Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

GÖZÜBAĞLILIQ (ID - 15528)

is. Heç bir şeydən xəbəri olmama, bilikcə, inkişafca, mədəniyyətcə gerilik (gözüaçıqlıq əksi).

GÖZÜDAR (ID - 15529)

b a x dargöz.

GÖZÜDARLIQ (ID - 15530)

bax dargözlük.

GÖZÜDOYMAZ (ID - 15531)

sif. Heç şeydən gözü doymayan; tamahkar, acgöz. Gözüdoymaz adam.

GÖZÜDOYMAZLIQ (ID - 15532)

is. Heç şeydən gözü doymama; tamahkarlıq, acgözlük.

GÖZÜİTİ (ID - 15533)

bax itigöz(lü).

GÖZÜİTİLİK (ID - 15534)

b a x itigözlülük.

GÖZÜKÖLGƏLİ (ID - 15535)

sif. və zərf Birinin yanında eybi, qüsuru, nöqsanı olan, dili qısa olan. Gözükölgəli adam. - [Leylək] ..ağasının müqabilində gözükölgəli olmamağa çalışırdı. S.Rəhimov. Kəngərli verdiyi sözə əməl eləmədiyi üçün Mirzə...

GÖZÜKÖLGƏLİLİK (ID - 15536)

is. Gözükölgəli adamın halı; diliqısalıq, eyiblilik, qüsurluluq, nöqsanlılıq.

GÖZÜQIPIQ (ID - 15537)

sif 1. Gözləri tam açıla bilməyən, gözləri yarıyumulu olan. // Kirpiklərini tez-tez döyən, gözlərini tez-tez qırpan.
2. məc. Hər şeydən qorxan, səksənən, diksinən; qorxaq, cəsarətsiz. [Dəmir:] Xofludu,
dedi. - Yetim...

GÖZÜQIPIQLIQ (ID - 15538)

is. 1. Gözlərin tam açıla bilməməsi, yarıyumulu olması. // Kirpiklərini tez-tez qırpma xasiyyəti.
2. məc. Hər şeydən qorxma, səksənmə, diksinmə; qorxaqlıq, ağciyərlik.

GÖZÜQIRPIQ (ID - 15539)

bax gözüqıpıq. Gördün gözüqırpıq, sən də ol gözüqırpıq. (Ata. sözü).

GÖZÜQIRPIQLIQ (ID - 15540)

bax gözüqıpıqlıq.

GÖZÜMÇIXDI (ID - 15541)

gözümçıxdıya salmaq
yerli-yersiz, haqlı-haqsız danlamaq, töhmət etmək, incitmək, əziyyət vermək. Uşağı gözümçıxdıya salmaq. - Bu Pası da yazığı lap gözümçıxdıya salıbdır. S.Rəhimov. [Ramazan] hər zaman Tahiri danlamağa,...

GÖZÜTOX (ID - 15542)

sif. Heç bir şeydə tamahı olmayan, aza qane olan, tamahkar olmayan (acgöz əksi). Gözütox adam.

GÖZÜTOXLUQ (ID - 15543)

is. Gözütox adamın xasiyyəti (acgözlük əksi).

GÖZÜYAŞLI (ID - 15544)

sif Gözləri yaşarmış olan, gözlərindən yaş axan; ağlar. Gözüyaşlı uşaq. // Zərf mənasında. Daim ağlayan adam haqqında. Biçarə Məşədi Əsgər indi üç gün idi ki, gözüyaşlı.. anasına balalarının əhvalına alışırdı....

GÖZÜYAŞLILIQ (ID - 15545)

is. Gözüyaşlı adamın hal və vəziyyəti.

GÖZÜYUMUQ (ID - 15546)

bax gözüyumulu.

GÖZÜYUMUQLUQ (ID - 15547)

bax gözüyumululuq.

GÖZÜYUMULU (ID - 15548)

sif. və zərf 1. Gözləri yumulu, gözləri bağlı. Gözüyumulu xəstə. [Bahar:] Yaxşı, bəs gözüyumulu oturum? Ə.Haqverdiyev.
məc. Kor-koruna, düşünmədən, heç bir şeydən xəbərsiz. [Ağabəyim:] Kiri, ay dayə, bəxtinin qədrini...

GÖZÜYUMULULUQ (ID - 15549)

is. Heç bir şeydən xəbəri olmama; xəbərsizlik.

GÖZYAŞARDAN, GÖZYAŞARDICI (ID - 15550)

sif. Gözdən yaş axmasına səbəb olan, gözü yaşardan. Gözyaşardıcı qazlar.

GÖZYAŞARDICILIQ (ID - 15551)

is. Gözyaşardıcı şeyin xassəsi. Qazın gözyaşardıcılıq xüsusiyyəti.

GÖZYORUCU (ID - 15552)

sif. Yeknəsəqliyi, rənglərinin uyğunsuzluğu və s.-yə görə gözü yoran, çox baxmaq mümkün olmayan. Gözyorucu boz səhra.

GÖZYORUCULUQ (ID - 15553)

is. Gözü yoran şeyin xassəsi; gözü yorma.

GUMB (ID - 15554)

təql. İçiboş bir şeyi vurduqda çıxan səs.

GUMBULDAMA (ID - 15555)

“Gumbuldamaq” dan f.is.

GUMBULDAMAQ (ID - 15556)

f Gumbultu səsi çıxarmaq, gumb eləmək. Çəllək yerə düşüb gumbuldadı. - Qalxan gumbuldayar, şəmşirlər oynar. Aşıq Abdulla.

GUMBULDATMA (ID - 15557)

“Gumbuldatmaq” dan f.is.

GUMBULDATMAQ (ID - 15558)

f Gumbultu səsi çıxarmasına səbəb və ya vasitə olmaq. Ləyəni yerə salıb gumbuldatmaq. Ayaqları ilə döşəməni gumbuldatmaq. // Eyni mənada nağara, təbil və s. haqqında. ..Dəfçi cuşa gəlib, var gücü ilə dəfini gumbuldadırdı....

GUMBULTU (ID - 15559)

təql. Ağır bir şey düşdükdə, yaxud bir şeyə dəydikdə çıxan çox bərk, boğuq səs. Gecədən xeyli keçmiş bacadan gumbultu ilə bir şey içəri düşdü. S.S.Axundov. Ağaclar gumbultu ilə qatarın hər iki tərəfində yerə düşdü....

GUM-GUM (ID - 15560)

təql. Bir şey düşərək bir yerə dəydikdə hasil olan boğuq səs. Gum-gum gumbuldamaq. - ..Yağmur alaçığın keçələrini gum-gum qamçılayırdı. A.Şaiq.

GUMUR- GUMUR (ID - 15561)

b a x gum-gum. Gumur-gumur gumurlanmaq.

GUMURLANMA (ID - 15562)

“Gumurlanmaq” dan f.is.

GUMURLANMAQ (ID - 15563)

f Gumur-gumur səs çıxartmaq. Qoç Koroğlu naləsindən; Dağlar gumur-gumurlanır. “Koroğlu”.

GUP (ID - 15564)

təql. Yuxarıdan düşən ağır şeyin çıxardığı səs. □ Ürəyi gup eləmək - ansızın pis bir hadisədən, xəbərdən qorxmaq, ürəyi düşmək. [Mozalan bəy:] Ürəyim əvvəl bir gup elədi. Ə.Haqverdiyev. Əsədin ürəyi gup eləyib...

GUP-GUP (ID - 15565)

təql. 1. Ayağın yerə tez-tez dəyməsindən hasil olan səs. Birfincan çay içəriçməz pilləkənləri gup-gup başıaşağı endim. A.Şaiq.
2. Ürək döyüntüsünün səsi. Ürəyi gupgup döyünür. - Gup-gup döyünüb darıldı bağrım!...

GUPPAGUP (ID - 15566)

bax gup-gup. Ürəyi guppagup döyünür.

GUPPULDAMA (ID - 15567)

“Guppuldamaq” dan f.is.

GUPPULDAMAQ (ID - 15568)

f Guppultu səsi çıxarmaq.

GUPPULDATMA (ID - 15569)

“Guppuldatmaq” dan f.is.

GUPPULDATMAQ (ID - 15570)

icb. Guppultu səsi çıxarmasına səbəb olmaq. Çaydanı yerə salıb guppuldatmaq.

GUPPULTU (ID - 15571)

is. 1. Gup-gup səsi. Eşitdilər birdən at hənirtisi; Silah şaqqıltısı, guppultu səsi. H.K.Sanılı. Kompressor stansiyasından gələn yeknəsəq guppultunun arası kəsilmirdi. M.Hüseyn.
məc. Həyəcan, əndişə mənasında. [Rzaquluxan:]...

GUPSAMA (ID - 15572)

“Gupsamaq” dan f.is.

GUPSAMAQ (ID - 15573)

f Birdən şiddətlə vurmaq, ilişdirmək. Nəriman .. daşı var gücü ilə Robertin başına gupsadı.. Mir Cəlal.

GUR (ID - 15574)

sif 1. Güclü, qüvvətli, şiddətli. Günəşin gur şüaları. - Ocağı gur (z.) qaladı; Günortaya hazır oldu çığırtma. R.Rza. Üfüqdən, buludlar arasından meşənin üzərinə alov rəngində gur şüalar çilənirdi. İ.Hüseynov. //...

GURHAGUR (ID - 15575)

zərf 1. Şiddətlə, gurultu ilə. Mart ayının əvvəlləri olmasına baxmayaraq, dəmir soba gurhagur yanırdı. Ə.Vəliyev.
2. Gurultu ilə, bərk səs çıxararaq. Bir para evlərdə uşaqların atası çaxmaqlı tüfəngi doldurub gurhagur...

GURLAMA (ID - 15576)

“Gurlamaq” dan f.is.

GURLAMAQ (ID - 15577)

f 1. Bərkdən səslənmək, gurultu qoparmaq, guruldamaq. Hiddət ilə ruzigar gurlar; Qar parçaları səmaya fırlar. Şaiq. // Eyni mənada odlu silahlar haqqında. Minomyotlar gurladı. Uzaqvuran toplar aramsız gurlayırdı. // Eyni mənada gurultulu...

Bu səhifə 21 dəfə baxılıb

ugur_200x200.gif
antanta1.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif