Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

PRES (ID - 33327)

[lat. presse - təzyiq] Materialları təzyiq vasitəsilə işləmək, emal etmək üçün maşın, qurğu; basqı aləti, məngənə, sıxac. Əl presi. Ştamp presi. Hidravlik pres.

PRESLƏMƏ (ID - 33328)

“Presləmək” dən f.is.

PRESLƏMƏK (ID - 33329)

f. Preslə basmaq, sıxmaq, təzyiq etmək; preslə işləmək, hazırlamaq; pres vasitəsilə emal etmək.

PRESLƏNMİŞ (ID - 33330)

f.is. Pres vasitəsilə sıxılmış, basılmış. Preslənmiş pambıq. Preslənmiş karton.

PRESLƏYİCİ (ID - 33331)

is. Presə, pres maşınına xidmət edən, presdə işləyən fəhlə.

PREYSKURANT (ID - 33332)

is. [alm.] Yemək və xörək adlarını və onların qiymətlərini göstərən sənəd.

PREZİDENT (ID - 33333)

[lat. praesidens - başçı, sədrlik edən] 1. Cəmiyyət və ya idarəyə rəhbərlik etmək üçün seçilmiş sədr. Elmlər Akademiyasının prezidenti.
2. Respublika idarə quruluşu olan ölkələrdə müəyyən müddətə seçilən dövlət...

PREZİDENTLİK (ID - 33334)

is. 1. Prezidentin vəzifəsi, rütbəsi.
2. Prezidentin fəaliyyət dövrü; prezidentin fəaliyyəti. Beş illik prezidentlik. □ Prezidentlik etmək - prezident kimi fəaliyyət göstərmək, prezident vəzifəsini ifa etmək.

PRİKAZ (ID - 33335)

[rus.] tar. XVI əsrdən XVIII əsrin əvvəllərinə qədər Rusiya dövlətində dövlət idarəsinin ayrıca sahəsinə baxan idarə. Cari idarə işləri üçün xüsusi müəssisələr vardı ki, bunlara da prikazlar deyilirdi.

PRİMA-BALERİNA (ID - 33336)

[ital. prima - balerina] Baletdə əsas rolu ifa edən rəqqasə.

PRİMİTİV (ID - 33337)

sif. [lat.] bax ibtidai 2-ci mənada.

PRİMİTİVİZM (ID - 33338)

[lat.] 1. Hər hansı bir hadisəyə çox bəsit münasibət.
inc. XIX əsrdə - XX əsrin incəsənətində: primitivə - ibtidai sənət formalarına təqlid etmə, primitiv formalara qayıtma.
Primitivlik.

PRİMİTİVLİK (ID - 33339)

is. İbtidailik, çox bəsitlik, çox sadəlik. Alətlərin primitivliyi.

PRİMUS (ID - 33340)

[lat. primus - ilk, ən yaxşı] Nefti odluğa vermək üçün nasosu olan qızdırıcı cihaz.

PRİNSİP (ID - 33341)

[lat.] 1. Hər hansı bir nəzəriyyənin, təlimin, əqidənin, dünyagörüşünün, elmin və s.-nin əsas müddəası, çıxış nöqtəsi. Təqib etdiyimiz məram və tutduğumuz prinsip bizim üçün müqəddəsdir. M.İbrahimov. // Hər hansı...

PRİNSİPİAL (ID - 33342)

[lat. principalis - əsas] Prinsipə aid olan, prinsipdən çıxan. Prinsipial sual. Prinsipial ziddiyyət.
2. Prinsiplərə ciddi əməl edən, onlara əsaslanan, onlardan çıxış edən; prinsipli. Prinsipial tənqid. Prinsipial siyasət. Prinsipial...

PRİNSİPİALLIQ (ID - 33343)

is. Sözdə və işdə ardıcıl surətdə müəyyən prinsipləri keçirmə, onlara ciddi riayət etmə. Ədəbi, nəzəri tənqid ardıcıllıq, prinsipiallıq tələb edir. S.Rəhimov.

PRİNSİPLİ (ID - 33344)

sif. Prinsipə ciddi riayət edən, onu əsas götürən; prinsipial. Prinsipli adam. Qaratel inad və prinsipli idi. Ə.Vəliyev.

PRİNSİPSİZ (ID - 33345)

sif. Müəyyən prinsipi, dəyanəti olmayan. Prinsipsiz adam. // Zərf mənasında. [Şirzad Rüstəm kişiyə:] Lakin böyüyə hörmət adamı prinsipsiz, simasız edirsə, belə hörmətdən əl çəkmək lazımdır. M.İbrahimov.

PRİNSİPSİZLİK (ID - 33346)

is. Sözdə və işdə prinsipin olmadığı hal.

PRİORİTET (ID - 33347)

sif. [alm.] 1. Birincilik.
2. Müəyyən bir sahədə üstünlük təşkil edən.

PRİPİSKA (ID - 33348)

is. [rus.] 1. Əlavə yazma, artırma, olduğundan çox göstərmə.
2. Bilərəkdən saxtakarlıq etmə.

PRİSTAV (ID - 33349)

[rus.] İnqilabdan əvvəl Rusiyada: yerli polis rəisi. Pristav, naçalnik gələndə kəndə; Obanı, oymağı vururlar bəndə. Aşıq Ələsgər. [Mirzə Kərim:] Naçalniklərə, pristavlara, yasavullara bel bağlamaq olmaz. Ə.Haqverdiyev.

PRİSTAVLIQ (ID - 33350)

is. tar. 1. Pristav vəzifəsi. Bəli, vaxt oldu ki, şəhərdə pristavlıq yeri açıldı. N.Nərimanov. Pristav idarəsi, yerli polis idarəsi. Pristavlıq qala düzündə “Dumun” yanında idi. Mir Cəlal.

PRİVAT-DOSENT (ID - 33351)

[lat. privatim docens xüsusi yolla dərs deyən] 1917-ci il inqilabından əvvəl Rusiyada və Qərbi Avropa ölkələrində: ştatdankənar (Rusiyada: 1884-cü ildən həm də ştatda olan) ali məktəb müəlliminin alimlik adı, habelə belə adı...

PRIZ (ID - 33352)

[fr.] Hər hansı bir yarışda qalib gələnə verilən mükafat. İdmançılar böyük priz uğrunda yarışlarda qalib gələrək qızıl medal qazanmışlar.

PRİZÇİ (ID - 33353)

is. Priz almış yarış iştirakçısı. Olimpiya oyunlarının prizçisi. // Sif. mənasında Prizçi idmançı.

PRİZMA (ID - 33354)

[yun.] 1. riyaz. İki üzü bərabər və uyğun tərəfləri paralel çoxbucaqlı, qalan üzlərinin hamısı paraleloqram olan çoxüzlü (cisim).
2. fiz. Mürəkkəb işığı spektrlərə ayırmaq, işıq şüalarının istiqamətini dəyişdirmək...

PRİZMALI (ID - 33355)

sif. Prizması olan, prizma ilə təchiz edilmiş. Prizmalı durbin.

PRIZMAŞƏKILLI (ID - 33356)

b a x prizmavari.

PRIZMAVARI (ID - 33357)

sif. Prizma şəklində olan.

PROBKA (ID - 33358)

[rus.] 1. Ağzı girdə şüşə və s. qabların ağzını, aparat və cihazların deşiklərini qapamaq üçün rezin və s.-dən hazırlanmış tıxac.
Elektrik qoruyucularından birinin adı. Sayğacın probkası yanmışdır.
məc. Normal hərəkətə,...

PROBKALAMA (ID - 33359)

"Probkalamaq” dan f.is.

PROBKALAMAQ (ID - 33360)

f Probka ilə bağlamaq, tıxamaq. Şüşənin ağzını probkalamaq.

PROBKALANMA (ID - 33361)

“Probkalanmaq” dan f.is.

PROBKALANMAQ (ID - 33362)

məch. Probka ilə bağlanmaq, tıxanmaq. Şüşə probkalandı. Qabın deşiyi probkalandı.

PROBLEM (ID - 33363)

[yun. problema - vəzifə, tapşırıq] Həll olunmasını tələb edən nəzəri və ya əməli məsələ. Tərbiyə problemi. Kadr problemi. - “'Ayrılanyollar” ..bir çox ictimaiəxlaqi problemlər ortalığa atır və onların bədii həllini...

PROBLEMATİK (ID - 33364)

sif [yun.] Sübut olunmamış, həll olunmamış, hələ problem kimi qalan. Problematik məsələ. // Şübhəli, ehtimalsız.

PROBLEMATIKA (ID - 33365)

[yun.] Problemlər. Elmi işlərin problematikası.

PROBLEMATİKLİK (ID - 33366)

is. Problematik məsələ və s.-nin xüsusiyyəti, problematik olma.

PRODÜSER (ID - 33367)

is. [ing.] Filmlərin quruluşunu verən, kinostudiya rəhbəri.

PROFESSlONAL (ID - 33368)

sif. [yun.] Müəyyən bir işi özünə peşə etmiş; peşəkar. Professional idmançı. Professional rəssam. - Ərəblinski səhnə fəaliyyətinə başladığı gündən əsil sənətkar, professional aktyor olmaq üçün möhkəm bir istiqamət...

PROFESSOR (ID - 33369)

[lat. professor - tərbiyəçi] Ali məktəblərdə müstəqil kurs aparan ən ixtisaslı müəllimlərə, elmi tədqiqat müəssisələrində isə aspirantlara, elmi tədqiqat işlərinə rəhbərlik edən şəxsə verilən yüksək elmi ad, habelə...

PROFESSORLUQ (ID - 33370)

is. Professorun işi, professor vəzifəsi.

PROFESSURA (ID - 33371)

[lat.] 1. Professor adı, vəzifəsi.
2. top. Professorlar heyəti. Universitet professurası.

PROFİL (ID - 33372)

[ital. profıl] 1. Üzün və əşyanın yandan görünüşü. Bu şəklin üst tərəfində hörükləri çiynindən döşünə doğru sallanan bir qız profili görünürdü. M.Hüseyn.
xüs. Hər hansı bir sahənin, səthin və ya əşyanın eninə...

PROFİLAKTİK (ID - 33373)

sif. [yun.] Profilaktikaya aid olan, profilaktika məqsədi ilə görülən. Profilaktik tədbir. Maşınların profilaktik təmiri.

PROFILAKTIKA (ID - 33374)

[yun. prophylaktikos qoruyucu] 1. tib. Xəstəliyin qarşısını alan və əhalinin əmək və məişəti üçün sağlam şərait yaradan tədbirlərin məcmusu.
2. tex. Maşınların və b. texniki avadanlığın vaxtından qabaq xarab olmasının,...

PROFİLAKTORİ (ID - 33375)

[yun.] Sanatoriya tipli müalicə müəssisəsi. Gecə profilaktorisi.

PROGİMNAZİYA (ID - 33376)

[rus.] 1917-ci il inqilabından əvvəl Rusiyada: oğlan və ya qızlar üçün natamam orta məktəb. Yeni təhsil ili başlananda progimnaziyada azərbaycanlı tələbələrin sayı otuz beşə çatdı. A.Şaiq.

Bu səhifə 110 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla