İzahlı lüğət

BRA (ID - 5059)

is. [fr.] Divar şamdanı, qəndili.

BRAK (ID - 5060)

[alm.] 1. Nöqsanlı, zədəli mal, zay və s. İstehsalatda braka yol verilməməli.
Brak etmək - nöqsanlı olduğu üçün yaramaz hesab etmək. Fabrikdə məhsullar yoxlanılır, yaramayanları brak edilir.
2. Nöqsanlı, zədəli. Brak şüşə....

BRAKÇI (ID - 5061)

is. xüs. İstehsalatda nöqsanlı, zədəli malları brak etməklə məşğul olan işçi.

BRAKONYER (ID - 5062)

is. [fr.] İcazəsiz ov edən, balıq tutan; ovçuluq və balıqçılıq qanunlarını pozan.^

BRAUNİNQ (ID - 5063)

[ing. xüs. addan] Xüsusi sistemli silah (tapança) növü. Raya bir sillə onun ağzından vuraraq, .. brauninq tapançanı çıxardı. M.S.Ordubadi. Elmar .. brauninqi çıxarıb, cibinə qoydu. İ.Əfəndiyev.

BRAVNİK (ID - 5064)

dan. bax brauninq. Birinci kərə [Rəşidin] belində kiçik “bravnik” tapança görürdüm. M.S.Ordubadi.

BREZENT (ID - 5065)

[holl.] 1. Su keçirməyən qalın parça. Un çuvallarının üstü brezentlə örtülmüşdür. - Böyük brezenti üstündən götürüb, tüfəngləri və patronları əncir ağacının altına yığdılar. A.Şaiq.
2. Brezentdən hazırlanmış,...

BRƏHMƏN (ID - 5066)

is. [sanskr.] 1. Hindlilərin qədim dini olan brəhmən dininə mənsub adam.
Hindlilərin brəhmən rahibi, brəhmən kahini.

BRƏHMƏNİZM (ID - 5067)

b ax brəhmənlik.

BRƏHMƏNLİK (ID - 5068)

is. Eramızdan qabaq X-IX əsrlərdə Hindistanda meydana gələrək, hindlilərin ən qədim dini olan vedizmi əvəz etmiş din.

BRİFİNQ (ID - 5069)

is. [ing.] Bir mövzuda nəticə olaraq verilən məlumat və ya bəyanat; açıqlama.

BRİKET (ID - 5070)

[fr.] Kərpic şəklində preslənmiş (sıxılmış) material. Kömür briketi.

BRİKETLƏMƏ (ID - 5071)

“Briketləmək”dən fis.

BRİKETLƏMƏK (ID - 5072)

f. Briket (kərpic) şəklində presləmək, kərpic şəklinə salmaq.

BRİKETLƏNMƏK (ID - 5073)

məch. Briket (kərpic) şəklində preslənmək, kərpic şəklinə salınmaq.

BRİQADA (ID - 5074)

[fr.] 1. Bir neçə polkdan, batalyon, ya batareyadan ibarət qoşun birləşməsi. Tank briqadası. - ..Kazak briqadası İran hökumətinin ümidlərini boşa çıxardı. M.S.Ordubadi.
// Birtipli hərbi gəmilər birləşməsi. Torpeda gəmiləri...

BRİQADIR (ID - 5075)

[alm.] 1. Briqada rəhbəri, başçı (bax briqada 3-cü mənada). Ferma briqadiri.
2. tar. Rusiyada XVIII əsrdə polkovnik ilə general arasında hərbi rütbə.

BRİQADİRLİK (ID - 5076)

is. Briqadir vəzifəsi və işi.

BRİLYANT (ID - 5077)

[fr.] 1. Cilalanmış (taraş edilmiş) almaz, çox baha qiymətli parlaq daş. Brilyant düzülmüş badamşəkilli cıqqasını yaşıl lentin üstündən taxdı. M.S.Ordubadi.
2. Brilyantdan qayrılmış, üzərində brilyant qaşlar olan. 'Brilyant...

BROKER (ID - 5078)

is. [ing.] Alıcı və satıcı arasında əlaqə yaradan şəxs.

BROM (ID - 5079)

[yun.] 1. Qırmızı rəngli maye halında kəskin qoxulu kimyəvi element. [Böyükşor və Masazır] göllərinin sularında kaustik soda, yod və brom çıxarılması məsələsinin böyük əhəmiyyəti vardır. M.Qaşqay.
farm. Tərkibində sinir...

BROMLU (ID - 5080)

sif kim. Tərkibində brom olan. Bromlu duzlar. Bromlu su.

BRONX (ID - 5081)

[yun.] anat. Tənəffüs borusunun ciyərlərə hava aparan şaxələrindən hər biri.

BRONXİAL (ID - 5082)

sif anat. Bronxlara aid olan. Bronxial astma (xəstəlik adı).

BRONXİT (ID - 5083)

[yun.] tib. Bronxların selikli qişasının iltihabı (xəstəlik).

BROŞÜJRA (ID - 5084)

[fr.] Səhifə sayı az olan kiçik kitab, kitabça, risalə. [Polislər] şkafdan bir broşüra, iki kitab götürüb, stolun üstünə atdılar. S.Rəhimov.

BROVHABROV (ID - 5085)

zərf dan. Dəbdəbə, təntənə, cah-cəlal, dəsgah. Qoyunlar axşamdan kəsilib, soyutma olub, cahü cəlal ilə, brovhabrov ilə düşürük yola. Ə.Haqverdiyev.

BROYLER (ID - 5086)

is. [ing.] Ətlik çolpa.

BU (ID - 5087)

iş. əvəz. 1. Zaman və ya məkan daxilində bilavasitə göz qabağında olan şeyi göstərir, həm də ismə konkretlik verir (o müqabili). O bu evdə yaşayır. Bu kitabı oxudum. Bu şeylər kimindir? - [Qoca:] Bilin ki, bu şəhərin hər daşına...

BÜBLİK (ID - 5088)

[rus.] Halqa şəklində qoğal.

BUCAQ (ID - 5089)

is. 1. Bir şeyin iki daxili tərəfinin birləşdiyi yer; künc, guşə. Dilşad ceyran kimi ürkərək otağın bucağına qısıldı. M.S.Ordubadi. Bizdən əvvəl böyük qardaşım yük altında bir bucağa sığınmış quşu qaldırıb:
Tutdum,...

BUCAQLI (ID - 5090)

sif. Bucağı olan.

BUCAQÖLÇƏN (ID - 5091)

is. xüs. Bucaqları ölçmək üçün cihaz.

BUCUĞAZ (ID - 5092)

əvəz. “Bu”dan oxş. [Qadın:] Bax, bircə bucuğaz mənim yanımdadır. M.Hüseyn.

BUCURQAD (ID - 5093)

is. xüs. Qaldırıcı qurğuların təpəsində və ya intiqal mexanizmlərində: üzərində ip, qayış və s. keçirilən xüsusi formalı çarx. Quyu qazılacaq yerdə, hündürlüyü 12-15 m olan taxta vışka və bu vışkanın yanlarında qazıma...

BUD (ID - 5094)

is. anat. Qıçın çanaq sümüyü ilə dizə qədər olan hissəsi. Bud sümüyü. Bud əti.
[Çingiz:] Bir budu şişə çəkib iki çörək ilə təkyemişəm. Ə.Haqverdiyev.

BUDAQ (ID - 5095)

is. 1. Ağac və kolların gövdələrindən ayrılan hər bir qol; şaxə. Payız çağında hər səhər soyuq-soyuq külək əsər; Ağaclara, budaqlara dəyəndə yarpağın tökər. A.Səhhət. Budaqları sınan ağacları görərkən .. yolçunun...

BUDAQCIQ (ID - 5096)

is. Kiçik budaq. Təzəcə boy atan ağacın budaqcıqları hələ yaşıl rənglərini itirməmişdi.

BUDAQÇI (ID - 5097)

bax budayıcı.

BUDAQLANMA (ID - 5098)

“Budaqlanmaq”dan f.is.

BUDAQLANMAQ (ID - 5099)

f 1. Budaqlara ayrılmaq, şaxələrə ayrılmaq.
// Budaqlar əmələ gəlmək, budaq atmaq. Ağaclar budaqlandı.
2. məc. Şöbələrə, bölmələrə, qollara ayrılmaq. Kəndin girəcəyində arx budaqlanır.

BUDAQLI (ID - 5100)

sif. Budağı olan. Budaqlı ağac.
Sınıq budaqlı ağaclar qurumağa başlamışdı. Ə.Məmmədxanlı.

BUDAQSIZ (ID - 5101)

sif. Budağı olmayan, budaqları kəsilmiş (qırılıb tökülmüş).

BUDAL (ID - 5102)

sif. məh. Qoçaq, igid.

BUDALA (ID - 5103)

sif. məh. Dəlixasiyyət, ağıldanyüngül.

BUDALAMAQ (ID - 5104)

f bax budamaq.

BUDAMA (ID - 5105)

1. “Budamaq”dan f.is. Budama bitkilərin boy atmasına güclü təsir edir.
2. is. məh. Paya, dəyənək; iri əl ağacı.

BUDAMAQ (ID - 5106)

f. 1. Ağacın, kolun quru və ya artıq budaqlarını kəsmək, ya qısaltmaq. Yaz gələndə ağacları budayırlar ki, yaxşı inkişaf etsin.
2. məc. Döymək, vurmaq, əzişdirmək. Məhlim, bizi sən yaratmısan? - deyə əlinə tüpürüb,...

BUDANMA (ID - 5107)

“Budanmaq”dan f.is. Tənəklərin quru budanması da yazda görülən əsas tədbirlərdən biridir. “Az. qad.”

BUDANMAQ (ID - 5108)

məch. Ağacın, kolun quru və ya artıq budaqları kəsilmək, ya qısaldılmaq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed