İzahlı lüğət

BANDEROLSUZ (ID - 2958)

sif. Banderolu olmayan, üzərinə banderol yapışdırılmamış. Banderolsuz tütün.

BANDİT (ID - 2959)

[ital.] Soyğunçu, quldur, qarətkar, talançı. Bandit dəstəsi. - Banditlər səksəkəli haldayerlərindən sıçraşdılar. M.Hüseyn. Cümə günü bütün banditlər öz dəstələri ilə ayı çınqılına toplandılar. Ə.Vəliyev.

BANDİTCƏSİNƏ (ID - 2960)

zərf Bandit kimi, quldur kimi, quldurcasına.

BANDİTIZM (ID - 2961)

[ital.] Quldurluq, soyğunçuluq, zorakılıq, adam öldürmək, təxribatçılıq və s. məqsədi ilə silahlı quldur dəstələri yaratmaqdan, bu dəstələrdə və onların düzəltdiyi basqınlarda iştirak etməkdən ibarət cinayət işi. 'Banditizm...

BANDÜR(A) (ID - 2962)

[əsli yun.] Barmaqla çalman çoxsimli, geniş qollu Ukrayna musiqi aləti. Bu kəşfiyyat ayrı-ayrı xalqlarda əvvəlləri sadə və getdikcə təkmilləşən qusli, bandura, mandalina .. kimi müxtəlif növlü bir çox simli alətlərin yaradılmasını...

BANDURÇALAN, BANDURÇU (ID - 2963)

is. Bandur adlı musiqi aləti çalan çalğıçı.

BANİ (ID - 2964)

is. [ər.] 1. Bir şeyin əsasını, bünövrəsini qoyan, təsis edən, bina edən, tikən, quran, yaradan. Üzeyir Hacıbəyov Azərbaycan opera sənətinin banisi olmuşdur.
2. Təşəbbüsçü, səbəbkar. Bu ədavətdə bani hansı idi və müqəssir...

BANK (ID - 2965)

[fr.] 1. Pul vəsaitini toplayan və təqsim edən kredit idarəsi. Dövlət bankı. Kommunal bank. Kənd təsərrüfatı bankı.
Borc kapitalını bir araya toplayan xüsusi kredit idarəsi.
dan. Qumarda: kağız paylayanın ortaya qoyduğu pul.
...

BANKA1 (ID - 2966)

is. [pol.] 1. Silindrşəkilli şüşə və ya saxsı qab. Qəfəslərə yığılmış şüşə bankalardakı saçaqlı konfetləri .. siçanlar darmadağın etmiş(di). H.Sarabski. Bankanın ağzı açılanda ətir qoxusu evi başına götürdü. Ə.Haqverdiyev.
Konservləşdirilmiş...

BANKA2 (ID - 2967)

is. [holl.] Qayıqda avarçəkənlər üçün qoyulmuş oturacaq.

BANKET (ID - 2968)

[fr.] İctimai, siyasi xadimlərin və s.-nin şərəfinə düzəldilən təntənəli qonaqlıq, ziyafət.

BANKƏ (ID - 2969)

is. [holl.] Dənizin dayaz yerlərindən ibarət olan sahə. Xəzər dənizində Kür bankəsi.

BANKIR (ID - 2970)

[fr.] Kapitalist ölkələrində; bank sahibi və ya səhmdarı; kapitalist.

BANKNOT (ID - 2971)

[ing.] mal. Dövlət bankı tərəfindən buraxılan və tədavüldə pul kimi işlənilən biletlər.
// Emissiya bankları tərəfindən buraxılan kredit pulları.

BANKROT (ID - 2972)

[fr.] Müflis, iflas etmiş. Şəhərdə bərk səs var ki, Hacı Saleh bankrotdu. S.S.Axundov.
□ Bankrot etmək (çıxarmaq) - iflasa uğratmaq, var-yoxdan çıxmasına səbəb olmaq.

BANKROTLUQ (ID - 2973)

is. Müflislik.

BANLAMA (ID - 2974)

“Banlamaq”dan f.is.

BANLAMAQ (ID - 2975)

f. 1. Oxumaq, ötmək (xoruz, beçə, qırqovul haqqında). Xoruz banlayır. -Bir qarının bir xoruzu var idi; Hər gün obaşdandan o banlar idi. A.Səhhət. Haradasa, xarabalıqda doğrudan da bir xoruz banlayırdı. Ə.Məmmədxanlı.
2. məc....

BANLAŞMA (ID - 2976)

“Banlaşmaq”dan f.is.

BANLAŞMAQ (ID - 2977)

qarş. Hamı birdən səs-səsə verib banlamaq, ağız-ağıza verib qışqırmaq, hamı birdən bağırmaq. Xoruzlar banlaşdılar. Qırqovullar çöldə banlaşır. -Xoruzlar banlaşan zaman girdik kəndə. Ə.Haqverdiyev. Ətrafda xoruzlar banlaşır....

BANT (ID - 2978)

[alm.] Bəzək kimi işlədilən ortadan qəşəng düyünlənmiş lent. Bant bağlamaq. Saçına bant bağlanmış qız.

BANTLI (ID - 2979)

sif. Bant bağlamış (bağlanmış). Başı bantlı balaca qız hörükləri döşündən aşağı sallanmış anasının boynuna sarınmışdı. S.Rəhimov.

BANU (ID - 2980)

is. [fars.] köhn. Xanım. Açıldı başın, indi qıl öz dərdivə çarə; Banu hərəm oldun.
M.Ə.Sabir. [Qızıl Arslan] “Çahar dərviş” romanını yoxladığı zaman Rövşən “Banu” hekayəsini oxuyurdu. M.S.Ordubadi.

BAPTİST (ID - 2981)

[yun.] Baptizm təriqətinə mənsub adam.

BAPTİZM (ID - 2982)

[yun.] Xristian təriqətlərindən birinin adı.

BAR1 (ID - 2983)

is. [fars.] Meyvə, məhsul. Bar almaq. Bar götürmək. Bar bağlamaq. Bar tutmaq. Bar vermək. - Ağac bar verdikcə başını aşağı dikər. (Ata. sözü). Bar verən ağacı kəsməzlər. (Ata. sözü). [Mirzə Fətəli:] İllər keçib, zəmanələr...

BAR2 (ID - 2984)

is. [fars.] klas. Yük, ağırlıq. Bar daşımaq.
// Məc. mənada. Kim dözər mənim tək belə firqətə; Rəncü məşəqqətə, barimöhnətə. M.P.Vaqif. Qəmü möhnət bu gün yoxdur cahanda çəkməyən, amma; Şikəstə Zakirin çərxi-fələk...

BAR3 (ID - 2985)

is. məh. 1. Kif, boyat çörək və xörəklərdə əmələ gələn ağ rəngli göbələkciklər.
2. Ərp, pas, kir (xəstənin dil-dodağında).

BAR4 (ID - 2986)

[ing.] Ayaq üstə duraraq yemək yeyilən, ya içki içilən kiçik yeməkxana, qəlyanaltıxana. Pivə barı.

BAR5 (ID - 2987)

is. [ing.] Qazıma maşının və mədən kombaynının işlək hissəsi.

BAR6 (ID - 2988)

is. [yun.] 1. Səs təzyiqi vahidi.
2. Atmosfer təzyiqi vahidi.

BAR7 (ID - 2989)

is. [fars.] köhn. Ocaq, od.

BAR8 (ID - 2990)

is. Prob, əyar (qiymətli metallarda).

BAR9 (ID - 2991)

is. [fars.] köhn. Peyin, təzək.

BAR1#0 (ID - 2992)

is. [fars.] köhn. Yüksək mənsəb sahibləri üçün düzəldilən rəsmi qəbul.

BAR1#1 (ID - 2993)

is. [ing.] Servantın müxtəlif içki şüşələri üçün ayrılmış xüsusi bölməsi.

BARABAN (ID - 2994)

[rus.] 1. İki üzünə dəri çəkilmiş, içiboş, enli, silindrşəkilli, ağacla vurularaq çalınan çalğı aləti; təbil, nağara. Axşam-
üstü Tərlan yenə baraban səsi eşidib yola sarı baxdı.. M.Hüseyn.
2. tex. Müxtəlif maşınlarda...

BARABANÇI (ID - 2995)

is. Baraban çalan, nağara çalan.

BARAK (ID - 2996)

[fr.] 1. Taxtadan tikilən müvəqqəti, yüngül yaşayış binası. Smirnov, qəsəbənin ən böyük fəhlə baraklarından birində ayaq üstündə durub, dostlarına Bakı komitəsinin müraciətini oxuyurdu. M.Hüseyn.
2. Yoluxucu xəstələrə...

BARAMA (ID - 2997)

is. 1. İpəkqurdu tırtılının nazik ipək liflərindən hörərək, içində oturduğu qapalı yuvacıq, qutu, qoza. Sona xala deyirdi: ..Biz indiyə kimi barama içində dustaqyatan ipək qurduna bənzəyirdik. S.S.Axundov.
Barama toxumu - ipəkqurdu...

BARAMAÇI (ID - 2998)

is. 1. Barama saxlamaq və becərməklə məşğul olan şəxs; kümçü.
2. köhn. Barama alverçisi.

BARAMAÇILIQ (ID - 2999)

is. Barama becərmə sənəti; barama yetişdirməklə məşğul olma; kümçülük. Baramaçılıq təsərrüfatı.

BARAMAQURDU (ID - 3000)

is. İfraz etdiyi ipək tellərindən barama hörən qurd.

BARAMALAMA (ID - 3001)

“Baramalamaq”dan fis.

BARAMALAMAQ (ID - 3002)

f 1. Barama sarımaq, qoza bağlamaq.
2. məh. Diş ətində şiş əmələ gəlmək.

BARAN (ID - 3003)

is. [fars.] klas. Yağış, yağmur. Sanma barandır yağan matəmgəhi-ünsiyyətə; Halımız təsiri-bəxşi-qəm olub qüdsiyyətə. M.Hadi.

BARAT (ID - 3004)

is. [ər.] 1. Bank və s. maliyyə müəssisəsi və ya poçt vasitəsilə göndərilən pul. Bütün məktublar və ya baratlar dərhal sahiblərinə paylanır. - [Səttar] baratı dəyişmək üçün yaxındakı sərraf dükanlarından birinə tərəf...

BARATA (ID - 3005)

is. məh. Yer səthini örtmüş palçıq layı.

BARBAR (ID - 3006)

[əsli yun.] Vəhşi, kobud. Faşist barbarları.

BARBARİZM (ID - 3007)

[yun.] bax barbarlıq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed