1
İzahlı lüğət - P hərfi ilə başlayanlar - H. 8
ZE+education
kitab_satishi+

İzahlı lüğət

PATRİARX (ID - 32577)

[yun. patriarches] 1. Qəbilə cəmiyyətində qəbilə başçısı.
2. Bir ölkədəki pravoslav kilsəsinin yüksək ruhani rütbəsi və bu rütbəni daşıyan şəxs.

PATRİARXAT (ID - 32578)

[yun.] 1. Bax pədərşahlıq.
2. Patriarxın idarəsi altında olan kilsə.

PATRİARXLIQ (ID - 32579)

is. Patriarxın vəzifəsi, işi; patriarx titulu.

PATRON (ID - 32580)

[fr.] 1. Odlu silahlarda, əsasən tüfəng və tapançada atmaq üçün barıt, qırma və ya güllə ilə doldurulmuş pistonlu (kapsullu) metal, ya karton tağalaq (giliz). [Şərifzadə] keşikçidən aldığı silahla müqavimət göstərməyə başlayanda...

PATRONAJ (ID - 32581)

is. [fr.] Ev şəraitində müalicə; profilaktik idarələrlə yanaşı, uşağın inkişafına və tərbiyəsinə nəzarət etmə.

PATRONDAŞ (ID - 32582)

[alm. patrontasche] Tüfəng və tapança patronlarını qoymaq üçün yuvacıqları (gözləri) olan kəmər. [İmamverdi:] A kişi, patrondaş hanı? Yalandan küyə basmışdım. C.Cabbarlı. Fərman evə girdi, tüfəngini, patrondaşını çıxardıb,...

PATRONLAMA (ID - 32583)

“Patronlamaq” dan f.is.

PATRONLAMAQ (ID - 32584)

f. Silaha patron qoymaq; tüfəngi, ya tapançanı doldurmaq.

PATRONLU (ID - 32585)

sif Patronu olan, patron qoyulmuş; dolu. Patronlu tüfəng.

PATRONSUZ (ID - 32586)

sif Patronu olmayan, patron qoyulmamış; boş. Patronsuz tüfəng.

PATRÜL (ID - 32587)

[fr.] Müəyyən bir rayonun təhlükəsizliyinə, nizam və qaydasına nəzarət etmək üçün ayrılmış əsgər, milis və s.-dən ibarət kiçik silahlı dəstə və ya hərbi gəmi, təyyarə. Patrul dəstəsi. Patrul təyyarəsi. - Bu müddətdə...

PAUZA (ID - 32588)

[yun. pausis - kəsilmə] 1. Danışıq zamanı müvəqqəti dayanma, fasilə, ara vermə.
Musiqidə: ritm cəhətdən tənzim edilən fasilə. Musiqi əsərlərinin ifası zamanı işlədilən fasiləyə (tənəffüsə) pauza deyilir. “İbtidai...

PAVİLYON (ID - 32589)

[fr.] Bağlarda, parklarda və s.-də hər hansı bir məqsəd üçün tikilən kiçik yüngül tikili. Su pavilyonu. Gül pavilyonu. -Mağaza və pavilyonların al-əlvan titrək illüminasiyası, bəzəkli vitrinlər adamsız çox qüssəli görünürdü....

PAY1 (ID - 32590)

is. 1. Bir neçə adam arasında bölünən şeydən hər birinə düşən hissə. [Heydər bəy:] Yoldaşlarım da bu səfər paylarını mənə verdilər. M.F.Axundzadə. // Eyni mənada xörək haqqında. [Nuriyyə:] [Ələsgərgili] nə bişirsəydilər...

PAY2 (ID - 32591)

is. [fars.] klas. Ayaq. Düşəydipayinə bənövşə, sünbül; Xuraman-xuraman əlində də gül. Q.Zakir. Fəqət nə güclü, zəif bir vücud var, yahu! Ki, hazıram yıxılıb xaki-payinə hər gün. C.Cabbarlı. Görəndə qamətini göz yaşım...

PAYA (ID - 32592)

is. Bir şeyi saxlamaq üçün tir, dayaq, sütun; dirək. Sınmış şalbanın altına paya vurmaq. - ..Bəziləripaya kəsib hazırlayır, çayın içinə salınmış iri daşların dalına sancıb şəl basır. Ə.Vəliyev.

PAYACIQ (ID - 32593)

is. Kiçik paya, balaca paya.

PAYAÇƏPƏRİ (ID - 32594)

is. dan. Yerə basdırılmış payalardan düzəldilmiş çəpər. Payaçəpəri çəkmək.

PAYALAMA (ID - 32595)

“Payalamaq” dan f.is.

PAYALAMAQ (ID - 32596)

f Paya basdırmaq, paya vurmaq. Üzümlüyü payalamaq.

PAYALANMA (ID - 32597)

“Payalanmaq” dan f.is.

PAYALANMAQ (ID - 32598)

məch. Paya basdırılmaq, paya vurulmaq.

PAY-BÖLÜŞ (ID - 32599)

pay-bölüş etmək (eləmək) bölüşdürmək, aralarında paylaşdırmaq. ..Şahmar bəy bir neçə ildi mal-dövləti pay-bölüş edib [Şah bəydən] aralanmışdı. Ə.Əbülhəsən. [Nəcəfalı:] Buyurun yenə başda əyləşin, elin var-yoxunu...

PAYÇI (ID - 32600)

is. Hər hansı bir işdə payına düşən pulu verərək üzv olan adam (b ax pay1 6-cı mənada). Payçıların iclası.

PAYDAR (ID - 32601)

is. və sif. [fars.] klas. Davamlı, qaim, sabit, sürəkli. Bəxtəvər, Vahid, o kəslərdir ki, bu xoş aləmdədir! Hər zaman bu şən həyatı paydar istər könül. Ə.Vahid. □ Paydar olmaq - sabit olmaq, qaim olmaq, davam etmək. [Vaqif İrakli...

PAYƏ (ID - 32602)

is. [fars.] klas.: nə payədə - nə dərəcədə, nə qədər. [Həsənağa Hacı Quluya:] Görürsən, hacı, xalq nə payədə qudurub?.. Ə.Haqverdiyev. İndi bu qədərpulun vəbalı nə payədə ağır olacağını qiyasa gətirib biçarə muzdur...

PAYƏNDAZ (ID - 32603)

[fars.] bax ayaqaltı 1-ci mənada.

PAYIZ (ID - 32604)

is. [fars.] İlin yaydan sonra gələn fəsli. Payız yetişdikdə biz uşaqlar üçün yeni bir məşğuliyyət əmələ gəldi.. S.S.Axundov.

PAYIZGÜLÜ (ID - 32605)

is. bot. Əsasən oktyabrnoyabr aylarında çiçəklənən müxtəlif rəngli iri gül; xrizantem. Ağ payızgülü. Payızgülü dərmək.

PAYIZLIQ (ID - 32606)

sif Payıza, payız fəslinə məxsus, payız üçün ayrılmış, bir payıza bəs edəcək qədər olan. Payızlıq yem. Payızlıq taxıl. // Payızda yetişən, yaxud payızda açan. ..Bir neçə səbət payızlıq armud gətiriləcək. Ə.Əbülhəsən....

PAYIZSİYƏNƏYİ (ID - 32607)

is. zool. Siyənək balığının gözlərinin iriliyi ilə fərqlənən növü.

PAYLAMA (ID - 32608)

"Paylamaq” dan f.is.

PAYLAMAQ (ID - 32609)

f Çoxları arasında bölüşdürmək, hərəyə öz payını vermək. Maaş paylamaq. - [Rüstəm kişi] borclarını ödədi və hər əməkgününə üç kilo taxıl payladı. M.İbrahimov. Yusif sovxozdan cibinə qoyduğu almaları uşaqlarınapaylayıb...

PAYLANIŞ (ID - 32610)

is. Paylanma işi; paylanma.

PAYLANMA (ID - 32611)

"Paylanmaq” dan f.is.

PAYLANMAQ (ID - 32612)

məch. Çoxları arasında bölüşdürülmək, hərəyə öz payı verilmək. Dəvətnamələrpaylandı. - Şəhərdə bir neçə şirin quyu vardı ki, buna da keşikçi qoyulmuşdu, növbə ilə xalqa su paylanırdı. Çəmənzəminli. Yataqxanada...

PAYLAŞDIRILMA (ID - 32613)

“Paylaşdırılmaq” dan f.is.

PAYLAŞDIRILMAQ (ID - 32614)

məch. Çoxları arasında bölüşdürülmək, hərəyə öz payı verilmək. Vəzifələr yoldaşlar arasında paylaşdırıldı. M.S.Ordubadi.

PAYLAŞDIRMA (ID - 32615)

“Paylaşdırmaq” dan f.is.

PAYLAŞDIRMAQ (ID - 32616)

PAYLAŞMA (ID - 32617)

“Paylaşmaq” dan f.is.

PAYLAŞMAQ (ID - 32618)

qarş. Öz aralarında bölüşdürmək, hərə öz payını götürmək.

PAYLAYICI (ID - 32619)

is. tex. Maşınlarda, mühərriklərdə, cihazlarda və s.-də qaz, buxar, elektrik enerjisi və s.-nin verilməsini nizama salan hissə, qurğu. Avtomobilin paylayıcı qutusu. Paylayıcı qurğu.

PAYLI-LÜŞLÜ (ID - 32620)

sif və zərf dan. Pay gətirən və ya aparan; payla gələn və ya yola salınan. Paylı-lüşlü qonaq. - Birinci dəfə [Veysəli] yadına salan, paylı-lüşlü yanına gələn usta Qaçay idi. Ə.Vəliyev.

PAY-LÜŞ (ID - 32621)

is. dan. Pay, hissə, qismət. Ellər bu dünyadan pay-lüş alanda; Azadlıq sovqatı adıma gəldi. M.Rahim.

PAYMAL (ID - 32622)

is. [fars. ]: paymal etmək (eləmək) - ayaq altına salmaq, zəlil etmək, təhqir etmək. Neyləmişdi sənə Vaqif a zalım; Onu qəm əlində payimal etdin. M.P.Vaqif. Paymal olmaq - ayaq altına düşmək, heç olmaq, zay olmaq, məhv olmaq, xar...

PAY-PİYADA (ID - 32623)

dan. bax piyada 1-ci mənada. Kəl Həsən Simurqun qanadınnan öpüb, pay-piyada gəlib çıxdı Bəndərpuşa. (Nağıl). [Murad:] Nuriyyə xanım stansiyadan paypiyada gəlirdi. İ.Əfəndiyev.

PAYTAXT (ID - 32624)

is. [fars.] Dövlətin, hökumətin və hökumət idarələrinin yerləşdiyi baş şəhəri. Bakı Azərbaycanın paytaxtıdır.

PAZ (ID - 32625)

is. Bir şeyi yarmaq, ya genəltmək üçün ucu nazik, getdikcə yoğunlaşan ağac və ya dəmir parçası. Ağacı pazla yarmaq.

PAZAQ (ID - 32626)

is. məh. 1. Olduqca arıq adam.
2. Yağsız ət.

Bu səhifə 184 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif