Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

GÖDƏKCƏLİ (ID - 15178)

sif Gödəkcə geymiş, əynində gödəkcə olan. ..Gödəkcəli, arıq bir oğlan direktor otağına girdi. Mir Cəlal.

GÖDƏKCƏLİK (ID - 15179)

sif Gödəkcə tikməyə yararlı, gödəkcə tikmək üçün. Gödəkcəlik parça. // İs. mənasında. Allah eləyəydi, mənə gödəkcəlik, şalvarlıq da almış olaydı! M.Hüseyn.

GÖDƏKDƏSTƏ(Lİ) (ID - 15180)

bax gödəksap(lı). Gödəkdəstəli balta.

GÖDƏKQIÇ(LI) (ID - 15181)

sif Qıçları gödək olan; qısaqıçlı. Gödəkqıçlı kişi.

GÖDƏKQOL(LU) (ID - 15182)

sif Qolu gödək olan; qısaqol(lu). Gödəkqollu jaket. - [Qızlar] kombinezon geymiş, saçlarını yığıb yaylıqla bağlamış, dirsəkdən yuxarı gödəkqollu köynəklərdə həvəslə işləyirdilər. M.İbrahimov.

GÖDƏKQUYRUQ(LU) (ID - 15183)

sif. Quyruğu gödək olan; qısaquyruq(lu). Gödəkquyruq it. - Gödəkquyruq dayçaların kişnəməsi eşidilirdi. B.Bayramov.

GÖDƏKLİK (ID - 15184)

is. Gödək şeyin halı; qısalıq (uzunluq ziddi). ..A kişi! O nədi hər nömrədə götürüb bəzi müsəlman şəhərlərinin arvadlarının tumanının gödəkligin gah yazırsan, gah da şəklin çəkirsən? C.Məmmədquluzadə.

GÖDƏKSAÇ(LI) (ID - 15185)

sif Saçları gödək olan, saçları qısa kəsilmiş; qısasaç(lı). Gödəksaç qız.

GÖDƏKSAP(LI) (ID - 15186)

sif Sapı gödək olan; qısadəstə(li). Gödəksap bel.

GÖDƏKYUN(LU) (ID - 15187)

sif Yunu gödək olan; qısayun(lu). Gödəkyunlu qoyun.

GÖDƏLDİLMƏ (ID - 15188)

“Gödəldilmək” dən fis.

GÖDƏLDİLMƏK (ID - 15189)

məch. Gödək kəsilmək, kəsilib gödək edilmək; qısaldılmaq.

GÖDƏLMƏ (ID - 15190)

“Gödəlmək” dən f.is.

GÖDƏLMƏK (ID - 15191)

f 1. Gödək olmaq, qısalmaq. Paltarı yuduqca gödəldi. - [Rza:] Divarların kölgəsi gödələrək öz dibinə düşdüyü günorta zamanları günəş adamı ilan kimi çalırdı. M.İbrahimov. Ağacların uzanan kölgələri getdikcə gödəlirdi....

GÖDƏLTDİRMƏ (ID - 15192)

“Gödəltdirmək” dən f.is.

GÖDƏLTDİRMƏK (ID - 15193)

icb. Gödək hala saldırmaq; qısaltdırmaq.

GÖDƏLTMƏ (ID - 15194)

“Gödəltmək” dən fis.

GÖDƏLTMƏK (ID - 15195)

f 1. Gödək etmək, qısa etmək, qısaltmaq. Paltonu gödəltmək.
2. Müddətcə azaltmaq, məhdudlaşdırmaq, qısaltmaq. Dedin ki, hurilər çatmaz köməyə; Meyvəsiz xəyallar ömür gödəldir! S.Vurğun. Müşkünazın anası qardaşının...

GÖDƏN (ID - 15196)

is. dan. Qarın. Çaqqal var ki, gödən çıxarır, qurdun adı bədnamdır. (Ata. sözü).

GÖDƏNQULU (ID - 15197)

bax qarınqulu.

GÖDƏNQULULUQ (ID - 15198)

bax qarınqululuq.

GÖDƏRƏK (ID - 15199)

sif 1. Bir qədər gödək; gödəcik, qısacıq. [Gələn işçilərdən] biri.. gödərək, yapışıqlı, qara bir kişi idi. Ə.Əbülhəsən.

GÖL (ID - 15200)

is. 1. Dənizlə bilavasitə əlaqəsi olmayan təbii su hövzəsi. Aral gölü. Göy göl. Şor göl. - Bir göl içrə üzürdü bir yekə qaz; Ozünə fəxr edib uzatdı boğaz. S.Ə.Şirvani. Quşlar uçur göylərdə; Ordək üzür göllərdə. Səhhət....

GÖL-GÖL (ID - 15201)

zərf Bəzi yerlər quru, bəzi yerlər su ilə dolu halda, su yığınları şəklində. Axan çay göl-göl olub burulur və sonra yenə açılıb gedirdi. S.Rəhimov. // Məc. mənada. Göl-göl olub sirişkim, gülzar olub kənarım; Mən neyləyim...

GÖLLƏNDİRMƏ (ID - 15202)

“Gölləndirmək” dən f.is.

GÖLLƏNDİRMƏK (ID - 15203)

f Göl halına salmaq, göl kimi su yığmaq, gölməçə əmələ gətirmək. Küçəni gölləndirmək.

GÖLLƏNMƏ (ID - 15204)

“Göllənmək” dən fis.

GÖLLƏNMƏK (ID - 15205)

f 1. Göl halına düşmək, göl kimi su yığılmaq, gölməçə əmələ gəlmək. Yağışdan küçələr gölləndi. - Bir gün Qəmər ağacların dibini çala edirdi ki, su göllənsin, ağaclar su içsin. (Nağıl). Orda-burda göllənmiş (f.sif.)...

GÖLLÜK (ID - 15206)

is. Göl çox olan yer. // Sif. mənasında. Göllük sahə.

GÖLMƏ (ID - 15207)

dan. bax gölməçə. Neft gölməsi. Su gölməsi. - Bu gölmələrdə balıq axtarırdıq. S.S.Axundov. Gölmə sularının rəngi sapsarı; Xəstəlik qurudur ağaclıqları. S.Vurğun. Ağcaqanad dəstə-dəstə; Vızıldadı gölmə üstə. M.Dilbazi....

GÖLMƏC (ID - 15208)

is. Kiçik, balaca gölməçə; gölmə.

GÖLMƏÇƏ (ID - 15209)

is. Kiçik göl, balaca göl, su və ya çirkab yığını. Gölməçənin üstündən atlanmaq. Neft gölməçəsi. - Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın
başı əbədi duman içində itmişdi. M.İbrahimov....

GÖLMƏÇƏLƏNDİRMƏ (ID - 15210)

“Gölməçələndirmək” dən f.is.

GÖLMƏÇƏLƏNDİRMƏK (ID - 15211)

icb. Gölməçə əmələ gətirmək, suyu və ya başqa mayeni bir yerə yığmaq. Buruğun ətrafını gölməçələndirmək.

GÖLMƏÇƏLƏNMƏ (ID - 15212)

“Gölməçələnmək” dən f.is.

GÖLMƏÇƏLƏNMƏK (ID - 15213)

f. Gölməçə əmələ gəlmək, bir yerə yığılıb qalmaq; axmamaq. Su küçədə gölməçələndi. - Göldən uzanıb gələn köhnə arxın bulanıq lehməli suyu taxılı basaraq gölməçələnirdi. M.İbrahimov. ..Kim isə qayığın dövrəsində...

GÖLMƏÇƏLİ (ID - 15214)

sif. Gölməçə olan, gölməçə əmələ gəlmiş. Gölməçəli küçə. - Gölməçəli, zibilli o ucqar küçələrdə; Qaranlıq döngələrdə lal kölgələr sürünür. Ə.Cəmil.

GÖLMƏÇƏLİK (ID - 15215)

is. Gölməçə çox olan yer. Gölməçəliyi qurutmaq.

GÖLMƏLƏNMƏ (ID - 15216)

“Gölmələnmək” dən.

GÖLMƏLƏNMƏK (ID - 15217)

dan. bax gölməçələnmək. Küçə gölmələndi.

GÖMDÜRMƏ (ID - 15218)

“Gömdürmək” dən f.is.

GÖMDÜRMƏK (ID - 15219)

f. Basdırmaq, quyulamaq, torpağın altında gizlətmək.

GÖMDÜRÜLMƏ (ID - 15220)

“Gömdürülmək” dən f.is.

GÖMDÜRÜLMƏK (ID - 15221)

məch. Basdırılmaq, quyulandırılmaq, torpağın altında gizlədilmək.

GÖMGÖY1 (ID - 15222)

sif. Tünd-göy, tünd-mavi. Gömgöy paltar. - Buludsuz, açıq, şəffaf gömgöy səma birdən-birə bulanır.. M.Rzaquluzadə. <

GÖMGÖY2 (ID - 15223)

1. sif. Tünd-yaşıl, yamyaşıl; hər tərəfi yaşıl. Gömgöy parça. - Quşlar gömgöy budaqlarda oturub oxuşurdular. S.S.Axundov. Ortada gömgöy otlarda atlaz kimi döşənmiş geniş bir meydan vardı. M.Rzaquluzadə.
zərf Soyuqdan,...

GÖMGÖYLÜK1 (ID - 15224)

is. Tünd-göy rəngdə olan şeyin halı; tünd-mavilik.

GÖMGÖYLÜK2 (ID - 15225)

is. Tünd-yaşıl rəngdə olan şeyin halı; yamyaşıllıq, tünd-yaşıllıq, hər tərəfi yaşıl olma.

GÖMMƏ (ID - 15226)

“Gömmək” dən f.is.

GÖMMƏK (ID - 15227)

f. 1. Basdırmaq, torpağa quyulamaq, torpağın altında gizlətmək. Zavallı qocanı məzara gömdüm, həm də bir daha soyuq məzəmmətlərini eşitməmək üçün köhnə, çürük fəlsəfə və mühakimələri ilə bərabər gömdüm. A.Şaiq....

Bu səhifə 20 dəfə baxılıb

ugur_200x200.gif
antanta1.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif