1
İzahlı lüğət - P hərfi ilə başlayanlar - H. 17
ZE+education
kitab_satishi+

İzahlı lüğət

PİSTONLU (ID - 33027)

sif Piston qoyulmuş, piston salınmış; pistonu olan. Pistonlu patron.

PİŞDƏRAMƏD (ID - 33028)

is. [fars.] mus. Muğamatda çalınan müqəddimə. Segah pişdəramədi.

PİŞXİDMƏT (ID - 33029)

is. [fars. piş və ər. xidmət] köhn. Ev xidmətçisi, qulluqçu, nökər. Yeni qonaqlar oturan kimi pişxidmət hazır oldu. Çəmənzəminli. Pişxidmət iki balaca fincanda tünd çay gətirdi. M.İbrahimov.

PİŞXİDMƏTBAŞI (ID - 33030)

is. köhn. Padşahların, hökmdarların sarayında baş xidmətçi. Bu vaxt pişxidmətbaşı salona girib, aram addımlarla şaha yaxınlaşdı. P.Makulu.

PİŞİK (ID - 33031)

is. Pələng, şir və s.-nin də daxil olduğu fəsiləyə mənsub (vəhşi növləri də olan) məməli ev heyvanı. Pişik öz balasını istədiyindən yeyər. (Ata. sözü).
□ Pişiyə rast gələn (pişik görmüş) siçan kimi - qorxaraq,...

PİŞİKBAZ (ID - 33032)

is. Pişikləri çox sevən, çoxlu pişik saxlayan adam.

PİŞİKOTU (ID - 33033)

is. bot. Kökündən dərman hazırlanan ot bitkisi; valeryan. Pişikotu preparatları.

PİŞİM-PİŞİMLƏ (ID - 33034)

zərfi Mehribanlıqla, oxşaya-oxşaya, acıqlandırmadan, dilə tutaraq. Mahmud pişim-pişimlə ürgəni yedəkləyib, yenə bulağın qırağına gətirəndə Minarə nə üçünsə bayaqkı maralları xatırladı. M.Hüseyn. [Koxa:] Tutmağa çalışdım...

PİŞNAMAZ (ID - 33035)

is. [fars.] din. Məsciddə namaz qılanların qabağında duraraq namaz mərasimini idarə edən ruhani. Sonra [molla] qabağında duran pişnamaza bir kəllə vurub yerə yıxır. “M.N.Lətif.” Bu vaxt pişnamaz gəlib zöhr - günorta, əsr namazını...

PİŞ-PİŞ (ID - 33036)

təql. Pişiyi çağırmaq üçün çıxarılan səs. Nə qədər piş-piş elədim, pişik gəlmədi.

PİŞPİŞİ (ID - 33037)

is. bot. 1. Tərkibində “C” vitamini olan, toxumlarının hər iki tərəfi seyrək tüklərlə örtülü birillik ot-bitki.
2. Uşaq dilində: pişik.

PİŞRAZ (ID - 33038)

məh. [fars. pişrəst] sif. Tezyetişən, tezdəyən. Pişraz üzüm. Pişraz tut.

PİŞROV (ID - 33039)

sif. [fars.] köhn. İrəlidə gedən, öndə olan, qabaqcıl.

PİŞTAXTA (ID - 33040)

is. [fars.] Mağazada, dükanda satıcı ilə alıcını bir-birindən ayıran, üstündə mal göstərilən və buraxılan, qabaq tərəfi bağlı uzun stol. [Əmirmərduq:] Dərzi malı piştaxtanın üstünə qoyub açdı, qayçını götürdü və...

PİŞTO(V) (ID - 33041)

is. dan. köhn. Tapança. [Əsgər:] Çıxardın piştovları, hazır olun! Ü.Hacıbəyov.
Mən ömrümdə bir dəfə də pişto atmamışam. M.Hüseyn.

PIŞVAZ (ID - 33042)

is. [fars.] Gələn adamı qarşılama, qabağına çıxma. Hədiyyə də pişvaza gələnlər içərisində idi. Mir Cəlal. □ Pişvaz etmək gələn adamı qarşılamaq, qabağına çıxmaq. Mən qonaqların qabağına çıxıb sidqi-ürəkdən onları...

PİTİK (ID - 33043)

is. köhn. 1. Yazı, kitab, sənəd.
Yazılmış dua, yazılı dua, ümumiyyətlə dua. [Kəndli:] Sən Allah, buna bir duadan, pitikdən yaz. “M.N.Lətif.” // köhn. Dəri, əsgi və s.-nin içinə qoyulub ev heyvanlarının boynundan, buynuzundan...

PIVƏ (ID - 33044)

is. [rus. пиво] Arpa səmənisindən hazırlanan azspirtli köpüklü içki. Pivə mayası. Mayaotu pivəyə xarakterik və acıtəhər dad verir. - [İlyas:] Mənə də iki stəkan pivə verdilər, içdim. Ə.Məmmədxanlı.

PIVƏXANA (ID - 33045)

is. [rus. пиво və fars. ...xanə] Pivə satılan yer, dükan.

PIY (ID - 33046)

is. Heyvan bədənində toplanıb yığılan yağ maddəsi və onun əridilmiş halda olan məhsulu. Malpiyi. Keçipiyi. - Ruzgar ancaq piydən qayrılmış şamları söndürə bilər. Cabbarlı. // İnsan bədənində yağ maddəsi. Piy bağlamaq (basmaq)...

PIYADA (ID - 33047)

[fars.] zərf 1. Miniklə deyil, ayaqları ilə. Piyada yola düşmək. Piyada yollanmaq. - Faytonu xanım bir az kənarda saxlatdı, qapıya qədər piyada getmək istədi. Çəmənzəminli. [Səkinə:] Yox, Əlabbas, sən sür, mən piyada gedəcəyəm....

PIYADAÇI (ID - 33048)

b ax piyada 3 və 4-cü mənalarda. Piyadaçı əsgər. - Piyadaçılar iyirmi kişi olardılar. S.Hüseyn.

PIYADALANMA (ID - 33049)

“Piyadalanmaq” dan f.is.

PIYADALANMAQ (ID - 33050)

məch. Atdan və s.-dən düşüb piyada getmək. [Adil və Aqil] bir ehtiram və üzr əlaməti olaraq, atdan düşüb piyadalandılar. S.Rəhimov.

PIYADALIQ (ID - 33051)

is. 1. Piyada olma; piyadanın vəziyyəti. Piyadalıq dəliləri əldən-dildən saldı. “Koroğlu” .
məc. Biliksizlik, məlumatsızlıq, bilik cəhətdən kasıblıq.

PIYALƏ (ID - 33052)

is. [fars.] Ağzı gen, dibi dar balaca içki qabı; qədəh. Su piyaləsi. - [Pəri Cadu:] Doldur piyaləni, anadan olandan indiyə kimi mən belə kefi görməmişəm. Ə.Haqverdiyev. Hamı bir ağızdan “urra” deyibpiyalələri qaldırdılar....

PİYALƏGÖZ(LÜ) (ID - 33053)

sif. Gözləri iri və girdə. Piyaləgöz qız. - Biri qara dedi, biri alagöz; Bu, ceyrangöz dedi, o, piyaləgöz. R.Rza.

PİYAN (ID - 33054)

[rus. пяный] dan. Sərxoş, kefli. Adam var anlamır, danışır sözün; Içməmiş piyandı, itirib özün. Aşıq Ələsgər. □ Piyan olmaq - içib keflənmək, sərxoş olmaq.

PİYLƏMƏ (ID - 33055)

"Piyləmək” dən f.is.

PİYLƏMƏK (ID - 33056)

f. Müalicə və b. məqsədlərlə bədənə və ya onun bir yerinə piy sürtmək, piy çəkmək. Uşağı piyləmək. - Ballı xala keçi piyi axtarırdı ki, Qulunu piyləsin. Çəmənzəminli.
□ Başını piyləmək - b ax baş.

PİYLƏNDİRMƏ (ID - 33057)

“Piyləndirmək” dən f.is.

PİYLƏNDİRMƏK (ID - 33058)

f. Kökəltmək. □ Qarnını (göbəyini) piyləndirmək - çoxlu yağlı, qidalı şeylər yeyərək kökəlmək. [Paşa bəy Fərruxa:] Mən sənə ümidəm, sən də göbəyini piyləndirməkdən başqa heç nəyə fikir vermirsən. Ə.Vəliyev.

PİYLƏNMƏ (ID - 33059)

1. “Piylənmək” dən f.is.
Kökəlmə. Ev heyvanlarının piylənmə; yetişmə meyli bol yemlənmənin nəticəsidir. “Ümumi zootexniya” .
Həddən artıq kökəlməkdən ibarət xəstəlik halı. Piylənmənin qarşısını almaq.

PİYLƏNMƏK (ID - 33060)

1. məch. Piy sürtülmək.
2. qayıd. Çox kökəlmək. Erkəklər piyləndi.

PİYLƏŞMƏ (ID - 33061)

“Piyləşmək” dən f.is. Alkoqolun təsirindən ürək əzələlərində piyləşmə əmələ gəlir ki, bu da fiziki işlə məşğul olmaq üçün çətinlik törədir.

PİYLƏŞMƏK (ID - 33062)

bax piylənmək 2-ci mənada.

PİYLİ (ID - 33063)

sif 1. Kök, piyi olan. Piyli qoyun.
Yağlı, çox piyi olan. Piyli ət.
Tərkibində piy olan, piy vurulmuş. Piyli məlhəm.
məc. Şişman, kök, yekə, piy basmış. Piyli göbəyini qabağa verib, hətta özünü günahkar sayardı. B.Bayramov....

PİYLİLİK (ID - 33064)

is. 1. Köklük, köklük dərəcəsi. Keçinin piyliliyi.
2. Yağlılıq, yağlılıq dərəcəsi. Ətin piyliliyi.

PİYSİZ (ID - 33065)

sif 1. Arıq, piyi olmayan. Piysiz quzu.
Yağsız, yavan. Piysiz ət.

PİYSİZLİK (ID - 33066)

sif Yağsızlıq, arıqlıq, yavanlıq. Ətin piysizliyi.

PLAFON (ID - 33067)

is. [fr.] Tavana və ya divara bərkidilmiş elektrik lampaları örtüsü.

PLAGİAT (ID - 33068)

[lat. plagium - oğurlanmış] Başqasının əsərini öz əsəri kimi vermə və ya müəllifi göstərilmədən başqasının əsərindən istifadə etmə; ədəbi oğurluq.

PLAGİATOR (ID - 33069)

[lat.] Plagiatla məşğul olan adam.

PLAGİATORLUQ (ID - 33070)

is. Plagiatla məşğul olma (bax plagiat).

PLAKAT (ID - 33071)

[lat. placatum - şəhadətnamə] Küçə və ya ictimai yerlərdə təbliğat, məlumat və ya reklam məqsədi ilə asılan qısa mətnli iri şəkil, böyük elan. ..Göy rəngli qapının sağ tərəfində iriplakat asılmışdı. Qaçay bu plakatı,...

PLAKATÇI (ID - 33072)

is. Plakat çəkən rəssam. Plakatçıların sərgisi. // Sif. mənasında. Plakatçı rəssamlar.

PLAN (ID - 33073)

[lat. planus - səth] 1. Bir şeyin (yer, tikinti, qurğu və s.-nin), tənasübləri saxlanılmaqla müəyyən masştabda kağız və s. üzərində göstərilən cizgisi. Binanın planı. Şəhərin planı. - [Cinayətov] ayağa qalxıb, divardan asılan...

PLANER (ID - 33074)

[fr.] Yuxarıya qalxan hava axınının köməyi ilə havada süzən motorsuz uçucu aparat.

PLANERÇİ (ID - 33075)

is. Planerçiliklə məşğul olan idmançı; planer pilotu. Bu vertolyotlardan əllərində çiçək dəstələri olan təyyarəçi, planerçi və paraşütdən qızlar düşdülər. (Qəzetlərdən).

PLANERÇİLİK (ID - 33076)

b ax planerizm.

Bu səhifə 137 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif