İzahlı lüğət

BİBİQIZI (ID - 4109)

is. Atanın bacısı qızı.

BİBİNƏVƏSİ (ID - 4110)

is. Atanın bacısının nəvəsi.

BİBİOĞLU (ID - 4111)

is. Atanın bacısının oğlu.

BİBİYOLU (ID - 4112)

is. etnoqr. Gəlinə toy parçası göndərildikdə, oğlan tərəfindən bibiyə hədiyyə edilən paltarlıq parça.

BİBLİOQRAF (ID - 4113)

[yun.] (kitabiyyat) mütəxəssisi.

BİBLİOQRAFİK (ID - 4114)

sif Biblioqrafiyaya (kitabiyyata) aid olan. 'Biblioqrafik məlumat.

BİBLİOQRAFİYA (ID - 4115)

is. [yun.] 1. Müəyyən məsələyə dair kitab, məcmuə və məqalələrin siyahısı; kitabiyyat; kitabların məzmununun elmi təsviri və onların siyahı və qeydlərinin tərtibi.
2. Dövri mətbuatda (məcmuə və qəzetlərdə) yeni çıxmış...

BİBLİYA (ID - 4116)

BİC1 (ID - 4117)

sif. və is. 1. dan. Rəsmi nikah olmadan doğulan uşaq.
Çox hiyləgər, fəndgir. Bic adam.
// Çoxbilmiş, tədbirli, zirək, ağıllı mənasında. ..Bildi ki, oğlu necə bic və haramzadədir... M.F.Axundzadə.
// Bəzən söyüş kimi...

BİC2 (ID - 4118)

is. dan. Ağac və kolların kötüyündən, yaxud gövdəsinin alt hissəsindən çıxan xırda zoğ, haramı.

BİCA (ID - 4119)

sif. və zərf [fars.] 1. Yersiz, münasibətsiz, mənasız. Bica söz. Bica danışıq.
[Müəllim:] Amma uşaq tayfasına o cür sözləri deməyiniz, bir az bicadır. C.Məmmədquluzadə. Anladım mətləbini, etmə məzəmmət bica. A.Səhhət.
2....

BİCƏK (ID - 4120)

is. məh. 1. Bax bic2#.
Noxud.
Daha kiçik yaşda ikən doğan düyə, erkən doğan düyə.

BİCƏNGƏ(NƏ) (ID - 4121)

sif. məh. Hiyləbaz, bic. [Dayıoğlu:] Amma elə ki, bicəngə xalaoğlum başladı dayımı yamsılamağa və dayım kimi dodaqlarını tərpətməyə, .. burada, doğrusu, mən də gülməyə başladım. C.Məmmədquluzadə.

BİC-QIC (ID - 4122)

BİCLƏŞMƏ (ID - 4123)

“Bicləşmək”dən f.is.

BİCLƏŞMƏK (ID - 4124)

f dan. Getdikcə ustalaşmaq, hiyləgərləşmək; kələkbaz (diribaş, tədbirli) olmaq. O, yaman bicləşibdir, aldatmaq olmur.

BİCLİK (ID - 4125)

is. Hiylə, kələk, fənd, fırıldaq; hiyləgərlik, kələkbazlıq, fəndgirlik. Biclik etmək. - Hər fənd və bicliklə edər kəsb maaşın; Saxlar özü başın. M.Ə.Sabir. Çərçizadə nə qədər bicliyi, bacarığı, istedadı vardı, ortaya...

BİÇARƏ (ID - 4126)

sif [fars.] 1. Yazıq, miskin, fağır, məzlum; bədbəxt. Biçarə münəccimbaşının ərvahı uçub, başladı yarpaq kimi titrəməyə. M.F.Axundzadə. Bu soyuq, tozlu gecədə biçarə Məşədi Əsgər adlı bir kişi balaları üçün ruzi axtarırdı....

BİÇARƏLİK (ID - 4127)

is. Çıxılmaz vəziyyət, köməksizlik, acizlik. ..Biz burada məmləkəti aclıq, biçarəlik və acizliyə aparan əcnəbi kapitalının törətdiyi faciələri faş etməliyik. M.İbrahimov.

BİÇDİRİLMƏ (ID - 4128)

“Biçdirilmək”dən f.is.

BİÇDİRİLMƏK (ID - 4129)

“Biçdirmək”dən məch.

BİÇDİRMƏ (ID - 4130)

“Biçdirmək”dən f.is.

BİÇDİRMƏK (ID - 4131)

“Biçmək”dən (1 və 3-cü mənalarda) icb. Taxılı biçdirmək. - [Hacı Nuru:] Sən mülkədarsan, sənə lazım idi ki, əkdirəydin, biçdirəydin, dövlət qazanaydın. M.F.Axundzadə.

BİÇƏNƏCƏK (ID - 4132)

b a x biçənək. İlxı dağdan, düzdən keçib gəldi, ballıcalı Qara xanın bıçənəcəyinə doldu. “Koroğlu”.

BİÇƏNƏK (ID - 4133)

is. Biçiləcək yer, otlaq, çəmənlik. Nəbi biçənəyin içində oturub, atını otarırdı. “Qaçaq Nəbi”. Taxıl zəmiləri arasındakı biçənəklər yenicə toxunmuş əlvan xalılar kimi yerə sərilmişdi. M.Hüseyn. Daşlıq yolun kənarında...

BİÇİCİ (ID - 4134)

xüs. 1. is. Paltar və s. biçən usta (dərzi).
sif. Paltar biçməklə məşğul olan. [Tikiş fabrikinin] biçici sexində ikipres qoyulmuşdur. (Qəzetlərdən).

BİÇİLMƏ (ID - 4135)

“Biçilmək”dən f.is.

BİÇİLMƏK (ID - 4136)

“Biçmək”dən məch. Paltar biçilmişdir.

BİÇİLMİŞ (ID - 4137)

“Biçilmək”dən f.sif. Biçilmiş paltar. Biçilmiş taxıl. Əsən asta külək biçilmiş otların qoxusunu kəndə doldurdu. İ.Şıxlı.

BİÇİM (ID - 4138)

is. 1. Biçilmək tərzi; paltarın forması, fasonu, ülgüsü. Bu biçimdə paltar görməmişəm. Onun paltosunun biçimi çox gözəldir. - [Kor kişinin] əlbəsəsinin tərzi, biçimi avamlığını .. andırırdı. S.Hüseyn.
// Şəkil, qayda,...

BİÇİMLİ (ID - 4139)

sif. Biçimi düzgün, quruluşu düzgün; tənasüblü, yaraşıqlı, qəşəng, sərrast, təndürüst. Biçimli adam. - [Mahrunun] nazik və biçimli dodaqları iyul günəşindən solan qızılgülün yarpağı qədər küskün idi. M.S.Ordubadi.

BİÇİMSİZ (ID - 4140)

sif. 1. Bədən quruluşu, görünüşü pis; bədəni qeyri-mütənasib, eybəcər, yöndəmsiz. Biçimsiz adam. Biçimsiz bədən.
Qısaboylu, biçimsiz bir adam sol ayağını çəkə-çəkə içəri girdi. A.Şaiq.
Pis biçilmiş, pis tikilmiş,...

BİÇİMSİZLƏŞDİRİLMƏK (ID - 4141)

məch. Biçimsiz, yaraşıqsız hala salınmaq; çirkinləşdirilmək.

BİÇİMSİZLƏŞDİRMƏ (ID - 4142)

“Biçimsizləşdirmək”dən f.is

BİÇİMSİZLƏŞDİRMƏK (ID - 4143)

f. Biçimsiz, yaraşıqsız hala salmaq, çirkinləşdirmək.

BİÇİMSİZLİK (ID - 4144)

is. Biçimsiz şeyin halı, çirkinlik, yaraşıqsızlıq, tənasübsüzlük, səliqəsizlik.

BİÇİN (ID - 4145)

is. Otu, taxılı oraqla, maşınla və s. ilə biçmək işi. Biçin vaxtı. Biçin maşını. Kolxozçular biçinə hazırlaşırlar. - Biçinə çin gərəkdir, xırmana vəl. S.Ə.Şirvani. Biçin vaxtı yetişdi. [Nadir] taxılını hamıdan qabaq...

BİÇİNÇİ (ID - 4146)

is. Biçin işi ilə məşğul olan adam, ot, ya taxıl biçən adam. Əlində dəryaz ot biçər mayıs ayı biçinçilər. A.Səhhət. Sütül sünbüllər ağır başlarını əyib, sanki biçinçini gözləyirlər. Mir Cəlal. Sahibkarlarla biçinçilər...

BİÇİNÇİLİK (ID - 4147)

is. Biçinçinin işi, sənəti, peşəsi. [Kəndli:] Sizin şərbaflar da biçinçilik bilsəydilər, nə yaxşı olardı... Ə.Əbülhəsən.

BİÇİZ (ID - 4148)

sif. [fars.] Yoxsul, kasıb, fağır, heç bir şeyi olmayan. Sonra [şah] üzün hərəmlərə tutub xitab elədi: - Mən əfradi-nasdən bir fağır və biçiz kimsənəyəm. M.F.Axundzadə.

BİÇİZLİK (ID - 4149)

is. Yoxsulluq, kasıblıq, fağırlıq.

BİÇMƏ (ID - 4150)

“Biçmək”dən f.is.

BİÇMƏK (ID - 4151)

f. 1. Taxılı, otu oraq, dəryaz, maşın və s. ilə kəsmək. Taxılı biçmək. Otu biçmək. Tarlanı biçmək. - Biz məgər bilmirik taxıl biçmək. S.Ə.Şirvani.
// məc. Götürmək, əldə etmək mənasında. Nə əkərsən, onu biçərsən....

BİDAD (ID - 4152)

[fars.] 1. Zülm, əzab, əziyyət.
Bidad etmək (eləmək) - zülm etmək. Xublar kim bu qədər könlümə bidad eylər; Bir usanmaz çəkə əl, dil dögümüş, ahən imiş.S.Ə.Şirvani. Onu rahat öldürmüşdür Bəypolad; Sinəmə dağ çəkmiş,...

BİDAMAQ (ID - 4153)

sif. və zərf [fars. bi... və ər. dimaq] Kefsiz, naçar; kefi, əhvalı pozğun. Eybdir bir-birini həcv edə ərbabi-kəmal; Bidamaq olma sözümdən, sənə qurban, Yusif!S.Ə.Şirvani. Yolu bir xeyli zaman bidamaq getdim. C.Məmmədquluzadə.

BİDANƏ (ID - 4154)

sif. [fars.] Tumsuz, toxumsuz, dənsiz. Bidanə üzüm. Bidanə kişmiş.

BİDAR (ID - 4155)

sif [fars.] klas. 1. köhn. şair. Oyaq, ayılmış (yuxudan), yuxusuz. Eyləyibsən məni eşqə giriftar; Gündüzüm biqərar, gecələr bidar. M.P.Vaqif.
□ Bidar etmək (qılmaq)
ayıltmaq, oyatmaq. Əcəl xabından, əfqanlar çəkib, Məcnunu...

BİDAYƏT (ID - 4156)

is. [ər.] köhn. Əvvəl, başlanğıc, ibtida. Yəni necə ki, məkanın bidayət və nihayəti yoxdur, zaman dəxi biibtida və intihadır. M.F.Axundzadə.

BİDEH (ID - 4157)

is. [fars.] köhn. Vergi. [Fərhad:] Rəiyyət borcludur.. qazandığının yarısını bidehə verə, qalanını da mənə. Ə.Haqverdiyev.

BİDƏLİL (ID - 4158)

sif. [fars. bi... və ər. dəlil] bax dəlilsiz.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed