İzahlı lüğət

BOLLAŞMAQ (ID - 4759)

bax bollanmaq. Mağazalarda hər şey bollaşmışdır.

BOLLATMAQ (ID - 4760)

bax bollaşdırmaq.

BOLLU (ID - 4761)

bax bol. Çayda bollu su var. Göldə bollu balıq var. Bu il bollu meyvə götürmüşük.
bollu-bollu zərf Bol-bol.

BOLLUCA (ID - 4762)

zərf Çox bol, çoxlu. Sanatoriyada bolluca yemək verirlər. Bolluca vədə vermək. - [Bacı:] Ona yemək vermə, içmək vermə, bolluca nağıl söylə. S.S.Axundov. [Həkim:] Onları öz tərəfimizə çəkib yoldaş eləmək üçün də bolluca...

BOLLUQ (ID - 4763)

is. 1. Çoxluq, artıqlıq. Məhsulun bolluğu. Çayda suyun bolluğu. Xammalın bolluğu.
2. Firavanlıq, rifah. Bolluq içində yaşamaq. Sərgidəki hər şey bolluqdan, şadlıqdan və böyük əməkdən danışırdı.

BOLŞEVİK (ID - 4764)

[rus.] Bolşevizm tərəfdarı. On iki minlik bolşevik “Qırmızı qvardiya ”sının 70 faizini də daşnaklar təşkil edirdi...

BOLŞEVİZM (ID - 4765)

[rus.] V.İ.Lenin tərəfindən hazırlanaraq rus və beynəlxalq miqyasda fəhlə sinfınin mübarizəsi təcrübəsinə əsaslanan proletar inqilabı hərəkatı haqqında nəzəriyyə və taktika.

BOLT (ID - 4766)

[rus.] Maşın və s. hissələrini birbirinə bənd etmək üçün bir başına qayka keçirilən metal ox. Özülün üstündə qurulmuş dirəklər yoğun boltlar və dəmirlərlə birbirinə möhkəm bağlanmışdı. M.Süleymanov.

BOLTLAMA (ID - 4767)

“Boltlamaq”dan f.is.

BOLTLAMAQ (ID - 4768)

f Bolt ilə birləşdirmək, boltla bir-birinə bağlamaq.

BOLTLANMAQ (ID - 4769)

məch. Bolt ilə birləşdirilmək, bolt ilə bir-birinə bağlanmaq.

BOMBA (ID - 4770)

[fr.] İçərisinə partlayıcı maddələr doldurulub, əl və ya silah vasitəsilə, yaxud da təyyarədən atılan mərmi, qumbara. Atom bombası. Oksigen bombası. Yandırıcı bomba. Fuqas bombası.

BOMBAÇI (ID - 4771)

is. 1. Bomba hazırlayan, bomba qayıran (adam).
2. Bomba atan, bombardmançı.

BOMBAÇILIQ (ID - 4772)

is. Bomba hazırlama sənəti. [Həsən isə] öz rəğbəti ilə bombaçılıq vəzifəsini görürdü. M.S.Ordubadi.

BOMBADAŞIYAN (ID - 4773)

bax bombardmançı
Bombadaşıyan təyyarələr ildırım kimi şığıyan qırıcı təyyarələrin müşayiəti ilə əsgərlərin başı üstündən ötüb keçdi. M.S.Ordubadi.

BOMBALAMA (ID - 4774)

“Bombalamaq”dan f.is. Qabaq düşmən idi, arxa isə hər gün davam edən bombalama nəticəsində dağılırdı. Mir Cəlal.

BOMBALAMAQ (ID - 4775)

f Havadan hücum edərək bombaya basmaq, üzərinə bomba atıb dağıtmaq.

BOMBALANMA (ID - 4776)

“Bombalanmaq”dan f.is.

BOMBALANMAQ (ID - 4777)

məch. Bombaya basılmaq, bomba ilə vurulmaq, üzərinə bomba atılıb dağıdılmaq.

BOMBALATMAQ (ID - 4778)

icb. Bombaya basdırmaq.

BOMBARDMAN (ID - 4779)

bax bombardmançı 1-ci mənada. Bombardman təyyarəsi.
□ Bombardman etmək - b ax bombalamaq.

BOMBARDMANÇI (ID - 4780)

1. sif Bombalamaya məxsus. Bombardmançı təyyarə.
2. is. Bombardman təyyarəçisi. Hava ayaz deyildi ki, bombardmançılar onsuz da qalxıb dağım-dağım olan yeri təzədən şumlamağa başlasın. Ə.Əbülhəsən.

BOMBATÖKƏN (ID - 4781)

bax bombardmançı. Gedir qərbə tərəf hücum çəkənlər; Gedir qatar-qatar bombatökənlər. M.Rahim.

BOMBOŞ (ID - 4782)

sif və zərf Tamamilə boş, lap boş, içində heç bir şey olmayan. 'Bomboş otaq. - [Tarverdi:] Görəsən sövdəgər tayfası yaraqlı-əsbablı yola çıxır, ya elə bomboş? M.F.Axundzadə. Şikayətçilər kabinetin bomboş olduğunu...

BOMBOZ (ID - 4783)

sif Tünd boz rəngli. [Lado] Lökbatan adlanan bomboz bir səhra ilə qarşıda görünən dağlara sarı gedirdi. S.Rəhman. ..Qulam təpədən-dırnağa bomboz idi. Ə.Əbülhəsən.
□ Bomboz bozarmaq - tamamilə boz rəng almaq, rəngi qaçmaq....

BOMJ (ID - 4784)

is. [rus.] Səfil, didərgin, yeri-yurdu olmayan adam.

BON (ID - 4785)

[fr.] 1. Sahibinə müəyyən vaxtda və müəyyən idarədən üzərində göstərilən məbləği almaq üçün ixtiyar verən kredit sənədi.
2. Adətən yerlərdə buraxılan müxtəlif müvəqqəti kağız pulların adı.

BONAPARTİST (ID - 4786)

[xüs. is. -dən] Bonapartizm tərəfdarı.

BONAPARTİZM (ID - 4787)

[Fransa imperatoru Bonapartm adından] İnqilab şəraitində iri burjuaziyanm diktatura formalarından biri; bu şəraitdə hərbçilərə istinad edən əks-inqilabçı hökumət bir-biri ilə mübarizə edən sinifləri aldadaraq, özünü partiyalar...

BONUS (ID - 4788)

is. [lat.] Mükafat, muzd, haqq, bəxşiş.

BOR1 (ID - 4789)

[lat.] kim. Bir neçə mineralın tərkibinə daxil olan tünd boz rəngli kimyəvi element.
□ Bor turşusu kim. - dezinfeksiya və s. üçün işlədilən suda əriyən rəngsiz kristallar.

BOR2 (ID - 4790)

[alm.] tib. Diş müalicəsində işlədilən polad burğu.

BORAN (ID - 4791)

is. Küləkli qar və yağış; çovğun, qasırğa. Borana düşmək. - Kərəməli, yollarım toz, qubar oldu; Boran oldu, çovğun oldu, qar oldu. Aşıq Kərəm. Bunların [Xədicə və uşaqların] ah-naləsi, boranın gurultulu səsi bir-birinə...

BORANI (ID - 4792)

BORANLAMA (ID - 4793)

“Boranlamaq”dan f.is.

BORANLAMAQ (ID - 4794)

f 1. Boran qalxmaq, boran baş vermək. Hava boranladı.

Borana (ID - 4795)

düşmək, boranlı havada soyuqdan donmaq. Mallar çöldə qalıb boranlamışdılar.

BORANLI (ID - 4796)

sif. Küləkli qar və ya yağışlı; bərk küləkli, qasırğalı. Boranlı hava. Boranlı qış günü. - Duman gəldi, azdım mən də yolumu; Çiskinli, boranlı çöllərdə qaldım. Aşıq Kərəm. Payız çatanda axıra boranlı, qarlı qış...

BORANLIQ (ID - 4797)

bax boran. Atasız tifilləri basdı boranlıq, bizə nə; Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə? M.Ə.Sabir.

BORC (ID - 4798)

is. 1. Qaytarılmaq şərti ilə birindən alman, ya birinə verilən pul və sairə; alacaq, verəcək. Borc pul verənin dili uzun olar. (Ata. sözü). [Molla Qasım:] Toyuq, ördək, qax, qoz ki vardır... Bunlardan gətirin, borclarınıza hesab edək.....

BORCLU (ID - 4799)

sif. və is. 1. Borcu olan, başqasından borc almış olan; verəcəkli. Borcluların siyahısını tutmaq. - Güllücədə Molla Qasıma borclu olmayan bir kəndli yox idi. S.S.Axundov.
Borc verən. Borclu borclunun sağlığını istər. (Məsəl).
Bir...

BORCLULUQ (ID - 4800)

is. Borclu olma, borclu adamın halı. Borcluluq adamı narahat edir.

BORDAQ (ID - 4801)

k.t. 1. sif. Bəslənmiş, yaxşı yedirilib kökəldilmiş, kök (ev heyvanları haqqında).
□ Bordağa bağlamaq, bordaqda saxlamaq - yemləyib kökəltmək. Malqaranı çöldə və bordaqda kökəltmək işinin düzgün təşkil edilməsi ümumi...

BORDAQLAMA (ID - 4802)

“Bordaqlamaq”dan f.is.

BORDAQLAMAQ (ID - 4803)

f Bordağa bağlamaq (b a x bordaq).

BORDAQLANMAQ (ID - 4804)

məc. Yaxşı yedirilib kökəldilmək, bəslənmək (ev heyvanları haqqında).

BORDÜR (ID - 4805)

is. [fr.] 1. Haşiyə; divarın döşəmə ilə birləşən yerinə vurulan haşiyə.
2. Yolların kənarını bildirən ağ və qara rəngli dirəklər.

BORJOM (ID - 4806)

\Gürcüstanda yer adından] Müalicə üçün işlədilən mədən suyu. Borjom suyu.

BORMAŞIN (ID - 4807)

xüs. Dişlərin içini ovmaq, təmizləmək üçün diş həkimlərinin işlətdiyi burğu maşmı.

BORŞ (ID - 4808)

[rus. 6op^] Kələm, çuğundur və başqa göyərtidən bişirilən şorba; kələm şorbası. \Vəli bəy:] Canım, Allahın kələm suyu borşu istəyirsən, içindən sosiska çıxır. S.S.Axundov.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed