1
İzahlı lüğət - P hərfi ilə başlayanlar - H. 25
ZE+education
kitab_satishi+

İzahlı lüğət

PSİXİATRİK (ID - 33427)

sif [yun.] Ruhi xəstəliklərlə əlaqədar olan. Psixiatrik müalicəxana.

PSİXİATRİYA (ID - 33428)

[yun. psyche və iatreia] Ruhi xəstəliklər və onların müalicə üsullarından bəhs edən elm.

PSİXİKA (ID - 33429)

[yun.] 1. Beyinin xarici aləmi əksetdirmə xassəsi.
2. Psixi xüsusiyyət, xarakter xüsusiyyət, ruhi hal, əhval-ruhiyyə.

PSİXOLOGİYA (ID - 33430)

[yun.] 1. İnsanın psixikasından, psixi fəaliyyətinin proses və qanunauyğunluqlarından bəhs edən elm. Ümumi psixologiya. Patoloji psixologiya. Təcrübi psixologiya. // Bu elmin məzmununu təfsir edən fənn. Psixologiya dərsi. Psixologiya...

PSİXOLOJİ (ID - 33431)

sif [yun. ] 1. Psixologiyaya aid olan, psixologiya ilə bağlı olan. Psixoloji təcrübə.
İnsanın psixoloji fəaliyyəti ilə bağlı olan. Məsələnin psixoloji tərəfi.
Təsvir olunan surətlərin psixologiyasının dərin təsviri əsasında...

PSİXOLOQ (ID - 33432)

[yun.] 1. Psixologiya mütəxəssisi.
2. İnsan psixologiyasının incəliklərini yaxşı bilən, həssas adam.

PSİXOPATİYA (ID - 33433)

[yun.] Ruhi fəaliyyətin pozulması; ruhi xəstəlik.

PSİXOPATOLOGİYA (ID - 33434)

[yun. psycho, pathos və logos] 1. Ruhi xəstəliklər haqqında ümumi elm; psixiatriya.
2. Ruhi cəhətdən qeyri-normallıq.

PSİXOPATOLOJİ (ID - 33435)

sif. [yun.] Psixopatologiya ilə əlaqədar olan, psixopatologiyaya aid olan. Psixopatoloji tədqiqat.

PSİXOPATOLOQ (ID - 33436)

[yun.] Psixopatologiya mütəxəssisi.

PSİXOTERAPEVT (ID - 33437)

[yun.] Psixoterapiya mütəxəssisi olan həkim.

PSİXOTERAPEVTİK (ID - 33438)

sif. [yun.] tib. Psixoterapiyaya, psixoterapevtə aid olan. Psixoterapevtik müalicə üsulları.

PSİXOTERAPİYA (ID - 33439)

[yun.] Xəstəyə psixi təsir (məs.: hipnoz, söhbət) vasitəsilə müalicə üsulu.

PSİXOZ (ID - 33440)

[yun.] Ruhi xəstəlik, ümumiyyətlə, insan psixikasında anormallıq, qəribəlik.
f ,

PUBLİSİST (ID - 33441)

[lat.] İctimai-siyasi mövzuda
əsərlər yazan yazıçı; mühərrir. Böyük realist sənətkar olan N.Nərimanov eyni zamanda ehtiraslı birpublisistdir. M.Arif.

PUBLİSİSTİK (ID - 33442)

sif. [lat.] Publisistikaya aid olan. Publisistik əsər. Publisistik məqalə.

PUBLİSISTİKA (ID - 33443)

[lat. publicus - ictimai] Müasir aktual mövzuda yazılmış ictimaisiyasi əsərlərin daxil olduğu ədəbi janr. Cəlil Məmmədquluzadə dramaturgiya və publisistikada olduğu kimi nəsrdə də hər şeydən əvvəl tənqidi realist bir sənətkardır....

PUÇ (ID - 33444)

sif. 1. İçi xarab olmuş, ləpəsi quruyub yeyilməz hala düşmüş. Puç fındıq (qoz, badam).
2. məc. Boş, heç, fani, axırı olmayan. Ey Vidadi, sənin bu puç dünyada; Nə dərdin var ki, zar-zar ağlarsan? M.P.Vaqif. Həyatın mənası...

PUÇAL (ID - 33445)

is. Cecə, torta.

PUÇUR (ID - 33446)

is. 1. Tumurcuq. Mən sakitcə dayanıb ağaca baxır, puçurlarına.. diqqət edirdim. Mir Cəlal.
2. dan. Damcı-damcı axan tər, tər damcıları. Səhər keçir hücuma, puçur tərə batırsan.. M.Rahim.
puçur-puçur sif. Damcı-damcı, damla-damla....

PUÇURLAMA (ID - 33447)

“Puçurlamaq” dan f.is.

PUÇURLAMAQ (ID - 33448)

f. 1. Tumurcuqlamaq. Pəncərənin önündə bir ağac puçurladı; Yarpaq açdı aram-aram. N.Rəfibəyli. [Fərəcov:] Bir yaz gəlsin, tənəklərpuçurlayıb yamyaşıl yarpaq açsın, gör nə tamaşa olacaq! B.Bayramov.
2. Damcılar şəklində...

PUÇURLANMA (ID - 33449)

“Puçurlanmaq” dan f.is.

PUÇURLANMAQ (ID - 33450)

1. Bax puçurlamaq
-ci mənada. Hava yavaş-yavaş işıqlanırdı, torağaylar uçuşub yeni-yeni puçurlanan (f.sif.) ağacların çılpaq budaqlarına qonurdu. M.Hüseyn.
2. B ax puçurlamaq 2-ci mənada. Mahmud, alnında puçurlanmış (f.sif.)...

PUD (ID - 33451)

[rus.] Metrik ölçü sistemindən əvvəl işlədilmiş, 16,4 kq-a bərabər ağırlıq ölçüsü. Mirzənin zamanında ucuzluq idi, yaxşı qoyun ətinin girvənkəsi dörd qəpik, çörəyin girvənkəsi iki qəpik, yağın pudu dörd manat idi. Ə.Haqverdiyev....

PUDİNQ (ID - 33452)

is. [ing.] Un və ya düyü unu, yumurta, süd, kişmiş və ədviyyatlardan hazırlanan milli ingilis yeməyi.

PUDLİNQ (ID - 33453)

is. [ing.] Çuqundan dəmir hazırlanmasının köhnə üsulu.

PUDLUQ (ID - 33454)

is. köhn. 1. Bir pud ağırlığında çəki daşı. Pudluğu tərəziyə qoymaq.
Saylardan sonra gələrək şeyin neçə puddan ibarət (neçə pud ağırlığı) olduğunu bildirir. Ibiş hər gün on pudluq çəlləyini doldurmasaydı ürəyi...

PÜDRA (ID - 33455)

[fr.] Gigiyenik və ya kosmetik məqsədlə işlədilən (üzə sürtülən) nişasta və s. maddələrdən hazırlanmış çox narın, yumşaq, adətən ətirli toz. Üzünə pudra sürtmək. - Pudradan, boyadan xoşlanmaz Xumar; Onun qəlbi qədər...

PUDRAQABI (ID - 33456)

is. Pudra üçün kiçik qutu.

PUDRALAMA (ID - 33457)

“Pudralamaq” dan f.is.

PUDRALAMAQ (ID - 33458)

f. Pudra vurmaq, pudra sürtmək. Xanım əvvəlki kimi tualetinə məşğul idi: gözəl geyinmişdi, üzünü pudralayırdı. Çəmənzəminli. Dəllək müştərisinin üzünü pudralayıb sildi. M.Hüseyn.

PUDRALANMA (ID - 33459)

“Pudralanmaq” dan f.is.

PUDRALANMAQ (ID - 33460)

qayıd. Üzünə pudra sürtmək. [Tələbə:] Pudralanıb bayıra çıxdım. Qantəmir. Cənnət xanım güzgü qabağında dayanıb pudralanırdı. Mir Cəlal.

PUDRALI (ID - 33461)

sif. Üzünə pudra sürtmüş; pudralanmış. Mənim nazlı yarımın pudralı camalı var; Boyalıdır saçları, iki yapma xalı var. H.Cavid.

PUF (ID - 33462)

is. zool. Yumurtadan təzəcə çıxmış cücü. Məktəblilər cərgələr arasını gəzərkən hər bir yarpağı qaldırıb baxır, yumurtaları və pufları balaca qutulara, bankalara yığırdılar. Ə.Vəliyev.

PUL (ID - 33463)

is. 1. Alğı-satqı vaxtı qiymət ölçüsü kimi işlədilən metal və ya kağız parçası; bank bileti; ağca. Kağızpul. Xırda pul. - Yusifəmi hazır elədiyi pulu verib dedi ki, dəxi bundan savayı pulumuz yoxdur. C.Məmmədquluzadə. Pul...

PULCUQ (ID - 33464)

bax pul 3-cü mənada. Balıqların əksəriyyətində bədənin üzəri pulcuqlarla örtülü olur. Y.Əbdürrəhmanov.

PULCUQLU (ID - 33465)

bax pullu 3-cü mənada. Gümüş pulcuqlu balıq.

PULEMYOT (ID - 33466)

[rus. пулемет] Güllə atan avtomatik silah. Dəzgahlı pulemyot. Əl pulemyotu. - [Qəhrəman:] Mən burada dörd nəfər yoldaşım və bir pulemyot ilə həm körpünü, həm də meydanı yaxşıca atəşə tuta bilərdim. H.Nəzərli. Pulemyotların...

PULEMYOTÇU (ID - 33467)

is. Pulemyotdan atəş açan əsgər. Cavad atəş yağmuru altında irəlilədikdə sağ cinahı qoruyan pulemyotçu əsgəri yaraladılar. Ə.Vəliyev.

PULGİR (ID - 33468)

b a x pulpərəst.

PULGİRLİK (ID - 33469)

b a x pulpərəstlik.

PULLANMA (ID - 33470)

“Pullanmaq” dan f.is.

PULLANMAQ (ID - 33471)

f. Çoxlu pul qazanmaq; varlanmaq, dövlətlənmək. [Hacı Nuru şair:] Indi istəyirsən ki, bir yalançı kimyagərin dövlətindən birdən pullanasan. M.F.Axundzadə.

PULLU (ID - 33472)

sif. 1. Varlı, dövlətli, zəngin. Pullu adam. - [Molla Salman:] Əyərçi nəqd pulunuz yoxdur, amma mənpullu Hacı Rəhim ilə dostam.. M.F.Axundzadə. [Həmzə:] [Siratın] birinci düşməni pullu qohumlarıdır. Ə.Əbülhəsən. // İs. mənasında....

PUL-MUL, PUL-PARA, PUL-PƏNƏ (ID - 33473)

top. dan. Az miqdarda pul. [Hümmətəliyə] oğlu Səməd də arabirpuldan-paradan yollayırdı. M.Hüseyn. [Kərbəlayı Pirverdi:] Alimin buyurduğuna görə biz gərək sənə puldanpənədən yığıb verək. Qantəmir.

PULOVER (ID - 33474)

is. [ing.] Yaxalıqsız və düyməsiz toxunma köynək.

PULPƏRƏST (ID - 33475)

sif. və is. [fars.] Pulu həddindən artıq sevən, pulgir, pul düşkünü. Pulpərəst adam. - Pirverdi ağır təbiətli, çalışqan olmaqla bərabər, son dərəcə pulpərəst və xəsis bir adam idi. A.Şaiq.

PULPƏRƏSTLİK (ID - 33476)

is. Həddindən artıq pula aludəlik, pul düşkünlüyü.

Bu səhifə 158 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif