İzahlı lüğət

BÜRÜŞMƏ (ID - 5510)

“Bürüşmək”dən f.is.

BÜRÜŞMƏK (ID - 5511)

f. 1. Bürüşük hala düşmək, bürüş-bürüş olmaq, qırış-qırış olmaq. Üzü bürüşmək. Paltar tamam bürüşmüşdür.
2. Solmaq, quruyub dağılmaq, təravətini itirmək. Çiçək bürüşdü. Yarpaqlar bürüşmüşdür. Quraqlıqdan...

BÜRÜŞMÜŞ (ID - 5512)

BÜRÜŞTƏ (ID - 5513)

sif. [fars.] Yaxşı bişmiş, kövrək bişmiş, qızarmış. Bürüştə çörək. Bürüştə qutab. Bürüştə paxlava. - [Mirzə Qulam:] Kabab ilə bürüştə lavaşın ayrı ləzzəti olur, axı! Mir Cəlal.

BÜRÜŞTƏLİK (ID - 5514)

is. Bürüştə bişmiş şeyin halı; kövrəklik.

BÜRÜŞÜK (ID - 5515)

1. sif. Bürüşmüş halda olan; qırışıqlı, qırış-qırış. Bürüşük üz. Bürüşük köynək. - [Kərim baba] bürüşük və titrək əli ilə göyün şimal tərəfindəki kiçik qara buludu göstərərək: - Baxın [dedi] A.Şaiq.
...

BÜRÜŞÜKLÜK (ID - 5516)

is. Bürüşük şeyin halı. Üzün bürüşüklüyü qocalığın nişanəsidir.

BÜRYAN (ID - 5517)

sif. [fars.] Odda qovrulan (qovrulmuş), odda yanan (yanmış).
□ Büryan eyləmək (etmək) - 1) odda yandırmaq, qovurmaq; 2) məc. kabab eləmək, yandırmaq. Ayrılıqdan yar mənim bağrımı büryan eylədi; Özünü bir yana saldı, məni...

BÜSAT (ID - 5518)

is. [ər.] 1. Müəyyən qayda və üsullarla tərtib edilmiş şənlik, məclis, bayram, yaxud təziyə; mərasim. Qonaqlıq büsatı. Toy büsatı. Matəm büsatı. - Qızlarım, çay büsatını idarə edin, - deyə onlara əmr edincə dördü də...

BÜSATLI (ID - 5519)

sif. Təntənəli, dəbdəbəli, təmtəraqlı.

BÜSBÜTÜN (ID - 5520)

zərf Tamam, tamamilə. Büsbütün yorulub gücdən düşmək. Büsbütün əl çəkmək. O büsbütün haqlıdır. - Anaxanımın səbri büsbütün tükəndi. A.Şaiq. Ey dan ulduzu! İzdiham çoxalır, qəhrəman şəhər; Büsbütün ayağa qalxmışdır...

BÜST (ID - 5521)

[fr.] İnsan bədəninin beldən yuxarı hissəsinin heykəli. Füzulinin tuncdan tökülmüş büstü. - Fərman bəy Tərlanın yazı stolundan bir qədər irəli qoyulmuş büstə təəccüblə baxdı. M.Hüseyn.

BÜT (ID - 5522)

is. [fars.] 1. Bütpərəst xalqların ibadət etdikləri heykəl, şəkil və s.
// məc. Pərəstiş edilən şey. Mən o zalım yarə bir büt təkpərəstiş eylərəm. Heyran xanım.
Klassik şeirdə: gözələ, dilbərə işarədir; sənəm....

BÜTÇÜ (ID - 5523)

is. və sif. Büt qayıran, büt satan. Yol kənarında bütçü dükanı, qanbur bir ixtiyar əlində böyücük bir büt yonur.. H.Cavid.

BÜTGƏDƏ (ID - 5524)

[fars.] bax bütxana.

BÜTXANA (ID - 5525)

BÜTÖV (ID - 5526)

sif. 1. Bir küll halında olan; yarım, ya parça halında olmayan; kəsilməmiş, qırılmamış, dağılmamış; yekparə, tam. Bütöv çörək. Bütöv parça. Bütöv kərpic. Bütöv qarpız.
Zərf mənasında. Başdan-başa, bütünlüklə,...

BÜTÖVLƏNMƏ (ID - 5527)

“Bütövlənmək”dən f.is.

BÜTÖVLƏNMƏK (ID - 5528)

f. Bütöv olmaq, bütöv hala düşmək.

BÜTÖVLƏŞDİRİLMƏ (ID - 5529)

“Bütövləşdirilmək”dən f.is.

BÜTÖVLƏŞDİRİLMƏK (ID - 5530)

məch. Bütöv hala salınmaq.

BÜTÖVLƏŞDİRMƏ (ID - 5531)

“Bütövləşdirmək”dən f.is.

BÜTÖVLƏŞDİRMƏKf (ID - 5532)

Bütöv hala salmaq.

BÜTÖVLÜK (ID - 5533)

is. Bir parçadan ibarət olma, bir küll halında olma; bütöv şeyin halı; yekparəlik, tamlıq.

BÜTPƏRƏST (ID - 5534)

BÜTPƏRƏSTLİK (ID - 5535)

is. Bütlərə sitayiş. Dağıstan tayfaları da xəzərlərin istilası və müsəlmanların məhv edilməsi nəticəsində yenə bütpərəstliyə qayıtdılar. A.Bakıxanov. [Güllücənin] əhalisi isə .. bütpərəstlikdən qalma adətlər ağuşunda...

BÜTÜN (ID - 5536)

1. əvəz. Hamı, hamısı, ümum, cəmi. Bütün xalq. Bütün aləm. Bütün gecəni işlədim. Bütün qüvvələri topladıq. - Bütün salondakılar dönüb mənə baxdı. Mir Cəlal. [Salmanova Cumanın] bütün əməllərini gözünün içinə...

BÜTÜN-BÜTÜNƏ (ID - 5537)

zərf Bütünlüklə, tamamilə, lap.

BÜTÜNLƏŞDİRMƏ (ID - 5538)

“Bütünləşdirmək”dən f.is.

BÜTÜNLƏŞDİRMƏK (ID - 5539)

f. 1. Bütün hala salmaq.
Əskiyini qoyub tamamlamaq.
Bir şeyin parçalarını yapışqan və s. ilə yapışdırıb birləşdirmək, bütöv hala gətirmək.

BÜTÜNLƏŞMƏ (ID - 5540)

“Bütünləşmək”dən f.is.

BÜTÜNLƏŞMƏK (ID - 5541)

f. Bütün hala düşmək.

BÜTÜNLÜK (ID - 5542)

is. Bütün şeyin halı, tamamlıq.

BÜTÜNLÜKLƏ (ID - 5543)

zərf Tamamilə, tamam, hamısı, tam surətdə. Pambığın yığılması və təmizlənməsi işləri bütünlüklə mexanikləşdiriləcəkdir. - Məhərrəm öz yoldaşını bütünlüklə tanımaq üçün çox vaxt sərf etmədi. H.Nəzərli.

BÜVƏ (ID - 5544)

bax böyə. Hər daş altında əqrəb qaynadığını, büvə yatdığını, qışda canavar uladığını deyim. Mir Cəlal.

BÜZDÜM (ID - 5545)

is. anat. Quyruq sümüyü, onurğanın qurtaracağını təşkil edən sümük. İnsanın onurğası quyruq fəqərələrindən təşkil olunmuş büzdümlə qurtarır.

BÜZMƏ (ID - 5546)

is. 1. “Büzmək”dən f.is.
Paltarın qırışdırılıb tikilmiş yeri. Paltarın büzməsi. Çuxanın büzməsi. Tumanın büzməsi.
Büzməli paltar. Gülsənəm lap arıqlamış, yalınqat, nazikyamaqlı qara büzmənin içində oturmuş...

BÜZMƏK (ID - 5547)

f. 1. Daraltmaq, yığıb sıxmaq, yığmaq. Kisənin ağzını büzmək.
Paltarın, parçanın və s.-nin bir yerini yığıb tikmək, qatlaya-qatlaya tikib daraltmaq.
□□ Ağzını büzmək - bax ağız. Dodaq büzmək- bax dodaq.

BÜZMƏLƏMƏ (ID - 5548)

“Büzmələmək”dən f.is.

BÜZMƏLƏMƏK (ID - 5549)

f. Büzmə şəklində tikmək, yığmaq, sıxmaq.

BÜZMƏLƏNMƏK (ID - 5550)

məch. Büzmə halında tikilmək, yığılmaq, sıxılmaq.

BÜZMƏLİ (ID - 5551)

sif. Büzməsi olan. Büzməli paltar. Büzməli tuman. - [Kor kişinin] əyninə geydiyi ləzgi şalından büzməli çuxası, ayağındakı dikdaban başmağı köhnə bir adam olduğunu bildirirdi. S.Hüseyn. [Novruzqulu] büzməli çuxasını əynindən...

BÜZÜCÜ (ID - 5552)

sif. Bir şeyi büzməyə məxsus. Büzücü maşın.

BÜZÜK (ID - 5553)

sif. 1. Büzülmüş, qırışıq. [Yəhya Kamal] köhnə, büzük, yaraşıqsız paltarına baxdıqca Dilənin taxtın üstündəki məsləhəti qulağında səslənirdi. Mir Cəlal.
Yığılmış, büzülmüş, qıyıq, büzülüb yığılmış,...

BÜZÜKLÜK (ID - 5554)

is. Büzük şeyin halı.

BÜZÜKMƏ (ID - 5555)

“Büzükmək”dən f.is.

BÜZÜKMƏK (ID - 5556)

f Büzülmək, büzülüb yığılmaq; özünü büzmək.

BÜZÜLMƏ (ID - 5557)

“Büzülmək”dən f.is.

BÜZÜLMƏK (ID - 5558)

f 1. Yığışmaq, qırışmaq, büzük hala düşmək. [Qızın] qaşlarının qovuşduğunu, dodaqlarının, büzüldüyünü .. görürdüm. M.S.Ordubadi.
Sığınıb durmaq, yazıq-yazıq durmaq (oturmaq), susmaq, dinməmək. Ata ümmid ilə baxar...

BÜZÜRG (ID - 5559)

is. [fars.] mus. Azərbaycan klassik muğamlarından birinin adı.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed