İzahlı lüğət

BÜLÖVLÜ (ID - 5460)

sif. Bülöv daşma çəkilib itilənmiş, iti.

BÜLÖVLÜK (ID - 5461)

sif. Bülövə yarar. Bülövlük daş.

BÜLUĞ (ID - 5462)

[ər.] 1. Yetkinlik, yetişmə; həddibüluğa çatma.
2. Oğlan uşağının özünü tanıması.

BÜNÖVRƏ (ID - 5463)

is. 1. Özül, əsas, təməl. Evin bünövrəsi möhkəmdir. - Əhmədov maşından düşüb salam verdi. Bünövrələrə sarı yeridi. Mir Cəlal.
// Məc. mənada. [Fərhad:] ..Ey mənim dərdlərimin bünövrəsi, gəl yanımda otur.. Ə.Haqverdiyev....

BÜNÖVRƏLİ (ID - 5464)

sif. Bünövrəsi, özülü, təməli, əsası olan. Bünövrəli mülk.
// məc. Möhkəm, əsaslı. İşi bünövrəli gör.

BÜNÖVRƏSİZ (ID - 5465)

sif. Bünövrəsi, əsası, özülü, təməli olmayan. Bünövrəsiz tikintinin davamı olmaz.
// Davamsız, əsassız.

BÜNYAD (ID - 5466)

is. [fars.] Əsas, özül, təməl.
Bünyad etmək köhn. - əsasını qoymaq, yaratmaq. Ol qızlar içində bir pərizad; Qeys ilə məhəbbət etdi bünyad. Füzuli.

BÜNYƏ (ID - 5467)

is. [ər.] Bədənin təbii halı, quruluşu; əsas, kök, bünövrə, özül. Onun bünyəsi sağlam deyil.

BÜRC1 (ID - 5468)

is. [ər.] Qədim şəhər hasarının üzərində müşahidə və müdafiə qülləsi; qala çıxıntısı. Bakı şəhəri qarşısında, dəniz içərisində indi də görünən bürclərdən, hasarlardan .. məlum olur ki, dörd-beş yüz il bundan...

BÜRC2 (ID - 5469)

is. [ər.] astr. Göydə Günəş dairəsinin bölündüyü 12 qisimdən hər biri. Böyük Ayı bürcü. - Bir bürcdə sabit oldu əxtər; Məhbusi-xəzanə oldu gövhər. Füzuli. Səhərin ruzgarı Gülüstana əsdiyi zaman, çəmənlər donunu dəyişir...

BÜRHAN (ID - 5470)

is. [ər.] Dəlil, sübut. Aşiqisadiqləriz, pünhan deyil bürhanımız; Kizbdən varəstə qalmış, şükr olsun, canımız. M.Hadi.

BÜRKÜ (ID - 5471)

is. Nəfəs almağı çətinləşdirən isti hava, boğanaq hava. Dolu çox isti və bürkü olan zamanda nüzul edir. H.Zərdabi. Axşam qaranlığı düşdüyünə baxmayaraq, hava hələ bürkü idi. S.Rəhman.

BÜRKÜLƏŞMƏ (ID - 5472)

“Bürküləşmək”dən f.is.

BÜRKÜLƏŞMƏK (ID - 5473)

f. Bürkü olmaq, nəfəs almağı çətinləşdirəcək bir hala gəlmək, boğanaq hala gəlmək (hava).

BÜRKÜLÜ (ID - 5474)

sif. Boğanaq, nəfəsi çətinləşdirəcək dərəcədə isti. Bürkülü bağlarda adam istidən boğulurdu. Mir Cəlal. Bürkülü iyun günlərinin birini Murad Kür qırağındakı söyüdlükdə, Əziz isə təcrübə tarlasında qarşıladı....

BÜRKÜLÜK (ID - 5475)

is. Bürkülü hava.

BÜRQƏ (ID - 5476)

is. [ər.] köhn. Üz örtüyü, rübənd. Dilbər, səni tanrı, günəş camalın; At bürqəni, al yanağın görünsün. Q.Zakir.

BÜRMƏLƏMƏ (ID - 5477)

“Bürmələmək”dən f.is.

BÜRMƏLƏMƏK (ID - 5478)

f. Lülə şəklində sarımaq; bir şeylə hər tərəfıni bürümək, sarımaq; sarıyıb örtmək; bükmək.

BÜRMƏLƏNMƏ (ID - 5479)

“Bürmələnmək”dən f.is.

BÜRMƏLƏNMƏK (ID - 5480)

məch. Lülə şəklində sarınmaq, bir şeylə hər tərəfi bürüdülmək; örtülmək, bükülmək.

BÜRMƏLƏNMİŞ (ID - 5481)

fsif Lülə şəklində sarınmış, bükülmüş.

BÜRNƏK (ID - 5482)

bax bürüncək1#.

BÜRO (ID - 5483)

[fr.] 1. Bəzi orqanların, idarələrin, təşkilatların və s.-nin rəhbərlik edici hissəsinin adı. Qonaqlar gedəndən sonra, İvan Astafoviç büro iclası keçirmişdir. Mir Cəlal.
// Həmin büro heyətinin iclası. Məsələyə büroda...

BÜROKRAT (ID - 5484)

is. [fr.] Vəzifəsini işin zərərinə, formal yerinə yetirən adam; rəsmiyyətçi.

BÜROKRATСASINA (ID - 5485)

b ax bürokratik.

BÜROKRATIK (ID - 5486)

sif Bürokratizmə xas olan, bürokratizm mahiyyətində olan. Bürokratik quruluş.

BÜROKRATİYA (ID - 5487)

[fr.] 1. Burjua cəmiyyətində: hakimiyyəti əllərində saxlayan istismarçı sinfin imtiyazlı təbəqəsi; idarə başında duran bürokratlar, yüksək rütbəli məmurlar.
2. Bax bürokratizm.

BÜROKRATIZM (ID - 5488)

[fr.] 1. Yalnız rəsmiyyətə riayət etmək xatirinə olaraq, işin mahiyyətinə laqeydlik göstərmə; süründürməçilik, rəsmiyyətçilik. Bürokratizm ilə mübarizə. Bürokratizmi aradan qaldırmalı.
Sinifli cəmiyyətdə: dövlət hakimiyyətinin...

BÜROKRATLAŞMA (ID - 5489)

“Bürokratlaşmaq”dan f.is.

BÜROKRATLAŞMAQ (ID - 5490)

f. Bürokrat olmaq. 372

BÜROKRATLIQ (ID - 5491)

is. Bürokrat adamın keyfiyyəti; rəsmiyyətçilik, süründürməçilik.

BÜRRAN (ID - 5492)

BÜRUDƏT (ID - 5493)

is. [ər.] klas. Soyuqluq, soyuq. Tifllər şiddəti-bürudətdən; Ağlaşır zar-zar vəhşətdən. M.Ə.Sabir.

BÜRUZ (ID - 5494)

[ər.] Ancaq köməkçi feillərlə: büruz eləmək (etmək) - b ax büruzə vermək. Sordum dəhanını, dedi dil: sirriqeybdir; Öz əczini büruz elədi bu cavab ilə.S.Ə.Şirvani. Gah-gah, birpara əfradi-bəninövi-bəşərdən büruz edir. M.F.Axundzadə;...

BÜRÜMƏ (ID - 5495)

“Bürümək”dən f.is.

BÜRÜMƏK (ID - 5496)

f 1. Hər tərəfini bir şeylə sarımaq, bir şeyə bükmək. Laçın qəfildən yapıncısını açıb Gülyazı bürüdü. M.Hüseyn.
Gizlətmək, örtmək. Üzünü bürümək. -Nəğmə kimi pərdə çək xəyalə; Qönçə kimi yüz bürü cəmalə....

BÜRÜNC (ID - 5497)

is. 1. Mis, sink, qalay xəlitəsindən ibarət metal.
2. Bürüncdən qayrılmış. Bürünc ləyən. Bürünc məftil. - Bayaq Mirzə Əliməmmədi içəri buraxıb çıxan nökər üstü incə naxışlı bürünc sinidə iki fincan qəhvə gətirdi....

BÜRÜNCƏK1 (ID - 5498)

is. Bürünməyə yarayan örtü, üst geyim. Bu gecə məndən yatdı yoxdu, gərək bir bürüncəkgötürəm. C.Məmmədquluzadə. Müsafirlərin birisi bürüncəyə, o birisi yorğana, bəziləri də palaz və cecimlərə bürünmüşdü. M.S.Ordubadi.
...

BÜRÜNCƏK2 (ID - 5499)

is. bot. Taxıllar qrupuna mənsub birillik ot bitki.

BÜRÜNCƏKLİ (ID - 5500)

sif. Bürüncək geymiş, üzərinə bürüncək salmış, bir şeyə bürünmüş.

BÜRÜNDÜRMƏ (ID - 5501)

“Büründürmək”dən fis.

BÜRÜNDÜRMƏK (ID - 5502)

bax bürümək 2-ci mənada. Ay örtüyü büründürür aləmi; Çulğalayır, geyindirir aləmi. A.Səhhət.

BÜRÜNMƏ (ID - 5503)

is. 1. “Bürünmək”dən fis.
Qarlı, yağmurlu havalarda üstdən geyilən bürüncək; yapıncı, plaş. Çoban bürünməsi.

BÜRÜNMƏK (ID - 5504)

qayıd. 1. Özünü bir şeylə bürümək; örtünmək. Şala bürünmək. - Qaydasıdır, qara çarqat bürünür; Siyah, zülfün ucu yerdən sürünür. Q.Zakir. Xoş məsəldir bu kim, palasə bürün; Getsə hər yanə el, o yanə sürün. S.Ə.Şirvani....

BÜRÜNÜKLÜ (ID - 5505)

sif. Bir şeyə bürünmüş. Nənəqız yarımsöykəli halda çadrasına bürünüklü (z) yatmışdı. S.Rəhimov.

BÜRÜŞDÜRMƏ (ID - 5506)

“Bürüşdürmək”dən f.is.

BÜRÜŞDÜRMƏK (ID - 5507)

f. 1. Bürüşük hala salmaq, bürüş-bürüş etmək, qırışdırmaq, əzişdirmək. Kağızı, parçanı bürüşdürmək.
2. B ax büzüşdürmək. Soyuq bizi bürüşdürmüş, kiçiltmişdir. Mir Cəlal.

BÜRÜŞDÜRÜCÜ (ID - 5508)

bax büzüşdürücü.

BÜRÜŞDÜRÜLMƏK (ID - 5509)

məch. Bürüşük hala salınmaq, bürüş-bürüş edilmək, qırışdırılmaq, əzişdirilmək. Bütün kağızlar bürüşdürülübdür.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed