İzahlı lüğət

PƏRVANƏ

is. [fars.] 1. Adətən işığın ətrafına dolaşan kiçik gecə kəpənəyi. Məndən öyrənibdir oda yanmağı; Düşəndə xəbər al pərvanələrdən. Q.Zakir. [Ərəstu:] Pərvanə vurğundur işığa, nura. A.Şaiq. // Ümumiyyətlə, kəpənək.
2. B ax pər 4-cü mənada. NövbəKamala yetişəndə o, əlindəki modelin pərvanəsini buraxdı.. M.Rzaquluzadə.
□ Pərvanə kimi (tək) başına fırlanmaq (dolanmaq) - həddindən artıq sevmək, istəmək, mehribanlıq göstərmək, nəvaziş etmək, nazlamaq, əzizləmək. Günəş, Arazın ciyərlərini sağaltmaq üçün onun başına pərvanə kimi dolanır. A.Şaiq. Vaxt məni pərvanətək başına dolandırır; Dünən qanmadığımı bu gün mənə qandırır. B.Vahabzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

PAT

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed