İzahlı lüğət

SAÇ

is. İnsanın başında bitən tüklər. Qara saç. Xurmayı saç. - Külək [Dürrənin] qumral saçını üz-gözünə çırpırdı. S.Vəliyev. [Nərgiz] anasının ona ilk dəfə saç hördüyünü xatırlayırdı. B.Bayramov. // Hörük. [Koroğlu:] Siyah saçlar dal gərdənə düzülü; Qara gözlər xumarlanıb süzülü. “Koroğlu” .
□□ Saç ağartmaq - bax baş ağartmaq (“baş” da). tməsən, saç ağartmasan; Yaranmaz sənətkar, yaranmaz sənət! Z.Xəlil. Saçı ağartmaq - yaşa dolmaq, qocalmaq. Artıq saçları ağarıb, qırmızı paltar ona yaraşmır. Saçı dabanında (olmaq) uzun hörükləri olan qız (qadın) haqqında. [Yetər Kərbəlayıya:] Özü də çox gözəldir... uzunboylu, saçı dabanında, uçuq evin dirəyi bir qızdır.. Çəmənzəminli. Saçına dən düşmək - başı (saçı) ağarmağa başlamaq, təktək, seyrək ağ tüklər görünmək. İllər ötdükcə saçlarıma dən düşdü. - Müsahibimin səliqə ilə vurulmuş saçlarına yenicə dən düşmüşdü. Q.İlkin.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SIX

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed