İzahlı lüğət

P (ID - 32227)

Azərbaycan əlifbasının iyirmi üçüncü hərfi. bax pa.

PAÇA (ID - 32228)

is. [fars. paçə - kiçik ayaq] 1. Bədənin, iki qıçın arasındakı hissəsi. Ördək qaz yerişi yeriyəndəpaçası aralı qalar. (Ata. sözü). Teymur ağa təngə gəlib, bir əlilə yapışıb onun boynunun ardından, bir əliləpaçasından...

PAÇABƏND (ID - 32229)

is. [fars. ]: paçabənd etmək (eləmək) - bax paçalamaq. [Mirzə Səttar:] Xux, yeyərsiz məni, çox böyük adamlar gəlir, onları paçabənd eyləyib qoyaram altıma. M.Əliyev.

PAÇALAMA (ID - 32230)

“Paçalamaq” dan f.is.

PAÇALAMAQ (ID - 32231)

f Paçasından tutmaq; yapışmaq, paçabənd etmək. Nuşapəri xanım səbir eləyə bilməyib tez yorğan-döşəkdən durdu, qarını paçalayıb, qoydu dizinin altına. (Nağıl). [Feyzi] cəsarətlə sürünün içinə yeriyib, ala əmliyipaçaladı.....

PADAR (ID - 32232)

is. Türk tayfalarından birinin adı və həmin tayfaya mənsub olan adam.

PADŞAH (ID - 32233)

is. [fars.] 1. Hökmdar, imperator, şah, sultan. Qoy səndən kiçiklər çapsınlar, sən çapma. Yalnız böyük padşahların qarşısında ad qazanmaq və ya özünü göstərmək üçün çapmağına dəyər. “Qabusnamə” .
məc. dan. Yarışda,...

PADŞAHLIQ (ID - 32234)

is. köhn. 1. Padşah vəzifəsi; şahlıq. Məlik Çoban çox ədalətlə padşahlıq etməyə, camaatla yaxşı rəftar etməyə başladı. (Nağıl). Padşah tərəfindən idarə olunan dövlət quruluşu; şahlıq, imperatorluq. Padşahlığı yıxmaq....

PADŞAHPƏRƏST (ID - 32235)

is. [fars.] Padşah tərəfdarı, padşahlıq üsuli-idarəsi tərəfdarı; monarxist.

PADŞAHPƏRƏSTLİK (ID - 32236)

is. Padşah üsuliidarəsinə tərəfdar olma, onu yeganə dövlət üsulu kimi qəbul etməkdən ibarət mürtəce siyasi cərəyan.

PADŞAHYANA (ID - 32237)

sif köhn. Padşaha layiq, padşahlarda olduğu kimi; şahanə. Kişi gedib bazardan bir dəst padşahyana libas aldı.. (Nağıl).

PADZƏHƏR (ID - 32238)

is. [fars.] Zəhərə qarşı maddə, dərman. Ibn-Sina “Həkimlik sənətinin qanunu” adlı kitabda.. padzəhərlər haqqında ətraflı məlumat vermişdir. R.Əliyev.

PAFOS (ID - 32239)

[yun. pathos - ehtiras] 1. Ehtiraslı ruh yüksəkliyi; təmtəraq. Pafosla danışmaq. Yalançı pafos. - Direktor .. saçlarını əsdirərək, tragik aktyor pafosu ilə ağlamsındı. M.Hüseyn.
2. Hər hansı bir yüksək ideyanın doğurduğu...

PAFOSLU (ID - 32240)

sif Ehtiraslı, coşqun, təmtəraqlı. Pafoslu nitq. Pafoslu çıxış.

PAH (ID - 32241)

nida. Təəccüb, təəssüf, kədər kimi hissləri ifadə edir. Pah, nə pis oldu. Pah, nə çox kitabın var. Pah, yaman işə düşdük. Pah atonnan dan. - cümlənin əvvəlində işlənərək təəccüb bildirir. Pah atonnan, nə ağır yatdı bu...

PAHO (ID - 32242)

b ax pah. [Hamı:] Paho! Bu nə işdir,.. belə də adam aldatmaq olarmı? Ü.Hacıbəyov. Paho, strajnik gəlib ki, xoş gördük! deyə Əhməd irəli gəlib Fərmanla görüşdü. Ə.Abasov.

PAXAR (ID - 32243)

is. Uzaq Şərqdə yaşayan etnik azlıqlar qrupu və həmin qrupa mənsub olan adam.

PAXIL (ID - 32244)

sif. [ər. bəxil] Başqasının üstünlüyünə, xoşbəxtliyinə, rifahına, müvəffəqiyyətinə, qabağa getməsinə dözməyən, bundan dilxor olan, bunu gözü götürməyən; dargöz. Paxıl adam. - Bir adampaxıl olsa; Ömrü boyu dərd çəkər....

PAXILLIQ (ID - 32245)

is. Başqasının rifahına, üstünlüyünə, müvəffəqiyyətinə, xoşbəxtliyinə, qabağa getməsinə dözməmə, bundan dilxor olma, acıqlanma; gözügötürməzlik, dargözlük. [Hacı Fərəc:] ..Hər nə danışırlar qoy danışsınlar, .....

PAXIR (ID - 32246)

b ax pas. Baxıb saxta gözümüzlə; Hamar gördük çuxuru biz; Saray bildik axuru biz; Görəmmədik qat bağlayan paxırı biz. B.Vahabzadə.

PAXIRLANMA (ID - 32247)

“Paxırlanmaq” dan f.is.

PAXIRLANMAQ (ID - 32248)

b a x paslanmaq.

PAXIRLI (ID - 32249)

b ax paslı. Qumru qalayı getmiş, paxırlı tiyançanı gətirib küncə qoydu. Mir Cəlal. [İlyas:] Yanımdakı kolların paxırlı yarpaqlarında bir-iki iri yağış damlası tappıldadı. Ə.Məmmədxanlı.

PAXLA (ID - 32250)

is. İçində iri dənələri olan bostan bitkisi. Paxlanı becərmək. // Həmin bitkinin plova qatılan iri toxumu.

PAXLALI (ID - 32251)

sif İçində paxla olan, paxla ilə bişirilmiş. Paxlalı aş. □ Paxlalı bitkilər b ax paxlalılar. Paxlalı bitkilər əkilən sahələrin torpağı azot birləşmələrilə zənginləşir və münbit olur. H.Qədirov.

PAXLALIQ (ID - 32252)

is. Paxla əkilmiş yer, paxla tarlası. Paxlalığı suvarmaq.

PAXLALILAR (ID - 32253)

cəm bot. Paxla məhsulu verən bitki fəsiləsi.

PAXLAPLOV (ID - 32254)

is. Paxla və düyüdən bişirilən plov növü, paxlalı plov.

PAXLAVA (ID - 32255)

is. 1. Yayılmış xəmir qatları arasına döyülmüş badam (fındıq, qoz və s.) ləpəsi ilə şəkər tozu tökülən və romb şəklində kəsilərək bişirilən Şərq şirniyyatı. [Varlılar] bayrama xüsusi şəkərçörəyi, badamçörəyi,...

PAK1 (ID - 32256)

sif [fars.] Təmiz. ..Hava gərək təmiz olsun, onun pak olmağı həyat və xarab olmağı ölümdür. H.Zərdabi. // Məc. mənada. Cəhd eylə, sən ancaq nəzəri-xəlqdəpak ol. M.Ə.Sabir. [Budağın] əxlaqı, pak və səmimi ürəyi.. onu müəllimlərə...

PAK2 (ID - 32257)

is. [ing. pack] Qütb dənizlərində yaranan çox iri çoxillik üzən buz. Pakın qalınlığı 3-5 metr olur.

PAKER (ID - 32258)

is. [ing.] Quyunun neft, su və qaz təbəqələrini bir-birindən ayıran qurğu.

PAKET (ID - 32259)

is. [fr.] 1. İçərisinə məktub qoyulmuş konvert, zərf. Pristav əlini cibinə salıb, göy birpaket çıxarıb açdı. H.Nəzərli. Firidun paketi açdı, ikicə sətir yazılmışdı. M.İbrahimov.
2. Kağıza bükülmüş bir və ya bir neçə...

PAKİZƏ (ID - 32260)

sif [fars.] 1. Bax pak. [Seyid:] Təmizcə, pakizə müsəlman nömrələri saxlayıram.. Ə.Haqverdiyev.
məc. Yaxşı, gözəl, qəşəng. [Hacı Nuru:] Mərhum zəhmət çəkib sənə pakizə dəlləklik öyrətmişdi. M.F.Axundzadə. Bu yaxında...

PAKİZƏLİK (ID - 32261)

is. Paklıq, təmizlik.

PAKLAMA (ID - 32262)

"Paklamaq” dan f.is.

PAKLAMAQ (ID - 32263)

f Murdar sayılan bir şeyi yumaqla pak etmək; təmizləmək. İt yalamış qabı paklamaq.

PAKLANMA (ID - 32264)

“Paklanmaq” dan f.is.

PAKLANMAQ (ID - 32265)

f Təmizlənmək, yuyulub təmizlənmək. // qayıd. Yuyunub təmizlənmək. Biz indi dünənin çirkablarından; Necə təmizlənək, necə paklanaq? B.Vahabzadə.

PAKLIQ (ID - 32266)

is. 1. Təmizlik.
məc. Mənəvi təmizlik, daxili saflıq. [Mahmud:] O gecə cəmi ömrümün gözəlliyini, paklığını, salamatlığını beş dəqiqəyə qurban verdim. Çəmənzəminli.

PAKT (ID - 32267)

[lat.] Adətən böyük siyasi əhəmiyyəti olan beynəlxalq müqavilə. Hücum etməmək haqqında pakt. Paktı imzalamaq.

PAQQAPAQ (ID - 32268)

təql. Qaynayan mayedən çıxan səs. Samovar paqqapaq qaynayır.

PAQQILDAMA (ID - 32269)

"Paqqıldamaq” dan f.is.

PAQQILDAMAQ (ID - 32270)

f Paqqıltı səsi çıxarmaq, paqqapaq qaynamaq. Qazan paqqıldayır. // Qaynayan, yaxud bir qabın boğazından çıxan su haqqında. Durna bulağının daş şırranına söykənmiş balaca qırmızı sənəyin boğazından çıxan ağappaq su paqqıldayır....

PAL (ID - 32271)

is. Təzə qozun üst göy qabığı. [Veys] ..üstünə salınmış qurama yorğana, keçən il qozpalı ilə boyanmış bez mütəkkəyə işarə ilə dedi.. Ə.Əbülhəsən.

PALAN1 (ID - 32272)

is. [fars.] 1. Minik üçün istifadə edilən heyvanların belinə qoyulan içi saman, ya küləşlə dolu primitiv yəhər. Ağa, palanı çox gözəl xalçadan tikilmiş bir uzunqulaq minmişdi. M.S.Ordubadi.
Keçmişdə: hambalların dallarına...

PALAN2 (ID - 32273)

PALANDUZ (ID - 32274)

is. [fars.] köhn. 1. Palan tikən usta.
2. İri qıyıq; çuvalduz.

PALANLAMA (ID - 32275)

"Palanlamaq” dan f.is.

PALANLAMAQ (ID - 32276)

f Heyvanın dalına palan qoymaq; çullamaq (b ax palan11-ci mənada). [Mürşüdoğlu:] Öküzü palanlayıb göndərdim. S.Rəhimov. Aslan kişi gecə yarı olmamışdan yerindən qalxıb, paltarını, çarıq-corabını geyindi, eşşəkləri palanladı....

Bu səhifə dəfə baxılıb

......