Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

PROJEKTOR (ID - 33377)

[fr. projecteur, əsli lat. projectio - irəli atılmış] İstənilən tərəfə paralel işıq şüaları salan güclü işıqlandırıcı cihaz. [M.Qorki] xitabət kürsüsünə qalxdığı zaman hər tərəfdən projektorları ona tərəf yönəltdilər....

PROJEKTORÇU (ID - 33378)

is. Projektorlarla işləyən, projektoru idarə edən şəxs.

PROKAT (ID - 33379)

[rus.] tex. Metalı fırlanan vallar arasında sıxmaqla emal etmə. Boru prokatı.

PROKATÇI (ID - 33380)

is. Prokat sexində işləyən fəhlə.

PROKRİPSİYA (ID - 33381)

is. [lat.] Qədim Romada rəsmi şəkildə qanundankənar elan edilmiş şəxslərin siyahısı.

PROKUROR (ID - 33382)

[lat. procurare - qayğısına qalmaq] 1. Qanunların dəqiq və dürüst yerinə yetirilməsi üzərində dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs. Rayon prokuroru. Prokurorun sanksiyası.
2. Məhkəmə prosesində dövlət ittihamçısı....

PROKURORLUQ (ID - 33383)

is. 1. Qanunların yerinə yetirilməsinə nəzarət edən və qanunu pozanları məsuliyyətə cəlb edən dövlət orqanı. Rayon prokurorluğu.
2. Prokuror vəzifəsi, prokuror vəzifəsini ifa etmə.

PROQNOZ (ID - 33384)

[yun. prognosis] Əldə olan elmi dəlillərə əsasən hər hansı bir hadisənin gələcək inkişafı və nəticəsi haqqında fikir söyləmə. // tib. Xəstəliyin gedişindəki bütün məlumatlara əsasən onun nəticəsi haqqında fikir söyləmə....

PROQRAM (ID - 33385)

[programma - elan, sərəncam]
Görüləcək iş, fəaliyyət və s.-nin planı. Sənayeni inkişaf etdirməkproqramı.
Siyasi partiyanın, yaxud hər hansı bir siyasi və ya ictimai xadimin öz qarşısına qoyduğu məqsəd və məramı şərh...

PROQUL (ID - 33386)

[rus.] Üzürsüz işə gəlməmə, işə çıxmama; işburaxma.
□ Məcburi proqul - qanunsuz olaraq işə buraxılmadığına görə vəzifəsini yerinə yetirə bilməmə.

PROQULÇU (ID - 33387)

is. Üzürsüz işə çıxmayan, proqul edən işçi; işburaxan.

PROLETAR (ID - 33388)

[lat.] 1. Müasir cəmiyyətdə əsas siniflərdən biri, muzdlu fəhlə; fəhlə sinfi. Proletar sinfi. - Bir qolumuz oldu; bir də ki zindan; Tarix proletar ad verdi bizə. S.Vurğun.
köhn. Yoxsul, heç bir mülkiyyəti olmayan adam.

PROLETARİAT (ID - 33389)

[lat. proletarius] bax proletar 1 -ci mənada.

PROLETARLAŞDIRMA (ID - 33390)

“Proletarlaşdırmaq” dan f.is.

PROLETARLAŞDIRMAQ (ID - 33391)

t-li. Muzdlu fəhləyə, proletara çevirmək; yoxsullaşdırmaq.

PROLETARLAŞMA (ID - 33392)

f.is. Kapitalizm şəraitində xırda əmtəə istehsalçıları (kəndlilərin, sənətkarların, kustarların və b.) labüd olaraq müflisləşib yoxsullaşması və proletarlara çevrilməsi.

PROLETARLAŞMAQ (ID - 33393)

f Muzdlu fəhləyə, proletara çevrilmək.

PROLOQ (ID - 33394)

[yun. pro - ön və logos - söz, nitq] Ədəbi və ya musiqi əsərinin giriş hissəsi.

PROPELLER (ID - 33395)

[lat. propellere - irəli itələmək] Təyyarə, aeroxizək, qlisser və s.-ni hərəkətə gətirən hava vinti; pər.

PROREKTOR (ID - 33396)

[lat. pro - yerində, əvəzində və rector - rəhbər] Rektorun müavini, köməkçisi.

PROSES (ID - 33397)

[lat. processus - gediş] 1. Hər hansı bir hadisənin gedişi. Bitkinin inkişaf prosesi. // Müəyyən nəticə əldə etmək məqsədilə görülən ardıcıl işlərin məcmusu. Texnoloji proses. Neftçıxarma prosesi.
Xəstəliyin aktiv inkişafı,...

PROSESSUAL (ID - 33398)

sif. [lat.] hüq. Prosesə aid olan, proseslə (3-cü mənada) əlaqədar olan. Prosessual məcəllə.

PROSKRIPSİYA (ID - 33399)

is. [lat.] Qədim Romada rəsmi şəkildə qanundan kənar elan edilmiş şəxslərin siyahısı.

PROSPEKT1 (ID - 33400)

[lat. prospectus - görünüş, mənzərə] Şəhərdə böyük enli və düz küçə. Nərimanov prospekti.

PROSPEKT2 (ID - 33401)

[lat.] Gələcək elmi əsərin, dərsliyin, məcmuənin və s.-nin müfəssəl planı. Kitabın prospekti. // Vərəqə və ya kitabça şəklində reklam.

PROSTAT (ID - 33402)

is. Kişilərdə cinsiyyət vəzisi.

PROTEIN (ID - 33403)

is. [yun.] Sadə zülal.

PROTEKTORAT (ID - 33404)

[lat.] Güclü dövlətin zəif dövləti özünə tabe etmə formalarından biri (belə bir şəraitdə tabe ölkə öz dövlət quruluşunu saxlasa da, əslində müstəqilliyini tamamilə itirmiş olur).

PROTESTANT (ID - 33405)

[lat. protestans - etiraz edən] Protestantlığa (protestantizmə) mənsub olan, ona etiqad edən adam.

PROTESTANTİZM (ID - 33406)

[lat.] XVI əsrdə katolisizmə protest əlaməti olaraq reformasiya ilə əlaqədar əmələ gələn müxtəlif xristian məzhəblərinin ümumi adı; protestantlıq.

PROTESTANTLIQ (ID - 33407)

bax protestantizm.

PROTEZ (ID - 33408)

[yun. prothese - əlavə etmək, birləşdirmək] Bədənin itirilmiş hissəsini əvəz etmək üçün onun formasında düzəldilmiş süni üzv. Diş protezi.

PROTEZÇİ (ID - 33409)

is. Protez qayıran, protez hazırlayan mütəxəssis.

PROTEZLƏMƏ (ID - 33410)

"Protezləmək” dən f.is.

PROTEZLƏMƏK (ID - 33411)

f xüs. Protezlə təmin etmək, itirilmiş bədən üzvünü protezlə əvəz etmək, protez qayırmaq.

PROTOKOL (ID - 33412)

[yun. protokollon] İclasda, müşavirədə, istintaqda və s.-də baş verən hadisələrin qeydiyyatının, görülən işlərin və qərarların yazıldığı sənəd. Iclasın protokolu. Qədirin iştirak etdiyi elə iclas yox idi ki, protokolun ayağında...

PROTON (ID - 33413)

[lat. protos - birinci] fiz. Oksigen atomunun nüvəsi olan və bütün maddələrin atom nüvəsinin tərkibinə daxil olan müsbət elektrik yüklü hissəcik.

PROTOPLAZMA (ID - 33414)

[yun.] biol. Heyvan və bitki orqanizmləri hüceyrələrində gedən həyat proseslərinin əsasını təşkil edən maddə.

PROTOTİP (ID - 33415)

[yun.] 1. ədəb. Ədəbi surət, habelə qəhrəman obrazı yaratmaq üçün müəllifin orijinal kimi istifadə etdiyi həqiqi şəxs. Babək “Od gəlini” ndəki Elxanın prototipidir.
2. Sonra gələn bir şəxsin və ya şeyin sələfi olan...

PROVİZOR (ID - 33416)

[lat. provisor - əvvəlcədən görən] Yüksək ixtisaslı aptek işçisi; əczaçı.

PROVİZORLUQ (ID - 33417)

is. Provizorun işi; əczaçılıq.

PROVOKASİYA (ID - 33418)

[lat.] Ayrı-ayrı şəxsləri, yaxud qrupları, təşkilatları və ya ölkələri onların özləri üçün təhlükəli olan, bəzən də onların məhvinə səbəb ola bilən bir işə təhrik etmə: fitnəkarlıq, fitnə, araqarışdırma. // Gizli...

PROVOKATOR (ID - 33419)

[lat. ] 1. Provokasiya vasitəsilə iş görən polis casusu. Çar xəfiyyəsinin provokatoru.
2. Təhrikçi, fitnəçi, fəsadçı.

PROVOKATORLUQ (ID - 33420)

is. Fitnəçilik, fəsadçılıq, təhrikçilik.

PROYEKSİYA (ID - 33421)

[lat. projectio - irəli tullama] riyaz. Hər hansı bir şeyin müstəvi üzərində təsviri. Xəttin proyeksiyası.

PROZEKTOR (ID - 33422)

[lat. prosector - yaran, parçalayan] Xəstəxananın patoloji anatomiya şöbəsinə rəhbərlik edən həkim. □ Prozektor otağı - klinika və xəstəxanada meyit yarılan yer (otaq).

PRUSSAKLAR (ID - 33423)

cəm Keçmiş alman əyaləti Prussiyada doğulmuş və ya yaşamış xalq; şimal-şərq almanları.

PSİXEYA (ID - 33424)

is. [yun.] Qədim yunan mifologiyasında insan qəlbinin mücəssəməsi; bir qayda olaraq, kəpənək və ya qız şəklində təcəssümü.

PSİXİ (ID - 33425)

sif. [yun. psyche] Ruhi. Psixi hücum - düşmənin (müqabil tərəfin) psixikasına təsir etmək, onun iradəsini qırmaq, sıralarını pozmaq, qorxutmaq məqsədilə edilən hücum.

PSİXİATR (ID - 33426)

[yun.] Ruhi xəstəliklər həkimi.

Bu səhifə 89 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla