1
İzahlı lüğət - P hərfi ilə başlayanlar - H. 9
ZE+education
kitab_satishi+

İzahlı lüğət

PAZI (ID - 32627)

is. məh. Çuğundur. □ Pazı kimi çuğundur kimi (tünd-qırmızı, qıpqırmızı). Həmişə belə tənbehdən sonra qulaqlarım pazı kimi qızarardı. C.Məmmədquluzadə. Pristav kitelinin dal cibindən yekə ağ dəsmal çıxarıb, pazı kini...

PAZLAMA (ID - 32628)

“Pazlamaq” dan f.is.

PAZLAMAQ (ID - 32629)

f 1. Paz vurmaq, pazla yarmaq.
2. Paz vurub bərkitmək, pazla möhkəmlətmək. Pərdinin yanını pazlamaq.

PAZLANMA (ID - 32630)

“Pazlanmaq” dan f.is.

PAZLANMAQ (ID - 32631)

məch. 1. Paz vurulmaq, pazla yarılmaq (odun və s.). Kötüklər pazlandı.

Paz (ID - 32632)

vurulub bərkidilmək, pazla möhkəmlədilmək.

PAZŞƏKİLLİ (ID - 32633)

sif Paza oxşar, paz kimi ucu nazik, getdikcə yoğunlaşan.

PE (ID - 32634)

“P” hərfınin və bu hərflə işarə olunan samitin adı.

PEÇ (ID - 32635)

[rus.] is. Binaları qızdırmaq, üstündə xörək bişirmək və s. məqsədlər üçün kərpicdən, metaldan düzəldilmiş qurğu; soba. [Gülsənəm] ..otağın düz ortasında qoyulmuş dəmir peçi qaladı. M.Hüseyn. Peçin üstündə anasının...

PEÇAT (ID - 32636)

[rus.] bax möhür 1-ci mənada. [Tofiq:] Gəl, gəl, bu saat mən “hə-yox” cavabını alım, ərizənə peçat basdırım. M.İbrahimov.

PEÇENEQLƏR (ID - 32637)

cəm Eramızın IX-XI əsrlərində Cənub-Şərqi Avropada köçəri həyat sürmüş türk mənşəli qədim xalq.

PEÇENYE (ID - 32638)

[rus. печенье - bişmiş] Kövrək, adətən şirin xəmirdən bişirilmiş şirniyyat növü. Nəcəflə Qızyetər zənbildən iki bükülü konfet, bir qutu peçenye və bir qutu şokolad çıxarıb stolun üstünə qoydular. M.İbrahimov.

PEDAQOGİKA (ID - 32639)

[yun. paidogogike] Tərbiyə, təlim və tədrisin forma və metodlarını öyrənən elm.

PEDAQOJİ (ID - 32640)

sif. 1. Pedaqoqla əlaqədar olan, pedaqoqla bağlı olan. Pedaqoji şura. Pedaqoji kadrlar. // Pedaqoqlar, müəllimlər hazırlamaqla məşğul olan. Pedaqoji texnikum. Pedaqoji institut. Pedaqogika ilə əlaqədar olan, pedaqogika ilə bağlı olan....

PEDAQOQ (ID - 32641)

[yun. paidogogos] Sənəti müəllimlik və tərbiyəçilikdən ibarət olan adam, pedaqogika sahəsində mütəxəssis. Yusif bəy həqiqi pedaqoq idi. O, mənim bu pyesimi [“Hacı Daşdəmir” ] bir növ dil ilə mənə qaytardı ki, mən nə ondan...

PEDAQOQLUQ (ID - 32642)

is. Pedaqoqun işi; müəllimlik, tərbiyəçilik.

PEDAL (ID - 32643)

[fr. pedale - ayaq] Müxtəlif maşınlarda, musiqi alətlərində və s.-də ayaq manivelası. Velosipedinpedalı. Royalınpedalı.
[Maşinist] qarşısındakı dəstəkləri və ayaqlarının altındakı pedalları çox məharətlə işlədirdi....

PEDANT (ID - 32644)

[ital.] Xırda və formal tələblərin yerinə yetirilməsinə həddindən (lüzumundan) artıq fikir verən adam; xırdaçı, hərf güdən. Peduntın biridir.

PEDANTIZM (ID - 32645)

[ital.] Həddindən artıq formalizm (rəsmiyyətçilik); ifrat xırdaçılıq.

PEDANTLIQ (ID - 32646)

is. Hər şeydə həddindən artıq xırdaçılıq göstərmə; pedantizm.

PEDI (ID - 32647)

is. Cənubi Afrikada yaşayan xalqlardan biri.

PEDIÄTR (ID - 32648)

[yun.] Uşaq xəstəlikləri - pediatriya mütəxəssisi olan həkim; uşaq həkimi.

PEDİATRlYA (ID - 32649)

[yun. paidos - uşaq və iatreia - müalicə] Tibbin, uşaq xəstəliklərindən, onların müalicəsindən və qarşısını almaq üsullarından bəhs edən şöbəsi.

PEDİKÜR (ID - 32650)

[fr. pedicure, əsli lat. pedis ayaq və curare - qayğısına qalmaq] Ayaq dımaqlarının təmizlənməsi, cilalandırılması və ayaqlardakı döyənəklərin rədd edilməsi.

PEDİKÜRÇÜ (ID - 32651)

is. Pedikürlə məşğul olan qadın (qız).

PEDİNSTİTUT (ID - 32652)

is. Pedaqoji institut (orta məktəb müəllimləri hazırlayan ali məktəb).

PEDMƏKTƏB (ID - 32653)

is. Pedaqoji məktəb (ibtidai məktəb müəllimləri və uşaq bağçası tərbiyəçiləri hazırlayan orta məktəb).

PEDSOVET (ID - 32654)

is. Pedaqoji şura (məktəb müəllimlərinin, təhsil və inzibati məsələləri həll etmək səlahiyyəti olan iclası).

PEMZA (ID - 32655)

[ing. əsli lat.] Süngər daşı.

PENCƏK (ID - 32656)

[ing.] Kişi kostyumunun açıq, qatlanan yaxalığı və düymələnən ətəkləri olan hissəsi. Osmanla Səlim tanınmaz olmuşdu. Onların başında furajka var idi. Pencəklərinin düymələri və toqqaları parıldayırdı. İ.Şıxlı.

PENCƏKLI (ID - 32657)

sif Pencək geymiş, əynində pencəyi olan. Pencəkli oğlan.

PENCƏK-ŞALVAR (ID - 32658)

is. Pencək və şalvardan ibarət geyim komplekti; kostyum. Pencək-şalvar tikdirmək.

PENCƏR (ID - 32659)

is. Müxtəlif yeməli yabanı otların (əməköməci, gicitkən, cincilim və s.) ümumi adı. [Nabat Firəngizə:] Böyük olanda nə olar, bıçağı götür, kətənin pencərini doğra. Bayramov. Güləsər taxılın içində pencər yığan qızlardan...

PENCƏRLİK (ID - 32660)

is. Çoxlu pencər bitmiş sahə, yer. Pencərlikdən pencər yığmaq.

PENDİR (ID - 32661)

is. Maya vurulmuş süddən xüsusi surətdə hazırlanan bərk və ya yarıbərk kütlə şəklində qida məhsulu. Motalpendiri. - Arvadların bir qismi.. südü mayalayıb pendir tuturdu. İ.Əfəndiyev.

PENİSİLLİN (ID - 32662)

[lat.] əcz. Kif göbələklərinin bəzi növlərindən alınan müalicə preparatı; antibiotik.

PENNİ (ID - 32663)

is. Xırda fin pulu.

PENSİYA (ID - 32664)

PENSİYAÇİ (ID - 32665)

is. Pensiya alan adam.

PENSNE (ID - 32666)

[fr.] Yay vasitəsilə burunun üstünə taxılan gözlük (eynək). Sallaqbığlı, irigövdəli rəis pensnesini gözündən çıxarıb, təəccüblə Xəlil mirzəyə baxdı. Q.İlkin.

PENSNELI (ID - 32667)

sif Gözündə pensne olan, pensne taxmış. [Roza ilə Şeyda görüşdüyü halda] şıq geyimlipensneli Əşrəf daxil olur. H.Cavid.

PENYA (ID - 32668)

is. [lat.] Borclu tərəf öhdəsinə düşən haqqı vaxtında vermədikdə ödəməli olduğu əlavə haqq.

PERIFERIYA (ID - 32669)

is. [yun.] 1. Əyalət, ətraf.
sif anat. Ətraf üzvlər.
is. riy. Çevrənin, fiqurun sərhədi.

PERIGEY (ID - 32670)

[yun. peri - ətraf və ge - yer]
astr. Günəş orbitinin Yerə ən yaxın nöqtəsi.

PERIKMƏK (ID - 32671)

f Diksinmək, hövllənmək.

PERIMETR (ID - 32672)

[yun. perimetros] riyaz. Yastı həndəsi fiqurun bütün tərəflərinin uzunluğunun cəmi.

PERISKOP (ID - 32673)

[yun. periskopeo - ətrafa baxıram] Örtülü yerdən, sualtı qayıqdan və s.-dən müşahidə aparmaq üçün optik cihaz. Sualtı qayığın periskopu.

PERITONIT (ID - 32674)

[yun.] tib. Qarın boşluğu divarlarını və üzvlərini örtən seroz qişasının iltihabı.

PERQAMENT (ID - 32675)

[Kiçik Asiyada qədim Perqama şəhərinin adından] 1. Kağız icad olunana qədər üstündə yazı yazmaq üçün istifadə olunan xüsusi surətdə işlənmiş heyvan dərisi.
Həmin material üzərində yazılmış qədim əlyazması. [Peterburq...

PERMANENT (ID - 32676)

sif. [lat.] Arası kəsilmədən davam edən, daimi. Permanent inqilab. Permanent inkişaf

Bu səhifə 141 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif