İzahlı lüğət

PİŞİK

is. Pələng, şir və s.-nin də daxil olduğu fəsiləyə mənsub (vəhşi növləri də olan) məməli ev heyvanı. Pişik öz balasını istədiyindən yeyər. (Ata. sözü).
□ Pişiyə rast gələn (pişik görmüş) siçan kimi - qorxaraq, dəhşətə gəlmiş halda, dəhşət içində. Ənvər, pişik görmüş siçan kimi büzüşüb oturmuş, altdan-altdan gözünü Müşkünazın əlindəki konvertə zilləmişdi. Ə.Vəliyev. Pişiyimiz oğlan doğub! - birinin olmuş bir şeyə qarşı istehza və kinayəsini bildirir. [Aslan Məzluma:] Oho, lap qiyamətsən, pişiyimiz oğlan doğub. S.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed