İzahlı lüğət

PƏRVƏRİŞ

is. [fars.] Bəsləmə, yediribiçirmə, qulluq etmə, yetişdirmə, qulluq, tərbiyə. Üç körpə uşağın pərvəriş, təlim və tərbiyəsi anam Dürnisənin öhdəsinə düşür. S.S.Axundov. □ Pərvəriş tapmaq (etmək) böyümək, inkişaf etmək, yetişmək. ..Hər bir bakteri və mikrob süddə yaxşı pərvəriş edir, onun içinə düşüb xəstəliyə səbəb olurlar. H.Zərdabi. Dağların başında, təmiz havada pərvəriş tapan qız o qədər böyümüş və gözəlləşmişdi ki, gərək iki göz olub ona tamaşa eləyəydi. E.Sultanov. Pərvəriş vermək - böyütmək, bəsləmək, bəsləyib-böyütmək, yetişdirmək, tərbiyə vermək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......