1
İzahlı lüğət - P hərfi ilə başlayanlar - H. 16
ZE+education
kitab_satishi+

İzahlı lüğət

PİNQVİN (ID - 32977)

[lat. pingouin - yağlı] zool. Kürəyəoxşar qanadları olan, yaxşı üzən, lakin uça bilməyən iri Cənub qütb dəniz quşu.

PİNSET (ID - 32978)

[pincette] bax maqqaş 1-ci mənada.

PİNTİ (ID - 32979)

sif 1. Üst-başına, təmizliyə, səliqəsahmana fikir verməyən; əyin-paltarı, ya bədəni kirli, pasaqlı. Pinti uşaq. - Qış getsə, gəlsə yaz; Pinti qız üzünü yumaz. (Ata. sözü). Əmi oğlu evə gələndə deyir ki, türk arvadları...

PİNTİLİK (ID - 32980)

is. Pinti adamın halı; kirlilik, səliqəsizlik. [frəngiz:] Bax, bu pintilik xəstəliyinə qarşı yürüş eləmək lazımdır. B.Bayramov.

PİON (ID - 32981)

is. Qaymaqçiçəklilər fəsiləsindən iri, qırmızı və ya ağ gülləri olan çoxillik bəzək bitkisi.

PİONER1 (ID - 32982)

is. [fr. pionnier - ilk yolaçan, bani, əsasını qoyan] 1. Birincilər sırasında olaraq hələ tanınmayan yeni bir ölkəyə daxil olmuş və orada məskən salmış adam.
məc. kit. Elm, mədəniyyət sahəsində yeni bir şeyin əsasını qoymuş...

PİONER2 (ID - 32983)

is. [fr.] Sovet dövründə: könüllü uşaq kommunist təşkilatının üzvü. Gedir pionerin qızıl dəstəsi; Dağlara əks edir baraban səsi. S.Vurğun.

PİPET (ID - 32984)

[fr.] Gözə damcı və s. tökmək üçün rezin ucluq keçirilmiş şüşə borucuq.

PİPİK (ID - 32985)

is. Bəzi quşların (məs.: xoruzun və bəzi toyuqların) başında olan qırmızı ət parçası, çıxıntı. Qaraş ərik ağacının başına dırmaşmış beçənin qanlı pipiyinə baxıb “baş üstə” dedi. M.İbrahimov.

PİPİKLİ (ID - 32986)

sif Pipiyi olan. Pipikli toyuq. Pipikli quş.

PİR1 (ID - 32987)

is. [fars.] 1. Qoca, çox yaşlı kişi, ixtiyar. Pirə ata dedim, cavana qardaş; Ana, bacı bildim qızı, gəlini. Aşıq Ələsgər. [Buğac:] Burada bihuş yatarkən, ağsaçlı, ağsaqqallı nurani bir pir - mənə meydanda ad verən o qoca - ozan...

PİR2 (ID - 32988)

b ax ocaq 3-cü mənada. Şəhərdə böyük möcüzələr görünmüşdü: çoxlu ocaqlar, pirlər zühur etmişdi. Çəmənzəminli. Bakının ətrafındakı kəndlərin bir qismində bir çox pirlər, ocaqlar, ziyarətgahlar vardı. H.Sarabski.

PİRAMİDA (ID - 32989)

[yun. pyramis, pyramidos]
riyaz. Oturacağı çoxbucaqlı və ya üçbucaqlı; yanları isə üçbucaqlı olan həndəsi cisim. Dördbucaqlı piramida. Piramidanın yan üzləri. Qədim Misir fironlarınm həmin şəkildə iri daşlardan qurulmuş...

PİRAMİDAL (ID - 32990)

sif Piramida şəklində olan, piramidaya oxşayan.

PİRAMİDKA (ID - 32991)

[rus.] Oxa keçirilən, getdikcə kiçilən müxtəlif rəngli halqalardan ibarət uşaq oyuncağı.

PİRAMİDON (ID - 32992)

[yun. pur - od, am(moniakon) - qətranlı kitrə və eigos - şəkil] əcz. Ağrıkəsən və qızdırmanı salan dərman.

PİRANİ (ID - 32993)

sif [fars.] Qoca, ağsaqqal, ixtiyar, nurani. Pirani kişi. - Qoca pirani bir kişi oturub qabağında manqal, əlində batman kitab. (Nağıl). Mən onu görmüşdüm pirani çağda; Uşaqdan da uşaq, uşaq kimiydi. M.Araz. // Məc. mənada. Bu nurani...

PİRANİLİK (ID - 32994)

is. Qocalıq, ağsaqqallıq, ixtiyarlıq, nuranilik.

PİRAT (ID - 32995)

[lat. əsli yun.] tar. Dəniz qulduru.

PİRATLIQ (ID - 32996)

is. tar. Dəniz quldurluğu.

PİRKEŞİK (ID - 32997)

is. [rus. “прикаяник” sözünün təhrif olunmuş forması] 1917-ci il rus inqilabından qabaq: mağazada qulluq edən xidmətçi; satıcı. [Hacı Murad:] Tacirbaşı Hacı Əlinin o zaman birpirkeşiyi vardı. S.S.Axundov. [Ana:] Oğlum,...

PİRLİK (ID - 32998)

is. Qocalıq, ağsaqqallıq, ixtiyarlıq; nuranilik, piranilik. Pirlik etmişdi məni sərsəri; Qalmamışdı zövqü səfa əsəri... Q.Zakir.

PİROJKİ (ID - 32999)

[rus. “пирожок” söz. cəmi] dan. Kiçik piroq, balaca piroq. Pirojki bişirmək. Ətli pirojki.

PİROJNA (ID - 33000)

[rus. пироженное] Adətən şirin iç (krem, badam və s.) qoyulmuş yağlı xəmirdən bişirilən şirniyyat məmulatı. Kremli pirojna.

PİROKSİLİN (ID - 33001)

[yun. pur - od və oxys ağac] Partlayış işlərində və tüstüsüz barıt hazırlanmasında işlədilən partladıcı maddə.

PİROQ (ID - 33002)

[rus.] Hər hansı bir şeydən iç qoyulmuş xəmir məmulatı. Povidlo və riçal piroq və ponçik bişirmək üçün ən yaxşı şirnidir.

PİROTEXNİK (ID - 33003)

[yun. pur - od və technike bacarıq] Pirotexnika mütəxəssisi.

PİROTEXNİKA (ID - 33004)

[yun.] Texnikanın, alışqan xəlitələr, siqnal raketləri, fişəng və s. hazırlamaqla məşğul olan sahəsi.

PİS (ID - 33005)

sif. 1. Mənfi keyfiyyət və ya xüsusiyyətlərə malik, verilən tələbləri təmin etməyən, istənilən kimi olmayan, mənfi təsir bağışlayan; yaman, fəna (yaxşı əksi). Pis xörək. Pis xətt. Pis hava. // Öz işini yaxşı bilməyən,...

PİSİKDİRMƏ (ID - 33006)

“Pisikdirmək” dən f.is.

PİSİKDİRMƏK (ID - 33007)

f. dan. Qorxutmaq, vahiməyə salmaq, çaşdırmaq, ürkütmək. Rüstəm kişi də məsələnin bu tərəfindən yapışıb [Nəcəfi] pisikdirdi. M.İbrahimov. Qumru istəyir ki, Babacanı pisikdirib, Bünyadı onun evindən çıxartsın, Bünyada özü...

PİSİKMƏ (ID - 33008)

“Pisikmək” dən fis.

PİSİKMƏK (ID - 33009)

f dan. 1. Qorxmaq, vahiməyə düşmək, ürkmək. Qaranlıqda pisikmək.
2. İncimək, qəlbinə dəymək. Yəhya Kamal pisikdi, küsdü, getdi. Mir Cəlal.

PİSKƏNDƏ (ID - 33010)

is. [fars.] məc. Qabığı soyulub qurudulmuş əncir. Nənə isə əncirin qabıqlarını soyandan sonra sərib, piskəndə qurudardı. H.Sarabski.

PİSLƏMƏ (ID - 33011)

“Pisləmək” dən fis.

PİSLƏMƏK (ID - 33012)

f Haqqında pis rəy, mənfi fikir söyləmək; pis hesab etmək. Hərəkətini (işinı) pisləmək.

PİSLƏNMƏ (ID - 33013)

“Pislənmək” dən f.is.

PİSLƏNMƏK (ID - 33014)

məch. Haqqında pis fikir, pis rəy söylənmək, pis hesab edilmək. Hərəkəti pislənmək. Işi pislənmək.

PİSLƏŞMƏ (ID - 33015)

“Pisləşmək” dən fis.

PİSLƏŞMƏK (ID - 33016)

f 1. Getdikcə pis olmaq, keyfiyyətini itirmək, xarablaşmaq. Məhsul pisləşib.
2. Halı, vəziyyəti daha da xarab olmaq, daha da pis olmaq, ağırlaşmaq, kəskinləşmək, fənalaşmaq. Getdikcə Məmməd sövdəgərin əhvalı pisləşirdi....

PİSLİK (ID - 33017)

is. 1. Pis şeyin hal və keyfiyyəti (yaxşılıq ziddi). Yolun pisliyi. - Yüz min camaat içdiyi suyun yaxşılığı və pisliyini təbib əvəzinə molladan və hacıdan soruşuruq. C.Məmmədquluzadə.
2. Pis iş, alçaqlıq, rəzillik, pis əməl,...

PİSNİYYƏTLİ (ID - 33018)

sif. Niyyəti, arzusu, istəyi, məqsədi yaxşı olmayan; qara fikirli.

PİSNİYYƏTLİLİK (ID - 33019)

is. Niyyəti, məqsədi, arzusu, istəyi pis olma; qara fikirlilik.

PİS-PİS (ID - 33020)

sif. b ax pis (çoxluq bildirir). Pis-pis işlər. Pis-pis hərəkətlər. Pis-pis sözlər. [Mirpaşa:] Mahmud qoşulub pis adamlara. Z.Xəlil. [Sona xanım:] Heç ürəyim bir dəqiqə sakit olmayır, başıma pis-pis fikir gəlir. Ə.Haqverdiyev. //...

PİSTOLET (ID - 33021)

[fr.] Tapança. Zabit yerə yıxıldı, pistoleti əlindən düşdü. S.Vəliyev. □ Pistolet-pulemyot - yaxın məsafələrə atmaq üçün sürətli avtomatik silah.

PİSTON (ID - 33022)

[fr.] 1. Patronda barıtı alışdırmaq üçün partladıcı qalpaqcıq. Patrona piston qoymaq. Pistonu nəmdən qorumaq. // Oyuncaq tüfəng və tapançalar üçün içi barıtlı xırda kağız piləkcik. Rəngarəng pistonlar. // Nasosun içində...

PİSTONLAMA (ID - 33023)

"Pistonlamaq” dan f.is.

PİSTONLAMAQ (ID - 33024)

f Piston qoymaq, piston salmaq. Patronu pistonlamaq.

PİSTONLANMA (ID - 33025)

"Pistonlanmaq” dan f.is.

PİSTONLANMAQ (ID - 33026)

məch. Piston qoyulmaq, piston salınmaq (patrona).

Bu səhifə 157 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif