1
İzahlı lüğət - P hərfi ilə başlayanlar - H. 12
ZE+education
kitab_satishi+

İzahlı lüğət

PƏNCƏKEŞ (ID - 32777)

is. [fars.] Çörəyin üzərinə naxış salmaq üçün alət.

PƏNCƏLƏMƏ (ID - 32778)

“Pəncələmək” dən f.is.

PƏNCƏLƏMƏK (ID - 32779)

f Pəncəsi ilə qapıb götürmək. Plovu pəncələmək.

PƏNCƏLƏŞMƏ (ID - 32780)

“Pəncələşmək” dən fis.

PƏNCƏLƏŞMƏK (ID - 32781)

f Çarpışmaq, vuruşmaq, mübarizə aparmaq. Ölümlə pəncələşmək.
[Qüdrət:] Gecə ilə gündüz pəncələşir. M.S.Ordubadi. Dağlarla, daşlarla pəncələşərək; Insan istiqbalı salama gəlir.. S.Vurğun. Bütün qışı tufanlarla;...

PƏNCƏRƏ (ID - 32782)

is. 1. İşıq və hava gəlmək üçün evin və s. divarında açılan deşik və həmin deşiyi qapayan şüşəli çərçivə. Pəncərəni açmaq. Pəncərəyə şüşə salmaq.
2. dan. Mühazirələr, dərslər arasında boş qalan vaxt; fasilə....

PƏNCƏRƏALTI (ID - 32783)

is. Pəncərənin alt tərəfinə vurulan taxta. Pəncərəaltını yonmaq.

PƏNCƏRƏLİ (ID - 32784)

sif. 1. Pəncərəsi olan. Bu, qaya içində salınmış, qabağında kiçik daş səkisi olan, torpaq damlı, kiçikcə pəncərəli, bir qapıcığazlı daxma idi. Ə.Əbülhəsən.
2. dan. Pəncərəsi olan; fasiləli (b ax pəncərə 2-ci mənada)....

PƏNCƏRƏSİZ (ID - 32785)

sif. Pəncərəsi olmayan. [Almaz Camala:] Burada nə var? Uçuq-sökük daxmalar, pəncərəsiz, işıqsız komalar. C.Cabbarlı.

PƏNCƏRƏÜSTÜ (ID - 32786)

is. Pəncərənin üst tərəfinə vurulan taxta və ya qoyulan iri daş. Pəncərəüstünü yonmaq.

PƏNCƏÜZGƏCLİLƏR (ID - 32787)

cəm, zool. Üzgəcləri pəncə şəklində olan heyvanlar fəsiləsi.

PƏNCŞƏNBƏ (ID - 32788)

is. [fars.] Cümə axşamı. Molla Xəlil həftənin pəncşənbə və cümə günlərini məsciddə oxuyacağını bildirmişdi. S.Hüseyn.

PƏND (ID - 32789)

is. [fars.] klas. Nəsihət. Mürşidin pəndini eyicə saxla; Damardan, ilikdən, qandan içəri. Xətayi.

PƏPƏ (ID - 32790)

is. 1. uş. Çörək.
Qırıntı, ovuntu. Çörək pəpəsi.

PƏPƏŞ (ID - 32791)

bax pəpə 1-ci mənada.

PƏPƏYEYƏN (ID - 32792)

məməyeyəndən-pəpəyeyənə kimi (qədər) - bax məməyeyən. Əhalidə olan bu sevinc məməyeyəndən-pəpəyeyənə kimi hamının ürəyindən axıb gəlirdi. Ə.Vəliyev.

PƏR (ID - 32793)

is. [fars.] 1. Quş tükü. Qanad (klassik ədəbiyyatda çox vaxt “pərü bal” şəklində işlənmişdir). Bilməm bu qəfəsdə nola halım; Sındırdı bəla pər ilə balım. Füzuli. Mənim şahinim də pərü balını; Gərir üfüqlərə...

PƏRAKƏNDƏ (ID - 32794)

zərf və sif [fars.] 1. Bir yerdə və müntəzəm halda olmayan; nizamsız, qarmaqarışıq, dağınıq. Qoşun dəstə-dəstə, pərakəndə bir halda gəlib-keçirdi. Çəmənzəminli. Direktor masanın üstündə pərakəndə halda olan kağızları...

PƏRAKƏNDƏLIK (ID - 32795)

is. Pərakəndə şeyin hal və vəziyyəti; dağınıqlıq, nizam-intizamsızlıq, qarmaqarışıqlıq. Gənc leytenantın .. üzündə, uzun qara kirpikli gözlərinin qapanışında, qara, qıvrım saçlarının pərakəndəliyində çox pərişan...

PƏRÇIM (ID - 32796)

is. İki şeyi bir-birinə bağlamaq (bənd edib bərkitmək) üçün metal mil və onun döyülüb yastılanan ucu. □ Pərçim etmək (eləmək)- 1) bax pərçimləmək; 2) sıx bir yerə təpilmək, soxulmaq, girmək. Kəklik .. özünü bir kola...

PƏRÇIMLƏMƏ (ID - 32797)

“Pərçimləmək” dən f.is.

PƏRÇIMLƏMƏK (ID - 32798)

f 1. Pərçimlə bağlamaq, bərkitmək. Döşəməsilənin hissələrini pərçimləmək.
2. Soxmaq, sancmaq. Xəncəri ürəyinə pərçimləmək.

PƏRÇIMLƏNMƏ (ID - 32799)

“Pərçimlənmək” dən f.is.

PƏRÇIMLƏNMƏK (ID - 32800)

məch. 1. Pərçimlə bağlanmaq, bərkidilmək. Özünə yer eləmək, girmək. Kitab da vardır ki, hər sətri mismar; Zorla pərçimlənir beynə, ağıla. S.Vurğun.
İlişib qalmaq, çıxmamaq, ilişmək. Balta quyuda pərçimləndi.
Vurulmaq,...

PƏRDƏ (ID - 32801)

is. [fars.] 1. Qapı, pəncərə və s.-dən asılan örtü və ya bir yeri iki hissəyə ayırmaq üçün asılan iri parça. Tül pərdə. Pərdə ilə otağı iki hissəyə bölmək. Qapıya pərdə salmaq. - Gün Imranın üstünə düşəndə qarı...

PƏRDƏARASI (ID - 32802)

sif Pərdələr arasında olan (b ax pərdə 3-cü mənada). Pərdəarası fasilə.

PƏRDƏLƏMƏ (ID - 32803)

“Pərdələmək” dən f.is.

PƏRDƏLƏMƏK (ID - 32804)

f 1. Qabağını örtmək, tutmaq, görünməz etmək. Duman günəşi pərdələdi.
2. məc. Üstünü örtmək, ört-basdır etmək, gizlətmək. Oz məqsədinipərdələmək. Cinayəti pərdələmək. - [Vəliəhd:] Əlbəttə, hər anda və hər...

PƏRDƏLƏNMƏ (ID - 32805)

“Pərdələnmək” dən f.is.

PƏRDƏLƏNMƏK (ID - 32806)

məch. 1. Örtülmək, qabağı tutulmaq, görünməz olmaq. Ayın solğun işığı hərdən bulud ilə pərdələnib, uşaqları qaranlığa qərq edirdi. C.Cabbarlı.
məc. Üstü örtülmək, ört-basdır edilmək, gizlədilmək. Rus ədəbiyyatının...

PƏRDƏLİ (ID - 32807)

sif 1. Pərdəsi olan, pərdə salınmış, pərdə asılmış. Pərdəli qapı. - Pəncərəsi ipək pərdəli evlərdə; Min təlaş var, min həşir. R.Rza.
Saylardan sonra gələrək, səhnə əsərinin neçə pərdədən ibarət olduğunu göstərir....

PƏRDİ (ID - 32808)

is. Damın üstünə, taxta və ya küləşin altına qoyulan tir. Nazik pərdi. Damın pərdisi çürümüşdür. - Külək əsir, şaxta kəsir; Pərdilərdən asılmışdır sırsıralar. R.Rza. Pərdiləri və taxtaları hisdən qapqara olan tavandan...

PƏRDİLƏMƏ (ID - 32809)

“Pərdiləmək” dən f.is.

PƏRDİLƏMƏK (ID - 32810)

f Dama pərdi düzmək, damın üstünə pərdi uzatmaq. Damı pərdiləmək.

PƏRDİLİK (ID - 32811)

sif. Pərdi üçün yarar, pərdi üçün yonulub hazırlanmış. Pərdilik şalban. // İs. mənasında. Pərdilik kəsmək.

PƏRƏ (ID - 32812)

is. Burnun xarici deşiklərindən hər biri. [İlyas:] Hirsindən [Tərlanın] geniş açılmış burunpərələri elə bil odsaçırdı. Ə.Məmmədxanlı. Qaya atın sakit qalxıb-enən burun pərələrini Cəmilə göstərdi. Q.İlkin.

PƏRƏK1 (ID - 32813)

is. Girdə yastı metaldan (əsasən qızıldan, gümüşdən) düzəldilmiş yastı, ortası deşik bütöv dəyirmi nazik lövhəciklərdən ibarət qadın bəzəyi. Qızılpərək. Gümüşpərək. // Parıldayan materialın xırda, nazik qırıntısı....

PƏRƏK2 (ID - 32814)

bax pərə. ..Burunpərəklərigeniş açılmış .. zərif Qarabağ atı birdən qılçaları biçilmiş kimi yerə sərildi. M.Rzaquluzadə.

PƏRƏKLİ (ID - 32815)

sif. Üzərində pərək olan, üzərinə pərək yapışdırılmış və ya səpilmiş (b ax pərək1). [Xanımın] ..ortadan ayrılmış saçlarının üzərində qızıl pərəkli araqçın yan qoyulmuşdu. Çəmənzəminli. Elə bil ulduzlar üzünə...

PƏRƏQULAQ (ID - 32816)

sif. bax sallaqqulaq.

PƏRƏN-PƏRƏN (ID - 32817)

pərən-pərən düşmək (olmaq) - bir-birindən aralı düşmək, bir-birini itirmək, hərə bir yerə dağılmaq. Balaca uşaqlar ayaqyalın titrəyə-titrəyə və ağlaya ağlaya pərən-pərən düşmüşdülər. C.Məmmədquluzadə. [Ağasıxan:]...

PƏRƏSTAR (ID - 32818)

is. [fars.] 1. Xidmətçi, qulluqçu, qul, cariyə.
2. məc. Pərəstiş edən, pərəstişkar. □ Pərəstar olmaq - baxmaq, xidmət etmək, himayə etmək.

PƏRƏSTARLIQ (ID - 32819)

is. Baxma, himayəçilik, himayə etmə, pərəstar olma. □ Pərəstarlıq etmək - bax pərəstar olmaq (“pərəstar” da). Ancaq Səfdərin bacısı Reyhan xanım naxoşa pərəstarlıq edirdi. T.Ş.Simurq.

PƏRƏSTİŞ (ID - 32820)

is. [fars.] 1. Sitayiş etmə, tapınma, ibadət etmə, səcdə etmə. □ Pərəstiş etmək - sitayiş etmək, tapınmaq, ibadət etmək, ilahiləşdirmək, səcdə etmək. Bütlərə pərəstiş etmək. - Bir güruh eylərpərəstiş vəhdətə.. H.Cavid....

PƏRƏSTİŞKAR (ID - 32821)

is. 1. Pərəstiş edən, tapınan sitayiş edən; ibadət edən. □ Pərəstişkar olmaq - pərəstiş dərəcəsində sevmək, məftun olmaq, vurulmaq. Sevgilim, eşqü həvəsdən daha mən bizaram; Indi bir başqa dilarama pərəstişkaram. A.Səhhət....

PƏRƏSTİŞKARANƏ (ID - 32822)

zərf Pərəstiş edərcəsinə, sitayişkaranə, dərin hörmətlə. 0eyda dərhal yerindən qalxar, pərəstişkaranə bir tövrlə ona doğru irəlilər. H.Cavid.

PƏRGAR1 (ID - 32823)

is. [fars.] Dairə çəkmək və çertyojlarda xəttin uzunluğunu ölçmək üçün iki qollu alət; sirkul. Pərgarla dairə çəkmək.

PƏRGAR2 (ID - 32824)

sif. [fars.] Bacarıqlı, bacaran, usta. [Hacı Murad:] De görüm, yeməkdə pərgarsan, ya yox! S.S.Axundov. [Nərminə:] Deməyə, danışmağa pərgarsan, ancaq əlindən bir iş gəlmir. B.Bayramov.

PƏRGAR3 (ID - 32825)

is. [fars.] Qayda, səliqə, nizam; bir şeyin saz vəziyyəti. Evimizə ozan gəlibdir; Pərgar pozan gəlibdir; Gündüz olan işləri; Gecə yazan gəlibdir. (Bayatı).

PƏRGAR4 (ID - 32826)

is. [lat. Circinus] Göyün Cənub yarımkürəsində bürc.

Bu səhifə 149 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif