Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

GƏLƏLİ (ID - 14678)

zərfi Gələndən sonra, gələndən bəri, gəlmişkən. [Nəbi:] Bir gün görmədin mənə gələli; Nə gərdənlik taxdın, nə üzük taxdın. S.Rüstəm. Gülsabah gələli Muradla Göyçəyin yaşayışında o qədər yaxşı hadisələr baş...

GƏLƏN (ID - 14679)

1. sif. Bundan sonrakı, gələcək, gözlənilən, növbədəki. [Tahir:] Ana, Lətifə, məktəbi gələn il qurtarır. M.Hüseyn. Fikirləşdi ki, indi də cavabını verməsə, gələn dəfə daha da böyük qələt eləyəcək. H.Seyidbəyli. //...

GƏLƏN-GEDƏN (ID - 14680)

is. 1. Hər hansı bir münasibətlə bir yerə gəlib-gedən, qonaq-qara. Bu evin gələn-gedəni çoxdur.
Yoldan ötən, hər kəs. Gələn-gedən tamaşaya dururdu.

GƏLƏSƏR (ID - 14681)

sif məh. Gəlirli, gəliri, verimi, barı çox olan. Gələsər yer. Gələsər torpaq. [Seyidli kəndinin] üzüm bağları Gürcüstan bağları kimi gələsər deyildir. S.S.Axundov.

GƏL-GET (ID - 14682)

bax get-gəl. Gəl-get kəsilib.

GƏL-GƏL (ID - 14683)

is. Bir yerə çağırış, dəvət, çağırma. Adama gəl-gəl deyən çox olar. □ Gəlgəl etmək (eləmək) - əlini tərpədərək çağırmaq, dəvət etmək. Uşaq atasına gəlgəl edir. - Pəncərədən əl eylər; Əlləri gəlgəl eylər;...

GƏLHAGƏL1 (ID - 14684)

is. Ardı-arası kəsilməyən bol gəlir. Elə gəlhagəlin belə də gethagedi olar. (Ata. sözü). Bir il, dava düşən ili tacirlərin gəlhagəli idi. Mir Cəlal. Dedikcə yorulmadı öz ata-anasından; Vaxtilə gördükləri dövlətdən, gəlhagəldən....

GƏLHAGƏL2 (ID - 14685)

zərf Uzun yol gələrək, böyük məsafə qət edərək; gələ-gələ. Gəlhagəl kəndə çatdılar. - Gəlhagəl gəlib yetişdilər arvadın həyətinə. “Koroğlu”. Gəlhagəl, gəlhagəl; Gəlib çatdılar dağa. “Aşıq Ələsgər”.

GƏLİB-GEDƏN (ID - 14686)

bax gələn-gedən. Şərur qəzasında da, Dəhnə deyilən yerdə Maku xanları .. gəlib-gedənə aman vermirdilər. E.Sultanov. [Xan:] Biri gedib Ballıca yolunu kəsib, gəlib-gedənə sataşır, biri də qaçaqlıq eşqinə düşüb, üstümüzə...

GƏLİM (ID - 14687)

is. Artım, məhsul artımı, qazanc, gəlir. Gəlimi yoxdur. - [Manqanın qızları] pambığın builki gəlimindən, keçən il rayonda ən çox pambıq götürən adamlardan danışırdılar. İ.Əfəndiyev.

GƏLİMLİ (ID - 14688)

sif Artımlı, çox məhsul verən, gəlirli, bol. Bəziləri bu səslərdə ilin bolluğunu, gəlimli məhsul mahnısını oxuyardı. Mir Cəlal.

GƏLİN (ID - 14689)

is. 1. Toyu keçirilən, ərə gedən qız. Gəlini məclisə gətirmək. - [Məşədi İbad:] Amma bu gəlin kişi çıxdı. Ü.Hacıbəyov. Gəlin aparmağa gələn dəstələr qapıda yığışıb intizar çəkər. M.S.Ordubadi. Gəlin köçmək -...

GƏLİNATLANDI (ID - 14690)

is. etnoqr. Keçmişdə xalq adətincə gəlinin, ata evindən çıxıb ata minməsi mərasimi. // Bu mərasim vaxtı çalınan hava.

GƏLİNBACI (ID - 14691)

is. dan. Cavan gəlinə qohumları tərəfindən verilən ad.

GƏLİNBARDAĞI (ID - 14692)

is. Şərbət içilən qab, şərbətqabı.

GƏLİNBARMAĞI (ID - 14693)

is. İri, uzunsov giləli üzüm növü.

GƏLİNBOĞAN (ID - 14694)

is. Gecyetişən bərk armud növü.

GƏLİNCİK1 (ID - 14695)

is. Uşaq oyuncağı; kukla. Dizinin üstündəki gəlincik qəribə gəlincik idi. Ağarəhim ömründə belə gəlincik görməmişdi. İ.Məlikzadə.

GƏLİNCİK2 (ID - 14696)

is. zool. Məməlilər sinfinin yırtıcılar dəstəsindən balaca heyvan.

GƏLİNCİK-GƏLİNCİK (ID - 14697)

bax gəlin-gəlin.

GƏLİN-GƏLİN (ID - 14698)

is. Qız uşaqlarının gəlinciklə oynadıqları oyun (adətən “oynamaq” feli ilə). Tubu qonşu evində qonşu qızları ilə gəlin-gəlin oynamaqla məşğuldur. H.Sarabski. Gəlin-gəlin oynayan Pərşan iyirmi bir yaşına çatıb orta məktəb...

GƏLİNGÖRMƏSİ (ID - 14699)

is. etnoqr. Təzə gəlinin ailə üzvləri və yeni qohumlarla tanış olması mərasimi. Gəlingörməsinə getmək. Gəlin evində qız yengəsi və oğlan yengəsi başda oturmaq şərti ilə bütün şəhərin arvadları üçün gəlingörməsi məclisi...

GƏLİNQAYTARAN (ID - 14700)

is. məh. Uzunburun çarıq.

GƏLİN-QIZ (ID - 14701)

top. Gənc qızlar və gəlinlər, qız-gəlin. Kəndlilər uşaqlarına, gəlin-qızlarına tuman, köynək, yaylıq, şal və qeyri paltarlıq alacaqlar. S.S.Axundov. [Xəlfə:] ..Gəlin aşaq dağ ardına, orda meydan düzəldək, qoy gəlin-qız...

GƏLİNLİK (ID - 14702)

1. is. Gəlin olma halı. Gəlinlik illəri. - Qız gəlinlik yaşında; Nə çovğun görmüş, nə qar. S.Vurğun.
2. sif. Gəlinə aid, gəlinə məxsus, gəlin üçün. Gəlinlik bəzəyi. Gəlinlik duvağı. - Hələ gəlinlik xınası əlindən...

GƏLİR (ID - 14703)

is. Əldə edilən qazanc, mədaxil. [Zeynalın] ayda yüz manatdan artıq gəliri vardı. S.Hüseyn. [Hacı Əhməd:] Bəs o bağın gəliri kimə yetişəcək? C.Cabbarlı.

GƏLİRLİ (ID - 14704)

sif. Yaxşı gəliri, qazancı olan, qazanclı, mədaxilli, gəlir gətirən. Gəlirli sənət. Gəlirli iş. Tərəvəzçilik gəlirli sahədir. [Yusif Hümmətə:] Camaat üçün nə mənfəətlidir, nə gəlirlidir onu əksin. B.Bayramov.

GƏLİRLİLİK (ID - 14705)

is. Gəlirli olma; qazanclılıq, mədaxillik.

GƏLİRSİZ (ID - 14706)

sif. Gəliri olmayan; qazancsız, mədaxilsiz. Gəlirsiz iş. Gəlirsiz sahələr.

GƏLİRSİZLİK (ID - 14707)

is. Gəliri olmama; qazancsızlıq, mədaxilsizlik.

GƏLİŞ (ID - 14708)

is. 1. Gəlmək işi, gəlmə. Dost gəlişi bayram olar. - Heç o qədər də arzulamadığı və rəqibi olan qonağı - Aslan bəyin gəlişi Qasım bəyi açmadı. A.Şaiq. [Türkan bəy Bəypolada:] Gəlişiniz bizi nə qədər məmnun etdisə, əmin...

GƏLİŞ-GEDİŞ (ID - 14709)

is. 1. Hərəkət, gedib-gəlmə, o tərəf-bu tərəfə hərəkət etmə. Gəlişgediş kəsildi. - Dəyirman işləməz, donar, gəliş-gediş çətinləşər; Bazarda nırxı şeylərin o dəm ziyadə yüksələr. A.Səhhət.
Bir-birinin evinə...

GƏLİŞİGÖZƏL (ID - 14710)

sif. və zərf Elə-belə, xoş gəlmək üçün. Gəlişigözəl söz. Gəlişigözəl danışmaq.

GƏLLAHI (ID - 14711)

zərf dan. Açıq, sərbəst, özbaşına. Atı gəllahı buraxmaq. - Adam var, çölləri gəzər gəllahı; Adam var, tanımaz gözəl Allahı. Aşıq Abbas.

GƏLMƏ (ID - 14712)

1. “Gəlmək” dən f.is. Bu məktubun gəlməsini; Gözləmişdir uzun-uzun. R.Rza.
2. is. Yerli olmayan, özgə yerdən, kənardan gələn; yad, özgə, qərib. [Xanburabi:] Bu kimi batil fikirlər gəlmələrin uydurmasıdır. Çəmənzəminli....

GƏLMƏK (ID - 14713)

f 1. Hərəkət edərək, yeriyərək bir yerə varmaq, çatmaq, yetişmək. Öz evimizə gəldik. Kinodan çıxıb mehmanxanaya gəldilər. - [Hacı Bağır:] Hə, axund, de görək nə xəbər ilə gəlmisən? H.Nəzərli. // Üzü danışana tərəf...

GƏLSƏNƏ (ID - 14714)

əd. Məsləhət, arzu, bir işə dəvət mənasında işlədilir. [Səlimə:] Ay Qurban, gəlsənə bir az su gətirəm, ayaqlarını yuyam. Ə.Haqverdiyev. Qoşqar! ..Gəlsənə mən saqqalda adamı ələ salmayasan! - deyə, Sultan əlini çənəsinə...

GƏM1 (ID - 14715)

is. k.t. köhn. Vəl; sünbülü döymək üçün ata, öküzə qoşulan alət. Mən qaçdım, mindim gəmə və çubuq ilə başladım malları sürməyə.. C.Məmmədquluzadə.

GƏM2 (ID - 14716)

is. Quzu, buzov və s. heyvan balalarının analarını əmməməsi üçün ağızlarına vurulan dəmir, çubuq və s.-dən toxunmuş tor.

GƏMƏ (ID - 14717)

is. məh. 1. Dərzin yarısı, yarımdərz. Gəmə bağlamaq.
2. Kiçik ot tayası, tayacıq.

GƏMİ (ID - 14718)

is. Su nəqliyyatı vasitəsi. Yelkənli gəmi. Hərbi gəmi. Ticarət gəmisi. - Gəmisini itirən çarığını axtarmaz. (Ata. sözü). Elə bil gəmilər suda üzməyir; Əlvan çiçəklərin içində üzür. O.Sarıvəlli. □ Gəmi dəftəri - gəminin...

GƏMİ-BƏRƏ (ID - 14719)

GƏMİÇİ (ID - 14720)

is. 1. Gəmini idarə edən, yaxud gəmidə işləyən adam. Qabaqda duran gəmiçi yelkəni irəli sürdü, taxtanı götürüb qoydu və Fəxrəddini yelkənin içərisinə aldı. M.S.Ordubadi. Gəmiçi özünü itirsə əgər; Tufanlar içində qərq...

GƏMİÇİLİK (ID - 14721)

is. 1. Gəmiçinin işi, sənəti, peşəsi. Ən uşaqlıqdan möhnətə adət etmiş Məşədi Əsgər gəmiçilik işinə mahir olduqda özü üçün bir barkaz alıb işlətməyə şüru etdi. S.M.Qənizadə.
2. Gəmi nəqliyyatı. Kürdə gəmiçilik...

GƏMİK (ID - 14722)

b ax sümük. Şamil [Aslan bəyi] diqqətlə müayinə etdi,.. onda əskimiş, gəmiklərinə qədər işləmiş beş-altı xəstəlik tapdı. Şaiq. [Qoca Baxşı:] Baxşı da orada idi. O, Sonanın baş gəmiyinə baxır və düşünürdü. C.Cabbarlı....

GƏMİQAYIRAN (ID - 14723)

is. Gəmiqayırma sənayesi işçisi. Gəmiqayıranların müvəffəqiyyətləri.

GƏMİQAYIRMA (ID - 14724)

is. Gəmi qayırmaqla məşğul olan. Gəmiqayırma sənayesi.

GƏMİQURDU (ID - 14725)

is. zool. Taxta gəmilərə və taxtadan tikilmiş qurğulara ziyan vuran qurd. Gəmiqurdu adlanan yumşaqbədənlilər taxta gəmilərə və taxtadan tikilmiş alman qurğularına böyükziyan vurur. “Sualtı aləm”.

GƏMİ-PEYK (ID - 14726)

is. xüs. Planetlərin orbitinə buraxılan, tədqiqat aparmaq üçün lazımi cihazlarla təchiz olunmuş hava gəmisi. - Gəmipeykdə qoyulmuş qurğular sisteminin normal işləməsi haqqında məlumat alındıqdan sonra gəmi-peykin orbitdən yerə...

GƏMİRCƏK (ID - 14727)

is. 1. Qığırdaq.
2. Atın (və ya eşşəyin) burun deşiklərində əmələ gələn və kəsilib atılmaqla müalicə edilən şiş. At gəmircək olmuşdur. - Kəlbalı at ustalığı edər, at gəmircəyini kəsər(di).. S.Rəhimov. Direktorla...

Bu səhifə 124 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla