Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

GƏMİRİCİLƏR (ID - 14728)

cəm, zool. Kəsici dişləri yaxşı inkişaf etmiş heyvanlar dəstəsi (siçan, siçovul və s).

GƏMİRİK (ID - 14729)

sif. 1. Gəmirilmiş halda olan, dişlək-dişlək, dişlə didişdirilmiş. Gəmirik alma.
Yeyilmiş, sınıq-salxaq. Tapdığın bütün dişləri gəmirik və mırıqdı. Ə.Vəliyev.

GƏMİRİKLƏMƏ (ID - 14730)

“Gəmirikləmək” dən f.is.

GƏMİRİKLƏMƏK (ID - 14731)

bax gəmirmək.

GƏMİRİLMƏ (ID - 14732)

“Gəmirilmək” dən f.is.

GƏMİRİLMƏK (ID - 14733)

məch. Dişləm-dişləm edilmək, dişlə didişdirilmək; çeynənmək.

GƏMİRİLMİŞ (ID - 14734)

f.sif. Dişlə bərk sıxılıb didişdirilmiş, parçalanmış.

GƏMİRİŞDİRMƏ (ID - 14735)

“Gəmirişdirmək” dən fJs.

GƏMİRİŞDİRMƏK (ID - 14736)

f. Gəmirmək (çoxları bir yerdə).

GƏMİRİŞMƏ (ID - 14737)

“Gəmirişmək” dən f.is.

GƏMİRİŞMƏK (ID - 14738)

f. 1. Bir-birini gəmirmək, dişləmək. Siçanlar gəmirişir.
2. məc. Bir-birini qapmaq (bərk dalaşmaq, söyüşmək).

GƏMİRMƏ (ID - 14739)

“Gəmirmək” dən f.is.

GƏMİRMƏK (ID - 14740)

f. 1. Bərk bir şeyi dişlərilə dişləmək, bərk sıxıb parçalamaq, çeynəmək; didişdirmək. İtin peşəsi sümük gəmirmək olar. Əlini gəmirmək. - Həsi çalışıb Hatəmxanın sağ əlinin baş barmağını iti dişləri arasına keçirtdi,...

GƏMİRTLƏMƏ (ID - 14741)

“Gəmirtləmək” dən f.is.

GƏMİRTLƏMƏK (ID - 14742)

f. Dişləyib yemək, gəmirmək. [Tələbə:] Bu armuddan qabıqlıqabıqlı altı dənəsini gəmirtlədim. Qantəmir.

GƏMİRTLƏNMƏ (ID - 14743)

“Gəmirtlənmək” dən f.is.

GƏMİRTLƏNMƏK (ID - 14744)

bax gəmirilmək.

GƏMİRTLƏNMİŞ (ID - 14745)

b ax gəmirilmiş. Səkkiz-doqquz yaşında bir oğlan uşağı əlində bir gəmirtlənmiş alma bizim yanımıza gəlib elə bərkdən ağlamağa başladı ki, guya ətini kəsirlər. C.Məmmədquluzadə.

GƏMİŞDİRMƏ (ID - 14746)

“Gəmişdirmək” dən f.is.

GƏMİŞDİRMƏK (ID - 14747)

f Alıcı quşu ov üzərinə saldırmaq, ovu tutmaq üçün uçurmaq. Tərlan gəmişdirib Çənlidə küsər; Gələr qıya çalar Koroğlu səni. “Koroğlu”. Gəmişdirib xanlar tülək tərlanı; Diddirib tökərdi yazıq heyvanı. H.K.Sanılı....

GƏMİŞMƏ (ID - 14748)

“Gəmişmək” dən f.is.

GƏMİŞMƏK (ID - 14749)

f. Ov dalınca şığımaq, uçmaq (alıcı quşlar haqqında). Gəmişdi tərlanım şığıdı, getdi; Unlədim, ünlədim, ünümdən ötdü. Aşıq Kərəm. Qızılquş kəkliyə gəmişən kimi ulduzlu təyyarələr .. damğalı təyyarələrə gəmişirdi....

GƏMLƏMƏ (ID - 14750)

“Gəmləmək” dən f.is.

GƏMLƏMƏK (ID - 14751)

f Buzovun, quzunun ağzına gəm vurmaq.

GƏMLƏNMƏ (ID - 14752)

“Gəmlənmək” dən f.is.

GƏMLƏNMƏK (ID - 14753)

məc. Ağzına gəm vurulmaq (quzu, buzov və s. haqqında).

GƏNC1 (ID - 14754)

1. sif Yeniyetmə, cavan, hələ yaşa dolmamış (qoca ziddi). - Araz çalışqan, zəhməti sevən, öz qüvvət və məharətinə inanan ciddi və iradəli bir gənc idi. A.Şaiq. Bizim aramızda .. yeddi-səkkiz nəfər gənc tələbə, bir nəfər...

GƏNC2 (ID - 14755)

[fars.] is. Xəzinə, dəfinə. Görüb, Vahid, xəyal etdim üzündə zülfi-pürçinin; Ki, guya gənc üstündə yatıbdır əjdaha zülfün. Ə.Vahid.

GƏNCƏFƏ (ID - 14756)

is. [fars.] köhn. bax qumar. Zülm zəncirinin altında çəkir işgəncə; Eyibdir sən uyasan gəncəfəyə, şətrəncə. A.Səhhət. [Gəray:] Yox, inanma, eşitdin isə bunu; Oynadım mən də gəncəfə oyunu.. A.Şaiq. Gəncəfə kağızı - qumar...

GƏNCLƏŞDİRİLMƏ (ID - 14757)

“Gəncləşdirilmək” dən f.is.

GƏNCLƏŞDİRİLMƏK (ID - 14758)

məch. Cavanlaşdırılmaq.

GƏNCLƏŞDİRMƏ (ID - 14759)

“Gəncləşdirmək” dən f.is.

GƏNCLƏŞDİRMƏK (ID - 14760)

icb. 1. Daha cavan etmək, cavanlaşdırmaq. Dağ havası adamı gəncləşdirir. - [Nigar:] Özünü gərək gəncləşdirəsən! S.Hüseyn. // Bir təşkilatın və s.-nin tərkibinə gəncləri daxil etmək. Təşkilatı gəncləşdirmək.
2....

GƏNCLƏŞMƏ (ID - 14761)

1. “Gəncləşmək” dən f.is.
2. Daxili sekresiya vəzilərinin fəaliyyətinin güclənməsi vasitəsilə qocalmış orqanizmə gənclik əlamətlərinin qayıtması.

GƏNCLƏŞMƏK (ID - 14762)

f 1. Getdikcə gənc olmaq, cavanlaşmaq, yetkinləşmək. Gəncləşmək [Muradın] əlində deyildi. Onu təbiət qocaltmışdı. S.Hüseyn. Könül istər şeir yaza; Gəncləşirəm yaza-yaza. S.Vurğun. Getdikcə Kərim daha yekəlib kişiləşir,...

GƏNCLİK (ID - 14763)

is. İnsan həyatının yeniyetməlikdən yetkinliyə qədər olan dövrü, gənc yaşlar, cavanlıq (qocalıq ziddi). Insanın çocuqluğu və gəncliyi keçmişin qoynunda basdırıldığı üçün o, daima keçmişi xatırlamalıdır. M.S.Ordubadi....

GƏNDALAŞ (ID - 14764)

is. bot. Pisqoxulu, birillik yabanı bitki. Gəndalaş kolu. Qara gəndalaş. [Umudun] canında heysizlik vardı. Suya girmək istəyirdi, amma yerindən qalxmağa həvəsi yox idi. Təzədən başını gəndalaş kolunun altına soxdu. İ.Məlikzadə....

GƏNDALAŞLIQ (ID - 14765)

is. Çoxlu gəndalaş bitmiş yer.

GƏNƏ (ID - 14766)

is. zool. Xırda caynaqları ilə heyvanların, bəzən də insanların bədəninə yapışıb onların qanını soran buğumayaqlı parazit. Iti gənə basıb. Insana xəstəlik keçirən gənələr xüsusi bir qrup təşkil edir. □ Hörümçək gənəsi...

GƏNƏCİK (ID - 14767)

is. 1. Kiçik gənə, balaca gənə.
2. zool. Ziyanverici buğumayaqlı parazit. Gənəcik adətən yarpağın alt tərəfində yerləşir.

GƏNƏGƏRÇƏK (ID - 14768)

is. 1. bot. Toxumundan həmin adda yağ alınan bitki. Gənəgərçək bitkisi.
2. Həmin bitkinin toxumlarından alınan yağ (işlətmə dərmanı kimi işlənilir). [Dərviş] qabı zeytun yağı əvəzinə gənəgərçəklə doldurur, gətirir...

GƏNƏLİ (ID - 14769)

sif. Gənəsi olan, gənə daraşmış, gənə basmış. Gənəli it. Gənəli inək. Gənəli pişik.

GƏNƏŞİK (ID - 14770)

is. dan. Məsləhət müşavirəsi.

GƏNƏŞİKLİ (ID - 14771)

sif. dan. Məsləhətlə, razılıqla düzələn, əldə edilən; məsləhətli. Gənəşikli iş. - Gənəşikli baş salamat olar. (Ata. sözü).

GƏNƏŞMƏ (ID - 14772)

“Gənəşmək” dən f.is.

GƏNƏŞMƏK (ID - 14773)

f. dan. Birisinin rəyini bilmək üçün onunla məsləhətləşmək, məsləhət üçün birinə müraciət etmək. Vuran oğul dayısına gənəşməz. (Ata. sözü). [Həsən:] Yaxşı, sən get, mən də dalınca gələrəm, deyirəm, qızın anasına...

GƏNGİZ (ID - 14774)

is. bot. Şoran torpaqlarda bitən kol bitkisi.

GƏNZİK (ID - 14775)

is. anat. Damağın arxa hissəsi, boğaz boşluğunun ağızla birləşən hissəsi. Çörək gənziyinə sıçradı. Gənzik iltihab olduqda qulaq pərdəsi yırtıla da bilər.

GƏR1 (ID - 14776)

[fars.] klas. bax əgər. Gər girişsəm çalhaçala; Quş gərəkdir qanad sala. “Koroğlu”. Sən gər mənim olsan fəna dünyada; Elə billəm padşaha dönmüşəm. M.P.Vaqif. Məsəldir: bir paydan bir adam doyar; Gər bölünə, ikisin də...

GƏR2 (ID - 14777)

is. məh. Əsasən qoyun, keçi və başqa heyvanlarda olan qoturluq xəstəliyi. Keçi gər olub.

Bu səhifə 26 dəfə baxılıb

ugur_200x200.gif
antanta1.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif