1
İzahlı lüğət - P hərfi ilə başlayanlar - H. 14
ZE+education
kitab_satishi+

İzahlı lüğət

PƏTƏK (ID - 32877)

is. Bir-birinə yapışmış xırda gözcüklərdən ibarət arı yuvası. Iskəndərin atası əkinçi idi: iki inəyi, 10-15 qoyun-keçisi, 6 da arı pətəyi var idi. E.Sultanov. Həyətdə arı pətəyi saxlayan Məsmə bir səhər durub pətəklərin...

PƏTƏKLİK (ID - 32878)

is. Arı pətəkləri olan yer, arıçılıq təsərrüfatı; arıxana.

PƏTƏNƏK (ID - 32879)

is. Mədə (quşlarda). Pətənəkləri çuvaldan böyük, iştahaları həddən ziyadə... Utanmaq bilməzlər, həya etməzlər... N.Vəzirov.

PƏYƏ (ID - 32880)

is. Tövlə. [Bir şəxs:] Məmmədhəsən əmi, tez oğlanı göndər, pəyədən eşşəyi çıxartsın.. C.Məmmədquluzadə. [Şahmar] pəyəni kürüyüb çıxanda başından buğ qalxırdı. B.Bayramov.

PƏZƏVƏNG (ID - 32881)

sif Yekə, zorba, zırpı (bəzən söyüş mənasında). [Həsən:] Bilməm bupəzəvəng haradan gəldi də işləri bərbad etdi. Nəzərli. [Ağasəfər:] Adə, ey .. çayqıraqlı pəzəvəng hərif! Ə.Əbülhəsən.

PƏZƏVƏNGLİK (ID - 32882)

is. Yekəlik, zorbalıq, zırpılıq.

PIÇAPIÇ (ID - 32883)

b ax pıç-pıç. Şəhərdə birpıçapıç düşdü ki, day Allah göstərməsin. “Koroğlu” .

PIÇHAPIÇ (ID - 32884)

b ax pıç-pıç. Pıçhapıç danışmaq. - Aralığa pıçhapıç düşdü. S.Rəhman.

PIÇILDAMA (ID - 32885)

“Pıçıldamaq” dan f.is.

PIÇILDAMAQ (ID - 32886)

f Yavaşcadan, pıçıltı ilə demək (çox vaxt “qulağına” sözü ilə). [Məhəmmədcəfər] əyilib yavaşcadan qulağıma pıçıldadı. Qantəmir. Diyar kişi dirsəyi ilə arvadına toxunubpıçıldadı. Ə.Məmmədxanlı. // məc. Obrazlı...

PIÇILDAŞMA (ID - 32887)

“Pıçıldaşmaq” dan f.is. Eyhamlar, tanış-biliş arasında pıçıldaşmalar.. indi də davam edirdi. İ.Hüseynov.

PIÇILDAŞMAQ (ID - 32888)

qarş. Bir-biri ilə pıçıltı ilə danışmaq, söhbət etmək. Həmzə Allahqulu ilə bir az pıçıldaşıb, sonra dedi. Ə.Əbülhəsən. Oğlanlar [Mehribana] baxaraq pıçıldaşırdılar. H.Seyidbəyli. // məc. Obrazlı təşbehlərdə. Ləpələrpıçıldaşır....

PIÇILĞAN (ID - 32889)

is. bayt. Heyvanların diz və buzovluğunda dəmrov xəstəliyi. Kəlbalı at ustalığı edər, pıçılğanı rahatca sağaldar(dı). S.Rəhimov.

PIÇILTI (ID - 32890)

is. Səs tellərinin iştirakı olmadan, yavaşca danışıq. [Rəhilənin] pıçıltısı gətirdiyi xəbərin dəhşətini azaltmadı. M.Hüseyn. Ovçu ağlamsınmış birpıçıltı ilə öz-özünə dilləndi. M.Rzaquluzadə. // məc. Obrazlı təşbehlərdə....

PIÇILTILI (ID - 32891)

sif və zərf Pıçıltı ilə, yavaşcadan deyilən; pıç-pıç. Pıçıltılı danışmaq.
..Pıçıltılı, mehriban; məhrəm, tənhalıq dolu; xoş səsindən uzaqda; yalqızlıq içindəyəm. R.Rza.

PIÇ-PIÇ (ID - 32892)

zərf və sif Yavaşcadan, pıçıltı ilə. Pıç-pıç danışmaq. - Qonaqlar [Sitarəyə] zənn ilə baxıb, sonra anası iləpıç-pıç danışdılar. Çəmənzəminli. // Pıçıltılı, pıçıltılı danışıq. Pıç-pıç başlandı.

PIXTALANDIRMA (ID - 32893)

"Pıxtalandırmaq” dan f.is.

PIXTALANDIRMAQ (ID - 32894)

bax pıxtalaşdırmaq.

PIXTALANMA (ID - 32895)

"Pıxtalanmaq” dan f.is.

PIXTALANMAQ (ID - 32896)

b a x pıxtalaşmaq.

PIXTALAŞDIRMA (ID - 32897)

“Pıxtalaşdırmaq” dan f.is.

PIXTALAŞDIRMAQ (ID - 32898)

f Özlülüyünü artırmaq, qatılaşdırmaq, pıxtalandırmaq.

PIXTALAŞMA (ID - 32899)

“Pıxtalaşmaq” dan f.is.

PIXTALAŞMAQ (ID - 32900)

f Özlüyü artmaq, qatılaşmaq, pıxtalanmaq.

PIQQ (ID - 32901)

təql. Qaynayan qatı mayenin çıxardığı səs.

PIQQAPIQ(LA) (ID - 32902)

zərf Pıq-pıq səs çıxararaq (qaynayan maye və ya qaynayıb çıxan su haqqında). Səməni qazanı pıqqapıq qaynayırdı. Mir Cəlal. [Bulaqlarm] bəziləri daşların sinəsindən fışıltı ilə fəvvarə vurur, bəzisi isə pıqqapıqla sanki...

PIQQILDAMA (ID - 32903)

“Pıqqıldamaq” dan f.is.

PIQQILDAMAQ (ID - 32904)

f 1. Pıqqıltı səsi çıxarmaq, “pıq-pıq” etmək, yaxud “pıq-pıq” qaynamaq (maye haqqında). Meşənin içindən çıxıb pıqqıldayan (f.sif.) bulaq şırhaşırla ağ çınqıllıq boyu aşağı axır(dı). S.Rəhimov. Arabanın üstündəki...

PIQQILDAŞMA (ID - 32905)

“Pıqqıldaşmaq” dan f.is.

PIQQILDAŞMAQ (ID - 32906)

qarş. Pıqqıldamaq (çoxları haqqında). Qızlar Xasayı görüb, Durnaya baxaraq pıqqıldaşdılar. Ə.Vəliyev. Bu dəfə bütün dəstəpıqqıldaşıb gülüşdü. İ.Hüseynov.

PIQQILTI (ID - 32907)

PIRÇIM-PIRÇIM (ID - 32908)

zərf: pırçım-pırçım tər tökmək - çox işləməkdən, zora düşməkdən, istidən və s.-dən çox tərləmək, üz- gözündən damcı-damcı tər tökmək. Xudakərəm .. o qədər özünə güc verərdi ki, iki-üç dəqiqə danışmamış...

PIRILDAMA (ID - 32909)

“Pırıldamaq” dan f.is.

PIRILDAMAQ (ID - 32910)

f Qanadları ilə pırıltı səsi çıxararaq, “pırr” edərək uçmaq (quşlar haqqında). Yolun altından bir dəstə göyərçin pırıldayıb qalxdı. Ə.Vəliyev. Quşlar pırıldayır kollar içindən; Uçub çəpərlərə qonur xoruzlar....

PIRILDAŞMA (ID - 32911)

“Pırıldaşmaq” dan f.is.

PIRILDAŞMAQ (ID - 32912)

qarş. Qanadları ilə pırıltı səsi çıxararaq buradan oraya uçmaq (çoxlu quş haqqında). Meşə xoruzları pırıldaşarkən; Durmuşdular hazır atların üstə. H.K.Sanılı. Hava işıqlaşanda kolluqlardan bildirçin, turac, kəklikpırıldaşıb...

PIRILTI (ID - 32913)

is. Kiçik quşların qanad çalmasından çıxan səs. Tula o saat özünü bildirçinin üstünə atdı. Bildirçin pırıltı ilə qalxdı. Axundov. Zəminin kənarındakı yaşıl otluqdan ürkmüş bir turac pırıltı ilə havaya qalxıb, ayrı...

PIRPIZ (ID - 32914)

sif Dik durmuş, vız durmuş. Pırpız saç. - Cəfər güldü və əlini pırpız saqqalına uzatdı. Çəmənzəminli. Çal, pırpız qaşlarını qaldırıb [Sultan] gözlərilə gəlinə işarə etdi, qımışdı, hətta, deyəsən, köksünü də...

PIRPIZLANMA (ID - 32915)

“Pırpızlanmaq” dan f.is.

PIRPIZLANMAQ (ID - 32916)

f Vız durmaq. Qocanın seyrək saçları pırpızlanmışdı. M.Hüseyn.

PIRPIZLAŞMA (ID - 32917)

“Pırpızlaşmaq” dan f.is.

PIRPIZLAŞMAQ (ID - 32918)

f Pırpız olmaq, pırpızlanmaq. [Zakirin] pırpızlaşmış (f.sif.) saçları onun üzünə daha xoş bir ifadə verirdi.
H.Seyidbəyli.

PIRTLAQ (ID - 32919)

sif Pırtlamış halda olan; pırtlamış, qabağa çıxmış. Pırtlaq qarın. - Yusifın heybətli sifəti, qara və pırtlaq gözləri nəinki uşağı, hətta böyük adamı da qorxuya salırdı. Axundov.

PIRTLAMA (ID - 32920)

“Pırtlamaq” dan f.is.

PIRTLAMAQ (ID - 32921)

f. 1. İrəli çıxmaq, qabarıb çıxmaq, qabarmaq. Ağlamaqdan gözü pırtlamaq. Qarnı pırtlamaq.
Dar bir yerdən dışarıya çıxmaq. Yaralanan sol əli ilə başını düzəltdi və xəncəri müarizinin qarnına soxdu, piy pırtladı. Çəmənzəminli.
B...

PIRTLAŞDIRMA (ID - 32922)

“Pırtlaşdırmaq” dan f.is.

PIRTLAŞDIRMAQ (ID - 32923)

icb. Qarışdırmaq, pırtlaşıq salmaq, dolaşdırmaq, qarışdıraraq açılmaz hala salmaq. Ipliyi pırtlaşdırmaq.
[Mirzə] başının tüklərini pırtlaşdırıb, özünə bir laübalı sifət verib aynaya baxdı və dedi.. Ə.Haqverdiyev.

PIRTLAŞIQ (ID - 32924)

sif Pırtlaşmış halda olan; qarışmış, dolaşıq. Pırtlaşıq sap. - Qarı əlini nəvəsinin pırtlaşıq və dolaşıq saçlarında gəzdirdi. S.Rəhimov. □ Pırtlaşıq düşmək 1) b ax pırtlaşmaq; 2) dolaşıq düşmək. Işim pırtlaşıq...

PIRTLAŞMA (ID - 32925)

“Pırtlaşmaq” dan f.is.

PIRTLAŞMAQ (ID - 32926)

f Bir-birinə qarışmaq, dolaşmaq, pırtlaşıq düşmək, bir-birinə qarışaraq nizamsız hala düşmək. [Güləndam:] Ağa sabahdan saqqalını daramayıbdır, pırtlaşıb barmaqlarına ilişir. N.Vəzirov. [Arvadın] saçları pırtlaşıb kilkələnmiş,...

Bu səhifə 140 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif