Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

PƏRGARLAMA (ID - 32827)

"Pərgarlamaq” dan f.is.

PƏRGARLAMAQ (ID - 32828)

f. Nizam-intizam yaratmaq, qaydaya, səliqəyə salmaq; sahmanlamaq. Sabahdan etibarən öz evlərini lazımınca pərgarlarsan. M.S.Ordubadi.
□ Qurşağının altını pərgarlamaq - qarnını doydurmaq, yaxşıca yeyib doymaq. [Xəlil:] Qurşağın...

PƏRGARLAŞMA (ID - 32829)

“Pərgarlaşmaq” dan f.is.

PƏRGARLAŞMAQ (ID - 32830)

f. Ustalaşmaq, mahirləşmək, bişmək, məharət qazanmaq. Işdə pərgarlaşmaq. - Və o gündən .. zenit topları düşmən tanklarını yandırmaqda pərgarlaşmağa başladı. Ə.Əbülhəsən.

PƏRGARLIQ (ID - 32831)

is. Ustalıq, mahirlik, bacarıq, məharət.

PƏRİ (ID - 32832)

is. [fars.] 1. Əsatirdə: cinlərin çox gözəl və cazibəli qadın şəklində təsəvvür olunan qismi.
2. məc. Çox gözəl, məsum, xoşxasiyyət qadın və ya qız haqqında. Başına döndüyüm, ay qəşəng pəri; Adətdir, dərərlər...

PƏRİCAMAL (ID - 32833)

[fars. pəri və ər. cəmal] bax pəriüz(lü). Yüz vədeyi-vüsal eləsin ol pəricamal; Nərgis gəlib görünməsinin ehtimalı yox. S.Ə.Şirvani.

PƏRİÇÖHRƏ (ID - 32834)

[fars.] bax pəriüz(lü). Bu pəriçöhrələr eşqində gözəldir, Vahid! Qəzəli sən deyəsən, mən oxuyam əzbərdən. Ə.Vahid.

PƏRİSİMA (ID - 32835)

[fars. pəri və ər. sima] bax pəriüz(lü). Ey pərisima, sənin didarının müştaqiyəm. M.P.Vaqif.

PƏRİSURƏT (ID - 32836)

[fars. pəri və ər. surət] bax pəriüz(lü).

PƏRİŞAN (ID - 32837)

sif. və zərf [fars.] 1. Dağınıq, qatma-qarış, nizamsız. Ağarmış saçları çiyninə tökülmüş, pərişan saqqallı bir qoca.. dar küçə iləgedirdi. Çəmənzəminli. ..Səlim [Mehribanın] tərləmiş üzünə tökülmüş pərişan saçlarını...

PƏRİŞANLIQ (ID - 32838)

is. 1. Dağınıqlıq, qatmaqarışıqlıq, nizamsızlıq. Pərişanlıq zülfün öz qaydasıdır; Nə badi-səbadən, nə şanədəndir. M.P.Vaqif.
2. Qəmlilik, kədərlilik, qüssəlilik, məyusluq. Çünki var idi bizdə nadanlıq; Bizə üz verdi...

PƏRİÜZ(LÜ) (ID - 32839)

sif. şair. Pəriyə oxşayan, pəri kimi gözəl (gözəlin epitetlərindən biri).

PƏRİZAD(Ə) (ID - 32840)

is. [fars.] Folklorda və şeirdə gözəlin epitetlərindən biri. Adam gərək görsün həqqi aradə; Hanı sənin kimi birpərizadə. M.P.Vaqif.

PƏRQU (ID - 32841)

is. [fars.] 1. Qu quşunun yumşaq tükü. Şiraslan üst-başı lələk, pərqu içində özünü içəriyə soxdu. M.Süleymanov.
2. İçində pərqu olan. Pərqu balış. - Sən ki pərqu yorğan-döşəyə uzanan kimi qarın içinə uzanıbsan!...

PƏRLİ (ID - 32842)

sif 1. Pər (3-cü mənada) olan. Balığın pərli üzgəci.
2. Pər (4-cü mənada) olan. Pərli çarx.

PƏRLİ-BUDAQLI (ID - 32843)

dan. bax qollu-budaqlı. ..Pərli-budaqlı buynuzunu şax tutub yeriyən maral onu görən kimi yaxınlaşıb əlini iylədi. İ.Şıxlı.

PƏRPƏRƏNG, PƏRPƏTÖYÜN (ID - 32844)

is. bot. Yumşaq, ətli yarpaqları və incə çiçəkləri olan, yerə yatıq, bişirilib yeyilən yabanı ot-bitki.

PƏRPUÇ (ID - 32845)

is. [fars.] köhn. Yox etmə, ləğv etmə, məhv etmə. Məktəbdə qoyun ustulu, dasqanı, - deyirlər; Pərpuç eləyin çubifələqqanı, - deyirlər... M.Ə.Sabir.

PƏRSƏNG (ID - 32846)

is. [fars. parə səng - daş parçası] 1. Tərəzinin gözlərini tarazlaşdırmaq üçün qoyulan daş və s. Boş tərəzinin gözləri bir-birilə taraz gəlmədi. [Kosa] daşı götürdü, pərsəng atdı, qıraqları çürümüş çanaqları birtəhər...

PƏRŞUM (ID - 32847)

is. k.t. Təkrar şum, ikinci şum.

PƏRŞUMLAMA (ID - 32848)

"Pərşumlamaq” dan f.is.

PƏRŞUMLAMAQ (ID - 32849)

f k.t. Pərşum etmək, ikinci dəfə şumlamaq, təkrar şumlamaq.

PƏRT (ID - 32850)

sif Əhvalı pozğun, tutqun, pərişan, bir şeydən inciyərək pozulmuş, məyus olmuş, incimiş; incik. Qüdrət İsmayılzadə .. evinə çox pərt (z.) qayıtmışdı. M.Hüseyn. Rüstəm kişi acıqlı, pərt və fikirli idi. M.İbrahimov. □...

PƏRTLƏŞMƏ (ID - 32851)

“Pərtləşmək” dən f.is.

PƏRTLƏŞMƏK (ID - 32852)

PƏRTLİK (ID - 32853)

is. Pərt olmuş adamın halı; məyusluq, inciklik, qanıqaralıq. Rəhimbəy [oğlunun] pərtliyini yalnız neçə gündən bəri saxladığı küsü ilə izah edirdi. M.Hüseyn. Sübhanverdizadənin pərtliyi get-gedə artırdı. S.Rəhimov.

PƏRTÖV1 (ID - 32854)

is. [fars.] klas. İşıq, nur, ziya, şüa, parlaqlıq. Xurşid rüxündən aldı pərtöv. Füzuli.

PƏRTÖV2 (ID - 32855)

sif. [fars.] Səliqəsiz, nizamsız, laqeyd. // Narahat; rahatlıq, sakitlik, dinclik bilməyən, daim çalışıb-çapalayan.
□ Ağızdan pərtöv - b a x ağzıpərtöv. [Misir] ağızdan pərtöv, küsəyən idi.. Ə.Vəliyev.

PƏRTÖVLÜK (ID - 32856)

is. Səliqəsizlik, nizamsızlıq; laqeydlik. // Narazılıq, rahatsızlıq; sakitlik, dinclik bilməmə, daim çalışıb-çapalama.

PƏRVANƏ (ID - 32857)

is. [fars.] 1. Adətən işığın ətrafına dolaşan kiçik gecə kəpənəyi. Məndən öyrənibdir oda yanmağı; Düşəndə xəbər al pərvanələrdən. Q.Zakir. [Ərəstu:] Pərvanə vurğundur işığa, nura. A.Şaiq. // Ümumiyyətlə, kəpənək.
2....

PƏRVAZ (ID - 32858)

is. [fars.]: pərvaz etmək - b ax pərvazlanmaq. Sürü yaxınlaşdıqca çöldəki quşlar qalxıb uçuşur, sonra oturur, yenə sürü yaxınlaşanda havaya pərvaz edirdilər. T.Ş.Simurq; // məc. uçmaq, şadlanmaq, ruhlanmaq, qanadlanmaq (adətən...

PƏRVAZLAMA (ID - 32859)

“Pərvazlamaq” dan f.is.

PƏRVAZLAMAQ (ID - 32860)

f 1. Uçurmaq. Quşu pərvazlamaq.
2. məc. Ruhlandırmaq, qanadlandırmaq. Bu sayaq unudub ağır möhnəti; Rəna pərvazladı ilk məhəbbəti. M.Rahim.

PƏRVAZLANMA (ID - 32861)

“Pərvazlanmaq” dan f.is.

PƏRVAZLANMAQ (ID - 32862)

f 1. Uçmaq. Göyərçinlər pərvazlanır; Qərar tutmur yuvada. S.Rüstəm. Yalnız arabir su üzərində dəstə ilə uçuşan və təkdənbir suyun səthinə qədər enib, yenə də sürətlə havaya pərvazlanan (f.sif.) quşlar görünürdü. M.Hüseyn....

PƏRVAZLAŞMA (ID - 32863)

“Pərvazlaşmaq” dan f.is.

PƏRVAZLAŞMAQ (ID - 32864)

f Pərvazlanmağa başlamaq, yenicə qanad açmaq. [Uşaqlar] hərdən əllərini quma verib dırmaşanda yeni pərvazlaşan (f.sif.) bala kəkliyə oxşayırdılar. Mir Cəlal.

PƏRVƏRDİGAR (ID - 32865)

is. [fars.] Allah, Tanrı. Kamalında, camalında eyib yox; Pərvərdigar vermiş hər hünər sənə. M.P.Vaqif. // Pərvərdigara şəklində - Ay Allah! Tanrım! (Allaha xitab).

PƏRVƏRİŞ (ID - 32866)

is. [fars.] Bəsləmə, yediribiçirmə, qulluq etmə, yetişdirmə, qulluq, tərbiyə. Üç körpə uşağın pərvəriş, təlim və tərbiyəsi anam Dürnisənin öhdəsinə düşür. S.S.Axundov. □ Pərvəriş tapmaq (etmək) böyümək, inkişaf...

PƏRVİN (ID - 32867)

is. [fars.] Ülkər, Yeddiqardaş ulduzu; Sürəyya. Bizim palıdlarımız kəmənd atır Pərvinə; Ay da, ulduz da düşər palıdın kəməndinə. Şəhriyar.
PƏS1 dan. bax bəs2. Camaat yerbəyerdən dərvişi alqışlayıb deyirdilər: - Pəs...

PƏSAB (ID - 32868)

is. [fars.] Alçaq keyfiyyətli sirkə, şərab və s.

PƏSDƏN (ID - 32869)

zərf Alçaq səslə, aşağı səslə; alçaqdan, yavaşcadan. O xımır-xımır pəsdən oxuyan kim idi? - deyə soruşdu. A.Şaiq. Nəsimin laylayıdır, yoxsa neyin naləsidir; Dinləpəsdən, ya da zildən niyə nalan gəldi? Şəhriyar.

PƏSƏND (ID - 32870)

PƏSXAN (ID - 32871)

is. [fars.] Aşağı səsdə oxuyan, bəmdə oxuyan xanəndə. [S.Şuşinski] həm bəm səsdə (pəsxan), həm orta səsdə (miyanəxan), həm də zildə (zilxan) məharətlə oxuyur. (Qəzetlərdən).

PƏSMƏNDƏ (ID - 32872)

sif. [fars. pəsmandə] dan. Yatıb qalmış, satılmayan, işə getməyən, artıq qalan. Nemətullayevin rəhbərliyi altında rayona gələn mallar bölünə-bölünə davam edər və dükanların qəfəsələrinə pəsməndə mallar gəlib çıxardı....

PƏST (ID - 32873)

is. [fars.] köhn. 1. Alçaq (hündür, uca, yüksək olmayan).
2. mus. Aşağı registrdə yavaş səslə oxumaq; bəm. Pəstdən oxumaq.

PƏSTƏHA (ID - 32874)

is. [fars.] 1. Hissə, detal. Maşının pəstəhası.
2. məc. Fırıldaq, hiylə, kələk, hoqqa. [Niyaz:] Di yaxşı, şələni götür, düş yola, səndən çoxpəstəhalar çıxacaq. Ə.Haqverdiyev. [Hacı Fərəc:] Gəlsin görək qaraçı oğlu...

PƏŞƏNG (ID - 32875)

is. köhn. 1. Üzüm salxımı.
2. Tumluq üçün saxlanan tərəvəz bitkisi.

PƏTƏ (ID - 32876)

is. Bir şey almağa hüquq verən vərəqəcik. Benzin pətəsi. - Bir gün anam yüklərin hesabını saxlamaq üçün ona pətə verdikdə, o, anamın əlini tutdu. C.Cabbarlı.

Bu səhifə 113 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla