İzahlı lüğət

BASDIRTMAQ (ID - 3108)

icb. Üçüncü şəxs vasitəsilə basdırmaq.

BASƏFA (ID - 3109)

sif. [fars. ba... və ər. səfa] Səfalı, könülaçan. Amma bura da çox basəfa yerdir ha! Ə.Haqverdiyev. Yaylağa gələn adamların çoxu şəhərə, kəndə getmirdi. Basəfa yer seçib, buralarda .. düşürlər. Mir Cəlal.

BASƏVAD (ID - 3110)

sif. [fars. ba... və ər. səvad] köhn. Savadlı, savadı olan, yazı-pozu bilən. Amma hər kəs bu dillərin heç birində basəvad deyil, yəqin ki, bilməyəcək nə deyirik. C.Məmmədquluzadə.

BASICI (ID - 3111)

sif. Basan, təzyiq edən, sıxıcı. Qanayan qolu və qıçı qaldırıb hündür vəziyyətdə saxlamaq və oraya basıcı sarğı qoymaq yolu ilə qanaxmasını dayandırmaq mümkün olur. Babayev.

BASIQ (ID - 3112)

sif. 1. Yastı, çökük; basılmış, sıxılmış halda olan, batıq.
2. Yük heyvanlarının belində əzilməkdən əmələ gələn yara.

BASIQLIQ (ID - 3113)

is. Basılmış, sıxılmış, yastılanmış, çökmüş şeyin halı; yastılıq, çöküklük, batıqlıq.

BASILIŞ (ID - 3114)

is. 1. Basmaq işi.
2. köhn. Çap, nəşr. Kitabın üçüncü basılışı.

BASILMA (ID - 3115)

“Basılmaq”dan f.is.

BASILMAQ (ID - 3116)

1. “Basmaq”dan məch. Biz işdən çıxanda “Molla Nəsrəddin ”in birinci nömrəsinin min ədədi basılıb tamam oldu.
C.Məmmədquluzadə.
t-siz. Məğlub olmaq. Düşmən basılandan sonra Giziroğlu başında atlısı geri qayıtdı....

BASILMAZ (ID - 3117)

sif. 1. Basılması mümkün olmayan, basıla bilməyən, məğlub edilə bilməyən, məğlubedilməz. [Yasavul] özünü .. aşılmaz bir dağ, basılmaz bir qala sayır. S.Rəhimov.
2. Rəfedilməz, rəf edilə bilməyən, ortadan qaldırıla bilməyən....

BASILMAZLIQ (ID - 3118)

is. Məğlubedilməzlik.

BASILMIŞ (ID - 3119)

f.sif. 1. Üstdən sıxılmış, təzyiq altında qalmış.
Məğlub edilmiş, məğlub olmuş. Basılmış ordu.
Soxulmuş, qoyulmuş, tıxanmış, yerləşdirilmiş. Çamadana basılmış paltarlar.
köhn. Çap edilmiş, nəşr edilmiş. Basılmış...

BASIM (ID - 3120)

su basımı - gəminin öz çəkisi ağırlığında olaraq sıxışdırdığı suyun miqdarı. Gəminin su basımı 13 min tondur. (Qəzetlərdən).

BASIRIQ (ID - 3121)

is. Sıxlıq, adam çoxluğu, tünlük, basabas, qələbəlik. Orada basırıq vardır. - Mədənin qapısı çox basırıq idi. M.S.Ordubadi. Basırıq və hay-küy içində bir uşaq naləsi eşidildi. M.İbrahimov. Ümumiyyətlə, hamam xəzinələrinin...

BASİL (ID - 3122)

[lat.] mikrob. Çöpşəkilli bakteriya.

BASİRƏ (ID - 3123)

is. [ər.] Görmə qüvvəsi, görmə qabiliyyəti.
// Göz.

BASKETBOL (ID - 3124)

[ing.] idm. Topun, dirəkdən asılmış tora (səbətə) əl ilə salınmasından ibarət oyun. Basketbol üzrə yarış. Basketbol komandası. - Basketbol bir çox əzələ qruplarını inkişaf etdirir zirəklik, təsirə qarşı tez cavab vermək,...

BASKETBOLÇU (ID - 3125)

is. idm. Basketbol oynayan idmançı.

BASQI (ID - 3126)

is. Basmaq işi, təzyiq.
// Basan, ağırlıq edən şey. Mexaniki üsulla taxta hazırlayan elmi-tədqiqat institutu basqı üsulu ilə mebel hazırlamaq işini qaydaya salmışdır. (Qəzetlərdən).

BASQIN (ID - 3127)

is. 1. Ansız hücum; qəfildən, gözlənmədən edilən hücum. [Sərirdə yaşayan] .. dağlılar çöllülərə nisbətən daha şücaətli olduqlarından, xəzərlər üzərinə basqın edərək, onları qarət edirdilər.
2. Talan, çapovulçuluq....

BASQINCAQ (ID - 3128)

is. Uşaqların əylənmək üçün iki başında oturaraq, üzərində qalxıb düşdükləri tir; batman-tərəzi.

BASQINÇI (ID - 3129)

is. Soyğunçu, qarətkar, quldur, yolkəsən, çapovulçu. Basqınçıların təqibindən qaçıb bu dağlara sığınmış xınalıqlılar quraqlıq illərində sudan çox korluq çəkirlərmiş. R.Rza.

BASQINÇILIQ (ID - 3130)

is. Soyğunçuluq, qarətkarlıq, quldurluq, çapovulçuluq; çapovul, yolkəsmə. Ərəbistan çöllərində bir zaman; Basqınçılıq, soyğunçuluq olardı. M.Rahim.

BASQINTI (ID - 3131)

bax basqın.

BASMA1 (ID - 3132)

1. “Basmaq”dan fis.
sif Üzərinə müxtəlif naxışlar, rəng və s. basılmış. Basma çit. Basma sətin. Basma kəlağayı.
// is. Parça üzərində naxış. Qanovuz köynəyin atlaz çutqusu; Yaşıl basmaları nə gözəl imiş. Aşıq...

BASMA2 (ID - 3133)

is. Saç boyamaq üçün rəng.

BASMA3 (ID - 3134)

is. tar. Rusiyada monqol-tatar istilası dövründə: üzərində tatar xanının şəkli olan möhür.

BASMAÇI1 (ID - 3135)

is. Basma işi ilə məşğul olan adam, qəlib basan adam (bax basma1

BASMAÇI2 (ID - 3136)

is. və sif [özb.] tar. Orta Asiyada basmaçılıqda iştirak etmiş adam (bax basmaçılıq). [Türkmənlər] .. bütün basmaçı hissələrini dağıtdılar. Ə.Sadiq.

BASMAÇILIQ (ID - 3137)

is. [özb.] tar. 1917-26-cı illərdə Orta Asiyada sovet hakimiyyətinin devrilməsi uğrunda silahlı milli hərəkat. Basmaçılığın ideoloji əsası.

BASMADÜYMƏ (ID - 3138)

is. Bir-birinin içinə keçən iki metal hissədən ibarət düymə.

BASMAXANA (ID - 3139)

is. [basma və fars. ...xanə]
köhn. Çapxana, mətbəə. İran xalqı dünən basmaxana bina edib.. M.F.Axundzadə.
2. Ağ toxunmuş parçaya naxış basılan yer (sex, şöbə).

BASMAQ (ID - 3140)

f 1. Üstdən sıxmaq, təzyiq etmək, ağırlıq vermək. Qar basıb, ağacın budağını yatırdı. - Nəriman .. bu adamın əllərini tutdu, dizi ilə boğazını basdı.. Mir Cəlal.
// Sıxışdırmaq, itələmək. Seyid Əhməd Seyid Səmədi...

BASMAQƏLİB (ID - 3141)

sif dan. 1. Heç bir fikir işlənilmədən, kor-koranə təqliddən ibarət olan; şablon.
Başdansovma, atüstü, tələsik görülmüş.

BASMALAMAQ (ID - 3142)

bax basmarlamaq.

BASMANAXIŞ (ID - 3143)

is. Üzərinə rənglənmiş xüsusi qəliblərin basılması ilə parçada naxış alınmasından ibarət qədim xalq sənəti növü; naxışvurma üsulu. Basmanaxış üsulu ilə hazırlanmış Gəncə və Basqal kəlağayıları.

BASMARLAMA (ID - 3144)

“Basmarlamaq”dan fis.

BASMARLAMAQ (ID - 3145)

f Birdən qaba surətdə basıb tutmaq, qamarlamaq, süpürləmək, tutmaq, sıxcalamaq. Pişik siçanı basmarladı. - Onda gördük ki, Tərlan Məşədiağanın bir yanında bibisi oğlu Əyyubu basmarlayıb, cücə kimi altına alıbdır. S.S.Axundov....

BASMARLANMA (ID - 3146)

“Basmarlanmaq”dan fis.

BASMARLANMAQ (ID - 3147)

məch. Birdən qaba surətdə basılıb tutulmaq.

BAŞ (ID - 3148)

is. 1. İnsan bədəninin kəllə və sifətdən ibarət olan yuxarı hissəsi. İri baş. Onun başı ilə bədəni arasında tənasüb yoxdur. -Baş bədənin tacıdır, gözlər onun daş-qaşı. (Ata. sözü).
// Heyvan bədəninin beyin olan...

BAŞABAŞ (ID - 3149)

zərf 1. Bərabər, qalıqsız, üstəliksiz, düz. Başabaş çıxdı. Başabaş dəyişmək.
2. Tamamilə, bütünlüklə, tamam. O ağalar haqqını da verməyiblər başabaş. S.Rüstəm.

BAŞABATAN (ID - 3150)

dan. bax ağlabatan. [Mehman:] Hələ özü elə başabatan bir söz demir. S.Rəhimov.

BAŞABƏLA (ID - 3151)

sif. kin. isteh. Pis, yaramaz, bacarıqsız. Başabəla təsərrüfatçı. Başabəla usta.

BAŞAĞRIDICI (ID - 3152)

sif. dan. Əziyyət verən, narahatlığa səbəb olan; cəncəl.

BAŞAĞRISI (ID - 3153)

is. Əziyyət, narahatlıq. Başağrısı da olur, amma bu barədə bir neçə söz deməyi lazım görürəm. C.Məmmədquluzadə.
□ Başağrısı çəkmək - zəhmət çəkmək, əziyyət çəkmək. [Vidadi:] A Pənah, insan yəni axırda ölməyəcək?...

BAŞAQ (ID - 3154)

is. Biçin zamanı yerə tökülən sünbül qırıntıları; sünbül.
□ Başaq etmək (yığmaq) - yerə tökülən sünbülləri yığmaq. [Kolxozçu:] Murad dayı, kolxoza başaq edəkmi? İ.Əfəndiyev. Başaq yığan oğlan hənirtiyə başını...

BAŞAQÇI (ID - 3155)

is. Biçin zamanı tökülüb tarlalarda qalan sünbülləri toplayan adam.

BAŞAQÇILIQ (ID - 3156)

is. Biçin zamanı yerə tökülən sünbülləri yığma işi. Safo keçi kimi dabanını şaqqıldada-şaqqıldada il uzunu bu obanın içində ayaqyalın gəzir, onunbunun küləşində başaqçılıq edir. S.Rəhimov.

BAŞAQLAMA (ID - 3157)

“Başaqlamaq”dan f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed