İzahlı lüğət

GÖYƏRÇİN

is 1. İri çinədanlı, göy-boz rəngli quş, əhliləşdirilmişləri çox vaxt ağ rəngdə olur. Məscidin damındakı göyərçinlər kəsik-kəsik uğuldayırdılar. M.Hüseyn. Kolun altından bir dəstə göyərçinpırıldayıb qalxdı. Ə.Vəliyev.
məc. Nəvaziş, oxşama, əzizləmə məqamında işlədilir (bəzən “göyərçinim” şəklində). Göyərçin qızım. - Bil ki, cəhənnəmin hər əziyyəti; Səndən uzaq olar... göyərçin balam! S.Vurğun. Ovçu, Pərini qolları arasına alaraq: - Qorxma, göyərçinim, - dedi,
qorxma, göy guruldadı. Ə.Məmmədxanlı.
□□ Sülh göyərçini - sülh simvolu kimi qəbul olunmuş ağ göyərçin şəkli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!