İzahlı lüğət

PLAN

[lat. planus - səth] 1. Bir şeyin (yer, tikinti, qurğu və s.-nin), tənasübləri saxlanılmaqla müəyyən masştabda kağız və s. üzərində göstərilən cizgisi. Binanın planı. Şəhərin planı. - [Cinayətov] ayağa qalxıb, divardan asılan planın qabağına getdi. Mir Cəlal.
Bir işin nə qaydada, nə kimi ardıcıllıqla və hansı müddətlərdə yerinə yetiriləcəyini və s. qabaqcadan nəzərdə tutan tədbirlər sistemi. Xalq təsərrüfatının inkişaf planı. Istehsalat planı. - Beşillik planı iki il yarımda yerinə yetirdik. M.Müşfiq. Nəzərdə tutulan, təxmin edilən şey; fikir, niyyət, təxmin, fərziyyə. Səfərimizin planı. Səyahət planı. Hərəkət planı.
Bir şeyin şərhində müəyyən qayda və ardıcıllıq. Dərsin planı. Elmi əsərin planı.
Hər hansı bir şeyin perspektivdə (gələcəkdə) nəzərdə tutulan mövqeyi. □ ...planda məc. - 1) bir şəxsin, ya şeyin əhəmiyyətinə, vacibliyinə, lazımlığına görə tutduğu, ya tutacağı mövqeyi, yeri göstərir. Planda duran məsələlər; // kinoda şəkillərin böyük, ya kiçik masştabda verilməsi. Şəkli orta planda vermək. Aktyorun surəti böyük planda verilmişdir; 2) nöqteyi-nəzərdən, baxımdan. Əsəri nəzəri planda müzakirə etmək. - M.F.Axundzadə komediyaları böyük ictimai məsələləri əhatə edən, komik, planda ictimai xarakterlər yaradan klassik komediya əsərləri idi. M.İbrahimov.
□ Plan tökmək (qurmaq, çəkmək) - niyyətini; arzusunu, məqsədini həyata keçirmək üçün yollar, vasitələr, üsullar, tədbirlər düşünmək. Ondan da dövlətlisini taparam, deyə Əhməd özünə plan qururdu. B.Talıblı. Qaçaqlar oturub, çəkirlər plan; Qozluğun lap içi olacaq meydan. H.K.Sanılı. Məsum kişi.. möhkəm bir plan tökmüşdü. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

PUF

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed