Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

GECİKDİRİLMƏ (ID - 14478)

"Gecikdirilmək” dən f.is.

GECİKDİRİLMƏK (ID - 14479)

məch. Vaxtında görülməmək, yubadılmaq, ləngidilmək. Döl vaxtında keçirilir, yun qırxımı gecikdirilmir. Ə.Vəliyev.

GECİKDİRMƏ (ID - 14480)

“Gecikdirmək” dən f.is.

GECİKDİRMƏK (ID - 14481)

GECİKMƏ (ID - 14482)

“Gecikmək” dən f.is. Fərrux kişinin gecikməsi Natiqin xoşuna gəlmədi. B.Bayramov.

GECİKMƏK (ID - 14483)

f. 1. Vaxtında gəlməmək, vaxtından gec gəlmək; yubanmaq, gec çatmaq. Müsamirəyə gecikmək. Dərsə gecikmək. Qatar iki saat gecikdi. - [Lətifə] heç vaxt beş-on dəqiqədən artıq gecikməzdi. M.Hüseyn. Gəmi gecikən zamanlarda yükdaşıyanlar...

GECQAYNAYAN (ID - 14484)

sif. xüs. Qaynaması uzun çəkən, tez qaynamayan (mayelər haqqında).

GECLİK (ID - 14485)

is. Gec olma, vaxtında və ya tez olmama (tezlik ziddi).

GEC-TEZ (ID - 14486)

zərf Tez olmasa da, mütləq bir vaxt olacaq, bir gün, nə vaxt olursa olsun; labüddən. Gec-tez rastlaşmaq. - Düşmənlə gec-tez qarşı-qarşıya gəlmək, məsələni həll etmək lazımdır. M.S.Ordubadi. [Anam] gectez [toyuqlara] bir bəla...

GECYETİŞƏN (ID - 14487)

sif. O birilərindən daha gec yetişən, daha gec dəyən, gecdəyən. Gecyetişən meyvə. Gecyetişən buğda.

GEDƏCƏK (ID - 14488)

zərf Gedilməsi lazım olan; getməli, gediləsi. Allahdan gizlin deyil, sizdən nə gizlin. Mənim bir gedəcək yerim var. Çəmənzəminli.

GEDƏLİ (ID - 14489)

zərf Gedəndən bəri, gedəndən bu vaxta kimi, getdikdən sonra. Canım gedəli bəsi zamandır; Cismimdəki indi özgə candır. Füzuli. Gedəli sən, yıxıldı könül evi; Xərab olur, bəli, ev kətxudasız. Kişvəri.

GEDƏN-GƏLƏN (ID - 14490)

is. Yoldan ötən hər bir şəxs, hər kəs, hər adam. [Arvad] gedəndəngələndən ərini soruşurdu. Mir Cəlal.

GEDƏNİ (ID - 14491)

dan. b a x gedəli. Gülsabah bu evdən gedəni Bayramın otaqlarındakı səliqə tamam pozulmuşdu. Ə.Vəliyev.

GEDƏR-GƏLMƏZ (ID - 14492)

is. Qayıtması mümkün olmayan yer; ölüm. Vücudu iki qara qəpiyə dəyməz, amma gül təki oğlanları dalbadal ləkələyib, bir-bir gedər-gəlməzə yolladılar. M.Hüseyn. [Nəbi:] Bu qoca aynalı gəlməsin gözə; Çoxunu göndərdi gedər-gəlməzə....

GEDƏRGİ (ID - 14493)

sif. Mütləq getməli olan, qala bilməyən. Gedərgi adam. - Arazam, Kürə bəndəm; Bülbüləm, gülə bəndəm; Mən gedərgi qonağam; Bir şirin dilə bəndəm. (Bayatı). Aşıq mənəm, qalalar; Bürcsüz olmaz qalalar; Çünki gedərgi olduq;...

GEDƏRİ (ID - 14494)

bax gedərgi. Gedəri qonaq. Qız gedəridir. - Bir gün gedəri olsam; bəlkə azalacaqdır; bu dünyadan bir damla. R.Rza.

GEDİB-GƏLMƏ (ID - 14495)

“Gedib-gəlmək” dən f.is.

GEDİB-GƏLMƏK (ID - 14496)

f. 1. Bir yerdən başqa yerə hərəkət etmək (bir istiqamətdə olan hərəkətin təkrar etdiyini və müxtəlif vaxtlarda cərəyan etdiyini göstərir). Bu otağa keçən adam həyətdən gedib-gələ bilərdi. S.Hüseyn. Sərxan tez-tez qəza...

GEDİLƏSİ (ID - 14497)

bax gedəcək. Gediləsi yer. [Cahandar ağa:] ..Qapısına gediləsi deyil ki, beş-on adam yığıb aparasan, el adətincə barışıqlıq eləyəsən. I.Şıxlı.

GEDİLMƏ (ID - 14498)

“Gedilmək” dən f.is.

GEDİLMƏK (ID - 14499)

“Getmək” dən məch. Suraxanıyadək Sabunçu dəmir yolu xətti ilə, ondan o yana faytonla gedilirdi. S.Hüseyn.

GEDİŞ (ID - 14500)

is. 1. Getmə işi; getmə. Gəlişin istər aşiq; Heç istəməz gedişin. Sarı Aşıq. [Uluq bəy:] Gedişi köksümə çəkir odlu dağ; Görüşü qəlbimdə yandırır çırağ. A.Şaiq. Kazım fəqət xəbərsizdi bu işdən; Xəbərsizdi bu uğurlu...

GEDİŞ-GƏLİŞ (ID - 14501)

is. 1. Müxtəlif istiqamətdə hərəkət etmə, gedib-gəlmə. Gediş-gəliş azalmışdı. - Gediş-gəliş çox az idi. S.Hüseyn. Artıq qaş qaralırdı. Küçələrdə gediş-gəliş azalırdı. S.Vəliyev. Dumana görə yolda gediş-gəliş də...

GEN1 (ID - 14502)

1. sif Geniş, enli. Gen otaq. Gen paltar. - Sıra dağlar, gen dərələr; Ürək açan mənzərələr. S.Vurğun. Ağca qarı, başını oğlunun gen sinəsinə söykəyib mürgüləyirdi. Ə.Əbülhəsən.
zərf Uzaq, kənar, aralı. Gen qaçmaq....

GEN2 (ID - 14503)

[yun. geniş - mənşə] İrsiyyətin, orqanizmin bu və ya başqa əlamətinin nəsillərə keçməsini təmin edən maddi əsası.

GENBALAQ(LI) (ID - 14504)

sif Balaqları gen, enli olan. Genbalaq şalvar. - [Molla Qasımın] ayağında genbalaqlı ağ kətandan lifəli yalınqat tumanı var idi. H.Sarabski.

GEN-BOL (ID - 14505)

sif. 1. Çox geniş, çox böyük, rahat. Gen-bol yer. Gen-bol ev. - Ağalıq evi təzə qayda ilə tikilmiş, iki mərtəbə gen-bol bir imarət idi. S.S.Axundov. Otaq çox genboldu, həyətə və balkona açılan qapıları vardır. Ə.Vəliyev.
Bax...

GEN-BOLLUQ (ID - 14506)

is. Firavanlıq, rifah, bolluq. Gen-bolluq içində yaşamaq.

GENDƏDUR (ID - 14507)

is. köhn. Parıltılı və şax parça növü. // Həmin parçadan tikilmiş. Gendədur tuman.

GENDÖŞLÜ (ID - 14508)

sif Döşü, sinəsi enli, gen olan; geniş sinəli. Gendöşlü at.

GENDÖŞLÜLÜK (ID - 14509)

is. Döşün, sinənin genliyi.

GENEALOGİYA (ID - 14510)

[yun. genealogia - şəcərə] 1. Şəcərənin, nəslin tarixini öyrənən köməkçi tarix elmi.
Şəcərə, nəsil tarixi.

GENEALOJİ (ID - 14511)

[yun.] Genealogiyaya aid olan, genealogiya ilə əlaqədar olan. Genealoji tədqiqat. Dillərin genealoji təsnifatı.

GENERAL (ID - 14512)

[lat. generalis - ümumi, baş] Yüksək komanda heyəti üçün hərbi rütbə, habelə bu cür rütbəsi olan şəxs. □ Generalmayor - rütbəcə birinci general adı. General-leytenant - rütbəcə ikinci general adı. General-polkovnik - rütbəcə...

GENERALİSSİMUS (ID - 14513)

[lat. generalissimus
ən baş] Ən yüksək hərbi rütbə, habelə həmin rütbəni daşıyan şəxs.

GENERALİTET (ID - 14514)

[alm. əsli lat.] Ordunun ali komanda heyəti; generallar.

GENERAL-QUBERNATOR (ID - 14515)

[lat.] 1917-ci il inqilabından əvvəl Rusiyada və bəzi ölkələrdə: bir və ya bir neçə quberniyanın yüksək hərbi-inzibati hüquqlara malik rəisi. [Nəbi:] Min atlı göndərib dağlara sarı; Tiflisin general-qubernatoru. S.Rüstəm. Biz...

GENERAL-QUBERNATORLUQ (ID - 14516)

is. 1. General-qubemator vəzifəsi. Camaat ona [Xudadat bəyə] Gəncə general-qubernatorluğunu təklif edəndə uzun müddət razı olmamış, “mən həkiməm” - demişdi. İ.Şıxlı.
2. 1917-ci il inqilabından əvvəl Rusiyada: general-qubernatorun...

GENERALLIQ (ID - 14517)

is. General rütbəsi, adı.

GENERASİYA (ID - 14518)

[lat. generatio - törəmə] xüs. 1. Heyvanların, bitkilərin, mineralların bütün üzvləri; nəsil.
2. Törəniş, törənmə, yenidən yaranma. Elektrik enerjisinin generasiyası.

GENERATOR (ID - 14519)

[lat.] xüs. 1. Mexaniki enerjini elektrik enerjisinə çevirən maşın. Generasiya (2-ci mənada) hasil etmək üçün işlədilən müxtəlif cihazların, qurğuların adı. Siqnal generatoru.
Bax qaz(o)generator.
□□ Generator qazı -...

GENERATORLU (ID - 14520)

sif Generatoru olan. Generatorlu lampa.

GENETIK (ID - 14521)

sif [lat.] 1. Genezisə aid olan, bir şeyin mənşəyini, inkişafını öyrənən. Genetik üsul. Genetik əlaqə. Genetikaya aid olan, genetika ilə əlaqədar olan.

GENETİK (ID - 14522)

[yun.] Genetika mütəxəssisi, genetika alimi.

GENETİKA (ID - 14523)

[yun.] Biologiyanın, orqanizmlərin irsiyyətini və dəyişkənliyini öyrənən bəhsi.

GENEZİS (ID - 14524)

[yun.] kit. Mənşə, törəniş; əmələgəlmə prosesi.

GENƏ (ID - 14525)

dan. bax yenə. Bilmənəm ki, sənə nə demiş əğyar; Xəyalındır məndən genə gen kimi. M.P.Vaqif. Ələsgər eşqə düşüb; Sevdi cəfakarı genə. Aşıq Ələsgər. Əziziyəm, genə sən; Səfa gəldin genə sən; Fikrim, zikrim, xəyalım;...

GENƏLDİCİ (ID - 14526)

is. Bir şeyi genəltmək üçün işlədilən alət, qurğu və s. // Eyni mənada dərman və s. haqqında. Damarları genəldici dərman.

GENƏLDİLMƏ (ID - 14527)

“Genəldilmək” dən f.is.

Bu səhifə 21 dəfə baxılıb

ugur_200x200.gif
antanta1.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif