Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

PORSUMAQ (ID - 33227)

f 1. Turşumaq, kiflənmək.
məc. Özündən çıxmaq, qabarmaq.

PORŞEN (ID - 33228)

is. [rus.] Mayeləri, buxarı, qazları qovan silindrik hissə.

PORTAGAL (ID - 33229)

is. bot. Cənubda bitən həmişəyaşıl sitrus ağacı. [Səfərli:] Saysız-hesabsız meyvə, portağal ağacları çiçəkləyəcək. H.Seyidbəyli. // Həmin ağacın qalın narıncı qabıqlı, sulu, dilimli yumşaq meyvəsi.

PORTAL (ID - 33230)

[lat. porta - giriş, darvaza] Böyük binanın memarlıq cəhətdən işlənmiş və ya ümumi fonda ayrılmış baş girəcəyi. Sütunlu portallar.

PORTATİV (ID - 33231)

sif. [fr.] Yanda, əldə gəzdirilə bilən; yüngül, yığcam. Portativ maqnitofon. Portativ radio.

PORTFEL (ID - 33232)

[fr.] Kitab, dəftər, kağız qoymaq üçün əldə gəzdirilə bilən dəstəli çanta. Dəri portfel. Qara portfel. - Qoltuqlarında kağız qovluğu və ya portfel olan çinovniklər, vəkillər girib-çıxırdılar. T.Ş.Simurq. Yarməmməd portfelindən...

PORTFELLİ (ID - 33233)

sif. Əlində portfeli olan, əlində portfel tutmuş. Portfelli kişi. - Bu saat qulluqdan çıxıb portfelli (z.) gələcək. H.Nəzərli.

PORTFELSİZ (ID - 33234)

sif.: portfelsiz nazir - bəzi ölkələrdə: dövlət idarələrinin ayrıca bir sahəsinə rəhbərlik etməyən, lakin xüsusi tapşırıqları yerinə yetirən nazir.

PORTMANAT (ID - 33235)

[fr. porte-monnaire “portmane” sözündən] Pulqabı, pul kisəsi.

PORTRET (ID - 33236)

[fr.] Bir şəxsin və ya bir dəstə adamın rəssam tərəfindən çəkilmiş şəkli, yaxud heykəltəraş tərəfindən verilmiş təsviri. Xalının üstündə .. zərli çərçivəyə salınmış iri portret vardı. M.Hüseyn. Divara bir neçə...

PORTRETÇİ (ID - 33237)

is. Portret çəkməkdə mahir olan rəssam.

PORTSİQAR (ID - 33238)

[fr.] Papiros və ya siqaret qoymaq üçün kiçik yastı qutu, qab; papirosqabı. Əşrəf Sultanov stolun üstündə açıq qoyulmuş gümüş portsiqarından bir papiros götürüb yandırdı. İ.Əfəndiyev.

PORTUQALCA (ID - 33239)

sif. və zərf Portuqal dili. Portuqalca danışmaq.

PORTUQALİYALI (ID - 33240)

is. Portuqaliyanın əsas əhalisini təşkil edən xalqa mənsub adam.

PORTVEYN (ID - 33241)

[alm.] Tünd üzüm şərab növü.

PORTYE (ID - 33242)

is. [fr.] Mehmanxana xidmətçisi, qapıçı.

PORUQ (ID - 33243)

bax qurbağaotu.

POST (ID - 33244)

[fr.] 1. Bir şeyi və ya şəxsi müşahidə altında saxlamaq və ya mühafizə etmək üçün yer, məntəqə. Belə qorxulu vaxtda postdan uzaqlaşmaq olarmı? H.Nəzərli. [Keşikçilər] durmadan öz postları ətrafında dolaşırdılar. S.Vəliyev.
Bir...

POSTAMENT (ID - 33245)

[alm. postamente] 1. Abidə, sütun, heykəl və s.-nin özülü, altlığı. Qranit postament. Nizaminin heykəlinin postamenti.
Muzey, sərgi və s.-də heykəlin qoyulduğu altlıq. Postamentin üstündəki təyyarə abidəsi gün işığında eləparıldayırdı,...

POSTSOVET (ID - 33246)

sif. [rus.] SSRİ-nin süqutundan, sovet quruluşu dağıldıqdan sonrakı dövr. Postsovet məkanındakı müstəqil türk respublikaları.

POSTULAT (ID - 33247)

[lat.] fəls. Müəyyən elmi nəzəriyyənin başlanğıc nöqtəsi kimi qəbul edilən və bir qayda olaraq, həmin nəzəriyyə çərçivəsində isbat olunmayan prinsip və ya hökm. Məntiqdə və elmin metodologiyasında “postulat” anlayışından...

POŞA (ID - 33248)

is. köhn. Əxlaqsız, pozğun, tərbiyəsiz adam. [Şərəfnisə:] Parijdə sənin kimi oğlan bu poşaların əlindən sağ qurtara bilərmi ki, qayıdıb gələndən sonra adam kimi durub-otura. M.F.Axundzadə.

POTA (ID - 33249)

1. is. Adətən donuz, ayı balasına deyilir. Donuz potası. - Mağara o qədər kiçik idi ki, içindəki iki ayı balası (potası) apaçıq görünürdü. A.Şaiq.
B ax potaboy(lu). Pota oğlan. Pota kişi.

POTABOY(LU) (ID - 33250)

dan. Boyu alçaq, lakin kök, koppuş, dolğun. ..Potaboy adamın fəaliyyətsizliyi, kütlüyü Səmədi dəhşətə gətirirdi. İ.Hüseynov.

POTAŞ (ID - 33251)

[holl. potasch] Ağac və ya ot gülündən alınan kalium xlorid.

POTENSİAL (ID - 33252)

[lat. potentia - qüvvə] 1. fiz. Müəyyən nöqtədə bir şeyin enerjisini, gərginliyini və s. səciyyələndirən vahidə bərabər kəmiyyət. Cazibə qüvvəsinin potensialı.
məc. kit. Müəyyən məqsəd, iş üçün lazım olan şərtlərin,...

POTENSİYA (ID - 33253)

is. [lat.] İmkan, qabiliyyət, bacarıq, iqtidar.

POVEST (ID - 33254)

[rus. повесть] Süjeti romana nisbətən daha sadə və həcmcə ondan daha kiçik olan bədii əsər. S.Rəhimovun “Aynalı” povesti. Povest yazmaq.

POVESTÇİ (ID - 33255)

is. Povest yazan yazıçı, ədib. s

POVİDLO (ID - 33256)

[rus.] Şəkər və ya patkada bişirilmiş əzilmiş meyvə maddəsi; riçal.

POZA (ID - 33257)

is. [fr.] 1. Duruş, vəziyyət.
2. məc. Səmimi olmayan davranış, riyakarlıq.

POZAN (ID - 33258)

is. Yazı, şəkil və s. pozmaq üçün rezin parçası.

POZDURMA (ID - 33259)

"Pozdurmaq” dan f.is.

POZDURMAQ (ID - 33260)

“Pozmaq” dan icb.

POZĞUN (ID - 33261)

sif 1. Əxlaqsız, əxlaqı pis. [Qaçay:] Sizin məktəbin tələbəsi Mahmud Mərdanoğlu dünən axşam bir dəstə pozğun adamlarla qumar oynayırmış. Z.Xəlil. Pozulmuş halda olan, pozulmuş, dağılmış, bərbad hala gəlmiş, nizamsız. Iraq...

POZĞUNLAŞDIRMA (ID - 33262)

“Pozğunlaşdırmaq” dan f.is.

POZĞUNLAŞDIRMAQ (ID - 33263)

f 1. Pozğun hala gətirmək, bərbad hala salmaq, pozub dağıtmaq.
Əxlaqca pozmaq. Pis mühit uşağı pozğunlaşdıra bilər.

POZĞUNLAŞMA (ID - 33264)

“Pozğunlaşmaq” dan f.is.

POZĞUNLAŞMAQ (ID - 33265)

f. 1. Pozğun olmaq, əxlaqı pisləşmək, xarablaşmaq.
Pozulmaq, pərişan olmaq, xarablaşmaq. [Dərviş:] Huşum və bədənim ləmsləşdi, pozğunlaşdı, özümü duymaz oldum.. A.Divanbəyoğlu. Pozğun hala gəlmək, intizamdan çıxmaq,...

POZĞUNLUQ (ID - 33266)

is. 1. Əxlaqsızlıq, mənən pozulmuş adamın hal və keyfiyyəti. [Zeynal] get-gedə məişət pozğunluğunun çirkabı içinə yuvarlanırdı. S.Hüseyn.
Nizamsızlıq, qarışıqlıq, pərakəndəlik, ixtilaf, pərtlik, dilxorluq. Məclisə...

POZISİYA (ID - 33267)

is. [lat.] 1. Mövqe.
Duruş, vəziyyət.
Döyüş meydanı.
Baxım,^ rəy, münasibət.

POZİTİVIST (ID - 33268)

[yun.] Pozitivizm tərəfdarı.

POZİTİVIZM (ID - 33269)

[lat. positivus - müsbət] Obyektiv varlığın və şeylərin mahiyyətinin dərk oluna bilməsini inkar edən, təcrübəni təhrif edərək onu subyektiv hiss və təsəvvürlərin toplusu kimi izah edən, elmin rolunu, faktları təsvir etmək və...

POZMA (ID - 33270)

“Pozmaq” dan f.is.

POZMAQ (ID - 33271)

f. 1. Yazını rezin və s. ilə silmək, yaxud üstündən xətt çəkməklə qaralamaq. Əlyazmasının bir abzasını pozmaq. - [Balarza:] Məni qana salma, poz, sənə deyirəm. C.Cabbarlı. Cəmilə yazdığını oxudu, bəyənmədi, pozdu, yenidən...

POZUCU (ID - 33272)

is. 1. Hər hansı bir qaydanı, qanunu, üsulu və s.-ni pozan. Pozğunluq salan, nizamsızlıq, qaydasızlıq törədən. Pozucu ünsürlər.
Dağıdıcı, yıxıcı, viranedici, xaraba qoyan. Pozucu basqınlar.

POZUCULUQ (ID - 33273)

is. Pozucunun gördüyü iş, pozğunluq salma işi.

POZUQ (ID - 33274)

sif. 1. Pozulmuş, silinmiş, qaralanmış. Sətirdə pozuq yeri oxumaq olmur.
Bərbad, düzgün olmayan, təhrif edilmiş, düzgün tələffüz edilməyən. Pozuq dildə danışmaq. - [Zabit:] Sizin diliniz pozuq əcəm dilidir. H.Nəzərli.

POZUQLUQ (ID - 33275)

b ax pozğunluq 3-cü mənada.

POZULMA (ID - 33276)

“Pozulmaq” dan f.is. Övladı başlı-başına buraxmaq - ictimai asayişin pozulmasına səbəb olmaq, cəmiyyətə zərər vermək deməkdir. S.Rəhimov.

Bu səhifə 124 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla