1
İzahlı lüğət - P hərfi ilə başlayanlar - H. 19
ZE+education
kitab_satishi+

İzahlı lüğət

PLOV (ID - 33127)

is. Bişirilib süzülmüş düyüdən və müxtəlif xuruşlardan ibarət çoxlu növləri olan məşhur Şərq xörəyi; aş. Arabir plov, yazda da dolma hazırlanırdı. T.Ş.Simurq. [Seyid:] ..Müsəlman aşpazı saxlayıram, gözəl plov, dovğa,...

PLUTOKRAT (ID - 33128)

[yun.] kit. Öz varı və dövləti sayəsində nüfuzu və hökmü olan adam.

PLUTOKRATIK (ID - 33129)

[yun.] kit. “Plutokratiya” söz. sif. Plutokratik idarə üsulu.

PLUTOKRATİYA (ID - 33130)

[yun. plutos - var-dövlət və kratos - hakimiyyət] kit. 1. Dövlətin bir ovuc ən varlı adamlar tərəfindən idarə olunduğu siyasi quruluş.
2. top. Plutokratlar.

PLUTONİUM (ID - 33131)

[xüs. is.-dən] Süni surətdə alınan radioaktiv xassəli kimyəvi element.

PLUTONIZM (ID - 33132)

is. [yun.] Təbii səbəblərin təsiri ilə Yer örtüyünün silsiləvi dəyişkənliyi barədə XVIII əsrin sonlarında geologiyada mövcud olan istiqamət.

PLÜRALİZM (ID - 33133)

is. [lat.] 1. Dünyanın əsasında müxtəlif müstəqil mənəvi mətləblərin durduğunu qəbul edən təlim.
2. Bir məsələ barəsində müxtəlif rəylərin olması; çoxfikirlilik.

PLÜŞ (ID - 33134)

is. [alm.] Uzunxovlu məxmər örtüklü divan.

PLYAJ (ID - 33135)

[fr.] Çimmək və ya günəş vannası qəbul etmək üçün istifadə edilən dəniz, göl və çayın qumlu və ya çınqıllı sahil zolağı; çimərlik. Dənizplyajı. Qumsalplyaj. - Bağda, ya plyajda papaq - yan gəzən; təptəzə xuliqan görürəm,...

PLYONKA (ID - 33136)

[rus. пленка] Foto və kino şəkilləri çəkmək, yaxud səs yazmaq üçün xüsusi materialdan hazırlanıb üzünə işığa həssas emulsiya çəkilmiş şəffaf elastik lent. Imamzadə hirslə ayağa qalxdı, ipdən asılmış plyonkanı əlinə...

PLYUS (ID - 33137)

is. [lat.] riy. 1. Üstəgəl.
Xeyir. Bu işin plyusu çoxdur.

PNEVMATİK (ID - 33138)

sif. [yun.] Sıxılmış hava ilə hərəkətə gətirilən. Pnevmatik silah. - Üç nəfər pnevmatik silah işləyirdi. Ə.Sadıq. // Sıxılmış havanın gücü ilə görülən. Pnevmatik qazıma.

PNEVMATİKA (ID - 33139)

[yun. pneumatika - hava] Pnevmatik qüvvə ilə hərəkətə gətirilən mexanizm, qurğu və alətlər.

PNEVMONİYA (ID - 33140)

[yun. pneumon] tib. Ağciyər iltihabı.

POÇT(A) (ID - 33141)

[pol. poczta, əsli ital.] 1. Adresatlara pul, məktub və s. göndərməklə məşğul olan rabitə idarəsi və həmin idarənin yerləşdiyi bina. Poçt işçiləri. Poçt binası. - Poçta yolum düşdü və bir açıq kağız alıb kəndimizə, Molla...

POÇTALYON (ID - 33142)

POÇTALYONLUQ (ID - 33143)

is. Poçtalyonun işi, vəzifəsi.

POÇTAMT (ID - 33144)

[alm.] Şəhərin baş poçtu, baş poçtxanası. Bakı poçtamtı.

POÇTÇU (ID - 33145)

is. 1. Poçt işçisi, poçt xidmətçisi. Səhər tezdən Yəhya Kamal məktubu poçtçu Aslana verdi. Mir Cəlal.
dan. Poçtalyon.

POÇTXANA (ID - 33146)

[ital. poczta və fars. ...xanə] Poçt idarəsinin yerləşdiyi bina; poçt.

PODAQRA (ID - 33147)

[yun. podagra] Orqanizmdə maddələr mübadiləsinin pozulması nəticəsində əmələ gələn və bədənin müxtəlif hissələrində duz yığılmasından ibarət olan oynaq və toxuma xəstəliyi.

PODAQRALI (ID - 33148)

sif Podaqra xəstəliyi olan (adam).

PODİUM (ID - 33149)

is. [lat.] 1. Qədim Romada sirkdə hörmətli tamaşaçıların oturması üçün hündür yerlər.
Heykəltəraş və rəssamların işləməsi üçün uca yer. Qədim romalıların sərdabələrində meyitin külü tökülmüş qabları qoymaq üçün...

PODNOS (ID - 33150)

PODPOLKOVNİK (ID - 33151)

[rus.] Mayor rütbəsindən sonra gələn zabit rütbəsi və habelə belə rütbəsi olan şəxs. Mahmud içəri girəndə podpolkovnik bir xəritənin qarşısında durmuş, düşünürdü. Ə.Əbülhəsən.

PODPOLKOVNİKLİK (ID - 33152)

is. Podpolkovnik rütbəsində olma.

PODRAT (ID - 33153)

[rus. подряд] Müəyyən haqq müqabilində bir işi görməkdən ibarət öhdəlik və bu öhdəlik üzrə görülən iş. Podrat iş. Podrata götürmək - 1) müəyyən haqq müqabilində bir işi görmək üçün iltizam qəbul etmək. [Şeyda:]...

PODRATÇI (ID - 33154)

is. Podrat üzrə işləyən adam və ya təşkilat. Podratçı Şeyda qarovulçunun üstünə bağırıb deyirdi. A.Şaiq. Kəndlilər daha ağır, daha dözülməz şərtlərlə adada neft anbarları qazan podratçıları işləməyə məcbur olurdular....

PODRATÇILIQ (ID - 33155)

is. Podratçının işi, podrat işi. Podratçılıq və mədən işlərinə bələd olmayan Qulu başını itirmişdir. A.Şaiq.

PODVAL (ID - 33156)

is. [rus.] Qəzet səhifəsinin ayrıca məqalə çap olunmuş aşağı hissəsi; habelə qəzet səhifəsinin aşağı hissəsində dərc olunmuş məqalənin özü.

POEMA (ID - 33157)

[yun.] 1. Mənzum hekayə janrı. Nizaminin poemaları. S.Vurğunun “Bəsti” poeması. - “Qız qalası” poemasını Cəfər Cabbarlı 1923-cü və 1924-cü illərdə çap etdirmişdi. M.Arif.
2. Sərbəst formalı, adətən lirik və ya instrumental...

POETİK (ID - 33158)

sif [yun.] 1. Poeziya ilə bağlı olan, poeziya ilə əlaqədar olan; bədii. Poetik əsər. // Poeziyaya xas olan; şairanə. Poetik gözəllik. Poetik nitq. Yazıçı poetik dilə malik olmalıdır.
Yaradıcılıq istedadı ilə, şairlik qabiliyyəti...

POETİKA (ID - 33159)

[yun.] 1. Ədəbiyyat nəzəriyyəsi, poetik yaradıcılıq haqqında elm.
2. Hər hansı bir şair və ya ədəbi məktəbə xas olan xüsusiyyət, tərz, üsul. Füzulinin poetikası.

POETİKLİK (ID - 33160)

is. Şairanəlik, gözəllik, bədiilik, şeriyyət. Poetik əfsanələr.

POEZİYA (ID - 33161)

[yun.] 1. Şeir. Nəsr, dramaturgiya və publisistikada inqilabi satiranın yaradıcısı Cəlil Məmmədquluzadə olmuşsa, poeziyada Sabir olmuşdur. M.İbrahimov. // Hər hansı bir xalqa, dövrə, ictimai qrupa və s.-yə məxsus şeir əsərlərinin...

POQON (ID - 33162)

[rus.] Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Zabit poqonu. - [Xortdan:] Qolovinski çıxanda paqonları gün kimi parıldayırdı. Ə.Haqverdiyev.

POQONLU (ID - 33163)

sif Poqonu olan. Poqonlu soldat.

POLAD (ID - 33164)

is. [fars.] 1. Dəmir ərintisi ilə karbondan ibarət gümüşü-boz metal. Polad ərintisi. Paslanmayan polad. Poladdan qayırılmış, poladdan hazırlanmış. Polad rels. Polad dirək.
məc. Çox güclü, qüvvətli şey haqqında. Polad əzələ....

POLADƏRİDƏN (ID - 33165)

is. xüs. Polad əritməklə məşğul olan usta; poladtökən.

POLADƏRİTMƏ (ID - 33166)

sif və is. Polad əritmək üçün olan, polad əridilən. Poladəritmə sənayesi.

POLADI (ID - 33167)

sif Polad rəngli, polad rənginə çalan, gümüşü-boz. Poladı parça.

POLADLAMA (ID - 33168)

"Poladlamaq” dan f.is.

POLADLAMAQ (ID - 33169)

xüs. Elektroliz vasitəsilə üzərinə nazik polad təbəqəsi çəkmək.

POLADLAŞMA (ID - 33170)

"Poladlaşmaq” dan f.is.

POLADLAŞMAQ (ID - 33171)

f. 1. Polad halına gəlmək.
məc. Bərkləşmək, möhkəmləşmək.

POLADYAYAN (ID - 33172)

sif tex. Poladı yayıb yastı hala salan. Poladyayan dəzgah. // is. Poladyayma ustası olan fəhlə. Poladyayanların yarışı.

POLADYAYMA (ID - 33173)

is. xüs. Poladı yayıb yastı hala salma.

POLEMİKA (ID - 33174)

is. [yun.] Müəyyən bir məsələ barədə fikir mübadiləsi; mübahisə, müzakirə, dartışma.

POLİARTRİT (ID - 33175)

[yun. poly - çox və arthron oynaq] tib. Oynaqların iltihabı.

POLİETİLEN (ID - 33176)

is. [yun.] Sintetik material.

Bu səhifə 177 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif