Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

GÖVDƏLİ (ID - 15328)

sif 1. Iri, böyük, nəhəng; gövdəsi çox inkişaf etmiş. Gövdəlipalıd. - Hündür, gövdəli çinarların yarpaqları tozdan qabıq bağlamış və bozarmışdı. M.Ibrahimov. Böyük bir maraqla de baxmısanmı; Sığınıb gövdəli şax budaqlara....

GÖVDƏSİZ (ID - 15329)

sif. Bədəndən ayrılmış, bədənsiz. O yanda qanlı gövdə; Bu yanda gövdəsiz baş. Ə.Cavad.

GÖVHƏR (ID - 15330)

is. [fars.] 1. Qiymətli daş, cavahir. Yerə düşməklə gövhər qiymətdən düşməz. (Ata. sözü). Gövhər də çatlayıb üzülər tamam; Sərrafdan almasa düz qiymətini... B.Vahabzadə. //məc. Parıldayan, işıq mənbəyi olan şeyə təşbeh....

GÖVŞƏK (ID - 15331)

1. B ax gövşəyən 1-ci mənada. Gövşək heyvanlar.
2. is. Heyvanlarda: ağız. [Dəvə] çörəyi yerdən götürdü; Yavaş-yavaş gövşəyinə gətirdi. Q.Zakir. □ Gövşək çalmaq (vurmaq)
b a x gövşəmək. Qoyun gövşək vurur....

GÖVŞƏMƏ (ID - 15332)

“Gövşəmək” dən f.is. [Qoca:] O yanda malın gövşəməsi, ilxının oxrantısı qulağıma gəlmir. A.Divanbəyoğlu.

GÖVŞƏMƏK (ID - 15333)

f Yemi mədədən qaytararaq yenidən ağızda çeynəmək (gövşəyən heyvanlar haqqında). Orada-burada xoruz banlayır, inəklər, öküzlər gövşəyirdi. S.Rəhman. Dəvələr ahəstə-ahəstə gövşəyirdilər. İ.Əfəndiyev.

GÖVŞƏN (ID - 15334)

bax gövşək. □ Gövşən çalmaq - gövşəmək. Hava sakit, kənd səssiz olanda qoyunların öskürtüsü, inəklərin gövşən çalması eşidilirdi. Ə.Vəliyev.

GÖVŞƏŞMƏ (ID - 15335)

“Gövşəşmək” dən f.is.

GÖVŞƏŞMƏK (ID - 15336)

qarş. Gövşəmək, gövşək çalmaq, gövşək gətirmək (çox heyvanlar haqqında). Öküzlər gövşəşir.

GÖVŞƏYƏN (ID - 15337)

sif. zool. 1. Yemi gövşəməklə ikinci mədədə həzm edən. Gövşəyən heyvanlar.
2. Cəm şəklində: gövşəyənlər - yemi bu cür həzm edən dırnaqlı heyvanlar yarımdəstəsi.

GÖY1 (ID - 15338)

is. 1. Yer üzünün üzərində mavi bir qübbə kimi görünən fəza, boşluq. Göydə buludlar üzür. Göydə ulduzlar sayrışır. Bu vaxt göydə bulud göründü. // Yer üzünü əhatə edən kainat boşluğu; ənginlik, hava.
Bu halda...

GÖY2 (ID - 15339)

sif 1. Səma rəngi; mavi. Göy rəng. // Bu rəngdə olan. Göy parça. - Məhərrəmliyin dördüncü günü göy çarıqlı .. nabələd bir axund Naxçıvan şəhərinin Bazar küçəsində gəzirdi. Qantəmir.
2. Zərbə, bərk bir şeyə toxunma...

GÖY3 (ID - 15340)

1. sif. Yaşıl. Göy meşə. Göy çəmən. Göy göyərçin. - Seyrə çıxar uşaqlar; Göy çəməndə oynaşar. A.Səhhət. [Dərviş:] ..Göy ot döşəyim, qara daş yastığım, enli yarpaqlar yorğanım idi! A.Divanbəyoğlu. Budur Azərbaycan...

GÖY4 (ID - 15341)

sif. dan. Simic, xəsis. Göy adam.
Yüz il əlində çıraq axtarsa Polad kimi göyü tapılmaz. A.Şaiq. Evin kişisi nə qədər rəhmdil idisə, arvadı bir o qədər qılıqsız və göy idi. Ə.Vəliyev.

GÖY5 (ID - 15342)

is. Kürəkən, ata üçün qızın əri.

GÖYCƏÇİÇƏK (ID - 15343)

is. bot. Lələkvari yarpaqları və göy çiçəkləri olan çoxillik ot bitkisi.

GÖYCƏQARĞA (ID - 15344)

is. zool. Alaqarğadan kiçik oxuyan quş. Sarı bülbüllər, torağaylar, göycəqarğalar, .. ənlikli bülbüllər hərəsi bir cür səslə oxuyub səs-səsə verirlər. E.Sultanov.

GÖYÇƏK (ID - 15345)

sif. Gözəl, qəşəng. Göyçək qız. Göyçək gəlin. - 0ah cavan və göyçək oğlan idi. M.F.Axundzadə. [Asya:] Batmış nə göyçək oğlandır. U.Hacıbəyov. Nərminə göyçək idi. Qaraxallı, girdə çəhrayı sifətindən təbəssüm...

GÖYÇƏKCƏ (ID - 15346)

sif. Çox göyçək, çox qəşəng, olduqca gözəl. Göyçəkcə bir uşaq.

GÖYÇƏKLƏNDİRMƏ (ID - 15347)

“Göyçəkləndirmək” dən f.is.

GÖYÇƏKLƏNDİRMƏK (ID - 15348)

bax göyçəkləşdirmək.

GÖYÇƏKLƏNMƏ (ID - 15349)

“Göyçəklənmək” dən f.vs.

GÖYÇƏKLƏNMƏK (ID - 15350)

1. f. Göyçək olmaq, gözəl olmaq; gözəlləşmək.
qayıd. Özünə gözəllik vermək.

GÖYÇƏKLƏŞDİRİLMƏ (ID - 15351)

“Göyçəkləşdirilmək” dən f.is.

GÖYÇƏKLƏŞDİRİLMƏK (ID - 15352)

məch. Göyçək edilmək, gözəlləşdirilmək, qəşəngləşdirilmək.

GÖYÇƏKLƏŞDİRMƏ (ID - 15353)

“Göyçəkləşdirmək” dən f.is.

GÖYÇƏKLƏŞDİRMƏK (ID - 15354)

f Qəşəngləşdirmək, gözəlləşdirmək. [Nazlı:] Yaxşı deyirlərmiş ki, xoş gün adamı göyçəkləşdirər. Ə.Əbülhəsən. // Göyçək göstərmək.

GÖYÇƏKLƏŞMƏ (ID - 15355)

“Göyçəkləşmək” dən

GÖYÇƏKLƏŞMƏK (ID - 15356)

f. Göyçək olmaq, qəşəngləşmək, gözəlləşmək.

GÖYÇƏKLİK (ID - 15357)

is. Göyçək şeyin halı; qəşənglik, gözəllik.

GÖY-DƏMİR (ID - 15358)

sif. Tünd kül rəngində olan, dərisi göy və üstündə ağ xalları olan (at haqqında). Göy-dəmir madyan.

GÖYDƏNDÜŞMƏ, GÖYDƏNDÜŞMÜŞ (ID - 15359)

f.sif. Təsadüfi, gözlənilməz, təsadüfən ələ düşmüş. [Soltan bəy:] Arvad əlimə göydəndüşmüş kimi olmuşdu. U.Hacıbəyov. Nanə Hünərin bu göydəndüşmə sualına cavab verməkdə çətinlik çəkdi. Mir Cəlal.

GÖYƏM (ID - 15360)

is. bot. Cır və peyvənd cinsləri, göy rəngli, turşməzə, ağızbüzüşdürücü meyvəsi olan kol-ağac. Göyəm ağacı. // Həmin meyvənin kolu, ağacı. Göyəm .. çox budaqlanan koldur və ya 3-4 metr hündürlükdə ağacdır. H.Qədirov....

GÖYƏMİ (ID - 15361)

sif. Göyəm rəngində, göy, tünd mavi. ..Allahqulunun göyəmi qanovuzdan tikdirib geydiyi təzə köynəyi altdan görünürdü. Ə.Əbülhəsən.

GÖYƏMLİK (ID - 15362)

is. Çoxlu göyəm ağacı bitən yer, göyəm kolluğu.

GÖYƏRÇİN (ID - 15363)

is 1. İri çinədanlı, göy-boz rəngli quş, əhliləşdirilmişləri çox vaxt ağ rəngdə olur. Məscidin damındakı göyərçinlər kəsik-kəsik uğuldayırdılar. M.Hüseyn. Kolun altından bir dəstə göyərçinpırıldayıb qalxdı. Ə.Vəliyev....

GÖYƏRÇİNİ (ID - 15364)

sif. Göy rəngə çalan, tündkülrəngi olan. Göyərçini ləkə.

GÖYƏRDİLMƏ1 (ID - 15365)

“Göyərdilmək^’dən f.is.

GÖYƏRDİLMƏ2 (ID - 15366)

"Göyərdilmək2

GÖYƏRDİLMƏ3 (ID - 15367)

"Göyərdilmək3

GÖYƏRDİLMƏK1 (ID - 15368)

məch. Göy edilmək, göy rəngə boyadılmaq.

GÖYƏRDİLMƏK2 (ID - 15369)

məch. Əkilib yetişdirilmək.

GÖYƏRDİLMƏK3 (ID - 15370)

məch. Yaşıl rəngə boyadılmaq, yaşıl edilmək.

GÖYƏRMƏ1 (ID - 15371)

“Göyərmək1

GÖYƏRMƏ2 (ID - 15372)

“Göyərmək2

GÖYƏRMƏ3 (ID - 15373)

"Göyərmək3

GÖYƏRMƏK1 (ID - 15374)

f 1. Göy rəng almaq, göy olmaq, göyləşmək, maviləşmək.
Zərbə və ya bərk şeyə toxunma nəticəsində bədənin bir yeri göy olmaq. Qolu göyərdi. - Qızın üzü-gözü, .. zərif dodaqları şişmiş, bir yerdən hətta göyərmişdi....

GÖYƏRMƏK2 (ID - 15375)

f 1. Bitmək, göyərməyə başlamaq, cücərmək. Arpa göyərdi. - Sünbül göyərir səbzə kimi güllərə qarşı. Q.Təbrizi. Dağlar, çöllər düşərdi; Novruzgülü göyərdi. Səhhət.
məc. Baş vermək, nəşət etmək, əmələ...

GÖYƏRMƏK3 (ID - 15376)

f Yaşıllaşmağa başlamaq, yaşıllaşmaq. Bağlar göyərib. Çəmən göyərdi.
Baharyaşıllaşdı, dağlar, səhralaryuxudan ayılıb göyərməyə başladı.. Çəmənzəminli.

GÖYƏRMİŞ1 (ID - 15377)

f.sif. Göy rəng almış, bozarmış. Soyuqdan göyərmiş əllər. Zərbədən göyərmiş qol. - Xəlil soyuqdan göyərmiş əllərini bir-birinə sürtdü. İ.Məlikzadə.

Bu səhifə 16 dəfə baxılıb

ugur_200x200.gif
antanta1.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif