
|
İzahlı lüğət
SABİTQƏDƏMsif [ər.] Sözünün, fikrinin, vədinin üstündə möhkəm duran, sözündən, vədindən dönməyən; səbatlı, möhkəm. Zahid, ramazanda mənə bu tövbəni verdin; Get, başın üçün, tövbədə sabitqədəməm mən. S.Ə.Şirvani. Mən öz əhd-peymanımda möhkəm və sabitqədəməm. M.F.Axundzadə. Sabitqədəm olsaydı əgər yari-vəfadar; Aşiq dəxi qaçmazdı bəladan, dayanardı. M.Ə.Sabir.
Paylaşın - Hamı bilsin
|
Bu məqaləyə aid şərhlər yazılmayıb.
Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!