Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

GEPARİN (ID - 14578)

is. [yun.] tib. Qanın axmasının qarşısını alan dərman preparatı.

GERB (ID - 14579)

[pol. herb, alm. erbe - irs] Bir dövlətin, şəhərin, nəslin, silkin və s.-nin bayraq, pul, möhür və s. üzərində təsvir olunan fərqləndirmə nişanı. Dövlət gerbi haqqında Konstitusiya Qanunu. Azərbaycanın Dövlət gerbi ilə bağlı...

GERÇƏK (ID - 14580)

1. zərf Doğru, düz, həqiqi. Zülfünə zülməti-dövran dedilər, gerçək imiş; Ləbinə çeşmeyi-heyvan dedilər, gerçək imiş. S.Ə.Şirvani. // Həqiqətən, əslində. Sən ki bir əqrəb imişsən gerçək; Bu zəhərlər, bu tikənlər...

GERÇƏKDƏN (ID - 14581)

zərf Doğrudan, ciddi (olaraq). Gerçəkdən hirslənmək. Gerçəkdən demək.

GERÇƏKLƏMƏ (ID - 14582)

“Gerçəkləmək” dən f.is.

GERÇƏKLƏMƏK (ID - 14583)

f Həqiqətə çevirmək, bir şeyi doğrudan-doğruya etmək. [Qurban:]
Ay qarı, deyəsən axı, sən gerçəkləyirsən. Ə.Haqverdiyev. Cavanşir özünü tamamilə itirdi. “Bu qız deyəsən, lap gerçəklədi “ - deyə xəyalından keçirdi....

GERÇƏKLƏNMƏ (ID - 14584)

“Gerçəklənmək” dən

GERÇƏKLƏNMƏK (ID - 14585)

f. Gerçək olmaq, düz çıxmaq, həqiqət olmaq. Bənövşə çiçəkləndi; Yarpağı ləçəkləndi; Yatdığı yalan oldu; Ölümü gerçəkləndi. (Bayatı).

GERÇƏKLƏŞMƏ (ID - 14586)

“Gerçəkləşmək” dən f.is.

GERÇƏKLƏŞMƏK (ID - 14587)

f. Gerçəklənmək, gerçək hala gəlmək, reallaşmaq, həqiqətə çevrilmək. [Oğlan] ..işin gerçəkləşdiyini .. dərk edib, atasının Marala zəng etməyinə mane olmaq istəyirdi. Ə.Əbülhəsən.

GERÇƏKLİK (ID - 14588)

is. 1. Həqiqət, həqiqi varlıq, reallıq. 0üur gerçəkliyi əks etdirir.
Doğruluq, həqiqilik, düz çıxma; ciddilik.

GERİ (ID - 14589)

1. zərf Arxa tərəfə, dala, dal tərəfə. [Qaçay] bir neçə addım gedəndən sonra istədi qanrılıb geri baxsın. İ.Məlikzadə.
is. Ard, dal, davam, mabəd. Şerin gerisini oxumaq. - Toğrul Qətibənin bu sözlərini eşidəndən sonra,...

GERİLƏMƏ (ID - 14590)

1. “Geriləmək” dən f.is.
2. Gerilik. Başqa idarələrdən gəlmiş bu teleqramların hamısında “Geriləməni tezliklə ləğv edinizI” - deyə şəxsən Tərlanı hədələyirdilər. M.Hüseyn.

GERİLƏMƏK (ID - 14591)

f 1. Geri çəkilmək. [Gülsabah:] [Gülər] qorxdu, o qorxaqcasına gerilədi, döndü, qaçdı. C.Cabbarlı. Mehriban [Zeynalı] elə halda görüncə qorxub gerilədi. S.Hüseyn.
məc. İnkişafdan qalmaq, qabağa getməmək, geri qalmaq, tənəzzül...

GERİLƏTMƏ (ID - 14592)

“Gerilətmək” dən fis.

GERİLƏTMƏK (ID - 14593)

f Geri qalmasına, geri getməsinə səbəb olmaq; geri qoymaq.

GERİLİK (ID - 14594)

is. Geri olma, geri qalma; inkişafsızlıq, cəhalət. Ədib [“Pir” hekayəsində] bir sıra canlı bədii surətlərdə köhnə feodal Azərbaycanın mənzərəsini məharətlə yaradır, mövhumatın, geriliyin törətdiyi cinayət və fəlakətləri...

GERMAN (ID - 14595)

Hind-Avropa dillər ailəsinə mənsub olan dil qruplarından biri.

GERMANİSTİKA (ID - 14596)

German dilləri və ədəbiyyatı haqqında elm.

GERMANİZM (ID - 14597)

[lat.] German dillərindən alınmış söz və ya ifadə.

GERMETİK (ID - 14598)

sif Hava keçirməyən, kip.

GERZE (ID - 14599)

is. Qədim Misirdə qəbiristan.

GESTAPO (ID - 14600)

[alm.] Hitler Almaniyasında gizli polis. Indi isə [mehmanxana] faşistlərin gestapo idarəsi idi, .. minlərlə adama burada divan tutulurdu. S.Vəliyev. Kəsib hər bərəni, pusub hər yolu; Gestapo dörd gözlə gəzir onları. B.Vahabzadə.

GESTAPOÇU (ID - 14601)

is. Gestapoda xidmət edən adam (b ax gestapo). Hər gecə gestapoçular bizim yatdığımız daxmalara gəlirlər.. Ə.Məmmədxanlı. Kəsilir cığırlar... Gestapoçular; Düşür igidlərin ləpirlərinə. B.Vahabzadə.

GET (ID - 14602)

is. Qədim Frakiyada tayfa.

GETDİKCƏ (ID - 14603)

zərf 1. İrəlilədikcə, irəli hərəkət etdikcə, qabağa doğru gedə-gedə. Yol getdikcə söhbət etmək. - Maşın getdikcə onun çarxlarının buraxdığı izlər qumun üstündə qalırdı. H.Seyidbəyli. Uzandıqca. Dərə qərbə doğru...

GET-GƏL (ID - 14604)

is. Bir yerə çox gedib-gəlmə. [Laçın] uzun get-gəllərdən usandı.. M.Hüseyn. Bu get-gəllər bazarına dəvədi dünya.. M.Araz.
□□ Get-gələ salmaq - işini qəsdən uzatmaq, yubatmaq, süründürməyə salmaq, işinin dalınca daim...

GETHAGET1 (ID - 14605)

zərf Uzun yol gedərək, böyük məsafə qət edərək, gedə-gedə. Gethaget kəndə çatdıq.

GETHAGET2 (ID - 14606)

is. Böyük ziyan, zərər, çıxar. Elə gəlhagəlin belə də gethagedi olar. (Ata. sözü).

GETMAN (ID - 14607)

[pol. əsli alm.] 1. Qədimdə Polşa qoşunlarının baş komandanı.
2. Qədimdə Ukraynada: kazak qoşunun başçısı və yüksək hakim.

GETMANLIQ (ID - 14608)

is. Getman hakimiyyəti və idarəsi.

GETMƏ (ID - 14609)

“Getmək” dən f.is. Ümidin getməsini Bahar da istəyirdi. B.Bayramov.

GETMƏK (ID - 14610)

f 1. Addım ataraq hərəkət etmək; yerimək, addımlamaq. Asta-asta getmək. İti getmək. Piyada getmək. Yolla getmək. Yanınca getmək. // Bir yerdən başqa yerə varmaq. 0ah Səlməxatuna işarə etdi ki, hərəmxanaya getsin.. M.F.Axundzadə....

GETMƏLİ (ID - 14611)

b a x gedəcək. Əziziyəm, qalasız; Şəhər olmaz qalasız; Mən ki getməli oldum; Siz sağlıqnan qalasız. (Bayatı).

GETTO (ID - 14612)

[ital.] Orta əsrlərdə Avropada, habelə bəzi ölkələrdə: müəyyən dini və irqi qrupa mənsub adamların məcburən yaşamaları üçün ayrılmış şəhər rayonu məhəlləsi. Zənci gettosu.

GEYDİRİLMƏ (ID - 14613)

"Geydirilmək” dən f.is.

GEYDİRİLMƏK (ID - 14614)

1. "Geydirmək” dən məch.
2. tex. Keçirilmək, yerinə salınmaq, taxılmaq. Təkər oxa geydirildi.

GEYDİRMƏ (ID - 14615)

“Geydirmək” dən f.is.

GEYDİRMƏK (ID - 14616)

f. 1. Geymək işini gördürmək, geyməyə məcbur etmək. ..Hüseynqulu ağa zinətli qaraçı libası tikdirib Qaraca qıza geydirirdi və öz qonaqlıqlarında oynadırdı. S.S.Axundov.
2. Keçirmək, taxmaq, yerləşdirmək, qablamaq. Oxu yerinə...

GEYƏCƏK (ID - 14617)

bax geyim. [Çopo:] Qəbilə şurası [əlillərin] yeyəcək, geyəcək və bütün ehtiyaclarını təmin etmişdi. Çəmənzəminli.

GEYİB-KECİNMƏ (ID - 14618)

"Geyib-kecinmək” dən f.is.

GEYİB-KECİNMƏK (ID - 14619)

b a x geyinibkecinmək.

GEYİK (ID - 14620)

is. zool. Dağlıq meşələrdə yaşayan, bəzi cinsləri iri dallı-budaqlı buynuzlu, böyük və gözəl heyvan. Dağlarda geyik mənəm; Buynuzu böyük mənəm; Yarın nə dərdi, qəmi; Ona ağır yük mənəm. (Bayatı).

GEYİLMƏ (ID - 14621)

“Geyilmək” dən f.is.

GEYİLMƏK (ID - 14622)

1. “Geymək” dən məch. Paltar geyildi.
2. tex. Keçirilmək, yerinə salınmaq, taxılmaq.

GEYİM (ID - 14623)

is. Əyinə geyilən hər şey; paltar, üst-baş, libas. Qış geyimi. Sadə geyim. Hərbi geyim. - [Aslan bəy:] Üç ay var ki, görməmişəm, geyimini bilmirəm... C.Cabbarlı. [Usta Ağabalanın] yay və qış libası bir-birindən seçilməyib...

GEYİM-KECİM (ID - 14624)

is. Üst-baş, paltar. // Geyinmək tərzi. Geyim-keciminə fikir vermək.
Aran yerindən gəlmiş adamlar öz səliqəsahmanı, geyim-kecimi ilə dərhal fərqlənirdilər. B.Bayramov.

GEYİM-KECİMLİ (ID - 14625)

bax geyimli-kecimli.

GEYİMLİ (ID - 14626)

sif. 1. Əynində geyimi, paltarı olan, paltarlı. [Zeynalın] qarşısına on biron iki yaşlı, sadə və təmiz geyimli, qara bir qız çıxdı. S.Hüseyn. Tirmə şal geyimli, qara saçlılar; Hər tərəfə zər nişanlar dolanır. Aşıq Ələsgər....

GEYİMLİ-KECİMLİ (ID - 14627)

sif. Yaxşı, gözəl, səliqəli geyinmiş. Geyinib-kecinmiş; geyimlikecimli qız. - Salonun ortasında geniş açılmış yemək masasının ətrafında oturmuş geyimlikecimli xanımlar əl çaldılar. M.İbrahimov. Ələddin əlində gül dəstəsi...

Bu səhifə 22 dəfə baxılıb

ugur_200x200.gif
antanta1.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif