Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

GÜCƏNDİRMƏ (ID - 15628)

“Gücəndirmək” dən f.is.

GÜCƏNDİRMƏK (ID - 15629)

icb. Gücənməyə, güc sərf etməyə məcbur etmək.

GÜCƏNMƏ (ID - 15630)

“Gücənmək” dən f.is.

GÜCƏNMƏK (ID - 15631)

f. 1. Güc sərf etmək, güc vurmaq. Stolu qaldırmaq üçün gücənmək. ..Deyib Hacı birdən bərk-bərk gücəndi; Yumruğu Əjdərin ağzına endi. H.K.Sanılı.
2. məc. Cəhd etmək, çox çalışmaq. Sərdar Rəşid bu son sözümün cavabını...

GÜCLƏMƏ (ID - 15632)

“Gücləmək” dən f.is.

GÜCLƏMƏK (ID - 15633)

bax gücənmək. At çarmıxdan azad olannan sora istədi bir gücləsin, gördü yox, üstündəki can bu canlardan deyil. (Nağıl).

GÜCLƏNDİRİCİ (ID - 15634)

GÜCLƏNDİRMƏ (ID - 15635)

“Gücləndirmək” dən f.is.

GÜCLƏNDİRMƏK (ID - 15636)

GÜCLƏNMƏ (ID - 15637)

“Güclənmək” dən f.is.

GÜCLƏNMƏK (ID - 15638)

f 1. Gücü, qüvvəsi daha da artmaq; qüvvətlənmək. Qoşun daha da gücləndi. - [Həsən Paşa dedi:] Xotkar sağ olsun, Koroğlu bu saat çox güclənib. “Koroğlu”.
2. Şiddəti, gücü artmaq. Qar güclənir. Külək get-gedə güclənir,...

GÜCLÜ (ID - 15639)

sif 1. Fiziki qüvvəsi çox olan, fiziki cəhətdən inkişaf etmiş; qüvvəli (insan və heyvan haqqında). Güclü adam. Güclü at. - Qollar güclü, qollar gərgin, ağır daşlar; Qaldırılır üfüqlərə. M.Müşfiq. [Sevinc:] Bu mübarizədə...

GÜCLÜK (ID - 15640)

is.: güclük çəkmək - çətinlik çəkmək, səy etmək, çalışmaq. Uşaq cavab verməkdə güclük çəkirdi. - [Ceyran:] [Eldar] məni məşğul etmək üçün söhbət mövzusu bulmaqda güclük çəkirdi. S.Hüseyn.

GÜCLÜLÜK (ID - 15641)

GÜCÖLÇƏN (ID - 15642)

bax qüvvətölçən.

GÜCÖTÜRÜCÜ (ID - 15643)

is. xüs. Gücü bir aqreqatdan başqa bir aqreqata, aqreqatın bir hissəsindən digər hissəsinə ötürmək üçün qayış, val və s.

GÜCSÜZ (ID - 15644)

sif 1. Gücü, fiziki qüvvəsi olmayan və ya az olan, fiziki cəhətdən inkişaf etməmiş; qüvvəsiz. Gücsüz adam. - [Adil:] Biz [atama] sığınırdıq, onun gücsüz əlindən güc alırdıq. B.Bayramov. // İs. mənasında. Gücsüz, qüvvətsiz...

GÜCSÜZLÜK (ID - 15645)

is. Gücsüz adam və ya şeyin keyfiyyəti: qüvvətsizlik, zəiflik. [Pərşan Sənubərə:] And içmək də ağlamaq kimi gücsüzlük, iradəsizlik əlaməti deyilmi? B.Bayramov.

GÜCÜRLƏMƏK (ID - 15646)

f Güclə məcbur etmək.

GÜDAZ (ID - 15647)

[fars. ]: güdaza vermək - birinin məhvinə, yoxa çıxmasına, fəlakətə uğramasına səbəb olmaq. [Yasəmən:] Demədimmi nahaq yerə özünü güdaza verəcəkdir. S.S.Axundov. Gözüm su içməyir İlyasdan,
düzü; Beləsi güdaza tez...

GÜDƏ (ID - 15648)

dan. bax gödək.

GÜDƏBOY(LU) (ID - 15649)

dan. bax gödəkboy(lu). Bu arvad güdəboy, adətdənkənar yoğun bir adam idi. Çəmənzəminli.

GÜDƏLMƏ (ID - 15650)

“Güdəlmək” dən f.is.

GÜDƏLMƏK (ID - 15651)

dan. b a x gödəlmək. Söylə mənə: vəzarəti-milliyəniz düzəldimi? Ya uzun əl, uzun papaq qıssalaşıb güdəldimi? M.Ə.Sabir.

GÜDMƏ (ID - 15652)

“Güdmək” dən f.is.

GÜDMƏK (ID - 15653)

f 1. Gizlicə birinin dalınca baxmaq, gözdən qoymamaq; gözləmək. O, yolda adam qoymağa, Qədimin yolunu güdməyə başladı. S.Rəhimov. Səni tale günəşim güdməklə; Keçməsin qorxulu vadilərdən. M.Müşfiq.
2. Qorumaq, mühafizə...

GÜDÜK (ID - 15654)

is. dan. Güdmə, güdmək işi. Güdükdə durmaq (olmaq) - dayanıb, gizlənib güdmək. Mən bağa girib oynayacağam, siz güdükdə olun. (Nağıl).

GÜDÜKÇÜ (ID - 15655)

is. Güdən, keşik çəkən adam, gözətçi.

GÜDÜLMƏ (ID - 15656)

“Güdülmək” dən fis.

GÜDÜLMƏK (ID - 15657)

“Güdmək” dən məch.

GÜHƏR (ID - 15658)

klas. b a x gövhər. Yüz elm oxusan axırı avarə qalarsan: Baxmazlar sənin dürlü gühərin var. M.Ə.Sabir.

GÜL (ID - 15659)

is. [fars.] 1. Çiçək (danışıqda “qızılgül” mənasında da işlənir). Ağaclar gül açıb. Gül dərmək. - ..Bir dəstə gül olaydım; Asılaydım yaxannan. (Bayatı). Bir gül ilə bahar olmaz. (Ata. sözü). ..Hər gülün, hər çiçəyin...

GÜLAB (ID - 15660)

is. [fars.] Qızılgül yarpaqlarını distillə etmək yolu ilə alınan ətirli maye, gül suyu. Gülab çəkmək. Üzünə gülab səpmək. - Ənbər etmiş torpağın adın, suyun ismin gülab. Füzuli. Xanım Şəmsiyyə gülab kimi ətir qoxuyurdu....

GÜLABDAN, GÜLABZƏN, GÜLABPUŞ (ID - 15661)

is. [fars.] Gülab saxlamaq üçün aşağısı girdə, boğazı dar, uzun və qəşəng formalı çini, ya metaldan qab; gülabqabı, gülabsüzən. ..Mərsiyəxan gülabdanı alıb ətirləndi. Çəmənzəminli. Dərhal xəlifə .. mis satıllarda...

GÜLABQABI (ID - 15662)

bax gülabdan.

GÜLABSÜZƏN (ID - 15663)

bax gülabdan. ..Güldanlar, gülabsüzən, hər cürə qədəh və fincanlar, arvad kəməri, bilərzik, gərdənbənd və sairəni Şahbəy tərifləyə-tərifləyə demişdi.. Ə.Əbülhəsən.

GÜLBAZ (ID - 15664)

is. [fars.] Gül əkməyi, gül becərməyi, ümumiyyətlə, gülü çox sevən adam; çiçəkbaz.

GÜLBAZLIQ (ID - 15665)

is. Gül əkməyi, gülü becərməyi, ümumiyyətlə, gülü çox sevmə; çiçəkbazlıq. Əlisa arada söhbət zamanı özünün gülbazlığından ağsaqqal həkimə də söhbət açmış, .. düzəltdiyi güllüyü də ayrıca ona tərifləmişdi....

GÜLBƏDƏN(Lİ) (ID - 15666)

sif. və is. Klassik Azərbaycan poeziyasında gözəlin epitetlərindən (sifətlərindən) biri. Neyləmişəm inciyibsən; Yenə, ey gülbədən, məndən. Q.Zakir.

GÜLBƏNİZ(Lİ) (ID - 15667)

bax gülüzlü.

GÜLCAMAL(LI) (ID - 15668)

[fars.] bax gülüzlü.

GÜL-ÇİÇƏK (ID - 15669)

top. Gül və çiçəklər. Yaz kimi qoynunu açsın gələcək; Yollara gül-çiçək saçsın gələcək! M.Müşfiq.

GÜL-ÇİÇƏKLİ(LƏR) (ID - 15670)

cəm, bot. Ağac, kol, otşəkilli müxtəlif bitkilərin daxil olduğu fəsilənin adı. Gül-çiçəklilər fəsiləsi.

GÜLÇÖHRƏ (ID - 15671)

[fars.]bax gülüzlü. Gülçöhrə sənəmlər oldular cəm; Hər bir sənəmin əlində bir şəm. Füzuli.

GÜLÇÜ (ID - 15672)

is. 1. Gül əkməklə, gül becərməklə məşğul olan adam. Gülçü bağban.
2. Gül satan adam, gül mağazası işçisi.

GÜLÇÜLÜK (ID - 15673)

is. 1. Gülçünün peşəsi, məşğuliyyəti.
2. Kənd təsərrüfatının gül əkib becərməklə məşğul olan sahəsi. Gülçülük gəlirli sahədir. Gülçülüyü inkişaf etdirmək. Gülçülük sovxozu.

GÜLDAN (ID - 15674)

is. [fars.] 1. Dərilmiş gülü qoymaq üçün müxtəlif formalı qab; gülqabı. Güldana su tökmək. - [Vaqif] qarşısındakı mina güldanın içindəki novruzgülü və bənövşələri götürüb qoxuladı. Çəmənzəminli. Şair çiçəkləri...

GÜLDƏSTƏ (ID - 15675)

is. [fars.] Gül, çiçək dəstəsi. Lalədən, yasəməndən güldəstə bağladılar. S.Rüstəm. Vüqarım ucadır Qoşqar dağından; Güldəstə tutmuşam əməl bağından. M.Rahim.

GÜLDƏFNƏ (ID - 15676)

is. bot. Dəfnə ağacı.

GÜLDÜRMƏ (ID - 15677)

"Güldürmək” dən f.is.

Bu səhifə 98 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla