İzahlı lüğət

SABUN

is. Kirli və ya yağlı şeyləri və s.-ni yuyub təmizləmək üçün yağlardan və qələvi maddələrdən hazırlanan, suda tez əriyib köpüklənən bərk və ya yarımmaye kütlə. Paltar sabunu. Əl-üz sabunu. Ətirli sabun. Hamam sabunu. - [Səriyyə:] Səhər tezdən ikimiz də eyni vaxtda qalxdıq. Məhrəba, sabun, diş fırçası götürüb suyun üstünə endik. İ.Əfəndiyev. Sabun köpüyünə (qovuğuna) dönmək - heç olmaq, puç olmaq, yox olmaq. ..Keçən ilin ortalarından tutulmağa başlanılan plan yeni ildə sabun qovuğuna dönmüşdü. “Kirpi” .
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed