATAQLAŞDIRILMA (ID - 3253)

“Bataqlaşdırılmaq”dan f.is.

BATAQLAŞDIRILMAQ (ID - 3254)

məch. Bataqlıq hala salınmaq.

BATAQLAŞDIRMA (ID - 3255)

“Bataqlaşdırmaq”dan f.is.

BATAQLAŞDIRMAQ (ID - 3256)

f Bataqlıq hala gətirmək, bataqlaşmasına səbəb olmaq. Çoxlu su buraxıb, küçəni bataqlaşdırmaq.

BATAQLAŞMA (ID - 3257)

“Bataqlaşmaq”dan f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed