Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

PASAQ (ID - 32527)

is. dan. Çirk, kir, his. Pasağını yumaq.

PASAQLI (ID - 32528)

sif dan. Çirkli, kirli, hisli. Pasaqlı paltar.

PASXA (ID - 32529)

[qəd. yəh. pesah - keçmə] 1. Xristianlığın əfsanəvi banisi sayılan İsanın “dirilməsinə” həsr olunmuş xristian yaz bayramı.
2. Xristianlarda həmin bayram münasibətilə bişirilən dördüzlü kiçik piramida şəklində kəsmikli...

PASİBAN (ID - 32530)

is. [fars.] klas. 1. Qarovulçu, qoruyucu, keşikçi, nəzarətçi. Vardı Bozlar adında bir köpəyi; Qoyunun pasibanı, həm köməyi. S.Ə.Şirvani. Bağçanın və sarayın ətrafında dolaşan pasibanların səslərindən başqa bir səs yox idi....

PASİBANLIQ (ID - 32531)

is. köhn. 1. Pasibanın işi, vəzifəsi; qarovulçuluq. Şəhər yatmışdı. Təkbir şəhər pasibanlığı edən xoruzlar bir-birlərinə oyaq olduqlarını xəbər verirdilər. Ə.Haqverdiyev.
2. Himayəçilik, hamilik.

PASİBANSIZ (ID - 32532)

sif köhn. Pasibanı olmayan (bax pasiban). Üç nəfər fələkzədəpasibansız dünya üzündə qaldı. C.Cabbarlı.

PASİFİST (ID - 32533)

[lat.] Pasifizm tərəfdarı.

PASİFİZM (ID - 32534)

[lat. pacificus - sakitləşdirən] Hər cür müharibəni, o cümlədən milli azadlıq, inqilabi və b. ədalətli müharibələri inkar edən və əbədi sülhü kapitalizm münasibətlərinin mövcudiyyəti ilə bağlayan siyasi cərəyan.

PASKVİL (ID - 32535)

is. [alm.] Təhqiredici, böhtançı əsər.

PASLANDIRMA (ID - 32536)

“Paslandırmaq” dan f.is.

PASLANDIRMAQ (ID - 32537)

f Bir şeyin pas atmasına, paslanmasına səbəb olmaq. Yağış dəmiri paslandırdı.

PASLANMA (ID - 32538)

“Paslanmaq” dan f.is.

PASLANMAQ (ID - 32539)

f Dəmir şeylərin üzərində pas əmələ gəlmək. [Ümid] açıq havada pas lanmağa başlayan bir “Universal” a yaxınlaşıb baxdı. B.Bayramov.

PASLANMIŞ (ID - 32540)

f.sif. Pas atmış, üstünü pas basmış, pasla örtülmüş; paslı. Paslanmış qıfıl. Paslanmış bıçaq. - O gündən şair ilə Afaq bağçalarını paslanmış nizə, qalxan və qılınc parçalarından təmizlədilər.. Ə.Məmmədxanlı.

PASLATMA (ID - 32541)

“Paslatmaq” dan f.is.

PASLATMAQ (ID - 32542)

b a x paslandırmaq.

PASLI (ID - 32543)

sif Pası olan, pas atmış; paxırlı, cəngli. Paslı qazan. - Tez-gec qırılacaqpaslı zəncirlər; Al geyib doğacaq azad bir səhər. S.Vurğun. [Otaqda] ağzından yumruq irilikdə paslı qıfil asılmış sandıq, sandığın üstündə bir cüt...

PASLILIQ (ID - 32544)

is. Paslı şeyin hal və keyfiyyəti.

PASPORT (ID - 32545)

[fr.] 1. Sahibinin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd. Xarici pasport.
2. Hər hansı bir maşın, avadanlıq, qurğu, təsərrüfat aləti və s. haqqında əsas məlumatlar yazılmış qeyd şəhadətnaməsi. Avtomaşının...

PASPORTÇU (ID - 32546)

is. Pasportları qeyd edən işçi. Pasportçunun qəbul saatları. Pasportu pasportçuya vermək.

PASPORTLAŞDIRILMA (ID - 32547)

f.is. Pasport sistemi tətbiq edilmə, pasport verilmə, bir şey üçün pasport tərtib edilmə. Əhalinin pasportlaşdırılması. Avadanlığın pasportlaşdırılması.

PASSAT (ID - 32548)

is. [alm.] Şimal və cənub yarımkürələrində tropiklər və ekvator arasındakı sahələrdə əsən daimi şimal-şərq küləyi. Passatlar avropalılara hələ Kolumbun birinci ekspedisiyasından məlum idi.

PASSİV1 (ID - 32549)

[lat. passivus - fəaliyyətsiz] mal. Müəssisənin borc və təəhhüdlərinin məcmusu (aktiv2 əksi).

PASSİV2 (ID - 32550)

[lat.] 1. sif. Qeyri-fəal, laqeyd. Passiv münasibət. Passiv mübarizə. Passiv rol. Passiv müşahidə.
2. qram. Feilin məchul forması.
□ Passiv seçki hüququ - vətəndaşların nümayəndəli dövlət orqanlarına seçilmək hüququ.

PASSİVLƏŞMƏ (ID - 32551)

“Passivləşmək” dən f.is.

PASSİVLƏŞMƏK (ID - 32552)

f. Passiv olmaq, fəaliyyətsizləşmək, getdikcə fəaliyyətsiz olmaq, fəaliyyətdən düşmək.

PASSİVLİK (ID - 32553)

is. Fəaliyyətsizlik, laqeydlik, hərəkətsizlik. [Həsən] nöqsanları boynuna alır, üzvlərin kömək etmədiyindən, passivliyindən şikayətlənir. Mir Cəlal.

PASTA (ID - 32554)

[ital.] Kosmetikada, kulinariyada, təbabətdə və s.-də işlədilən müxtəlif xəmirəoxşar özlü maddələrin adı. Diş pastası. Tomat pastası. - Xəlil.. əvvəlcə hazırladığı konfet, meyvə və pastaları masanın üzərinə düzdü....

PASTEL (ID - 32555)

is. [fr.] 1. Boya, tabaşir və birləşdirici maddədən düzəldilən müxtəlif rəngli yumşaq qələmlər.
2. Bu qələmlərlə yaradılan sənət əsərləri.

PASTERİZƏ (ID - 32556)

[fransız bakterioloqu Lui Pasterin adından] Yeyinti məhsullarının 100 dərəcədən yuxarı olmamaq şərtilə qızdırılması (bu halda zərərli mikroorqanizmlər məhv olur, ancaq məhsulun dadı, vitaminlər və s. saxlanılır). □ Pasterizə...

PASTOR (ID - 32557)

[alm. Pastor, əsli lat.] Protestant keşişi.

PASTORAL (ID - 32558)

[fr. pastorale; lat. pastoralis çobansayağı] 1. XIV-XVIII əsrlər Avropa ədəbiyyatında və incəsənətində çobanların təbiət ağuşunda həyatını idillik şəkildə təsvir edən janr, habelə həmin janrda əsər. Renessans dövründə...

PAŞA (ID - 32559)

is. köhn. Keçmiş sultan Türkiyəsində, Misirdə və bəzi başqa müsəlman Şərq ölkələrində ali əsgəri vəzifə tutan şəxslərə və mülki məmurlara verilən fəxri ünvan, titul və belə titulu olan şəxs. Hələb paşasının adamları...

PAŞTET (ID - 32560)

[alm.] Ovulub pasta halına salınmış ət, balıq və s.-dən ibarət yemək.

PAT (ID - 32561)

[fr.] Şahmat oyununda: növbəti gediş zamanı şahı zərbə altına qoymaq təhlükəsinin əmələ gəldiyi və oyunun heç-heçə qurtardığı vəziyyət.

PATAVA (ID - 32562)

məh. bax dolaq 1-ci mənada. [Musa] yoğun baldırlarına boz patava dolaq, iri ayaqlarına qıvrıq çarıq geyərdi. B.Bayramov.

PATAVALI (ID - 32563)

b ax dolaqlı. Malikmotalpapaqlı, patavalı .. kəndliləri uzaqdan süzüb, qeyri-adi həyəcan içində olduqlarını anladı. M.İbrahimov.

PATEFON (ID - 32564)

[fransız firmasının adı Pate və yun. fon] Xüsusi vallara yazılmış səsi təkrarlayan musiqi cihazı. [fruzə] ..quş kimi yüngül bir hərəkətlə qalxıb, balaca yeşiyin üstündəki patefona bir val qoydu. İ.Əfəndiyev.

PATENT (ID - 32565)

[lat. patentis - açıq, aydın] 1. İxtiraçının ixtirasını təsdiq edən şəhadətnamə, sənəd.
2. Alver, sənət və s. ilə məşğul olmaq hüququ verən şəhadətnamə. // Hər hansı hüququ, səlahiyyəti və s.-ni təsdiq edən şəhadətnamə....

PATENTLƏMƏ (ID - 32566)

"Patentləmək” dən f.is.

PATENTLƏMƏK (ID - 32567)

f Bir iş haqqında patent vermək və ya patent almaq, onu patentlə birisinə aid etmək. Ixtiranı patentləmək.

PATENTLİ (ID - 32568)

sif Patenti olan. Patentli dərmanlar.

PATENTSİZ (ID - 32569)

sif Patenti olmayan, patentlə birisinə aid edilməmiş. // Zərf mənasında. Patenti olmadan.

PATILTI (ID - 32570)

bax tappıltı. [Azad] koridorda ayaq patıltısı eşidincə tez ayağa qalxıb qapı tərəfə gedir. A.Şaiq.

PATİSSON (ID - 32571)

is. [fr.] Ağ qabaq növlərindən biri.

PATKA (ID - 32572)

[rus.] Tam şəkərləşməmiş nişastadan ibarət şirin qatı maddə. Çuğundur patkası.

PATOGENEZ (ID - 32573)

is. [yun.] İnsan və heyvan orqanizmlərindəki xəstəlik proseslərinin gedişində ardıcıllıq.

PATOLOGİYA (ID - 32574)

[yun. pathos - xəstəlik və logos - elm] 1. İnsan və heyvan orqanizmlərindəki xəstəlik proseslərini və onların halını öyrənən elm.
2. məc. kit. Normadan kənara çıxma, qeyrinormallıq.

PATOLOJİ (ID - 32575)

sif [yun.] 1. Patologiyaya aid olan, patologiya ilə əlaqədar olan. Patoloji anatomiya. Patoloji fiziologiya.
2. məc. kit. Qeyri-normal, normadankənar, xəstə. Patoloji hadisə.

PATOLOQ (ID - 32576)

[yun.] Patologiya mütəxəssisi.

Bu səhifə 168 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla