İzahlı lüğət

GÖYƏRMƏK2

f 1. Bitmək, göyərməyə başlamaq, cücərmək. Arpa göyərdi. - Sünbül göyərir səbzə kimi güllərə qarşı. Q.Təbrizi. Dağlar, çöllər düşərdi; Novruzgülü göyərdi. Səhhət.
məc. Baş vermək, nəşət etmək, əmələ gəlmək, səbəb olmaq. Fitnə göyərir torpağımızdan, daşımızdan; Tarac edərək bac alarız qardaşımızdan. M.Ə.Sabir.
məc. Bir nəticə vermək, nəticə hasil olmaq. [Bəy:] Ürəyimdən keçənlər bir-bir göyərir. Mir Cəlal. Sədr vaxtilə dediyi sözlərin göyərdiyini görüb boğazını arıtladı. Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
i_l_by_id_with_comments