İzahlı lüğət

GÖYƏRMƏK1

f 1. Göy rəng almaq, göy olmaq, göyləşmək, maviləşmək.
Zərbə və ya bərk şeyə toxunma nəticəsində bədənin bir yeri göy olmaq. Qolu göyərdi. - Qızın üzü-gözü, .. zərif dodaqları şişmiş, bir yerdən hətta göyərmişdi. H.Seyidbəyli.
məc. Soyuqdan, hirsdən, qeyzdən göy olmaq, göy rəng almaq. Lalənin dodağı gömgöy göyərib; Üzü gah ağ olur, gah qıpqırmızı. R.Rza. Ədhəmin qara sifəti dərhal dönüb göyərdi. B.Bayramov. // məc. Bərk hirslənmək, özündən çıxmaq. Görüb o quşları göyərdi Osman; Turutun düzündə olduğu zaman. H.K.Sanılı.
Uzaqdan görünmək (göy şey haqqında). Uzaqdan dəniz göyərirdi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
i_l_by_id_with_comments